Məhkəmə qərarları › İş №1(102)-446/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-446/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-446/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Mülki iddiaçının nümayəndəsinin Bəraət almış şəxsin və onun müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)-1624/2023 nömrəli qərarından mülki iddiaçı Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli,1(007)-4/2023 saylı hökmü ilə (sədrlik edən: N.H.Mehdiyev) xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 21-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi ev 31, mənzil 25-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ə məlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, mülki iddia təmin edilməmişdir. Həmin hökmlə həmçinin Məhkum məhkəməyədək icraat zamanı dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ziyan (vergi məbləği) üzrə ödədiyi 20000,00 (iyirmi min) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)-1624/23 qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ziyanın (vergi məbləğinin) mülki cavabdeh Məhkum tutulub dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarından mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmündə təsvir edilmiş cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə xeyli miqdar təşkil edən 114709,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, Rusiya Federasiyasından taxta materiallarının alışını təşkil etmiş və həmin malları Azərbaycan Respublikasına idxal edib satışından 2016-cı il üzrə dövriyyəsi 2211299,65 manat, xərci 1769039,72 manat, gəliri 442259,93 manat, həmin il ü zrə hesablayıb ödəməli olduğu gəlir vergisi 88451,99 manat olduğu halda, həmin il üzrə təqdim etdiyi gəlir vergisinin bəyannaməsində dövriyyəsini 2336814,98 manat, xərcini 2286354,99 manat, gəlirini 50460,0 manat və ödəməli olduğu gəlir vergisini 10092,0 manat göstərərək, 78359,99 manat, 2017-ci il üzrə dövriyyəsi 1016366,21 manat, xərci 813092,96 manat, gəliri 203273,25 manat, həmin il üzrə hesablayıb ödəməli olduğu gəlir vergisi 40654,65 manat olduğu halda, həmin il üzrə təqdim etdiyi gəlir vergisinin bəyannaməsində dövriyyəsini 1052423,97 manat, xərcini 1030894,36 manat, gəlirini 21529,61 manat və ödəməli olduğu gəlir vergisini 4305,92 manat göstərərək, 36348,73 manat, cəmi isə 114708,72 manat gəlir vergisi, 1,12 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi olmaqla, ümumil ikdə xeyli miqdar təşkil edən 114709,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum yuxarıda qeyd olunan fəaliyyət dövrü üzrə ona irəli sürülmüş ittihamda göstərilən vergi məbləğinin büdcədən yayındırılması təsdiq olunmadığına görə, məhkəmə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin əsasla bəraət vermiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum 114709,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yay ınması ibtidai istintaq zamanı toplanmış sübutlarla, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kifayət qədər sübuta yetirildiyi halda, birinci instansiya məhkəməsi sübutetməyə dair cinayət-prosesssual normaların tələblərini pozmaqla əsassız olaraq Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib həmin məbləğdə pulun dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla (baxılmamış saxlamış) eyni pozuntuları təkrarlamışdır. Mülki iddiaçı kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 08 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxs Məhkum müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlu kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin iş üzrə təqsirli sayılması üçün ittihamı təşkil etmiş sübutlar kifayət etməmiş, məhkəmə tərəfindən keçirilmiş ekspertizalar Məhkum büdcəyə hər hansı borcunun olmasını təsdiq etməmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)-1624/2023 saylı qərarını dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları nı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun normalarına əməl edilmədiyini, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməklə dövlət büdcəsindən yayındırılmış 114709,84 manat məbləğində vergilərin Məhkum alınıb büdcəyə ödənilməsinə dair mülki iddianın əsassız olaraq rədd edildiyin i (baxılmamış saxlanıldığını) iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və həmin məbləğdə pulun sonuncudan alınıb dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianın tam təmin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya mülki iddiaçının kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıl arı qeyd edir. Vergiləri ödəməkdən yayınma cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasına görə xeyli miqdarda vergiləri ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu ilə CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə görə isə CM-nin 213.1-ci maddəsində «xeyli miqdar» dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu səbəbdən sözügedən cinayətin obyektiv cəhətinə aid olan hallar olduğuna görə şəxsin vergi öhdəliyinin olması, buna baxmayaraq vergini ödəməkdən yayınması, yayındır ılmış vergi məbləğinin xeyli miqdar təşkil etməsi baxılan işin sübutetmə predmeti kimi çıxış edir və Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipinə, 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik pr ezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlmaətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutl arın elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən hallardan və onların əsaslandırılması üçün gətirilən sübutlardan isə (o cümlədən, bəraət almış Məhkum ifadəsindən, onun göstərdiklərini təsdiq edən şahid ifadələrdən, Məhkum "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 iyun 2020-ci il tarixli **********137099 nömrəli qərarının (xx.xx.2020-ci il tarixli **********171888 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş) ləğv edilməsi haqqında Bakı İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2-1(112)-1218/2021 nömrəli qərarından (yuxarı məhkəmə instansiyaları tərəfindən qüvvədə saxlanılmış), məhkəmə-mühasibatlıq ekspertizalarının 23 yanvar 2023-cü il tarixli 9/8610 nömrəli və 24 may 2023-cü il tarixli 9/2424 nömrəli rəylərindən) görünür ki, baxılan iş üzrə səyyar vergi yoxlaması aparılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin müəyyən etdiyi qaydalara ardıcıl olaraq riayət olunmamaqla (Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etmədən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 83.9-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmış) vergi qanunvericiliyin pozulmasına yol verilmişdir, həmçinin sözügedən Cinayət Məcəlləsinin 213.1-ci maddəsində göstərilən cinayətlərin obyektiv cəhətinə aid zəruri hallar, o cümlədən təkibyaradıcı əlamətlər kimi çıxış edən müvafiq miqda r (CM-in 213-cü maddəsinin “Qeyd” hissələrinə görə - 50 min manatdan yuxarı məbləğ), Məhkum qeyd olunun məbləğdən artıq miqdarda vergiləri büdcəyə ödəməkdən yayınması müəyyən olunmamışdır (bu və digər sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir olunmaqla həqiqi məzmunlarına uyğun olaraq şərh olunduğundan, məhkəmə kollegiyası sübutların hazırki qərarda yenidən təsvir və şərh olunmasına zərurət görmür). Məhkum gətirdiyi (cinayət törətməsini, o cümlədən vergi ödəməkdən yayınmasını inkar edən) dəlillər kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonuncuya irəli sürülmüş ittiham üzrə, o cümlədən Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət-prosessual qanunun 42.1.4-cü maddəsində göstərilən əsasla (təqsirliliyinin sübuta y etirilməməsinə görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, Məhkum bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin hökmündən (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qəra rından) dövlət ittihamçısı apellyasiya protesti və kassasiya protesti verməmiş, yəni hazırki iş üzrə irəli sürülmüş mülki iddianın əsasını təşkil edən ittihamın Məhkum vergi ödəməkdən yayınmasının sübuta yetirilməməsi haqında nəticəni mübahisələndirməmişdir. Cinayət-prosessual qanunun 383.1.6-cı maddəsi isə mülki iddiaçı (mülki iddiaçının qanuni nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün (qərarının) yalnız mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır. Müvafiq olaraq, Cinayət-Prosessual Məcəllənin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökm ünü (qərarını) dəyişdirmək) səlahiyyətini ittihamın həcmi və cinayətin tövsifi ilə şərtləndirir (məhdudlaşdırır). Belə ki, qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:.... _ tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;...” Belə vəziyyətdə (nə qədər ki, apellyasiya instansiyasında mülki iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin sübut olunmamış hesab etdiyi ittihama əsaslanacaqdı) apellyasiya məhkəməsi haqlı olaraq (Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 405.1.3-cü maddəsinə uyğun mövqe nümayiş etdirməklə) 114709,84 manat məbləğində pulu Məhkum tu tmamış ("Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndindən çıxış edərək mülki iddia baxılmamış saxlamış), buna dair mülki iddiaçının apellyasiya şikayətini və mülki iddiasını təmin etməmişdir. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən mülki iddiaçının kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2-ci maddəsində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında mülki iddiaçının nümayəndəsinin, həmin şikayətinin təmin edilməməsi barədə isə bəra ət almış şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)-1624/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 1(103)-1624/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar