Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-446/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəl əri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 27 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxx 1969-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Göyçay şəhəri, Həbibi küçəsi, ev 74-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 06 ay müddətinə azadlığın məhdudlaş dırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu qəti olaraq 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barə də əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə) 13 iyul 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(046)-15/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılışdır. İşin halları: Birinci instansiya mə hkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 07 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyatyanı sahəsində əkib yetişdirərək kultivasiya etmiş, həmin bitkilərin hissələrini yığaraq əldə etdiyi ümumi çəkisi 68,41 qram nəm vəziyyətdə olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı yaşadığı evin həyətyanı sahəsində saxlamış, 15 avqust 2021-ci il tarixdə saat 15 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı evin həyətyanı sahəsindən xeyli m iqdarda hündürlükləri 180 sm-dən 320 sm-dək ümumi təmiz çəkiləri 10 kq 105 qram olan 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi təmiz çəkisi 68,41 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin edərkən istinad etmiş olduğu reallığı əks etdirməyən yüngülləşdirici halların düzgün tətbiqi qənaətinə gələrək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyini ilə razılaşmışdır. Məhkum qanunsuz əldə edib saxladığı qurudulmayan marixuana (kannabis) bitkilərinin ümumi çəkisi 68,41 qram olmaqla şəxsi istehlak miqdarının aşağı həd dindən 2 dəfədən çox olmuşdur. Göyçay Rayon Məhkəməsi Məhkum yüngül cəza təyin edərkən törədiyi cinayəti etiraf etməklə səmimi peşman olmasın, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə almışdır. Lakin məhkəmə cəza təyin edərkən yuxarıda göstərilən halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Məhkum könüllü gəlib təqsirini boynuna almadığı, cinayətin üstünün açılmasına fəal kömək etmədiyi, habelə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə qəsdən az ağır cinayət törətmədiyi üçün göstərilən hallar ona şamil edilə bilməz. Kassasiya protestində Məhkum Azərbay can Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyy əti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələn dirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü i l 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nə ticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə k ollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və icti mai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (əməli etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini) və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhku m Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin Məhkum cəza təyin olunması ilə bağlı mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1- ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələr i və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictima i təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edil miş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilməd ən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-446/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-446/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver