Məhkəmə qərarları › İş №1(102)-447/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-447/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-447/2023 02.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(106)-679/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayət inə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1974-cü il tarixdə Neftçala rayonunun Tataraməhlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvəllər məhkum edilməmiş, Neftçala rayonu Tatarməhlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmaqla Neftçala rayonunun Tatarməhlə kəndində yaşadığı evinin qarşısında küçədə həmin kənd sakini Zərərçəkmiş şəxs ilə dayanıb öz aralarında söhbət edərkən sonuncu ucadan danışdığı üçün iradını bildirərkən Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədərək boğaz ından tutub itələdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə vurmaqla sonuncuya qarının ön divarının deşilib-kəsilmiş daxilə keçən, böyük piyliyi zədələyən və həyatı üçün təhlükə olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 1(099)352/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 05 oktyabr 2021-ci tarixli, 1(106)-679/2021 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində 27 may 2021-ci il tarixli 1(099)-352/2021 nömrəli hökmü isə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(106)-679/2021 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri

9. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən məhkum edilmiş şəxsin əməli düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə yalnız cinayətin baş verməsi faktına istinad edərək onun baş vermə səbəblərini hərtərəfli, tam və obyektiv araşdırmamışdır.Bundan başqa, hadisə nəricəsində Zərərçəkmiş şəxs həm ibtidai istintaq orqanına, həm də məhkəmədə verdiyi ifadəsində məni təhqir etdiyini və boğazımdan tutaraq boğmağa çalışdığını bildirmişdir. Mən isə həm özümü qorumaq üçün, həm də ağır ağır təhqirlərin təsiri altında bıçaqla ona xəsarətlər yetirmişəm.Ona görə də həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129-cu maddəsi ilə tövsif edilməlidir.

10. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza ağır cəzadır. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(106)-679/2021 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apelly asiya instansiya məhkəməsinə göndərilməsini xahiş edir.. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib -edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasınd a ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və ona təyin edilən cəzanın ağırlığını mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1106)-679/2021 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət m əsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

21. Belə ki, apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməs i məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin h üquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

23. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin bu hissədə qəbul etdiyi qərar da maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmişin ondan heç bir şikayət və ya tələbinin olmamasını, onunla barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini,ilk məhkumluğunu,cəzasını yüngülləşdirən hal kimi, cəzasının ağırlaşdıran halın olmamasını, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səciyyə ləndirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

24. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Pros essual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

26. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 1(106)679/2021 nömrəli qərarı dəyişdirilmədən sax lanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 oktyabr 2021-ci il tarixli, 1106)-679/2021 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar