Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-448/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il ta rixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.A.Qəribov (sədrlik edən və məruzəçi), R.Ə.Sadıqov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 25 aprel 2018-ci il tarixli hökmü ilə 19 iyun 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 06 mart 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X6, X2, X13, X4, X10, X5 və X7 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını əldə etmək məqsədilə silah qismində istifadə olunan əşya tətbiq edərək yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə İraq Respublikası vətəndaşı X14ün təxminən 30.000 manat məbləğində külli miqdar təşkil edən əmlakını quldurluq yolu ilə ələ keçi rmək məqsədi ilə tanışları X13, X10, X4, X7 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar 2017-ci ildə saat 23 radələrində ünvan 1 ünvanda yerləşən 18 saylı yaşayış binasının qarşısına gəlmiş, X11 idarə etdiyi «VAZ-21074» markalı **-NC-*** qeydiyyat nişanlı minik avtomobilində X13 ilə əyləşib onları gözləmiş, X12 ilə birlikdə həmin binanın 7-ci mərtəbəsində X14 kirayədə yaşadığı 55 saylı mənzilin giriş qapısına yaxınlaşmış, X15 mənzilə daxil olmaq niyyəti ilə mənzilin qapısını döyərək X14ə alt mərtəbədə yaşayan qonşu olduğunu və mənzilinə yuxandan guya su axdığını deyib qapını açmasını bildirdikdən sonra sonuncu qapını açmış, bundan sonra X16 özünü X15in əri kimi təqdim edib birlikdə qanunsuz olaraq mənzilə girməklə içəridə X14 həyatı və sağlamlığı üçün təhlükəli zorakılı qla və belə zorakılıq tətbiq edəcəkləri hədəsi ilə bağlı olan basqın edərək, başından və sifətindən yumruqla vurub onu yerə yıxmış, həmin vaxt X15 mənzili tərk edib həyətə düşərək X13 və X11lə birlikdə sonuncunun idarə etdiyi avtomobildə əyləşib onları gözləmiş, liftin yanında gözləyən X17 və o, mənzilə qanunsuz girmiş, döşəmədə üzü üstə uzanıqlı vəziyyətdə olan X14 bədəninin müxtəlif nahiyyələrinə əl və ayaq zərbələri ilə vurub ona ümumilikdə sol yanağın və üst dodağın qançırları ilə nəticələnən, sağlamlığına zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər, sonra yataq otağına keçib asılqanda olan kəməri götürərək X14 hər iki qolunu, şərflə ayaqlarını, vanna otağının qapısından asılmış məhrəba ilə isə gözlərini bağlamış, şkafın üstündəki kəsici xassəyə malik o lan qatlanan ülgücü götürərək silah qismində istifadə etməklə X14ün boğazına dirəyib onu hədələmiş, mənzildən sonuncuya məxsus həmin dövrün məzənnəsi ilə 4435 manat 50 qəpik təşkil edən 2500 ABŞ dolları pulunu, 405 manat nəğd pulu, hər birinin qiyməti 300 manat, cəmi 600 manat dəyərində iki ədəd «Dell» modelli noutbuku, 140 manat dəyərində bir ədəd İphone markalı A1387 (4S) modelli, üzərində 3 manat məbləğində danışıq vaxtı olan 5 manat dəyərində ***-***-**-** saylı cin nömrə ilə birlikdə 250 manat dəyərində bir ədəd İphone markalı A1533 (5S) modelli, üzərində 2 manat məbləğində danışıq vaxtı olan 4 manat dəyərində ***-***-**-** saylı cin nömrə ilə birlikdə 650 manat dəyərində bir ədəd İphone markalı A1687 (6S+) modelli, bir ədəd 50 manat dəyərində Blackberry markalı 9700 modelli mobil tel efonları, bir ədəd 300 manat dəyərində İpad markalı A1460 (İpad 4) modelli planşeti, bir ədəd 20 manat dəyərində Jui Xuao markalı idman çantasını, bir ədəd 10 manat dəyərində Coliseium markalı və bir ədəd 12 manat dəyərində Weiyieshi markalı qol saatlarını ələ keçirərək X14yə xeyli miqdar təşkil edən, cəmi 6886 manat 50 qəpik maddi ziyan vurmaqla quldurluq etmiş, bundan sonra binanın qarşısında X13 və X15 ilə birlikdə onları gözləyən X11in idarə etdiyi «VAZ-21074» markalı **-NC-*** qeydiyyat nişanlı minik avtomobilinə əyləşib quldurluq yolu ilə əldə olunmuş əmlakı da həmin avtomobilə qoyaraq hadisə yerindən uzaqlaşmışlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər H.H.Əhmədov (məruzəçi və sədrlik edən), Ə.İ.Qasımov və İ.M.Murquzovdan ibarət tərkibdə) 25 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı ləğv olunsun və ona bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, məhkəmə hökmü və qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə onu təqsirli hesab edərkən sübutları düzgün qiymətləndi rməmiş, cinayətdə iştirak etməmısinə baxmayaraq barəsində ittiham hökmü çıxarılmışdır. İş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslər X16 və X17nin ifadələrindən görünür ki, onun törədilmiş cinayətdə heç bir rolu olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azə rbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs Y.Bağırovanın kassasiya şikayətinin başlıca dəlili onun təqsirsiz olması əsası ilə əlaqədar barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. c inayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, ibtidai istintaq zamanı digər təqsirləndirilən şəxslərin verdikləri ifadələri ilə, şahidlərin ifadələri ilə, iş üzrə tədqiq edilmiş maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyi ni şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə alm ış və ona təqsirli bilindiyi maddənin orta həddinə yaxın həddə cəza təyin etmişdir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxsə dair hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-448/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-448/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver