Məhkəmə qərarları › İş №1(102)-445/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-445/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-445/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamı nın müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxxx 1962-ci il tarixdə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, həbs olunanadək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlı qdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edil məmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 22 noyabr 2019-cu il tarixdən 08 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş əsas cəzaya daxil edilərək həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməklə “başqa yerə getməmə k haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Yasamal Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuş, Cinayət Məcəlləsinin 46.3cü maddəsinə əsasən Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın və sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunmasına dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə hökmlə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmıqla, Məhkum 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan mə hrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 22 noyabr 2019-cu il tarixdən 08 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün təyin edilmiş əsas cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 4 (dörd) il 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 16 sentyabr 2021-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər Ş.Y.Yusifov və İ.Ə.Rəcəbovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər C.V.Hüseyn və R.M.Abdulovdan ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə isə Məhkum barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsu l vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, onun davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibi) Dövlət ittiha mçısı4 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmü ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim F.İ.Əyyubov, hakimlər E.Ə.Mehdiyev və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibi) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə əməlində cinayət t ərkibi olmadığından bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə isə o, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum dərhal məhk əmə iclas zalında həbsdən azad edilmiş, onun davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, Məhkum üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, bundan başqa, vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Belə ki, Məhkum 27 yanvar 2010-cu il tarixdən ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisi, yəni direktoru vəzifəsində işləyərkən həmin MMC tərəfindən ünvan4 ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış binasından vətəndaşlara «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilələrə əsasən satılmış mənzilləri yenidən başqa şəxslərə satmaqla, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin yaşayış binasının 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən və sahəsi 156 kv.m təşkil edən 82 nömrəli mənzili 19 iyun 2010-cu il tarixli müqavilə ilə Şahid5 117.000 (yüz on yeddi min) manata satıldığını bildiyi halda, həmin binadan mənzil almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 qeyd olunan mənzili təqdim etməklə həmin mənzilin satılmadığını bildirib aldatmaqla qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından istifadə edərək 28 iyul 2012-ci il tarixdə göstərilən mənzili yenidən 156.000 (yüz əlli altı min) manata Zərərçəkmiş şəxs1 qanunsuz olaraq satıb, həmin pul vəsaitini MMC-nin göstərilən ünvanındakı ofisində sonuncudan aldıqdan sonra qeyd olunan mənzilin ilkin olaraq guya cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 28 iyul 2012-ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» m üqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib, həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs1 təqdim etmişdir. Zərərçəkmiş şəxs1 2017-ci ilin əvvəllərində özünə məxsus olduğunu hesab etdiyi həmin mənzildə təmir işlərini aparmaq istəyərkən mənzilin Şahid5 aid olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 bunu bildikdən sonra Məhkum ona binanın mərtəbələrinin dəyişik salınmasını bəhanə gətirərək həmin mənzili səhv nəticəsində satdığını bildirib, Zərərçəkmiş şəxs1 inandırmaq məqsədilə qeyd olunan binanın 4-cü mərtəbəsində faktiki olaraq 09 may 2011-ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqavilə ilə Şahid2 89.820 (səksən doqquz min səkkiz yüz iyirmi) manata satılmış ümumi sahəsi 156 kv.m təşkil edən 3 otaqlı 86 nömrəli mənzilin ilkin olaraq guya cəmiyyət tərəfindən Zərərçəkmiş şəxs1 satılması və dəyərinin cəmiyyətə ödənilməsi barədə cəmiyyətin yuxarda göstərilən ünvanda yerləşən ofisində tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 28 iyul 2012ci il tarixli «"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Yaşayış Binasında Mənzil Tikintisi Haqqında» müqaviləni və eyni tarixli maliyyə arayışını tərtib edib, həmin sənədləri cəmiyyətin direktoru kimi imzası və möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncuya məxsus 156.000 (yüz əlli altı min) manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq cinayətini törətmiş, həm çinin tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan başqa, Məhkum 11 fevral 2005-ci il tarixdən ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin 27 yanvar 2010-cu il tarixdən direktoru vəzifəsində işləyərkən 7.011450 (yeddi milyon on bir min dörd yüz əlli) manat məbləğində borcun Zərərçəkmiş şəxs2, 261.450 (iki yüz altmış bir min dörd yüz əlli) manat məbləğində borcun Zərərçəkmiş şəxs3, 743.900 (yeddi yüz qırx üç min doqquz yüz) manat məbləğində borcun Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2(004)-176/2014 saylı qətnaməsinin, 45.000 (qırx beş min) ABŞ dolları (manatla məzənnəsi ilə 41.301 (qırx bir min üç yüz bir) manat) məbləğində borc un Zərərçəkmiş şəxs9 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2016-cı il tarixli, 2(004)-1066/2016 saylı qətnaməsinin, 36.000 (otuz altı min) ABŞ dolları (manatla məzənnəsi ilə 33.040,8 (otuz üç min qırx manat səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs8 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(004)-1062/2016 saylı qətnaməsinin, 39.600 (otuz doqquz min altı yüz) ABŞ dolları (manatla məzənnəsi ilə 36.344,88 (otuz altı min üç yüz qırx dörd manat səksən səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli, 2(004)-1078/2016 saylı qətnaməsinin, 72.600 (yetmiş iki min altı yüz) ABŞ dolları (manatla məzənnəsi ilə 6 6.632,28 (altmış altı min altı yüz otuz iki manat iyirmi səkkiz qəpik) məbləğində borcun Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli, 2(004)-1079/2016 saylı qətnaməsinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3088/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, "xxxx" MMC-nin üzərinə Zərərçəkmiş şəxs5 tərəfindən ödənilmiş 150.000 (yüz əlli min) manat və Zərərçəkmiş şəxs6 tərəfindən ödənilmiş 175.000 (yüz yetmiş beş min) manat pul vəsaitinin qaytarılması vəzifəsinin qoyulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-467/2018 saylı, 20 aprel 2018-ci il tarixli qərardadının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin 3(004)-1542/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunmasına baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək qətnamələr üzrə borcdan heç bir məbləğdə pul vəsaitini qeyd edilən zərərçəkmiş şəxslərə ödəməməklə sonunculara maddi ziyan vurmaqla vəzifəli şəxs kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini və qərardadını qərəzli olaraq icra etməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhk um əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxsin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətinin tərkibinin olmaması haqqında nəticəyə gəlib ittihamın həmin hissəsi üzrə ona bəraət vermişdir. Bu zaman dövlət ittihamçısı xüsusilə ona istinad etmişdir ki, Məhkum "xxxx" MMCyə rəhbərlik etdiyi dövrdə - 2015-ci ildə MMC-nin 1735328,82 manat ümumi gəliri, yəni məhkəmə qətnamələrini icra etmək üçün real imkanı olduğu halda o, həmin qənamələr üzrə heç bir ödəniş etməməklə qanuni qüvvədə olan məhkəmə aktlarını icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Kassasiya protestinin digər dəlili isə odur ki, apellyasiya instansiyası məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünü tam ləğv etməkdə h aqlı olmamışdır. Belə ki, hazırki iş üzrə çıxarılmış – qeyd edilən hökmün dəyişdirilməsinə, yəni o cümlədən hökmdən CM-in 70-ci maddəsinə əsasən Məhkum CM-in 178.3.2, 306.2-ci maddələri ilə təyin olunmuş əsas cəzanın – 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəaların xaric edilməsinə, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 306.2-ci maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 v ə 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə 2 il 6 ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət koillegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməklə yalnız Məhkum CM-in 306.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilib cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, beləliklə də apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarının Məhkum CM-in 178.3.2-ci maddəsi ilə real olaraq azadlıqdan məhrum et mə cəzasına məhkum edilməsinə və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün CM-in 313cü maddəsi ilə ona cəzanın təyin edilməməsinə dair müddəaları qüvvədə olmaqla, həmin məsələlər yeni apellyasiya baxışının predmetini təşkil etməməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ikinci dəfə cinayət işinə apellyasiya qaydasında baxarkən, Ali Məhkəmənin Cinayət kollegiyasının 15 fevral 2022ci il tarixli qərarının ziddinə olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünü tam ləğv edib Məhkum barəsində, o cümlədən ittihamın yalnız CM-in 308.2-ci maddəsi ilə olan hissəsi üzrə deyil, həm də CM-in 178.3.2 və 313-cü maddələri ilə olan hissəsi üzrə yeni - 7 iyun 2022-ci il tarixli hökm çıxarmış, təqsirləndirilən şəxsə CM-in 306.2-ci maddəsi ilə bə raət vermiş, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin etməmiş, CM-in 178.3.2-ci maddəsi ilə isə Məhkum CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunmaqla azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini qərara almışdır. Halbuki, həmin vaxt Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünün CM-in 178.3.2 və 313-cü maddələri ilə bağlı olan müddəaları apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə edilən dəyişikliklərlə qüvvədə olmuş və apellyasiya instansiyası məhkəməsi yenidən həmin məsələlərə baxmaq və onları fərqli şəkildə həll etmək səlahiyyətinə malik olmamışdır. Qeyd olunan qanun pozuntularının aradan qaldırılması məqsədi ilə dövlət ittihamçısı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022ci il tarixli hökmündən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə həmin kassasiya protesti tam təmin edilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum CM-in 306.2-ci maddəsi ilə bəraət verilməsinin əsassız olması və apellyasiya instansiyası məhkəməsinin ittihamın CM-in 178.3.2 və 313-cü maddələri olan hissəsinə yenidən baxmasının (həmin hissədə birinci instansiya məhkəməsinin hökmünü ləğv edib yeni hökm çıxarmasının) qanun suz olması barədə dəlilləri ilə razılaşmış və CPM-in 416.1.1-416.1.3-cü maddələrində göstərilən əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmünü ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının da müddəalarını və bu qərarda əksini tapmış hüquqi mövqeləri nəzərə almamış, apellyasiya instansiyası məhkəməsinin 7 iyun 2022-ci il tarixli hökmündə yol verilmiş eyni pozuntulara təkrar yol verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünü tam, yəni CM-in 306.2-ci maddəsi ilə yanaşı 178.3.2 və 313-cü maddələri ilə olan hissələrdə də ləğv etmiş, əsassız və qanunsuz olaraq Məhkum CM-in 306.2-ci maddəsi ilə bəraət vermiş, CM-in 178.3.2-ci maddəsi ilə isə Məhkum CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunmaqla azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini qərara almış, dövlət ittihamçısının apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinin pozulması və cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi ilə, yəni əsassız və qanunsuz olaraq CM-in 306.2-ci maddəsi ilə bəraət verildiyini, ittihamın CM-in 178.3.2 və 313-cü maddəsi ilə olan hissəsinə isə - bu hissədə qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yoxlanılaraq ləğv edilməmiş məhkəmə aktları, o cümlədən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı olduğu üçün əsassız və qanunusuz olaraq yenidən baxılıb hökm çıxarıldığını, o cümlədən Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublika sı CPM-in 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə məhkəmə icraatlarını birinci instansiya, apellyasiya instansiyası, kassasiya instansiyası üzrə həyata keçirən məhkəmələrin səlahiyyətlərinin dairəsi dəqiq müəyyən edilmiş, məhkəmələrarası prosessual münasibətlər aydınlığı ilə tənzimlənmişdir. O cümlədən, Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 72.2, 358.2, 381, 382, 384, 389, 398-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi onun yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından verilən apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə baxmaq səlahiyyətində olan məhkəmə olaraq, kassasiya instansiyası məhkəməsi isə (Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası) həmin Məcəllənin 73.2, 408-410, 419-cu maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən və qərarlardan (qanuni qüvvəyə minmiş məhkəmə aktlarından) verilmiş kassasiya şikayətlərinə və ya kassasiya protestlərinə baxmaq səlahiyyətində olan məhkəmə olaraq müəyyən edilmişdir. CPM-in heç bir müddəası bunun əksini düşünmək, yəni yuxarı instansiya məhkəməsini deyil, məsələn, birinci instansiya məhkəməsini - apellyasiya instansiyası məhkəməsinin, apellyasiya instansiyası məhkəməsini isə artıq qəti həll olunmuş məsələ üzrə kassasiya instansiyası məhkəməsinin qərarını və yaxud əvvəl çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qərarını (dolayısı ilə qüvvədə olan birinci instansiya məhkəməsinin hökmünü və ya digər qərarını) yoxlamaq səlahiyyətində olan məhkəmə kimi səciyyələndirmək üçün əsas vermir. Hazırki işdə isə məhz bu cür – CPM-in müddəaları ilə bir araya sığmayan hal baş vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (yuxarıda göstərilən məzmunda 1 avqust 2023-cü il tarixli hökmü çıxarmaqla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfin dən müdafiəçinin kassasiya şikayətinə əsasən yoxlanılaraq 15 fevral 2022-ci il tarixli qərarla qəti həll edilmiş (apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməyən) məsələyə (Məhkum qarşı irəli sürülmüş ittihamın CM-in 178.3.2 və 313-cü maddələri ilə olan hissəsinə) baxıb ittihamın CM-in 178.3.2 və 313-cü maddələrinə dair hissəsini yenidən, o cümlədən CM-in 178.3.2-ci maddəsi ilə cəzanın təyini məsələsini kassasiya instansiyası məhkəməsinin qərarı ilə CMin 178.3.2, 313-cü maddələrinə aid olan hissədə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarında göstərildiyindən fərqli şəkildə həll etməklə faktiki olaraq kassasiya instansiyası məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin qərarlarının yoxl anılmasını həyata keçirmiş, müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə edilmiş dəyişiklik nəzərə alınmaqla birinci instansiya məhkəməsinin Məhkum CM-in 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinməsi və CM-in 178.3.2-ci maddəsi ilə ona CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində qüvvəyə minmiş hökmünü tam ləğv edərək, yeni hökm çıxarmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilməsinə, o cümlədən hökmdən CM-in 70-ci maddəsinə əsasən Məhkum CM-in 178.3.2, 306.2-ci maddələri ilə təyin olunmuş əsas cəzanın – 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair müddəaların xaric edilməsinə, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 306.2-ci maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə 2 il 6 ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhr um etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməklə yalnız Məhkum CM-in 306.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilib cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, beləliklə də apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarının Məhkum CM-in 178.3.2-ci maddəsi ilə real olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün CM-in 313-cü maddəsi ilə ona cəzanın təyin edilməməsinə dair müddəaları qüvvədə olmaqla, həmin məsələlər yeni apellyasiya baxışının predmetini təşkil etməməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ikinci dəfə cinayət işinə apellyasiya qaydasında baxarkən, Ali Məhkəmənin Cinayət kollegiyasının 15 fevral 2022ci il tarixli qərarının ziddinə olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünü tam ləğv edib Məhkum barəsində, o cümlədən ittihamın yalnız CM-in 308.2-ci maddəsi ilə olan hissəsi üzrə deyil, həm də CM-in 178.3.2 və 313-cü maddələri ilə olan hissəsi üzrə yeni - 7 iyun 2022-ci il tarixli hökm çıxarmış, təqsirləndirilən şəxsə CM-in 306.2-ci maddəsi ilə bəraət vermiş, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin etməmiş, CM-in 178.3.2-ci maddəsi ilə isə Məhkum CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət və yerli ö zünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunmaqla azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini qərara almışdır. Halbuki, həmin vaxt Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünün CM-in 178.3.2 və 313-cü maddələri ilə bağlı olan müddəaları apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə edilən dəyişikliklərlə qüvvədə olmuş və apellyasiya instansiyası məhkəməsi yenidən həmin məsələlərə baxmaq və onları fərqli şəkildə - apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli və kassasiya instansiyası məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarları nın ziddinə həll etmək səlahiyyətinə malik olmamışdır. Dövlət ittihamçısı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmündən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə həmin kassasiya protesti tam təmin edilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum CM-in 306.2-ci maddəsi ilə bəraət verilməsinin əsassız olması və apellyasiya instansiyası məhkəməsinin ittihamın CM-in 178.3.2 və 313-cü maddələri olan hissəsinə yenidən baxmasının (həmin hissədə birinci instansiya məhkəməsinin hökmünü ləğv edib yeni hökm çıxarmasının) qanunsuz olması barədə dəlilləri ilə razılaşmış və CPM-in 416.1.1-416.1.3-cü maddələrində göstərilən əsaslarla Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2022-ci il tarixli hökmünü ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının da müddəalarını və bu qərarda əksini tapmış hüquqi mövqeləri nəzərə almamış, apellyasiya instansiyası məhkəməsinin 7 iyun 2022-ci il tarixli hökmündə yol verilmiş eyni pozuntulara təkrar yol verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmünü tam, yəni CM-in 306.2-ci maddəsi ilə yanaşı CM-in 178.3.2 və 313-cü maddələri ilə olan hissələrdə də ləğv etmiş, Məhkum CM-in 306.2-ci maddəsi ilə bəraət vermiş, CM-in 178.3.2-ci maddəsi ilə isə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunmaqla azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini qərara almış, dövlət ittihamçısının apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin öz səlahiyyətlərini aşmaqla (apellyasiya baxışının predmetini təşkil etməyən məsələ üzrə) hökm çıxardığını, yəni mübahisələndirilən 1 avqust 2023-cü il tarixli hökmün kassasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 416.1.16-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyini göstərir. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum "xxxx" MMC-yə rəhbərlik etdiyi dövrdə (2015-ci ildə) MMC-nin 1735328,82 manat ümumi gəliri (bunu əks etdirən material) olduğu halda, məhkəmə qətnamələri üzrə ödənişlərin edilməməsinin səbəblərinin müəyyən edilməsi üzrə kifayət qədər araşdırma aparmadan, sadəcə MMC-nin xərclərinin olmasına istinad etməklə ona ittihamın CM-in 306.2-ci maddəsi ilə olan hissəsi üzrə bəraət verməsi, bu nəticənin də əsaslılığını sual altına alır (CPM-in 416.1.2, 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verildiyini göstərir). Odur ki, yeni apellyasya baxışında bu məsələnin də lazımınca araşdırılması, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərə əsaslandırılmış şəkildə münasibət bildirilməsi tələb olunur. Beləliklə, məhkəmə kolleg iyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair məhkum edilmiş şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnın barəsində olan 1 avqust 2023-cü il tarixli hökmü ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnın barəsində olan 1 avqust 2023-cü il tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar