Məhkəmə qərarları › İş №1(102)-446/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-446/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-446/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, məhkum x1, məhkumun müdafiəçiləri-vəkil Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi x2 və nümayəndəsi x3, zərərçəkmiş şəxs x4 və nümayəndəsi-vəkil Müdafiəçi1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə x5 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə, x1 CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 müdafiəçiləri-vəkil Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlu, təqsirləndirilən x5 hüquqi varisi x2 və zərərçəkmiş x4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Abbas Əliyev) x1-xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, “xxxx” MMC-nin Qəbələ rayon mərkəzi poçt filialında srürcü-inkassator vəzifəsində işlyən, ü1 ünvanında qeydiyyatda olan və həmin ünvünda yaşayan Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə, əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata aldığı vaxtdan hesablanmaqla məhkum edilmiş, x4 mülki iddiası qismən təmin edilərək x1ndan maddi ziyana görə 9035 (doqquz min otuz beş) manat və dövlət rüsumu olaraq 30 (otuz) manat tutularaq mülki iddiaçıya ödənməsi hökm edilmişdir. x5- xx xxxx 1958-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Re spublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ü2 ünvanında qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, xx xxxx 2018-ci il tarixdə öldüyünə görə cəza təyin edilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 14:30 radələrində “xxxx” MMC-nin Qəbələ poçt filialına məxsus etibarnamə əsasında, sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “VAZ-21214” minik markalı 36 AA **** dövlət qeydiyyat nişanlı avtomobillə ü3 qarşısından keçən hissəsində ü4 istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 36 maddəsinin 1-ci hissəsinin 1-ci və 3-cü bəndlərinin, 37-ci maddəsinin 1-ci hissəsinin 4-cü və 5-ci bəndinin, 42 –ci maddəsinin 1-ci və 5-ci hissəsinin, 49-cu maddəsinin 2-ci hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin, həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin, 3-cü hissəsinin, 6-cı hissəsinin 3-cü bəndinin, 51-ci maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərinin, 2-ci və 4-cü hissəsinin, 54- cü maddənin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti qaydalarına riayət etməli;- yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli;- yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı;- öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı;- hərəkət zolağını dəyişməsi ilə bağlı ma nevrlər edərkən xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməli;- bu zaman manevri təhlükəsiz etməli və digər iştirakçılar üçün maneə yaratmamalı;- hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli;- avtomobili yaşayış məntəqələri daxilində 60 km/saat sürətdən çox olmayan sürətlə hərəkət etdirməli;sürətdən və hərəkət şəraitindən asılı olaraq qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısının alınması ilə əlaqədar mümkün tədbirləri görə bilməsi üçün düzgün ara məsafəsi seçməli;- yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün hər cür tədbirlə r görməli;- o cümlədən sərt tormozlama aparmalı;- ötməyə başlamazdan əvvəl girmək istədiyi hərəkət zolağının ötmək üçün kifayət edəcək məsafədə boş olmasına və bu manevr ilə qarşıda gedən nəqliyyat vasitəsi üçün maneə yaratmayacağına, həmçinin eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsinin onu ötməyə başlamadığına, özündən qabaqda gedən nəqliyyat vasitəsinin isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermədiyinə əmin olmalı;- hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətməyin qadağan olması, sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməyin lazım olması barədə tələblərə əməl etməli;habelə piyadalara yol vermək və ya başqa səbəblərdən (o cümlədən dayanma, durma qaydalarını pozm aqla dayanmaqla və durmaqla) asılı olmayaraq, piyada keçidinin qarşısında sağ və sol zolaqlarda hərəkət edərkən dayanan və ya sürəti azaldan nəqliyyat vasitəsini görən kimi sürətini azaltmalı, tam dayanmaya hazır olmalı və yalnız həmin nəqliyyat vasitəsinin qarşısındakı keçiddə piyada olmadığına əmin olduqdan sonra hərəkətini davam etdirməli;- iki hərəkət zolağı olan iki tərəfli hərəkət yollarında qarşıqarşıya hərəkət hissələrini ayıran 1.1-1.3 bütöv qoşa üfüqi nişanlanma xəttlərini kəsib qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçməyin qadağan edilməsi tələblərinə əməl etməli olduğu halda, eləcə də, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkan ı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə yuxarıda sadalanan bir sıra yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını açıq -aşkar kobud surətdə pozmuşdur. Beləliklə o, ondan qarşı tərəfdə eyni istiqamətə hərəkətdə olan və ona çatmağa 80.5 metr məsafə qalmış, dönmək üçün xəbərdaredici qəza və ya dönmə xarici işıq siqnallarını yandırmaqla, piyada keçidinə yaxınlaşdıqda sürətini dayanma həddinə qədər azaldıb, onun hərəkəti üçün təhlükə yaradan, sürücü x5 idarə etdiyi Hundai Sonata minik markalı 99 * dövlət qeydiyyat nişanlı avtomobili hərəkəti üçün təhlükə yaranan anda, yəni 80.5 metr məsafədən əvvəlcədən görsə də, həmin anda idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yol hərəkətinə təhlükəsiz şə rait yaratmalı və qəzanın qarşısını almaq üçün hər cür tədbirlər görməli olduğu halda, etinasızlıq edərək hərəkəti üçün qarşısında yaranmış qəza təhlükəsini qabaqcadan gördüyü və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək əvvəlcədən görməli olduğu halda, bu təhlükəyə əhəmiyyət vermədən, eləcə də sürətini azaltmaq əvəzinə, əksinə daha da artıraraq avtomobili yaşayış məntəqələri daxilində 60 km/saata qədər məhdudlaşdırılmış yolda sürət həddini 13-14 km/saat həddində aşıb, 73-74 km/saat sürətlə idarə edərək, xarici işıq siqnalı və ya əl işarələrindən istifadə etmədən hərəkətdə olduğu sağ hərəkət zolağından sol zolağa çıxaraq ona arxadan yaxınlaşaraq eyni istiqamətdə hərəkətdə olan və sol hərəkət zolağına çıxmaqla onu ötmək istəyən “Kia Serato” markalı * dövlət qeydiyyat nişanlı avtomobilin q arşısına çıxıb, hərəkətinə maneçilik törədərək, hətta həmin avtomobilin bütöv qoşa xətti kəsib əks istiqamətli hərəkət hissəsinə çıxmasına səbəb olaraq, diqqətini arxadan ona yaxınlaşaraq ötüb keçmək istəyən avtomobilə yönəltdiyindən, əvvəlcədən 80.5 metr məsafədə qarşı tərəfdə hərəkəti üçün yaranmış real təhlükəyə əhəmiyyət verməmiş, halbuki, arxadan ona yaxın məsafədə eyni istiqamətdə hərəkətdə olan “Kia Serato” markalı avtomobilin sürücüsü qeyd olunan qəza təhlükəsini görüb dərhal sürətini azaldaraq sağ hərəkət yoluna keçməklə qəzadan yayınsa da, o, həmin təhlükə yarandığı anda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, əksinə idarə etdiyi avtomobilin sürətini daha da artırıb sol hərəkət zolağı ilə hərəkətini davam etdirərkən, artıq Hundai Sonata markalı avtomobilin onun hərəkəti üçün yaratdığı təhlükənin son anında, yəni piyada keçidinin üzərindən sola istiqamət götürüb manevr edən anda əhəmiyyət versə də, həmin anda belə, hadisədən yayınmaq üçün heç bir lazımi texniki təhlükəsizlik tədbirlər görməmiş, yəni həmin avtomobilin arxa hissəsində yolun boş qalmış maneəsiz ərazisindən keçmə imkanından, habelə sərt tormozloma etməklə sürət həddini bir anlığa azaldıb, Hundai Sonata markalı avtomobilin yük hissəsinin ani vaxtda onun hərəkət zolağını tam boşaltması və ya digər mümkün manevrlər etmə kimi mövcud texniki təhlükəsizlik imkanlardan istifadə etməmiş, habelə son zərurət vəziyyətində öz hərəkət zolağı ilə hərəkətini davam etdirmək əvəzinə, sola istiqa mət götürüb, hərəkət hissələrini ayıran qoşa bütöv xətti, yəni 1.3 üfüqi nişanlama xəttini qəti qadağan olunduğu halda kəsib keçməklə, əks istiqamətli yolun hərəkət hissəsinə çıxaraq, həmin hərəkət hissəsində idarə etdiyi avtomobilin ön tərəfi ilə manevrini başa çatdırmaqda olan “Hundai Sonata” markalı 99 * dövlət qeydiyyat nişanlı avtomobilin sol orta yan tərəfindən güclü zərbə ilə vurub, 15 metr məsafədə qarşıya əks hərəkət yolunun kənarına sürükləməklə zədələmişdir. Nəticədə cinayətkarcasına ehtiyatsızlığından «Hundai Sonata» markalı 99 * dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü x5 hadisə zamanı aldığı baş beyinin qişalarına və baş beyinin maddəsinə qansızma, baş beyinin əzilməsi, sol ağ ciyərin əzilməsi, sol İV,V, Vİ, Vİİ qabırğaların yerdəyişmiş sınığı, diafraqmaya qansızma, sol böyrək ətrafı toxumaya qansızma, döş qəfəsinin yumuşaq toxumasına qansızma, başın ənsə-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alının sağ tərəfinin, ağızın sağ bucağı nahiyyəsinin, sol mil bilək oynağının bayır tərəfinin, sol diz oynağının iç səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən həmin gün xəstəxanada ölməsinə, həmin avtomobildə sərnişin qismində olmuş x4 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin soldan İV qabırğanın sınığı, alının sol hissəsinin dərialtı hematoması, başın sol təpə nahiyyəsinin, sol dirsək oynağının bayır tərəfinin, sağ saidin bayır orta 1/3-nin sıyrığı kimi, az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə, öz idarə etdiyi avtomobildə sərnişin qismində olmuş x7 sol daban sümüyü nün oynaq daxili qəlpəli yerdəyişən sınığı, çanaqda sağ sirkə kəsası hissəsinin sınığı, qapalı kəllə beyin travması, yüngül dərəcəli baş beyin silkələnməsi, alının sağ tərəfinin əzilmiş-didilmiş yaraları, sol əlin üstünün, sağ dizin ön hissəsinin sıyrıqları kimi sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə, eləcə də özünə döş qəfəsinin soldan 6-cı qabırğanın yerdəyişən sınığı, burun qanaxması, burunun yumuşaq toxumasının əziyi, alının sağ tərəfinin, sağ saidin bayır orta 1/3-nin, sol dirsək oynağının iç səthinin, sağ dizin ön və sol dizin ön aşağı hissəsinin, sol iç topuğun, sağ bayır topuğun sıyrıqları kimi sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə, bundan başqa x5na məxsus Hundai Sonata markalı 99 * dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək s ahibinə 18070 (on səkkiz min yetmiş ) manat və zərərçəkmiş hüquqi şəxs, “xxxx” MMC-nin Qəbələ poçt filialına məxsus “VAZ21214” minik markalı 36 AA **** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək sahibinə 4555 (dörd min beş yüz əlli beş) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmə əsasən x5 ona görə təqsirli bilinmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 14:30 radələrində özünə məxsus sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “Hundai Sonata” minik markalı 99 * dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri 28 may küçəsinin Qəbələ rayon Turizm və Otelçilik məktəbinin qarşısından keçən hissəsində sağ hərəkət zolağı ilə ü4 istiqamətində h ərkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 12-ci hissəsinin 1ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sola dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarına siqnal verməli, bu zaman manevri təhlükəsiz etməli və digər iştirakçılar üçün maneə yaratmamalı, qadağan olduğu üçün piyada keçidinin üzərindən geriyə dönməməli, eləcə də, qarşı-qarşıya hərəkət hissələrini ayıran 1.3 qoşa bütöv üfüqi nişanlanma xəttini keçərək qarşı hərəkət hissəsinə çıxmamalı olduğu halda və bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göst ərilən tələblərə riayət etməməklə yuxarıda sadalanan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını açıq-aşkar kobud surətdə pozaraq, yəni idarə etdiyi avtomobillə sağdan birinci hərəkət zolağından xarici işıq siqnalından və ya əl işarələrindən digər hərəkət iştirakçılarına siqnal vermədən sola dönmə əməliyyatı aparıb, qadağan olunduğu halda piyada keçidinin üzərindən olmaqla, eləcə də qarşı-qarşıya hərəkət hissələrini ayıran 1.3 qoşa bütöv üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli hərəkət hissəsinə çıxmaqla təhlükəli şəkildə geriyə manevr edərkən həmin əks istiqamətli hərəkət hissəsində idarə etdiyi avtomobilin sol yan orta hissəsi ilə arxadan onunla eyni istiqamətdə əvvəlcə sağdan ikinci zolaqda, daha sonra isə qoşa bütöv xətti kəsib əks istiqamətli hərəkət zolağına ç ıxmaqla hərəkətdə olan sürücü x1 idarə etdiyi VAZ-21214 minik markalı 36 AA **** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşaraq, nəticədə cinayətkarcasına ehtiyatsızlığından özünün baş beyinin qişalarına və baş beyinin maddəsinə qansızma, baş beyinin əzilməsi, sol ağ ciyərin əzilməsi, sol İV,V, Vİ,Vİ qabırğaların yerdəyişmiş sınığı, diafraqmaya qansızma, sol böyrək ətrafı toxumaya qansızma, döş qəfəsinin yumuşaq toxumasına qansızma, başın ənsə-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, alının sağ tərəfinin, ağızın sağ bucağı nahiyyəsinin, sol mil bilək oynağının bayır tərəfinin, sol diz oynağının iç səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən həmin gün xəstəxanada ölməsinə, idarə etdiyi avtomobildə sərnişin qismində o lmuş x4 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin soldan İV qabırğanın sınığı, alının sol hissəsinin dərialtı hematoması, başın sol təpə nahiyyəsinin, sol dirsək oynağının bayır tərəfinin, sağ saidin bayır orta 1/3-nin sıyrığı kimi, az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə, VAZ-21214 minik markalı avtomobilin sürücüsü x1 döş qəfəsinin soldan 6-cı qabırğanın yerdəyişən sınığı, burun qanaxması, burunun yumuşaq toxumasının əziyi, alının sağ tərəfinin, sağ saidin bayır orta 1/3-nin, sol dirsək oynağının iç səthinin, sağ dizin ön və sol dizin ön aşağı hissəsinin, sol iç topuğun, sağ bayır topuğun sıyrıqları kimi sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə, həmin avtomobildə sərnişində qismində olmuş x7 sol daban sümüyünün oynaq daxili qəl pəli yerdəyişən sınığı, çanaqda sağ sirkə kəsası hissəsinin sınığı, qapalı kəllə beyin travması, yüngül dərəcəli baş beyin silkələnməsi, alının sağ tərəfinin əzilmişdidilmiş yaraları, sol əlin üstünün, sağ dizin ön hissəsinin sıyrıqları kimi sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə, bundan başqa “xxxx” MMC-nin Qəbələ poçt filialına məxsus “VAZ-21214” minik markalı 36 AA **** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək sahibinə 4555 (dörd min beş yüz əlli beş) manat maddi ziyan vurulmasına, həmçinin özünə məxsus Hundai Sonata markalı 99 * dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 18070 (on səkkiz min yetmiş ) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, x5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən təqsirləndirilən x1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən x5 hüquqi varisi x2 və zərərçəkmiş x4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2019cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamış, iş üzrə ekspertiza xərci olaraq 100 (yüz) manat təqsirləndirilən şəxs x1 tutularaq dövlət büdcəsinə ödənməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1müdafiəçiləri-vəkil Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlu kassasiya şikayəti verərərk cinayət işinin icraatına x1 əməlində cinayət tərkibi olmadığından xitam verilməsini, təqsirləndirilən x5 hüquqi varisi x2 kassasiya şikayətində təqsirləndirilən şəxs x1na daha ağır cəza təyin edilməsini, x5 təqsiri sübuta yetirilmədiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini və zərərçəkmiş x4 kassasiya şikayəti verərək təqsirləndirilən şəxs x1na daha ağır cəza təyin edilməsini və mülki iddiasının tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən x5 hüquqi varisi x2nun kassasiya şikayətində göstərmişdir ki, hadisə anının videogörüntüsünə baxdıqdan sonra ona daha da aydın olmuşdur ki, atası x5 yolda müəyyən edilməmiş hissədə qoşa bütöv xətti kəsməklə, eləcə də piyada keçidinin üzərindən geriyə manevr etsə də, mənim fikrimcə hadisə o nun bu hərəkəti nəticəsində deyil, arxadan onunla eyni istiqamətdə olan x1 idarə etdiyi avtomobili yaşayış məntəqləri daxilində müəyyən edilmiş 60 km/saat həddindən daha sürətlə idarə etməsi, eləcə də diqqətini arxadan ona yaxınlaşıb ötüb keçmək istəyən və salonuna videomüşahidə yerləşdirilmiş avtomobilə yönəldərək onunla ötüşməsi və buna görə də qarşısında hərəkət edərək qəza işıqları və və sola dönmə işıqlarını yandıraraq manevr barədə ona xəbərdarlıq edən atasının idarə etdiyi avtomobilə vaxtında əhəmiyyət verməməsi, atasının manevrə başlamasını görüb yenə də heç bir tədbir görməməsi, onun sağ tərəfindən keçməməsi, tormozlama etməməsi, atasının idarə etdiyi avtomobilin manevri başa çatdırmasına şəraıt yaratmaması səbəb olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizalarının xx.xx.2018-ci il tarixli 21235 saylı və xx.xx.2018ci il tarixli rəyləri cinayət işi üzrə sübutlardan biri olsa da sübutların qiymətləndirilməsində həqiqiəti əıks etdirmədiyi və saxta olduğu üçün sübut növü kimi qəbul edilməmişdir. Buna gör də həmin rəylər məhkəmə üçün məcburi xarakter daşımır. Atası x5un hərəkətlərində Yol Hərkəti Haqqında Azərbaycan Respublikası Qaununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş olsa da belə onun bu hərkətinin hadisənin nəticəsi ilə birbaşa əlaqəsi yoxdur. Ona görə də onun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməlidir. Bundan başqa x1na Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə həddindən artıq yüngül cəza təyin edilmişdir. Məhkəmə cəza təyin edərkən onun cinayət əməlini etiraf etməməs ini, yalan ifadə verməsini, məhkəməyə və istintaq orqanına qarşı səmimi olmamasını nəzər almamamış, onun müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını vı ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini isə əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş x4 kassasiya şikayətində göstərmişdir ki, hadisə vaxtı x5 avtomobili yolun hansı hərəkət zolağından və ya hansı hissəsindən geriyə döndüyünü yaxud həmin vaxt sola dönmə siqnalını yandırıb-yandırmadığını xatırlamıram. x5 arxasında oturduğum üçün onun sola dönmə işığını yandırıb yandırmadığını görə bilməmişəm. Bir onu xatırlayıram ki, x5 avtomobili geriyə dönmək üçün sola istiqamətlənib, yola köndələn vəziyyətdə olarkən toqq uşma baş vermişdir. Məhkəməy x1 şikayətçi olduğumu bildirmişəm, onun barəsində təqsirlndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilməsini xahiş etmişəm. Bundan əlavə mülki iddiamın tam təmin olunmasınıxahiş etmişəm. Hadisə zamanı mənə vurulan mənəvi ziyanla bağlı məhkəmənin mövqeyini başa düşmək mümkünsüzdür. Bundan başqa məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza təyin edilmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməməsini, məhkəməy və istintaq orqanına qarşı səmimi olmamasını, yalan ifadə verməsini, cinayət əməlindən səmimi peşiman olmamasını, adi üzrxahlıq belə etməyib barışıq əldə etməyə cəhd etməməsini nəzərə almamaış, onun müsbət xarak terizə olunmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə məhkuma 5 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası təyin etməli olduğu halda 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum x1 müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, -xx xxx 2018-ci il tarixdə müstəntiq x1 ifadəsinin yerində yoxlanmaını keçirərək müəyyən etmişdir ki, x1 hərəkəti üçün təhlükə yarandığı anda, onun avtomobilinin hərəkətdə olduğu yerlə toqquşma nöqtəsi arasındakı məsafə 30 metr təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixdə x1 və m üdafiəçilərinin iştirakı ilə Qəbələ rayon PŞ-nin müstəntiqinin iştirakı ilə hadisənin görüntülərini özündə əks etdirən videodiskə baxış keçirilmişdir. Müstəntiq bu barədə protokolda göstərmişdir ki, vəkillərin vəsatətinə uyğun olaraq sürücü x1 üçün təhlükə anının yarandığı, yəni mərhum sürücü x5un qəflətən manevr etdiyi andan toqquşma anına qədər davam edən vaxtı müəyyən etmək üçün “HTC” markalı mobil telefonla an və saniyə ölçən cihazla ölçülərək müəyyən edildi ki, sürücü x1 üçün təhlükə yarandığı andan, yəni mərhum sürücü x5un qəflətən sola manevr etdiyi andan toqquşma anına qədər cəmi 1,4-1,6 saniyə vaxt keçmişdir. Baxış keçirilərkən videogörüntüdən görünür ki, avtomobillərin hərkəti istiqamətində, eləcə də hadisənin baş verdiyi yerdə piyada keçidi yol nişanından başqa digər yol nişanla rı yoxdur. Bu hal isə videogörüntüyə baxış zamanı öz təsdiqini tapdı. Videogörüntüyə baxış zamanı müəyyən edilən hallar yenidən təyin edilən ekspertiza zamanı nəzərə alınması üçün göndərilir. Yol-nəqliyyat ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli rəyində müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi mərhum sürücü x5un təqsiri üçündən baş vermişdir və digər sürücü x1 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Həmçinin müşahidə kamerasının diskə köçürülmüş görüntülərinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019cu il tarixli protokoldada qeyd edilmişdir ki, “Hundai Sonata” markalı avtomaşının sola, yəni x1 hərəkət zolağına manevr etdiyi andan toqquşma anına qədər cəmi 2 saniyə çərçivəsində yerləşən vaxt keçmiş, yaranmış təhlükədən yayınmaq üçün mümkün alternativ texniki imkan ı olmamışdır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2018-ci il tarixli, 29927 saylı rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, əgər “Hundai Sonata” markalı avtomobil x1 yoluna 41.6 metrdən daha böyük məsafədən manevr etməyə başlasaydı, o zaman x1 bu hadisədə təqsirli ola bilərdi. Bütütn qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi məhkəmə-iclas protokolunda açıqaşkar təhriflərə yol vermiş, məhkəmə iclasında ifadə vermiş ekspert x8, şahid Səxavət Piralıyevin ifadələrini prosesin məhkəmə zalındakı müşahidə kameraları tərəfindən videoçəkilişinin aparılmasına baxmayaraq x1 barəsində ittiham hökmü çıxarmış, daha sonra apelyasiya məhkəməsinin təşəbbüsü ilə əlavə yol-nəqliyyat hadisələri ekspertizası keçirilmiş, xx xxxxxxx 2019-cu il tarixli, 25814 №-li ekspert r əyi ilə növbəti dəfə x1 təqsirsizliyi sübuta yetirildiyi halda Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlamışdır. Göstərilənləri nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarının x1na aid hissədə ləğv edilərək cinayət işinin icraatına onun barəsində olan hissədə əməlində cinayət tərkibi olmadığına görə xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, x1 müdafiəçiləri-vəkil Müdafiəçi2 və Müdafiəçi3 Manaf oğlunun kassasiya şikayətinin təmin edilməsi barədə məhkum x1, məhkumun müdafiəçilərinin kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hü quqi varisinin və nümayəndəsinin, zərərçəkmiş şəxs və nümayənsədinin, zərərçəkmiş şəxsin hüquqi varisi x2nun kassasiya şikayətinin təmin edilməsi barədə hüquqi varisin nümayəndəsinin, zərərçəkmiş şəxs və nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçilərinin, zərərçəkmiş x4 kassasiya şikayətinin təmin edilməsi barədə onun nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Təqsirləndirilən x5 hüquqi varisi x2nun kassasiya şikayətinin dəlillərindən biri x5un hərəkətlərində Yol Hərkəti Haqqında Azərbaycan Respublikası Qaununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş olsa da belə onun bu hərkətinin hadisənin nəticəsi ilə birbaşa əlaqəsinin olmaması, ona görə də onun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli olması barədədir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2018-ci il tarixli, 21235 saylı rəyindən görünür ki, Hyundai Sonata mark alı, 99 * dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü x5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2018-ci il tarixli, 29927 saylı rəyindən görünür ki, VAZ-21214 markalı 36 AA **** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü x1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Qeyd olunan şəraitdə sürücü x1 sola doğru manevr apararaq yolun ortasında olan qoşa bütöv xətti kəsərək VAZ-21214 markalı avtomobili qarşı sol hərəkət hissəsinə çıxartdığından onun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü x1 VAZ21214 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 73-74 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü x1 sağdan 1-ci zolaqdan 2-ci zolağa yerdəyişmə edərkən avtomobilin sola dönmə işığını yandırmadığından onun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Hundai Sonata markalı 99 * dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü x5 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Həmçinin qeyd olunan rəydən görünür ki, mövcud yol nəqliyyat hadisəsi zamanı Hundai Sonata markalı avtomobilin sağ hərəkət zolağından sola doğru istiqamət götürdüyü andan başlayaraq ondan arxada eyni istiqamətdə hərəkətdə olan VAZ-21214 markalı avtomobilin yaşayış məntəqəsində icazə verilən (60 km/saat) sürətlə hərəkət etməsi şəraitində onun dayanma yolu 41.6 metr müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarix li “avtomobilə texniki baxış keçirilməsi haqqında” protokoldan görünür ki, VAZ-21214 markalı avtomobilin texniki sazlığına baxış keçirilərkən həmin avtomobilin sürət ölçən cihazının əqrəbinin 73-74 km/saatın üzərində qırılması aşkar edilmişdir. Cinayət işinin materialları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, x5 idarə etdiyi avtomobillə hadisə zamanı sağdan birinci hərəkət zolağından xarici işıq siqnalından və ya əl işarələrindən digər hərəkət iştirakçılarına siqnal vermədən sola dönmə əməliyyatı aparıb, qadağan olunduğu halda piyada keçidinin üzərindən olmaqla, eləcə də qarşıqarşıya hərəkət hissələrini ayıran 1.3 qoşa bütöv üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli hərəkət hissəsinə çıxmaqla təhlükəli şəkildə geriyə manevr edərkən həmin əks istiqamətli hərəkət hissəsində ida rə etdiyi avtomobilin sol yan orta hissəsi ilə arxadan onunla eyni istiqamətdə əvvəlcə sağdan ikinci zolaqda, daha sonra isə qoşa bütöv xətti kəsib əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkətdə olan sürücü x1 idarə etdiyi VAZ21214 minik markalı 36 AA **** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Bununla da o, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyləri tədqiq edilərək əsaslılığı müəyyən edildiyindən x5 əməlində cinayət tərkibinin olmaması, onun hərəkətləri ilə nəticə arasında səbəbi əlaqənin olmaması barədə kassasiya şikayətinin dəlilləri əs assızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, x1 müdafiəçilərinin kassasiya şikayətinin dəlilləri də yuxarıda göstərilən ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, video görüntülərə paralel əlavə baxış keçirilərək yol kənarındakı obyektlərə uyğun olaraq “VAZ-21214” markalı avtomaşının sürücüsünün ondan qarşıda hərəkətdə olan «Hundai Sonata» markalı avtomobilin piyada keçidinə yaxınlaşarkən qəza işıqları yandırılmış vəziyyətdə sürətini azaltdığını hansı məsafədən görməsini aydınlaşdırmaqla «Vaz-21214 minik» markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükənin yar andığı an müəyyən edilmişdir. Müvafiq ölçmə işləri aparılmaqla müəyyən edilmişdir ki, «Vaz21214 minik» markalı avtomobilin sürücüsü qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan «Hundai Sonata» markalı avtomobilə çatmağa 80.5 metr qalmış «Hundai Sonata» markalı avtomobilin sürücüsü piyada keçidinə yaxınlaşdıqda qəza işıqları yanılı vəziyyətdə sürətini azaltmağa başlamışdır. «Vaz-21214 minik» markalı avtomobilin sürücüsü qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan «Hundai Sonata» markalı avtomobilin sürücüsünün piyada keçidinə yaxınlaşdıqda qəza işıqları yanılı vəziyyətdə sürətini azaltmağa başladığını gördüyü anda hərəkətdə olduğu yerlə toqquşma nöqtəsi arasındakı məsafə 109 metr, eyni anda «Hundai Sonata» markalı avtomobillə toqquşma nöqtəsi arasındakı məsafə 29 metr olmuşdur. Beləliklə müəyyən edilmişdir ki, VAZ-21214 markalı avtomobilin sürücüsünün hərəkəti üçün real təhlükə qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Hyundai markalı avtomobilin piyada keçidinə yaxınlaşdıqda qəza işıqları yandırılmış vəziyyətdə sürətini azaltmağa başladığı anda yaranmış və həmin vaxt avtomobillər arasındakı məsafə 80.5 metr olmuşdur. Birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixdəki məhkəmə iclasında video müşahidə kamerasının görüntülərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 05:35:08 dəqiqədə «Vaz-21214 minik» və «Hundai Sonata» markalı avtomobillər işıqfordan bir qədər Bum istiqamətinə uzaqlaşdıqdan sonra, kamera yerləşdirilmiş avtomobil hərəkətini sol hərəkət zolağı ilə davam etdirərək 05:35:21 dəqiqədə sola istiqamət götürərək əks istiqamətli hərəkət zolağına çıxmaqla «Vaz-21214 minik» markalı avtomobili ötməyə başlamış, həmin anda «Vaz-21214 minik» markalı avtomobildən qarşıda sağ hərəkət zolağı ilə eyni istiqamətə hərəkət edən «Hundai Sonata» markalı avtomobil Qəbələ turizm və otelçilik məktəbi ilə üzbə-üz yolun sağ kənarında yerləşən və tikintisi davam edən iki mərtəbəli binanın qarşısına çatdıqda sarı rəngli qəza işıqlarını yandıraraq sürətini azaltmış, onun arxasınca hərəkət edən «Vaz-21214 minik» markalı avtomobil isə həmin vaxt hərəkətini sağ hərəkət zolağı ilə hərəkət etdirmiş, ağ rəngli «Hundai Sonata»mmarkalı avtomobil qəza işıqlarını yandıraraq sürətini azaldıb, bir qədər qarşı tərəfə hərəkətini davam etirdikdən sonra sürətini dayanma həddinə qədər azaltmış, lakin tam dayanmamış, onun arxasınca hərəkət edən «Vaz-21214 minik» markalı avtomobilin sürücüsü isə avtomobili sol hərəkət zolağına çəkməklə qarşıya hərəkətini davam etmiş, 05:35:23 dəqiqədə həmin ağ rəngli hundai sonata markalı avtomobil piyada keçidinin üzərində sağ hərəkət zolağından sola istiqamət götürmüş, 05:35:24 dəqiqədə «Hundai Sonata» markalı avtomobil piyada keçidinin üstündə geriyə manevr etmək üçün 1.3.qoşa bütöv xətti kəsərək əks istiqamətli hərəkət zolağına çıxmaqla yola köndələn vəziyyət almış, bu vaxt solonuna kamera yerləşdirilmiş avtomobil sürətini bir qədər azaldıb öz yoluna, yəni sağ hərəkət zolağına qayıtmış, lakin, buna baxmayaraq Vaz-21214 markalı avtomobilin sürücüsü bir qədər də sürətini artırıb yolun ortasında geriyə manevr edən «Hundai Sonata» avtomobilin hərəkəti istiqamətinə hərəkətini davam etdirmiş, həmin «Hundai Sonata» m arkalı avtomobillə arasında çox qısa bir məsafə qaldıqda adi tormozloma etmiş, əks istiqamətli hərəkət zolağına keçərək qarşıya hərəkətini adi tormozda davam etmiş, artıq manevri başa çatdırmaqda olan «Hundai Sonata» markalı avtomobil əks istiqamətli hərəkət zolağında yola köndələn vəziyyətdə piyada keçidindən bir qədər Bum istiqamətinə aralı olduqda 05:35:25 dəqiqədə «Vaz-21214 minik» markalı avtomobilin ön hissəsi «Hundai Sonata» avtomobilin sol yan orta hissəsindən qoşa xətlərin yaxınlığında əks hərəkət istiqamətində dəyərək toqquşmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2018-ci il tarixli rəyinin nəticə hissəsində istinad edilən “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1.1 xəttini (əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarla rını göstərir) kəsib keçmək qadağandır. Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Qanunu n məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2018-ci il tarixli rəyinin tədqiqi hissəsində istinad edilən 54-cü maddəsinin 1-ci bəndində təsbit edilmişdir ki, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Qanunun 49-cu maddeəsinin 2-ci hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli h ərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən maddələrinin mənasına əsasən yolun sağ zolağında hərkət edən Hundai Sonata markalı avtomobil piyada keçidinə yaxınlaşarkən sürəti azaldıb qəza işıqlarını yandırıbsöndürərkən (təhlükə yarandığı an) qonşu sol hərəkət zolağında, ondan 80,5 metr məsafədə hərəkətdə olan VAZ-21214 markalı avomobilin sürücüsü sürəti azaltmalı oldüğu halda azaltmamışdır. Qanunun 54-cü maddəsi tələb edir ki, hazırkı iş üzrə x5un idarə etdiyi nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında sürətini azaltmışdırsa və bu barədə qıza işıqlarını yandırıb-söndürməklə, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücülərini xəbərdar etmişdirsə, həmin sürücülər, hazırkı iş üzrə x1 da idarə etdiyi avtomobilin sürətini azaltmalıdırlar. Hər iki avtomobilin ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə qoşa xətti kəsərək keçmələri nəticəsində toqquşmanın əks hərəkət zolağında baş verməsini nəzərə alaraq, x1 nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməmiş, əks istiqamətli nəqliyyat axınlarını ayıran xətti kəsib keçmiş, hərəkət zolağını dəyişib ötmə manevrlər edərkən xarici işıq siqnallarının köməyi ilə digər hərəkət iştirakçılarını xəbərdar etməmiş bununla da yuxarıda göstərilən “Yol Hərəkəti H aqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinin, 2-ci hissəsinin 1-ci bəndinin, 69-cu maddəsinin 7-ci hissəinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin və 54-cü maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasın məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə x1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirliliyi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb məhkəmə iclasında tədqiq edilmiş sübutlrın məcmusu ilə təsdiq olunduğundan, cinayət işi üzrə Qəbələ rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı məhkumun müdafiəçilərinin kassasiya şikayətinə münasibətdə dəyişdi rilmədən saxlanmalıdır. Məhkum x1na təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işinin faktiki hallarını, hadisə zamanı mərhum x5 da Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, cinayət işi üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cinayət əməlinin xarakteri və ictimai təhlükəlilık dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli qərar qəbul etmişdir. Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasına əsas verən başqa halların mövcudluğu müəyyən edilm əmişdir. Ona görə də, məhkumun hüquqi vəziyyətinin ağırlaşdırılması istiqamətində kassasiya şikayətlərinin dəlilləri əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlan malıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: x1 müdafiəçilərinin, mərhum x5 hüquqi varisi x2nun və zərərçəkmiş x4 kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə və x5 CM-nin 263.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı göstərilən kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar