Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-444/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1497/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Rəfiyev Şahin Haml et oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xxxxx tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 sentyabr 2023-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 oktyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 heç bir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda özünə məxsus qaldırıcı maşınların (kranların) olduğunu, həmin nəqliyyat vasitələrini icarəyə vermək və istifadə etməklə xeyli miqdarda qazanc əldə etdiyini bildirərək şəxsən özünün xarici ölkədən qaldırıcı maşın gətirib Zərərçəkmiş şəxs2 ilə birlikdə qazanc əldə edəcəyini, həmin qazancı sonradan aralarında bərabər hissələrə böləcəyini sonuncuya yalandan vəd verib aldadaraq his sə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, 2022-ci ilin əvvəllərində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "xxxx" ASC-nin mərkəzi ofisinin yaxınlığında qeyd edilən 01 ədəd nəqliyyat vasitəsini alaraq ölkəyə gətirtmək üçün qarışıq milli və xarici valyuta pul əskinaslarından ibarət ümumilikdə 17000 manat, 21 iyun 2022-ci il tarixdə həmin ünvanda guya sifarişlə gətirtdirdiyi qaldırıcı maşının gömrük rüsumlarını ödəmək üçün həmin dövrün məzənnəsi ilə 25500 manat təşkil edən 15000 ABŞ dolları, 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən “Park Azure” yaşayış kompleksinin yaxınlığında yerləşən “Bravo” supermarketin qarşısında ölkəyə gətirtdiyi qaldırıcı maşının sənədləşmə işi ilə bağlı yaranmış problemləri həll e tmək üçün həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları və 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəriman Nərimanov prospektində yerləşən Nərimanov heykəlinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 17000 manat təşkil edən 10000 ABŞ dolları pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonradan mərc oyunlarına və şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs2 ümumilikdə 76500 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs1 heç bir fəaliyyət növü ilə məşğul olmadığı, hər hansı sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda tanışları vasitəsi ilə X3 Dubay şəhərindən “İPhone 14 Pro Max” mobil telefonları gətirib Bakı şəhərində müxtəlif şəxslərə satışını təşkil edərək birlikdə qazanc əldə edəcəyini, həmin qazancı sonradan aralarında bərabər hissələrə böləcəyini, mobil telefonları gətirmək üçün 65000 manat sərmayə lazım olduğunu, habelə Gürcüstan Respublikasından sərfəli qiymətlə şəxsən avtomobil alıb Bakı şəhərinə gətirəcəyini, sonradan aldığı avtomobili də Bakı şəhərində sataraq qazanc əldə edəcəklərini, əldə etdikləri qazancı aralarında bərabər hissələrə böləcəyini yalan vəd verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə avtomobil alıb gətirmək üçün 30000 manat sərmayə lazım olduğunu bildirərək 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerl əşən “La Terrace” restoranının ofisində mobil telefonları gətirib satışını təşkil edərək qazanc vermək adı ilə 65000 manat, 2022-ci ilin noyabr ayının sonlarında həmin ünvanda avtomobil gətirib satışını təşkil edərək qazanc vermək adı ilə 30000 manatı etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonradan mərc oyunlarına və şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs1 ümumilikdə 95000 manat, yəni külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-815/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 may 2024-cü il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti, müdafiəçisi Kərimov Aqşin Əflatun oğlu apellyasiya şikayətinə əlavə verib hökmün dəyişdirilməsi, Məhkum təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(103)-1497/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-815/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsini ibtidai istintaq dövründə və məhkəmə qarşısında etiraf etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkum tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam şəkildə ödənilmiş, barışıq əld ə olunmuşdur. Ziyan tam ödənildiyi üçün zərərçəkmiş şəxslərin məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur. Hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsi üçün kifayət qədər əsaslar vardır, məhkumun törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi kimi hallar onun tam şəkildə islah olunmasına dəlalət edir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1497/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir.
10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsas lar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(103)-1497/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də baş qa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il ta rixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cü mlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.
22. Belə qənaətə gəl ən məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qüvvədə olan cinayət qanununun cəza anlayışına bir sıra yeni elementləri daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusi vurğulanmışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
23. İnsan Hüquqları üzr ə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
24. İstinad edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum törətdiyi cinayət əməlinin nəticəsi olaraq Zərərçəkmiş şəxs2 76500 (yetmiş altı min beş yüz) manat və Zərərçəkmiş şəxs1 95000 (doxsan beş min) manat məbləğində maddi ziyan vurmuşdur.
25. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Məhkum tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödəni lmişdir, məhkum edilmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.
26. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədə bildirilir ki, onun Məhkum qarşı heç bir şikayət, iddia və tələbi yoxdur.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cinayət işində mövcud olan yuxarıda qeyd edilən hal, yəni məhkumun zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam şəkildə ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət işinin digər halları və Məhkum şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri ilə birlikdə götürülməklə onun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın eyni Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə əsas verir.
28. Məhkəm ə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
29. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunveric i humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
30. Cinayət işinin yuxarıda təsviri verilən hallarının məcmusunu, eləcə də Məhkum törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəyib onlarla barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şi kayət və tələblərinin olmamasını nəzərə alaraq, eləcə də daha əvvəl istinad edilən və cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eyni zamanda Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın digər məqsədlərinə çatılması, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
31. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlunun kassasiya şikayəti təmin edilməl i, məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1497/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1497/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum e tmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Məhkum dərhal məhkəmə iclas zalından azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərində davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatında olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1497/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.