Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-445/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-235/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarından zə rərçəkmiş şəxs Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1967-ci il tarixdə Şəki rayonunun Dərəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Şəki rayon Qayabaşı kənd İƏD-nin nümayəndəsi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Dərəcənnət kəndində yaşayır. 2. 17 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 09 mart 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəmə yə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 04 noyabr 2021-ci il tarixdə, təxminən saat 19:30-da idarə etdiyi Nissan Navara markalı, 99LM260 dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrin ə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, idarə etdiyi avtomobilin qarşısı ilə onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi MTZ80 markalı, AZ55K162 dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan MTZ80 markalı traktorun sürücüsü Zərərçəkmiş şəxs Bəhram oğluna burun sümüyünün yerdəyişən sınığı, burun tənəffüsünün iki tərəfli pozulması, qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, təpə, ənsə, burun tağı, üst və alt dodağın əzilmiş-cırılmış yaralarının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, MTZ80 markalı traktorun salonunda olan sərnişin Nümayəndə döş qəfəsinin küt travm ası, yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyinin əmələ gəlməsi ilə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, habelə MTZ80 markalı AZ55K162 dövlət qeydiyyat nişanlı traktorun zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 840 (səkkiz yüz qırx) manat məbləğində ziyan vurmuşdur.
5. Şəki Rayon Məhkəməsinin 1(075)-35/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli, qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir, qərarla həmçinin digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həm in qərarından zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs Bəhram oğlunun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib qərarın edilməsini, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edib təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməsi və mülki iddia ərizəsinin tam həcmdə təmin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırmışdır ki, hadisə baş verən günü təqsirləndirilən şəxs Məhkum istifadəsində olan avtomobili sərxoş halda idarə etmiş, lakin ekspert rəyində onun sərxoş olmadığı göstərilmişdir. İstintaq orqanı tərəfindən hadisə yerinin sxemi düzgün tərtib edilməmiş və təqsirləndirilən şəxsin sərxoş halda avtomobili idarə etməsi müəyyən olunmamışdır. Mül ki iddiaçı kimi onlara ümumilikdə 7000 manat məbləğində, o cümlədən MTZ80 markalı, AZ55K162 dövlət qeydiyyat nişanlı traktora 2000 manat, onların Şəki və Bakı şəhərlərində xəstəxanalarda müalicəsi və müayinəsi, həmçinin həkim tərəfindən təyin edilən dərmanların alınması üçün 3500 manat ziyan çəkmişlər. Zərərçəkmiş şəxs Bəhram oğlu 04 noyabr 2011-ci il tarixdən xəstəxanalarda müalicə olunduğuna və traktorun istismara yararsız olduğuna görə o, və ailəsi 5 aya yaxın müddət işləməmiş, gəlirdən mərhum olmuşdur, həmin beş ay müddətində onlar 1500 manat ziyana düşmüşlər.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-235/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 1(075)-35/2022 nömrəli, 18 aprel 2022-ci il tari xli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, zərərçəkmiş şəxs Nümayəndə onları təkrarlamaqla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-235/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməsi və mülki iddia ərizəsinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəl lələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsi nin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Zərərçəkmiş şəxs Nümayəndə məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması və mülki iddiasının tam təmin edilməsi barədə kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-235/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə ə saslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin təqdim etdiyi bütün iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda, mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəy yən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, kassasiya şikayətinin müəllifinə cinayət hadisəsinin öz mənafeyini əks edən təfsirinin təqdim edilməsi və mülki iddiasının müdafiəsinin əlverişli qaydada təşkil etm əsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
21. Odur ki, məhkə mə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs Nümayəndə kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-235/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-235/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.