Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-446/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) N47.N və N47.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli N(N03)-N98N/2023 nömrəli qərarından məhkum S.A.Abdullayev və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Elnur Nuriyev) N(0N0)-N92/2023 nömrəli N4 avqust 2023-cü il tarixli hökmü ilə 27 may N986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı N hərbi hissə ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası CM-in N47.N-ci və N47.2-ci maddələri ilə təqsirli bilinərək, CMin N47.N-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in N47.2-ci maddəsi ilə 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının qismən toplamaq yolu ilə qəti olaraq 6 (al tı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli N4 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X5 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi Hava XN5 İdarəsinin rəisi, polkovnik XN6 barəsində böhtan xarakterli məlumatlar yayılmışdır. Bundan başqa X5 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində iştirak etmiş Müdafiə Nazirliyinin Hərbi Hava X6 Heyətinin rəisi, polkovnik XN2 barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Bundan başqa X5 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında əhəmiyyətli yol oynamış Hərbi Hava Qüvvələrinin rəhbərliyi, xüsusilə də Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Müdafiə Nazirliyinin Hərbi X7, general-leytenant XNN barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Bundan başqa X5 0N noyabr 2022-ci il tarixində "YouTube" platformasının “AzerFreedomTV” kanalındakı çıxışında Azərbaycan Ordusunda xidmət etməkdə olan və şanlı zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsində fəal iştirak e tmiş Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin İnspeksiyasının rəisi, polkovnik X4 barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Anar Tanrıverdiyev, hakimlər İlqar Murquzov və Qədim Babayevdən ibarət tərkibdə) 24 oktyabr 2023-cü il tarixli N(N03)-N98N/2023 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin N4 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum X2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum S.A.Abdullayev və onun müdafiəçisi Müdafiəçi4 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməsi və S.A.Abdullayevin barəsində olan xüsusi i ttiham qaydasında cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum S.A.Abdullayev və müdafiəçisi Müdafiəçi4 birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən deyilənlərin sübutu olaraq məhkəmə tərəfindən sorğular verilməsini xahiş etməyinə baxmayaraq, məhkəmələr işin həqiqi hallarının aşkarlanmasına maraqlı olmadıqlarını ehtiva edən hərəkətlər etmiş, vəsatətlərinin heç biri təmin olunmamışdır. S.A.Abdullayevin təqsirinin guya sosial şəbəkələrdə dedikləri ilə təsdiq olunması qanunsuz və əsassızdır, ona görə ki, dediklərinin həqiqət olduğuna nə birinci instansiya məhkəməsində, nə də Bakı Ape lİyasiya Məhkəməsinin Cinayət kollegiyasında işə baxılan zaman araşdırmaq istəməmişlər. Beləliklə, təqsirləndirildiyi normanın dispozisiyasında göstərilmiş halların onun əməlində mövcud olub-olmaması dediklərinin yalan olduğunu bilə-bilə qəsdən yalan məlumat verdiyi heç nə ilə sübut olunmamışdır. Onun dedikləri həqiqət idi. O, dediklərinin həqiqət olduğunu təsdiq etmək və dediklərində qeyd etdiyi çatışmazlıqların aradan qaldırılmasının ölkəmizin müdafiə qabiliyyətinə çox müsbət təsir edə biləcəyini bir mütəxəssis kimi yəqin edib Ali Baş Komandana bu barədə məlumat vermək istəmişdir. Lakin, maraqlı tərəflər onun həqiqət səsini boğaraq yalan arayışlar təqdim etməklə guya onun bilərəkdən böhtan atmağını sübut etməyə çalışmışlar ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi də onun sosial şəbəkələrdə məlumat verdiyi həqiqətləri böhtan kimi qiymətləndirib onun barəsində xüsusi ittiham qaydasında cinayət işini qaldırmış və məhdud məhkəmə istintaqı ilə heç bir araşdırma aparmadan barəsində hökm çıxarmışdır. Onun sosial şəbəkələrdə həqiqət hesab edib yaydığı məlumatların hamısında dövlətimizin müdafiə qabiliyyətinin lazımı səviyyədə saxlanmasına mane olan halları ölkə başçısının və səlahiyyət sahiblərinin nəzərinə çatdırmaq məqsədi olmuşdur. Burada böyük məbləğdə pullar bahasına alınmış raketlərin və digər silahların saxlanmalarının standarta uyğun olmadığını, həmin silahların saxlanması şəraitində nəmişlik mühitinin onlara zərər vura biləcəyini göstərməklə silahların saxlanma şəraitinin yoxlanmasını və çatışmamazlıqların aradan qaldırılmasını nəzərə çatdırmaq istəmişdir. Be lə olan halda onun həqiqəti deyib-deməməyini, böhtan atıb-atmamağını sübut etmək üçün çıxışlarında göstərdiyi yerlərin və orada saxlanan silahlar barəsində həqiqətin müəyyən edilməsinə səy göstərilməmiş, onun dedikləri isə böhtan kimi qələmə vermişlər ki, nəticədə dövlətin müdafiə qabiliyyətinə mühüm zərər vurulması ehtimalı yaranmışdır. Onun ittiham olunduğu CM-in normalarının dispozisiyası ilə dediklərinin-əməllərinin arasında uyğun olmamışdır, yəni onun qəsdən yalan olduğunu bilə-bilə heç kəsin barəsində böhtan xarakterli məlumat yaydığı sübut olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, aşağıda göstərilənlərə əsasən nəticəyə gəlir ki, məhkumun və müdafiəçisinin birgə verdikləri kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4N9-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum S.A.Abdullayevin və müdafiəçisi Müdafiəçi4 birgə verdikləri kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, S.A.Abdullayevin əməli Azərbaycan Respublikası CM-in N47.N və N47.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi yaratmır, əməllərində Respublikası CM-in N47.N və N47.2-ci maddələrinin əlamətlərinin mövcud olması sübutlarla təsdiq olunmur, ona görə də onun barəsində həmin maddələrlə ittiham hökmün çıxarılması qanunsuz və əsassızdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in N47.N-ci maddəsinə əsasən böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma həmin maddədə ağırlaşdırıcı tövsifedici əlamət kimi çıxış edir və əməlin daha ağır məsuliyyəti nəzərdə tutan CM-N47.2-ci maddəsi tövsif edilməsinə əsas verir. Azərbaycan Respublikası CPM-in N39-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in N44-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübut lar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin N45-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 35N-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən i ctimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan bütün əlamətlərin mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Həmin əlamətlərin mövcudluğu məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən olunur. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in N47.N və N47.2-ci maddələri ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddələr ilə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildiyi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şik ayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2N fevral 20N4-cü il tarixli qərarının N-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hə r kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirl ərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın N0-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyəti nə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin president hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Azərbaycan Respublikası CM-in N47.N-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Birinci instansiya məhkəməsi xüsusi ittihamçılar tərəfindən təqdim edilmiş və məhk əmə baxışı zamanı işə əlavə edilmiş sübutlar və materiallara əsasən nəticəyə gəlmişdir ki, S.A.Abdullayev Azərbaycan Respublikası CM-in N47.N və N47.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir, onun təqsiri işə əlavə edilmiş sübutlarla təsdiq olunur. Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs S.A.Abdullayevin Müdafiəçi4 apellyasiya şikayəti əsasında işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğun hesab etmiş, apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara nəzər salaraq nəticəyə gəlir ki, S.A.Abdullayev Azərbaycan Respublikası CM-in N47.N və N47.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törətməsini inkar etsə də, həmin sübutlara əsasən onun cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticə yə gəlməyə imkan verir. Belə ki, xüsusi ittihamçılar tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş elektron məlumat daşıyıcılarından görünür ki, S.A.Abdullayev 0N noyabr 2022-ci il tarixdə “YouTubə” platformasında “AzerFreedomTV” kanalında çıxış edərək xüsusi ittihamçılar – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin yüksək vəzifəli şəxsləri R.F.Tahirovun, E.İ.Rənahovun, B.N.Nəsibovun və E.A.Şahvələdovun 44 günlük Vətən Müharibəsi zamanı öz qulluq vəzifələrinin icrası barədə onların şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatlar vermişdir. Həmin məlumatlarda S.A.Abdullayev R.F.Tahirovu, E.İ.Rənahovu, B.N.Nəsibovu və E.A.Şahvələdovu faktiki olaraq xüsusi ilə ağır və ağır cinayətlərin əlamətləri olan əməllərin törədilməsində künah landırmışdır. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin vəzifəli şəxslərinin məktubları və digər sənədlərlə müəyyən edilmişdir ki, S.A.Abdullayevin 0N noyabr 2022-ci il tarixdə “YouTubə” platformasında “AzerFreedomTV” kanalında çıxışında R.F.Tahirovun, E.İ.Rənahovun, B.N.Nəsibovun və E.A.Şahvələdovun xidməti vəzifələrin icrası ilə əlaqədar hərəkətləri barədə verdiyi məlumatlar həqiqətə uyğun gəlmir. S.A.Abdullayev özü məhkəmə iclasında onun R.F.Tahirovun, E.İ.Rənahovun, B.N.Nəsibovun və E.A.Şahvələdovun barələrində yaydığı məlumatların həqiqətə uyğun olduğunu sübut edə bilməmiş, həmin məlumatların həqiqiliyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin vəzifəli şəx slərinin məktublarında qeyd olunan məqamlar isə S.A.Abdullayevin özü tərəfindən yayılmış məlumatların yalan olduğunun bildiyini göstərir. Beləliklə iş üzrə sübutlarla S.A.Abdullayevin CM-in N47.N və N47.2-ci maddələrinin bütün əlamətləri ehtiva edilən əməlləri törətməsi müəyyən edilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in N44-N46-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, XN əməlləri Azərbaycan Respublikası CM-in N47.N və N47.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, S.A.Abdullayevin 0N noyabr 2022-ci il tarixdə “YouTubə” platformasında “AzerFreedomTV” kanalında çıxış edərkən Azərbaycan Respublikası CM-in N47.N və N47.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş mater iallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi XN4in əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in N45.N-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vard ır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə kollegiyası Müdafiəçi4 kassasiya şikayətinin XN4in törətdiyi əməlin obyekti qeyri müəyyən olduğundan onun bu əməlində Azərbaycan Respublikası CM-in N47.N və N47.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin olmamasına dair dəlili əsaslı hesab etmir. Belə ki, sadalanan cinayətlərin obyekti şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. XN4 “AzerFreedomTV” kanalındakı çıxışlarında məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava XN5 İdarəsinin rəisi XN6, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava X6 Heyətinin rəisi XN2, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X7 XNN və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin İnspeksiyasının rəisi X4 barəsində yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymışdır. Ona görə də məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin XN4in Azərbaycan Respublikası CM-in N47.N və N47.2-ci maddələrində təqsirli olmalarına dair gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.N, 4N.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və onlara təqsirli bilindiyi maddələrin sanksiya hədlərində azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 59.N.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X2 himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi X2 törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, onun himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edərək məhkum S.A.Abdullayevə ədalətli cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki göstərilən işin halları ilə və istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin iş materiallarına və hər hansı tutarlı bir faktlara söykənmədiklərinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli N(N03)-N98N/2023 nömrəli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 4N6.N.N-4N6.N.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər hansı birini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar X5 barəsindəki 24 oktyabr 2023-cü il tarixli N(N03)-N98N/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilən lərə əsasən və Azərbaycan Respublikası CPM-in 4N9.N0.N-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum X5 barəsində 24 oktyabr 2023-cü il tarixli N(N03)-N98N/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-446/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-446/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver