Məhkəmə qərarları › İş №1(102)-446/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-446/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-446/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Zalışov Pərviz Mirzə oğlunun iştirakları ilə Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.S.Bayramov) xx.xx.1962-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının polikninika şöbəsində tibb bacısı işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ünvan1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə təyin edilmiş 02 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla üzərində qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Kürdəmir Rayon Məhk əməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkuma Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaqla Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 10 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 il 08 ay 14 gün, CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla Məhkumun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il ta rixli qərarından Məhkumun müdafiəçisi Zalışov Pərviz Mirzə oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, dələduzluq yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Kürdəmir rayonunun Sığırlı kənd sakini X7 xəstəliklə pensiyaya çıxmaq istədiyini öyrəndikdən sonra dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X7nun etibarından sui istifadə etməklə, onu 1-ci qrup əlillik dərəcəsi alıb pensiyaya çıxardacağı barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə ilk dəfə 2017-ci ilin noyabr ayının 5-də Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasın ın Poliklinika şöbəsinin inzibati binasında sonuncudan 900 manat, daha sonra həmin ayın sonuna qədər eyni yerdə bir neçə dəfəyə 3800 manat pul alıb, A1 cəmi 4700 manat pulunu ələ keçirtməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Kürdəmir rayonunun Qaraqocalı kənd sakini X9 xəstəliklə pensiyaya çıxmaq istədiyini öyrəndikdən sonra dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X9vun etibarından sui istifadə etməklə xəstəkliklə pensiyaya çıxardacağı barədə yalan vəd verib aldadaraq, 2017-ci ilin noyabr ayının sonlarında yaşadığı ünvan 1 ünvanının qarşısında sonuncunun arvadı X8 məxsus 2400 manat pulu alıb ələ keçirtməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Kürdəmir şəhər sakini X4 öz qızı X10 xəstəliklə pensiyaya çıxartmaq istədi yini öyrəndikdən sonra, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X10nın etibarından sui-istifadə etməklə qızını xəstəliklə pensiyaya çıxardacağı barədə yalan vəd verib aldadaraq, 2017-ci ilin noyabr ayının sonlarında Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında X10nın 2500 manat pulunu alıb ələ keçirtməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Kürdəmir rayonunun Mürtülü kənd sakini X5 arvadı X1 2ci qrup əlilliklə pensiyaya çıxartmaq istədiyini öyrəndikdən sonra dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X12nin etibarından sui istifadə etməklə, arvadını 2-ci qrup əlillik dərəcəsi alaraq pensiyaya çıxardacağı bar ədə yalan vəd verib aldadaraq xx xxxxxx 2018-ci il tarixdə Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında sonuncunun 2500 manat pulunu alıbələ keçirtməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Kürdəmir şəhər sakini X4 öz qızı X11 pensiyaya çıxarkən iş stajının yazılmasını istədiyini öyrəndikdən sonra, dələduzluq, yəni, özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X11nın etibarından sui-istifadə etməklə qızını iş stajı ilə birlikdə xəstəliklə pensiyaya çıxardacağı barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə ilk dəfə 2018-ci ilin yanvar ayının sonlarında Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında sonuncudan 2000 manat, daha sonra 2018-ci ilin fevral ayının əvvəllərində eyni yerdə 800 manat pul alıb, X11nın cəmi 2800 manat pulunu ələ keçirtməklə dələduzluq etmişdir. Bundan başqa o, tərkarən Kürdəmir rayonunun Çölqubalı kənd sakini X14ın tanışı X15 arvadını xəstəliklə pensiyaya çıxartmaq istədiyini öyrəndikdən sonra dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X14vin etibarından sui istifadə etməklə, X14in arvadı X15nı xəstəliklə pensiyaya çıxardacağı barədə yalan vəd verib aldadaraq, xx xxxx 2018-ci il tarixdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında X14və məxsus 3400 manat pulu alıb ələ keçirtməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Kürdəmir rayonunun Qarasu kənd sakini X2 xəs təliklə pensiyaya çıxmaq istədiyini öyrəndikdən sonra dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X2vun etibarından sui istifadə etməklə, onu xəstəliklə pensiyaya çıxardacağı barədə yalan vəd verib aldadaraq, 2018-ci ilin may ayının ortalarında Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında sonuncunun 2000 manat pulunu alıb ələ keçirtməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Kürdəmir şəhər sakini X12 arvadı X3 xəstəliklə pensiyaya çıxartmaq istədiyini öyrəndikdən sonra dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə hərəkət edərək, X12vun etibarından sui-istifadə etməklə, arvadını 1-ci qrup əlillik dərəcəsi verməklə pensiya ç ıxardacağını vəd verib aldadaraq, vahid niyyətlə ilk dəfə xx xxxxxx 2018-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinin inzibati binasında sonuncudan 1500 manat, daha sonra həmin ayın sonlarında eyni yerdə 1000 manat və xx xxxxxx 2019-cu il tarixdə yenə də eyni yerdə 800 manat pul alıb, X12nun cəmi 3300 manat pulunu ələ keçirtməklə dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Zalışov Pərviz Mirzə oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində təyin edilmiş cəza ədalətsiz və ağırdır. Müdafiə tərəfi əməlin tövsifi ilə razılaşsa da, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza dəyişdirilm əklə məhkuma daha yüngül cəza təyin edilməlidir. Belə ki, hazırkı iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyan Məhkum tərəfindən tam şəkildə ödənilmiş və bununla da həmin şəxslər notariat qaydasında verdikləri ərizə ilə bu halı təsdiq etmişlər. Buna görə də, Məhkum barəsində Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsinə uyğun olaraq ən ağır cəza təyin edilməsi ədalətsiz hesab olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirməklə Məhkum barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi P.M.Zalışov kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir d aha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təyin edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləs inin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qə rarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq h əmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsin in mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələni n həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsinin ödənilməsi), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmən in hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkumun barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı Məhkumun müdafiəçisi Zalışov Pərviz Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar