Məhkəmə qərarları › İş №1(102)-447/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-447/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-447/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olu nmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Miriyev Rafiq Əlimurad oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(101)-774/2022 nömrəli (hakimlər: Əkbərov Məhəmməd Hüseyn oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü ma ddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 10 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi M.A.Abbasov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) 23 sentyabr 2022-ci il tarixli 1(103)-1779/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 32.5,206.2-ci maddəsinə tövsif edilmiş, ona CM-in 32.5,206.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edil miş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və onun üzərində qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Miriyev Rafiq Əlimurad oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli kül li miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstəriləcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Kəbleyi” təxəllüslü şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Kəbleyi” təxəllüslü şəxs və ya qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 5939,699 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” -in İ siyahısına daxil olan narkotik vasitə heroini və külli miqdarda - 5935 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib tanışları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Lökbatan qəsəbəsindən Masazıra gedən yolda yol nişanının altında gizlədərək bu barədə Məhkum məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı xxx ünvanında yerləşən nömrəsiz fərdi evə daşıyaraq orada saxlamış, narkotik vasitə heroinin bir hissəsini isə üzərində saxlamaqla Bakı şəhəri, Ya samal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 10 dekabr 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən, eyni adlı heykəlin yaxınlığında saxlanılaraq adı çəkilən İdarəyə gətirilmiş və orada 10 dekabr 2021-ci il tarixdə saat 21:50-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 69,699 qram olan narkotik vasitə heroin, həmin tarixdə sa at 23:10-dan özünün razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 55/57 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin yataq otağında olan dolabın içərisindəki çantadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 6 bükümdə ayrı-ayrılıqda çəkiləri 1060 qram, 1120 qram, 900 qram, 890 qram, 920 qram və 980 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 5870 qram olan narkotik vasitə heroin və 6 bükümdə ayrı-ayrılıqda çəkiləri 945 qram, 1000 qram, 920 qram, 940 qram, 990 qram və 1140 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 5935 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum və müdafiəçisi Miriyev Rafiq Əlimurad o ğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının CM-in 32.5,206.2-ci maddəsi ilə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını təqsirliliyin sübuta yetirilməməsinə görə ləğv edib, həmin maddə ilə cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə elə ilk gündən özünü təqsirli bilərək, evində saxladığı külli miqdarda narkotik vasitəni heç bir hədə qorxu və təzyiqə məruz qalmadan könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının CM-in 32.5,206.2-ci maddəsi ilə elan olunan ittihamla bağlı istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verilmiş ifa dələrində birmənalı şəkildə göstərilmişdir ki, aşkar edilmiş narkotik vasitələri məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına keçirən özünü “Kəbleyi” kimi qələmə verən şəxs İran İslam Respublikasının vətəndaşı ilə onun heç bir tanışlığı və əlaqəsi olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, həmin maddələrdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulduğu halda, barəsində son dərəcə yuxarı həddə — 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilmişdir. Halbuki, həmin məhkəmə qərarında xüsusi olaraq qeyd edilmişdir ki, əməldə cəzanı ağırlaşdıran hallar mövcud deyildir, əksinə cinayət əməllərini qismən etiraf etməklə peşman olmağı və himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Qeyd edilən hallar, xüsusilə himayədə iki azyaşlı uşaqların olması CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınsa da, həmin hal qeyd edilən maddələrlə cəza təyin edilərkən birmənalı şəkildə nəzərə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarının qismən - Azərbaycan Respublikasının 32.5,206.2-ci maddəsi ilə olan hissədə ləğv edib, həmin maddə ilə cinayət işi üzrə icraata xitam verilməsi və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyas iya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, eyni zamanda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi əmələ münasibətdə ağır cəza təyin edildiyi, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkə mə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduq da, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müə yyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədin dən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə kömək etmə, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittihamlar birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərar da göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə cinayət əməlini törətməsi özünün qismən təqsirli bilməsinə dair verdiyi ifadələri, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2021-ci il tarixli 6/5455 nömrəli rəyi, “Mobil telefona baxış keçiri lməsi barədə” xx.xx.2022-ci il tarixli protokolu, X2 məxsus 4169 7385 0831 6399 nömrəli bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən sənədlər və CD diskdə olan məlumatlar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Məhkum götürülmüş “Huawei P20” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqinin “Kişilər” bölməsində adı “İlq” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus +98 903 *** **** mobil nömrəsinin istifadəçisi ilə Məhkum arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə iranlı şəxsdən Məhkum qəbz şəkli göndərilir. H əmin qəbzdə X1 adına olan karta 595 manat pul köçürülməsi əks olunmuşdur. xx.xx.2021-ci il tarixdə göndərilmiş qəbz şəklində isə qeyd edilən karta 450 manat pul göndərilməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixdə iranlı şəxsdən Məhkum “600 k 200 p”, “3 kilo kola 2 kilo pati”, “40 kola, 10 pati”, “100 kola, 25 pati” məzmununda ismarıclar göndərilmişdir. Həmin ismarıclara cavab olaraq Məhkum “600 k 200 p bu bir ünvandı 3 kil k 2 kil p buda bir?” məzmununda ismarıc yazmışdır. İranlı şəxs iran ləhcəsi ilə Məhkum səsli ismarıc göndərərək deyir ki, “o üç dənə ilə iki dənəni verəndən sonra sənə bu qalır?. Məhkum cavab olaraq “5 dənə kilo kola 4 dənə təmiz kilo patı birdənə də yarımdan çıx” məzmununda ismarıc yazır və səsli ismarıc göndərərək bildirir ki, “gördün qaqaş hamısı açdıqlarım belə çıx ıb brat. Bu qədər malın içindən bir dənə indi çıxdı 1 kilo 3, qalan hamısı 800 qram, 970 qram, 980 qram, 960 qram. Yəni biləsən sabah düz gəlməz tüpürərəm onun mahiyyətinə qardaşlığımıza ləkə düşər. Elə bilərsənsə əlim murdarlanıb. Mənim əlim Həzrəti Əlinin qəbrinə, İmam Hüseynin qəbrinə dəymiş əldir. Mən o əli ləkələyə bilmərəm ata”. Həmin səsli ismarıcdan sonra Məhkum iranlı şəxsə 02 dənə şəkil göndərir. Həmin şəkillərdə elektron tərəzi üzərində içərisində narkotik vasitə heroinə bənzər maddələrin olduğu sellofon torba əks olunmuşdur. Həmin şəkillərdən sonra Məhkum səsli ismarıc göndərərək bildirir ki, “bax bu iki dənə kolanı qoydum, bax indi çəkib atdığım bu iki dənəni qoydum, indi patını da atıram”. Həmin səsli ismarıcdan sonra Məhkum iranlı şəxsə 01 dənə şəkil göndərir. Həmin şəkildə elektron tərəzi üzərində içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu sellofon torba əks olunmuşdur. Həmin şəkildən sonra Məhkum səsli ismarıc göndərərək bildirir ki, “bir də bu patını qoydum, indi bir dənə də 600 ilə 200 bağlayıram. Onu da hansından bağlıyıram, onu da çəkəcəm”. Həmin səsli ismarıcdan sonra Məhkum iranlı şəxsə 01 dənə şəkil göndərir. Həmin şəkildə elektron tərəzi üzərində içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu sellofon torba əks olunmuşdur. Həmin şəkildən sonra Məhkum səsli ismarıc göndərərək bildirir ki, “600 ilə 200 bundan bağlayacam 800 dən. Qaldı bizim tərtəmiz açılmayan iki dənə malımız indi onları çəkirəm”. Həmin səsli ismarıcdan sonra Məhkum iranlı şəxsə 02 dənə şəkil göndərir. Həmin şəkillərdə elektron tərəzi üzərində içərisind ə narkotik vasitə heroinə bənzər maddələrin olduğu sellofon torba əks olunmuşdur. İranlı şəxs “75 k” məzmununda ismarıc yazmış və səsli ismarıclar göndərərək bildirmişdir ki, “ağa bunu da götür, 600 ilə 200 götürmə”, “yekə tema Meyvəlidədir, Xochəsəndədir, başına dönüm bir az tez çıx evdən get birinci onu ver, sonra qayıt xırdaları qoy, elə o tərəflərdə dağıdarsan”, “ağa götürərsən 600 ilə 200”. Qeyd edilən telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vər. 146-147). İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə ol an sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində eyni zamanda məhkuma Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayət in xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (cinayət əməlini qismən etiraf edib peşman olması və himayəsində iki azyaşlı uşağının olması) olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri v ə ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cə za və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisinin birgə kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A LDİ: Məhkum və müdafiəçisi Miriyev Rafiq Əlimurad oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar