Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-448/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum2, onun müdafiəçisi və mülki cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Həsənov Fərid İzafət oğlu nun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 nümayəndəsi X2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 nümayəndələri X7 və zərərçəkmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi X33 oğlunun iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 CM-nin 186.2.1-ci maddəsi ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 186.2.1, 188.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına, Məhkum2 isə həm də CM-nin 32.4,186.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi F.İ.Həsənov, mülki cavabdeh “ xxxx” MMC, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərər çəkmiş Zərərçəkmiş şəxs8 nümayəndəsi X6 və zərərçəkmiş Zərərçəkmiş şəxs7 nümayəndəsi X15 tərəfindən birlikdə verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Azər Heydər oğlu) Məhkum1 xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, İİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimka n tədbiri seçilmiş, CM-nin 186.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, Məhkum2, xx xxxxxx 1986-cı il tarixdə Beyləqan rayonunun 1 -ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində dörd azyaşlı uşağı olan, ali təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində işləmiş, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, CM-nin 32.4, 186.2.1-ci maddəsi ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş və o, CM-nin 186.2.1, 188.2 və 308. 2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 186.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 188.2-ci maddəsi ilə 1 (bir) il müddətə və CM-nin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya birləşdirilməklə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Həmçinin iş üzrə zərər çəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar qismən təmin edilərək mülki cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən: 1) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə 5 nömrəli yüksəkmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində y erləşən, ümumi sahəsi 32,5 kvadrat metr olan 1 otaqlı, 12 saylı təmirsiz mənzilin; 2) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə 5 nömrəli yüksəkmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 32,5 kvadrat metr olan 1 otaqlı, 7 saylı təmirsiz mənzilin; 3) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət pay ı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə 5 nömrəli yüksəkmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 31,2 kvadrat metr olan 1 otaqlı, 7A saylı təmirsiz mənzilin; 4) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 95.3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/5 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 19,06 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə 5 nömrəli yüksəkmərtəbəli yaşayış binasının 2-ci mə rtəbəsində yerləşən, ümumi sahəsi 32,5 kvadrat metr olan 1 otaqlı, 2 saylı təmirsiz mənzilin; 5) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/15 hissədə payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 6,35 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə 5 nömrəli yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 31,2 kvadrat metr olan 1 otaqlı, 2A saylı təmirsiz mənzilin verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, Məhkum2 tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması üçün m ühasibatlığa təhvil verilmiş 204.895 (iki yüz dörd min səkkiz doxsan beş) manat məbləğində pulun hökm qanuni qüvvəyə mindikdən sonra Məhkum2 qaytarılması qərara alınmışdır. İşin halları: Hökmə əsasən, Məhkum1 zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Belə ki, Məhkum1 qeydiyyatda olmaqla yaşadığı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və həmin dövrdə qüvvədə olan mülkiyyət hüququ ilə ünvan 1 ünvanında mövcud olmuş, ümumi sahəsi 95,3 kvadratmetr təşkil edən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin 1/25 hissəsinin özünə, qalan hissəsinin isə digər qohumları - Zərərçəkmiş şəxs3 (1/5 hissə), Zərərçəkmiş şəxs11 (5/25 hissə), Zərərçəkmiş şəxs8 (1/25 hissə), Zərərçəkmiş şəxs10 (5/25 hissə), Zərərçəkmiş şəxs7 (1/25 hissə), Zərərç əkmiş şəxs1 (1/25 hissə), Zərərçəkmiş şəxs12 (5/25 hissə), Zərərçəkmiş şəxs2 (1/50 hissə) və Zərərçəkmiş şəxs6 (1/50 hissə) məxsus olduğunu bildiyi halda, həmin evin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova, Mərdanov Qardaşları, Ş.Əzizbəyov və Ə.Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə olan fərdi yaşayış evlərinin mülkiyyətçiləri ilə razılaşma aparıldıqdan sonra sökülərək yerində yeni yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün ərazinin Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 280 saylı sərəncamı ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi ilə əlaqədar özünün də paylı mülkiyyətə malik olduğu həmin fərdi yaşayış evinin bütünlüklə qeyd edilən cəmiyyət tərəfindən sökülməsinə özünün razılıq verməsinə baxmayaraq digər mülkiyyətçilərin razılığa gələ bilməməsindən sonra həmin Cəmiyyətə faktiki rəhbərlik edən Məhkum2 qeyd edilən yaşayış sahəsinin "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsi və həmin ərazidə inşa ediləcək yeni çoxmənzilli hündürmərtəbəli binadan ona 51,8 kubmetr mənzil sahəsinin verilməsi və bina inşa edilənə qədər aylıq 400 (dörd yüz) manat kirayə haqqının ödənilməsinə dair təkliflər irəli sürüb onu ələ aldıqdan sonra Məhkum2la sövdələşməklə xx xxxxx 2018-ci il tarixdə cinayətdən xəbərsiz olan həmin Cəmiyyətin direktoru X34 ilə qeyd edilən şərtlərlə müqavilə bağlayıb, Məhkum2 onu ələ almaqla təhriki əsasında həmin tarixdə evin sökülməsinə razılıq verməsinə dair ərizə ilə müraciət edib, xx xxxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixə dək olan müddətdə ünvan 1 ünvanında mövcud olmuş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 95,3 kubmetr olan, 204.895 (iki yüz dörd min səkkiz yüz doxsan beş) manat dəyərində qiymətləndirilən həmin fərdi yaşayış evini, digər mülkiyyətçilərinin xəbəri olmadan, ərazidə fərdi qaydada söküntü işləri həyata keçirən, cinayətdən xəbərsiz olan ayrı-ayrı fəhlələr vasitəsilə söküb ərazinin hamarlanmasını həyata keçirməklə özgələrə, yəni Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 məxsus olmaqla konstruksiya baxımından məqsədli təyinatı üzrə istifadəsi yalnız bütöv formada mümkün olan yaşayış evini-özgəyə məxsus əmlakı Məhkum2 təhriki ilə vahid niyyətlə külli miqdarda, yəni 204.895 (iki yüz dörd min səkkiz yüz doxsan beş) manat ziyan vurmaqla qəsdən məhv etmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına görə digər təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmiş, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə təhrik etmiş, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmış və vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nət icələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum2 xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmış, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə olan "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd edilən tarixdən qanuni nümayəndəsi (direktoru) işləyərkən cəmiyyətin Nizamnaməsinə əsasən, onun cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmasını həyata keçirmək, Cəmiyyətin adından qərarlar qəbul etmək, vəkalətnaməsiz çıxış etmək, müstəqil surətdə müqavilələr bağlamaq və sair səlahiyyətlərə malik olmaqla, eləcə də, xx xxxxxx 2018-ci il tarixdə formal olaraq vəzifəsindən azad edilməsinə baxmayaraq, faktiki olaraq həmin səlahiyyətləri i cra etməkdə davam edərək, təşkilati-sərəncamverici və inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı əsasında Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli, 280 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə 2.37 hektar ərazidə yerləşən mövcud yaşayış binalarının mülkiyyətçiləri ilə razılaşma aparıldıqdan sonra sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsindən sonra həmin ərazidə yerləşməklə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında mövcud olmuş 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 95,3 kubmetr olan fərdi yaşayış evinin mülkiyyətçiləri 3 evin sökülməsinə dair razılığa gələ bilməməsi səbəbindən faktiki olaraq rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunmaqla, hüquqi şəxsin istifadəsinə verilmiş həmin ərazidə mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin sürətləndirilməsi mülkiyyətçiləri özünün irəli sürdüyü şərtlərlə razılaşmağa məcbur etmək niyyət ilə əmlakın mülkiyyətçiləri arasında yaranan ailə münaqişəsindən istifadə edərək ünvan 1 ünvanında mövcud olmuş 2 mər təbəli, 5 otaqlı, ümumi sahəsi 95,3 kvadratmetr olan həmin fərdi yaşayış evinin mülkiyyətçilərindən biri olan Məhkum1 ilə onun əmlaka dair sərəncam vermək səlahiyyətlərinin məhdud olmasını, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin RX ******* saylı çıxarışına əsasən həmin dövr üçün əmlakın yalnız 1/25 hissədə mülkiyyətçisi hesab edilməsi və evin qalan hissəsinin qohumları Zərərçəkmiş şəxs3 (1/5 hissə), Zərərçəkmiş şəxs11 (5/25 hissə), Zərərçəkmiş şəxs8 (1/25 hissə), Zərərçəkmiş şəxs10 (5/25 hissə), Zərərçəkmiş şəxs7 (1/25 hissə), Zərərçəkmiş şəxs1 (1/25 hissə), Zərərçəkmiş şəxs12 (5/25 hissə), Zərərçəkmiş şəxs2 (1/50 hissə) və Zərərçəkmiş şəxs6 (1/50 hissə) məxsus olduğunu bildiyi halda, həmin evin yerləşdiyi məhəllədə olan fərdi yaşayış evlərinin sökülərək yerində yaşayış binaların ın və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün ərazinin qeyd edilən sərəncam əsasında "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qeyd edilən yaşayış sahəsinin "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsi və həmin ərazidə inşa ediləcək yeni çoxmənzilli hündürmərtəbəli binadan 51,8 kubmetr mənzil sahəsinin ona verilməsi və bina inşa edilənə qədər aylıq 400 (dörd yüz manat kirayə haqqının ödənilməsinə dair təkliflər irəli sürüb Məhkum1 həmin şərtlərlə onunla sövdələşməklə sonuncu ilə xx xxxxx 2018-ci il tarixdə cinayətdən xəbərsiz olan Cəmiyyətin direktoru X34 arasında edilən şərtlərlə müqavilə bağlanması və qeyd edilən qaydada təhriki əsasında həmi n tarixdə Məhkum1 evin sökülməsinə razılıq verməsinə dair ərizəsini alıb xx xxxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan müddətdə Məhkum1 tərəfindən ünvan 1 ünvanında mövcud olmuş 2 mərtəbəli və 5 otaqlı ümumi sahəsi 95,3 kubmetr olan 204.895 (iki yüz dörd min səkkiz yüz doxsan beş) manat dəyərində qiymətləndirilən həmin fərdi yaşayış evinin digər mülkiyyətçilərinin xəbəri olmadan cinayətdən xəbərsiz olan ayrı-ayrı vasitəsilə sökülüb, ərazinin hamarlanmasına nail olmuş, bu əməlləri ilə özgənin Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 məxsus olmaqla konstruksiya baxımından məqsədli təyinatı üzrə istifadəsi bütöv formada mümkün olan yaşayış evi ni, özgələrə məxsus əmlakı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla qəsdən məhv etməyə Məhkum1 təhrik etmiş, cinayətkar məqsədinə nail olmuş, həmin hərəkətləri ilə mülkiyyətçiləri olan yuxarıda qeyd edilən fiziki şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, dövlət tərəfindən qorunan və təminat verilən təkbaşına və ya başqaları ilə birlikdə, normal birgəyaşayış qaydalarına uyğun olaraq, əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarət mülkiyyət hüquqlarına və mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səlahiyyətindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Cəm iyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı əsasında Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli 280 saylı sərəncamı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə 2.37 hektar ərazidə yerləşən mövcud yaşayış binalarının mülkiyyətçiləri ilə razılaşma aparıldıqdan sonra sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin “xxxx’Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsindən sonra ünvan 6 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin MA ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışına əsasən Zərərçəkmiş şəxs13 xüsusi mülkiyyətində olan 13,5 kubmetr sahədən ibarət olan qeyri-yaşayış sahəsinin sökülməsinə dair mülkiyyətçi ilə razılığa gələ bilməməsi ilə əlaqədar həmin qeyri-yaşayış sahəsinin də yerləşdiyi məhəllədə olan fərdi yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün ərazinin qeyd edilən sərəncam əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə, müvafiq olaraq, 45.707,63 manat (qırx beş min yeddi yeddi yüz yeddi manat altmış üç qəpik) dəyərində qiymətləndirilən həmin qeyri-yaşayış sahəsinin mülk iyyətçisinin xəbəri olmadan və razılığını almadan faktiki rəhbər kimi verdiyi qanunsuz tapşırığı əsasında xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddətdə cinayətdən xəbərsiz olan həmin Cəmiyyətin işçiləri və ayrı-ayrı vasitəsilə qeyd edilən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülüb, ərazinin hamarlanmasına nail olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgəyə, yəni Zərərçəkmiş şəxs13 məxsus əmlakı qəsdən məhv etmiş, həmin hərəkətləri ilə sonuncunun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, dövlət tərəfindən qorunan və təminat verilən təkbaşına və ya başqaları ilə birlikdə, normal birgəyaşayış qaydalarına uyğun olaraq, əmlaka sahib əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarət mülkiyyət hüquqlarına və qanuni m ənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı əsasında Nəsimi RİH-nin başçısının xx xxxxxx 2017-ci il tarixli 280 saylı sərəncamı Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə 2.37 hektar ərazidə yerləşən mövcud yaşayış binalarının mülkiyyətçiləri ilə razılaşma aparıldıqdan sonra sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriya şayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsindən sonra ünvan 7 ünvanında yerləşən, Bakı şəhər icra hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsininin FM 029943 saylı xx xxx 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X35un xüsusi mülkiyyətində olan 2 otaqlı 32,5 kubmetr və həmin idarənin FM 029942 saylı xx xxxxxx 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən sonuncunun övladı Zərərçəkmiş şəxs9 xüsusi mülkiyyətində olan 2 otaqlı 43,4 kubmetr sahədən ibarət olmaqla, ümumilikdə 75,9 kvadratmetr ölçüdən ibarət fərdi yaşayış evinin sökülməsinə dair mülkiyyətçilərlə razılığa gələ bilməməsi ilə əlaqədar həmin evin də yerləşdiyi məhəllədə olan fərdi yaşayış evlərin in sökülərək yerində yeni yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün ərazinin qeyd edilən sərəncam əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi ilə əlaqədar öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə, müvafiq 69.875 (altmış doqquz min səkkiz yüz yetmiş beş) manat və 93.310 (doxsan üç min üç yüz on) manat olmaqla, ümumilikdə 163.185 (bir yüz altmış üç min yüz səksən beş) manat dəyərində qiymətləndirilən yaşayış sahəsinin mülkiyyətçilərinin xəbəri olmadan və onların razılığını almadan faktiki rəhbər kimi verdiyi qanunsuz tapşırığı əsasında xx xxxxxxxx 2018-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texnika və cinayətdən xəbərsiz olan həmin Cəmiyyətin işçiləri vasitəsilə qeyri-y aşayış evinin qanunsuz olaraq sökülməsini həyata keçirərək təkrarən, vahid niyyətlə külli miqdarda ziyan vurmaqla özgəyə, yəni X35 və Zərərçəkmiş şəxs9 məxsus əmlakı qəsdən məhv etmiş, həmin hərəkətləri ilə qeyd edilən fiziki şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, dövlət tərəfindən qorunan və təminat verilən təkbaşına və ya başqaları ilə birlikdə, normal birgəyaşayış qaydalarına uyğun olaraq, əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarət mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaq ədar özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Kabinetinin xx xxxxxx 2016cı il tarixli 86 saylı qərarı əsasında Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli 280 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə 2.37 hekta ərazidə yerləşən mövcud yaşayış binalarının mülkiyyətçiləri ilə razılaşma aparıldıqdan sonra sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsindən sonra həmin sahənin daxilində yerləşməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət in RX ******* saylı çıxarışına əsasən Zərərçəkmiş şəxs5 xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında daş hasarlanmış 0,07321 hektar ərazinin 276.27 kubmetr sahəsində Zərərçəkmiş şəxs5 razılığı olmadan, sonuncunun əri X36 tərəfindən əvvəlcədən şifahi qaydada tikinti aparılmamasına dair xəbərdarlıq edilməsinə baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək verdiyi qanunsuz tapşırıq əsasında həmin ərazidə 2018-ci ilin noyabr ayından başlayaraq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi texnikası və canlı qüvvəsi vasitəsilə yüksək mərtəbəli yaşayış binasının tikinti və quraşdırma işlərini həmin torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan aparmaqla Zərərçəkmiş şəxs5 torpaq üzərində mülkiyyət hüququnu pozmuş, həmin hərəkətləri ilə sonuncunun Azərbay can Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, dövlət tərəfindən qorunan və təminat verilən təkbaşına və ya başqaları ilə birlikdə, normal birgəyaşayış qaydalarına uyğun olaraq, əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarət mülkiyyət hüququna və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən dövlət ittihamçısı S.Salmanov tərəfindən verilmiş apellyasiya protestinə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 nümayəndəsi X6, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 nümayəndəsi X33 oğlu, Məhkum1, onun müdafiəçisi Azadəliyev Elxan Cəbrayıl oğlu, eləcə də Məhkum2 müdafiəçisi H əsənov Fərid İzafət oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzovd İlqar Mustafa oğlu ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti, Məhkum1, onun müdafiəçisi Azadəliyev Elxan Cəbrayıl oğlu, eləcə də Məhkum2 müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 nümayəndəsi X6, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 müdafiəçisi X33 oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm mülki iddiaların təmin edilməsi hiss əsində aşağıdakı qaydada dəyişdirilmişdir: İş üzrə mülki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasından sahəsi 51,8 kvadrat metr olan bir otaqlı təmirsiz mənzilin verilməsi; 2) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasından sahəsi 51,8 kvadrat metr olan bir otaqlı təmirsiz mənzilin verilməsi; 3) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasından sahəsi 51,8 kvadrat metr olan bir otaqlı təmirsiz mənzilin verilməsi; 4) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/5 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 19,06 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasından sahəsi 51,8 kvadrat metr olan bir otaqlı təmirsiz mənzilin verilməsi; 5) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/15 hissədə payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 6,35 kvadrat metr ə vəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasından sahəsi 51,8 kvadrat metr olan bir otaqlı təmirsiz mənzilin verilməsi qət edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından: dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş Zərərçəkmiş şəxs7 nümayəndəsi X15 və zərərçəkmiş Zərərçəkmiş şəxs8 nüm ayəndəsi X6 birlikdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qismən, yəni Məhkum2 oğluna irəli sürülmüş ittiham üzrə hissəvi bəraət verilməsi və ona cəza təyin edilməsi hissələrində ləğv edilməsini və işin həmin hissələrdə yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişlər; Məhkum2 müdafiəçisi F.İ.Həsənov kassasiya şikayəti verərək hüquqların müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir; mülki cavabdeh "xxxx" MMC-nin nümayəndəsi F.İ.Həsənov kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının mülki iddiaların təmin edilməsinə dair hissəd ə dəyişdirilməsini və həmin hissənin aşağıdakı şəkildə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş ntmişdir: “İş üzrə mülki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saly yüksəkmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində bir otaqlı, ümumi sahəsi 46,6 kvadrat metr olan bir otaqlı təmirsiz mənzil; 2) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 ünvan 3 ünvanda yerl əşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasının 5-ci mrətəbəsində bir otaqlı, ümumi sahəsi 46,6 kvadrat metr olan təmirsiz mənzil; 3) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/9 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 10,58 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Top çubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində bir otaqlı ümumi sahəsi 46,6 kvadrat metr olan təmirsiz mənzil; 4) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 95,3 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/5 hissədən ibarət payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 19,06 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində bir otaqlı ümumi sahəsi 47 kvadrat metr olan təmirsiz mənzil; 5) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 95,3 kv adrat metr olan iki mərtəbəli fərdi yaşayış evində olan 1/15 hissədə payı, yəni fərdi yaşayış evinin ümumi sahəsi 6,35 kvadrat metr əvəzi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 5 saylı yüksəkmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində bir otaqlı ümumi sahəsi 47 kvadrat metr olan təmirsiz mənzil verilsin və həmin mənzillərin verilməsi haqqında müqavilələr bağlansın”. Kassasiya protetinin və kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) bir sıra normalarına, məhkumların və zərərçəkmiş şəxslərin verdikləri ifadələrə istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini o nunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, məhkəmə istintaqı zamanı düzgün araşdırma aparılmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Məhkum2 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özgə əmlakını qəsdən məhv etmiş, digər şəxsi özgə əmlakını qəsdən məhv etməyə təhrik etdərək, eləcə də qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla vətəndaşın mülkiyyət hüquqlarını pozaraq az ağır cinayətlər kateqoriyasına aid cinayətlər törətmişdir. Lakin, məhkəmələr qeyd olunan cinayətlərin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirilərkən CM-nin 58.3-cü maddəsinin və Ali Məhkəmənin Plenum qərarının tələblərini nəzərə almamış, Məhku m2 hansı əsaslarla onun cəza çəkmədən islah olunması qənaətinə gəlməsini əsaslandırmamış, bununla da cinayətin xarakterinə, ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə və təqsirləndirlən şəxsin şəxsiyyətinə uyğun olmayan yüngül cəza tədbiri seçmişdir. Məhkəmələr Məhkum2 qarşı qəsdən özgə əmlakını məhv etmə ilə bağlı irəli sürülmüş ittihamlardan bir epizoduna bəraət versələr də, digər üç epizod üzrə onu təqsirli bilmiş, barəsində ittiham hökmü çıxarmaqla onun təkrarən özgə əmlakını qəsdən məhv etməsi qənaətinə gəlmişdir. Cəza təyin edən zaman isə onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını göstərməklə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Məhkəmələr bu qənaətə gələrkən iş üzrə toplanmış kifayət qədər mötəbər dəlilləri düzgün qi ymətləndirməmişlər. Belə ki, iş zərərçəkmiş şəxs qismində dindirilmiş Nəsimi rayonu 3cü kərpic döngəsi 5 ünvanında yerləşən paylı mükiyyətdə qeydiyyatda olan şəxslər ifadələrində göstərmişlər ki, söküntü işləri aparılmamışdan əvvəl xx xxxxx 2018-ci il tarixdə “xxxx” MMC-nin direktoru kimi tanıdıqları Məhkum2 ofisində olmuş və hər biri öz mülkiyyətinə dair çıxarışları ona təqdim etmişdir. Qeyd olunan halı təqsirləndilən şəxs Məhkum 2 və Məhkum1 də təsdiq etmişlər. Məhkum2 onlarla müqavilələrin bağlanılmasına söz vermiş, yenidən xx xxxxx 2018-ci il tarixdə Məhkum2 iş otağında olan vaxt isə zərərçəkmişlərə məlum olmuşdur ki, ev artıq sökülüb. Qeyd olunan halı istər təqsirləndilən şəxslər, istərsə də zərərçəkmiş şəxslər məhkəmə baxışları zamanı da verdikləri ifadələrində göstərmişlər. Məhkəməl ər Məhkum1 ifadəsinə tənqidi yanaşmamış, onu mötəbər sübut növü kimi qəbul edərək Məhkum2 CM-nin 32.4, 186.2.1-ci maddəsi ilə bəraət verməkdə haqlı olmamışlar. Belə ki, Məhkum1 Məhkum2 təhriki olmadan paylı mülkiyyətdə olan əmlakın onun özü tərəfindən sökülməsini bildirsə də, Məhkum1 İİ qrup əlil olmaqla fiziki cəhətdən zəif olmasını, həmçinin maddi imkanının məhdud olduğundan öz vəsaiti hesabına hər hansı söküntü işləri apara bilən texnika və vasitələri həmin işlərə cəlb etməsi mümkünsüz olduğundan, Məhkum1 bu söküntü işlərini təkbaşına icra etməsi şübhə altına qoyur, təqsirləndirilən şəxs Məhkum1 isə qeyd edilən halı özü də izah edə bilməmişdir. Halbuki, təqsirləndilən şəxs Məhkum2 qarşı irəli sürülmüş ittihamda göstərilmişdir ki, mülkiyyətçiləri özünün irəli sürdüyü şərtlərlə razılaşm ağa məcbur etmək niyyəti ilə əmlakın mülkiyyətçiləri arasında yaranan ailə münaqişəsindən istifadə edərək Məhkum1 müəyyən şərtlərlə ələ almış, sonuncunun vasitəsi ilə digər mülkiyyətçilərin razılıqları alınmadan əmlakının sökülməsinə nail olmuşdur. Məhkəmə tərəfindən əldə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, istinad etdiyi sübutların mümkünlüyü və mötəbərliyi yoxlanılmamışdır. Belə ki, məhkəmə Məhkum2 əməlində CM-nin 32.4, 186.2.1-ci maddəsinin tərkibinin olmamasına qiymət verərkən göstərmişdir ki, həmin epizodu Məhkum2 özü etiraf etmir, digər təqsiləndirilən şəxs Məhkum1 isə Məhkum2 onu əmlakı məhv etməyə təhrik etmədiyini və iki mərtəbəli yaşayış binasının onun tərəfindən sökülməsini göstərmişdir. Bu halı mötəbər sübut növü kimi qəbul edərkən məhkəmə nəzərə almamışdır ki, s öküntü və tikinti işlərinin aparılmasında Məhkum1 deyil, “xxxx” MMC maraqlı tərəf olmuş, Məhkum1 isə hər hansı bir texnika və canlı qüvvə olmadan iki mərtəbəli yaşayış binasını sökməsinin mümkünlüyü qəbuledilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı əsasında Nəsimi Rayon İcra Hakimiyyəti başçısının x xxxxxx 2017-ci il tarixli 280 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə 2,37 hektar ərazidə yerləşən mövcud yaşayış binalarının mülkiyyətçiləri ilə razılaşma aparıldıqdan sonra sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikilməsi öhdəliyi “xxxx” MMC-nin üzərinə qoyulmuşdur. Həmin tarixdə şirkətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Məhkum2 isə söküntü işləri aparılmamışdan əvvəl Nəsimi rayonu, 3, Kərpic döngəsi, 5 ünvanının paylı mülkiyyətdə olmasını bilmiş, Məhkum1 müəyyən şərtlərlə ələ aldıqdan sonra digər mülkiyyətçilərin razılığı alınmadan sonuncunun vasitəsi ilə söküntü işlərinin həyata keçirilməsinə nail olmuşdur. Qeyd olunalara əsasən dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş Zərərçəkmiş şəxs7 nümayəndəsi X15 və zərərçəkmiş Zərərçəkmiş şəxs8 nümayəndəsi X6 birlikdə verdikləri kassasiya şikayətini belə əsaslandırmışlar ki, söküntütikinti işləri ilə məşğul olan "xxxx” MMC-nin vəzifəli şəxsləri heç bir əsas olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 n ömrəli qərarın 1.2, 1.3 və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinin tələblərini pozaraq öz maraqlarını vəzifə səlahiyyətlərindən üstün tutub, pilot layihə çərçivəsində çox mənzilli binaları tikmək adı ilə onlara məxsus olan əmlakları heç bir əsas olmadan qanunsuz söküb, məhv etmişlər. Həmçinin, şikayət müəllifləri qeyd edirlər ki, təqsirləndirilən şəxslər məhkəmədə özlərini təqsirli bilməmiş, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməkdən boyun qaçırmışlar. Mülki cavabdeh "xxxx" MMC-nin üzərinə müvafiq öhdəliyin qoyulması barədə verilmiş mülki iddiadar təmin edilmiş olsa da, hal-hazıradək mülki iddianın təmin edilməsi hissəsində hər hansı bir barışıq sazişi əldə olunmamış, mülki cavabdeh tərəfindən mülki iddianın təmin edilmiş hissəsində icra olunmasına dair təkli flər irəli sürülməmişdir. Kassatorların fikrincə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin, faktiki hallarına uyğun deyil, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, Məhkum2 ona elan olunmuş iitihamlar üzrə epizodlardan biri ilə bağlı əsassız bəraət verilmiş, eyni zamanda məhkumlar barəsində həddindən artıq yüngül cəza tədbiri seçilmiş, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın daha çox olmasına baxmayaraq qaldırılmış mülki iddialar yalnız qismən təmin olunmuşdur. Zərərçəkmiş şəxslərin fikrincə, apellyasiya instansiyası məhkəməsi Məhkum2 və Məhkum1 cəza təyin edilməsi ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən ədalət prinsipinə əməl etməmiş, təqsirləndirilən şə xslərə həddindən yüngül cəza təyin olunmuş, odur ki, mübahisə edilən qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Qeyd olunanlanları nəzərə alaraq kassasiya şikayətinin müəllifləri həmin şikayətin təmin edilməsini xahiş edirlər. Məhkum2 müdafiəçisi F.İ.Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxarkən ittiham hökmü çıxarılmış epizodlar üzrə Məhkum2 təqsirinin olmasını şübhə altına alan dəlil və sübutları araşdırmamış, apellyasiya şikayətində qeyd olunan faktları və halları nəzərdən qaçırmış, ümumiyyətlə gedən məhkəmə proseslərində həmin epizodlar barədə lazımi araşdırma aparılmamışdır. Belə ki, Məhkum2 məhkəmə hökmü ilə təqsirlli bilindiyi epizodlardan biri Zərərçəkmiş şəxs13 ilə bağlıdır. Zər ərçəkmiş şəxs13 ünvan 12 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi olsa da, tam fəaliyyət qabiliyyətli olmadığından onun adından qanuni nümayəndə kimi cinayət işi üzrə icraatda Qanuni nümayəndə çıxış etmişdir. Zərərçəkmiş şəxs ilə “xxxx” MMC arasında bir neçə dəfə mülki məhkəmə icraatı qaydasında məhkəmə mübahisəsi olmuş, bu mübahisələrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində, Abşeron Rayon Məhkəməsində baxılmışdır, yəni mübahisə mülki xarakterli olduğundan zərərçəkmiş özü də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bunu təsdiq edən məhkəmə bildirişləri vardır və işə əlavə edilmişdir, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də məhkəmə iclasında ifadə verərək bu faktı təsdiq etmişdir. Göründüyü kimi, bu epizod üzrə artıq ayrıca mülki məhkəmə mübahisəsi olmuş və məsələyə bax ılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Mülki mübahisə üzrə məhkəmə prosesi vaxtı onunla müqavilə bağlanmış, ona qeyri-yaşayış sahəsi verilmiş və şikayətinin olmaması barədə ərizəni ibtidai istintaq orqanına təqdim etmişdir. Lakin iş üzrə qeyri-yaşayış sahəsinin məhz Məhkum2 tərəfindən sökülməsi faktı öz təsdiqini tapmamışdır. Digər epizod Zərərçəkmiş şəxs4 ilə əlaqəlidir. Zərərçəkmiş şəxs4 özü və qızı Zərərçəkmiş şəxs9 adına olan və ünvan 5 ünvanında yerləşən fərdi yayış evinin sökülməsinə görə şikayətçi olmuşlar. Lakin qeyd olknmalıdır ki, Zərərçəkmiş şəxs4 ilə “xxxx” MMC arasında olan mülki mübahisə hələ cinayət işi başlanana qədər həll olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs4la Məhkum2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan, aralarındakı f ərdi evin sökülməsi ilə bağlı mülki mübahisəni barışıq sazişi ilə yekunlaşdırmış və həmin işə xitam verilmişdir. Barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilmiş, həmin qərardad iş materiallarına əlavə edilməsi üçün təqdim olunmuşdur. Zərərçəkmiş şəxs4 evinin məhz Məhkum2 tərəfindən sökülməsi faktı da məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Odur ki, həmin epizod üzrə də Məhkum2 əraət verilməli idi. Digər və sonuncu epizod da Zərərçəkmiş şəxs5 ilə bağlı epizodudur. Bu epizod üzrə hüquqlarını müdafiə etdiyi şəxsə elan olunmuş ittihamda ünvan 13 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus torpaq sahəsinin bir hissəsinin Məhkum2 tərəfindən tikinti işlərinin aparılması üçün zəbt edildiyi qeyd olunur. Zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs5 Məhkum2 şikayəti yoxdur, bunu öz notarial ərizəsi ilə də təsdiq edir. Məhz həmin epizod üzrə Məhkum2 CM-nin 188.2-ci maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin maddə ilə təqsirli binib məhkum edilmişdir. Bütün bunları nəzərə alaraq müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Mülki cavabdeh “xxxx” MMC-nin nümayəndəsi F.İ.Həsənov kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin faktiki hallarını, mülki iddiaya dair hissəni dəyişdirərkən qərarın icrasının qeyri-mümkünlüyünü nəzərə almamış, mülki iddiaya dair hissənin dəyişdirilməsi məsələsi üzrə araşdırma aparmamış, və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyas ı məhkəməsində işə baxılarkən iş materiallarında mülki iddia verən zərərçəkmiş şəxslərin standart tələblərə cavab verən 1 otaqlı mənzil istəkləri nəzərə alınsa da, bu iddia “xxxx” MMC tərəfindən tikilən yaşayış binaları kompleksində minimum sahəyə malik mənzillərin sahələrinin əsas götürülməsi əvəzinə daha böyük sahəsi olan, lakin layihədə nəzərdə tutulmayan mənzillərin - sahəsi 51,8 kvm olan mənzillərin verilməsi qərara alınmışdır. Eyni zamanda mənzillərin hamısının 5 nömrəli binadan ayrılması da tikiləcək binanın ümumi layihəsinə ziddir. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmiş sahəsi 51,8 kvm olan mənzillərin verilməsi haqda qərarın icrasında da çətinlik yaranmışdır ona görə ki, belə mənzillər tikintisi aparılan binada yoxdur. Nümayəndə həmçinin qe yd etmişdir ki, qərarda mənzillərin verilməsinə dair müqavilənin bağlanması öhdəliyinin qoyulması müəyyən edilməli idi, həmin müqavilə isə mənzilin binanın tikilib başa çatdırıldıqdan sonra verilməsini əhatə edəcəkdi. Qeyd olunanları nəzərə alaraq nümayəndə F.İ.Həsənov kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kassasiya protestinə və kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə məlumatlandırılmış Məhkum1, zərərçəkmişlər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 naməlum səbəblərdən həmin iclasda iştirak etməmiş və bunun səbəbi barədə Ali Məhkəmənin Cinayət Kollegiyasına məlumat verməmilər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətlərinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum2 CM-nin 32.4, 186.2.1-ci maddəsi ilə bəraət verilməli olması haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş və araşdırılmış sübutlara düzgün qiymət verməmişlər. Həmçinin dövlət ittihamçısı həm Məhkum2, həm də Məhkum1 cəza təyin edilərkən iş üzrə bütün halların nəzərə alınmadığını iddia edərək, bu səbəbdən apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunması barədə tələb irəli sürərək ümumilikdə yuxarıda qeyd olunan tələbini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrində n əzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Faktiki olaraq analoji dəlillərə əsaslanan zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş Zərərçəkmiş şəxs8 nümayəndəsi X37 və zərərçəkmiş Zərərçəkmiş şəxs7 nümayəndəsi Zərərçəkmiş şəxs7 eyni tələblə çıxış etmiş və onlar da apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməli olmasını CPM-nin 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkum2 müdafiəçisi F.İ.Həsənovun kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs əsassız olaraq məhkum olunmuş, bununla məhkəmə CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində göstərilən pozuntulara yol vermişdir. Həmçini n mülki cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr məhkumlar Məhkum1 və Məhkum2 barəsindəki cinayət işinə baxarkən iş üzrə araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə mülki iddialara münasibətdə düzgün qərar qəbul etməmişdir. Kassasiya şikayətinin müəllifi bu səbəbdən apellyasiya instansiya məhkəməsinin qərarın ləğv olunması barədə tələb irəli sürərək bunu CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüq uquna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş Zərərçəkmiş şəxs8 nümayəndəsi X37nın və zərərçəkmiş Zərərçəkmiş şəxs7 nümayəndəsi R.Zərərçəkmiş şəxs7, Məhkum2 müdafiəçisi F.İ.Həsənovun və mülki cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 məhkum olunmalarına dair cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən işə baxılması xx xxxxxx 2021-ci il tarixə saat 12:10-a təyin edilmiş və bu haqda cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmışlar. Lakin, apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə baxılmazdan əvvəl Məhkum2 müdafiəçisi F.İ.Həsənov məhkəmə kollegiyasına ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən geri götürüldüyünü bildirmiş və həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Məhkum2 kassasiya şikayətinin geri götürülməsində israrlı olduğunu və müdafiəçisi tərəfindən təqdim olunmuş ərizənin təmin olunmasını xahiş etmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum2 ərizəsini nəzərdən keçirib proses işirakçılarının rəylərini dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq həmin ərizənin təmin edilməsini və müdafiəçi F.İ.Həsənov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum2 barəsində verilmiş kassasiya şikayətinin geri qaytarılmasını, dövlət ittihamçısının kassasiya protestinə və zərər çəkmiş şəxslərin kassasiya şikayətinə baxılmasını mümkün bilir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları s übuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarı nın icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilm əsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlar ının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı bu konstitusiyon müddəa geniş mənada cinayət mühakimə icraatı zamanı təqsirkar şəxslərlə yanaşı bu icraatın tərəfi olan digər şəxslərin də, o cümlədən cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də hüquqlarının qorunmasını, onlara qarşı cinayət xarakterli v ə ya digər qanuna zidd olan əməlləri törətmiş şəxslərin qanuna müvafiq qaydada məsuliyyətə cəlb edilmələrini nəzərdə tutur. Buna görə də təsadüfi deyil ki, CPM-nin 12.1 və 12.3-cü maddələrində belə tələb nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivl iyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində t ədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutları n kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edil məsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə ai d biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “İnsan Hüquqlarının və X5 Haqqında Avropa” Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, cinayətprosessual qanunvericiliyinin tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsi zamanı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Dövlət ittihamçısı kassasiya protestində qeyd edir ki, Məhkum2 əməlində ittiham edildiyi şəxslərə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə Məhkum1 təhrik etməsi cinayətinin törədilməsində təqsirinin təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində çıxarılmış bəraət hökmünü qanunsuz və əsassız olaraq qüvvəsində saxlamışdır. Həmin dəlillərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, Məhkum2 CM-nin 32.4, 186.2.1-ci maddəsi ilə təqsirləndrilməsinə dair cinayət işinə baxan Nəsimi Rayon Məhkəməsi Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq həqiqətin müəyyən edilməsi istiqamətində iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq ibtidai araşdırma zamanı yol verilmiş çatışmazlıqları və natamamlığı aradan qaldırmış və məhkəmənin çıxard ığı hökm həlledici şəkildə təkcə Məhkum2 cinayət təqibinin bütün mərhələlərində verdiyi eyni cür ifadələrinə deyil, həmçinin bu ifadələrlə üst-üstə düşən və onları tamamlayan digər sübutlara da əsaslanmışdır. Həmin sübutlar hökmdə ətraflı təsvir edilmiş, onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymət verilmiş və məhkəmə hər hansı yolverilməz sübutlara istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların təkrarən yenidən məhkəmə istintaqı aparılmaqla araşdırılmasına zərurət görməmiş və birinci instansiya məhkəməsinin hökmü ilə razılaşması barədə nəticəsini qəbul etdiyi qərarda həmin sübutlara istinad etməklə əsaslandırmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndir ilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri və işin digər halları ilə Məhkum2 Məhkum1 zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə təhrik etməsi cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, əvvəla qeyd edilməlidir ki, cinayətin tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tərkibinə cinayətin subyekti və subyektiv cəhəti, obyekti və obyektiv cəhəti daxildir. Cinayətin subyekti Cinayət Məcəlləsi ilə müəyyən edilmiş yaş həddinə çatmış fiziki anlaqlı şəxs, subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Cinayətin obyekti cinayət qanunu ilə müdafiə olunan və t örədilən əməllə ziyan yetirilən ictimai münasibət, cinayətin obyektiv cəhəti isə kriminal əməlin zahiri tərəfidir. CM-nin 186.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi obyektiv cəhətdən zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədə ifadə olunur. Bundan başqa, həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, təhrikçi - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxsdir. Qanunvericiliyin tələblərindən görünən odur ki, təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət etmək qətiyyəti yaradan şəxs hesab edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə belə nəticəyə gəlmək olar ki, özgənin əmlakını qəsdən məhv etməyə təhrikçilik etmə dedikdə, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və y a digər üsullarla başqa şəxsi özgənin əmlakını qəsdən məhv etməyə sövq etmə başa düşülməlidir. Lakin, hazırki iş üzrə aparılmış araşdırmalar zamanı Məhkum2 digər Məhkum1 ünvan 1 ünvanında yerləşmiş və onun mülkiyyət payı olan fərdi yaşayış evini, həmin yaşayış evində mülkiyyət hüququ olan digər şəxslərin xəbəri olmadan sökməyə, başqa sözlə özgə əmlakını qanunsuz olaraq qəsdən məhv etməyə təhrik etməsi heç bir mötəbər sübutla təsdiq edilməmişdir. Belə ki, məhkəmə iclasında Məhkum2 bildirmişdir ki, o, heç vaxt Məhkum1 hər hansı bir formada özgə əmlakını qəsdən məhv etməyə təhrik etməmiş, Məhkum1 özü onun yanına gələrək öz evini sökmək istədiyini bildirmiş, o da «öz evindir, özün bilərsən» deyə cavab vermişdir. Məhkum2 ifadəsində qeyd etdiyi həmin hal həm məhkəməyədək icraat dövründə, həm d ə məhkəmə istintaqı zamanı hazırki iş üzrə məhkum olunmuş Məhkum1 tərəfindən də dəfələrlə təsdiq edilmişdir. Digər tərəfdən, Məhkum2 qarşı irəli sürülmüş ittihamda yalnız ümumi sözlərlə sonuncunun Məhkum1 zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə təhrik etməsi qeyd edilmiş, lakin həmin halı təsdiq edən heç bir mötəbər sübut iş materiallarında müəyyən olunmur. Bu baxımdan dövlət ittihamçsının kassasiya protestində irəli sürdüyü dəlillər də yalnız ehtimal xarakteri daşıyır və həmin protestdə hər hansı sübuta istinad edilmir. İşdən göründüyü kimi, ibtidai araşdırma orqanı yalnız öz subyektiv mülahizələrinə əsaslanaraq Məhkum2 əməlində özgə əmlakını qəsdən məhv etməyə təhrik etmə cinayətinin də tərkibinin olması nəticəsinə gəlmiş və əsassız olaraq s onuncuya qarşı CM-nin 32.4, 36.2.1-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum1 CM-nin 186.2.1-ci və Məhkum2 CM-nin 186.2.1, 188.2 və 308.2-ci maddələri ilə cinayət əməllərini törətməsi, sonuncuya CM-nin 32.4,186.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə cinayət törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hə min sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə hökmün əsaslı olmasına dəlalət edən sübutlar kimi qiymətləndirib bu nəticə ilə razılaşmışdır. Hökmdə təsvir edilmiş sübutların hazırki qərarda təkrarən təsvir edilməsinə ehtiyac görməyən məhkəmə kollegiyası onları bir daha təhlil edərək müəyyən edir ki, Məhkum2 CM-nin 32.4, 186.2.1-ci maddəsi ilə bəraət verilməli olması barədə nəticəyə gələrkən məhkəmələr CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etməmiş, məhkəmə iclaslarında hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, məhkəmə iclaslarında istər məhkumların, istərsə də cinayət prosesinin digər iştirakçılarının həm Konstitusiyada, həm “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında, həm də prosessua l qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən ədalətli məhkəmə araşdırmasına malik olmaq (buraya həmçinin tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini təmin edən tədbirlər də nəzərdə tutulur) və müdafiə hüquqlarının pozulmasına yol verməmiş, gəldikləri nəticə isə qəbul edilmiş yekun məhkəmə aktlarında maddi və prosessual hüququn müvafiq normalarına istinad edilməklə kifayət qədər əsaslandırılmışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası Məhkum2 CM-nin 32.4, 186.2.1-ci maddəsi ilə bəraət verilməsinin təkzib edilməsi və ya şübhə altına alınması üçün əsaslar görmür və dövlət ittihamçısının kassasiya protestinin, habelə zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş Zərərçəkmiş şəxs8 nümayəndəsi X37nın və zərərçəkmiş Zərərçəkmiş şəxs7 nüm ayəndəsi R.Zərərçəkmiş şəxs7 təhlil edilən məsələ ilə bağlı dəlillərini qəbul edilməz sayaraq həmin protestin və şikayətin təmin edilməsini və mübahisələndirən apellyasiya instansiyası məhkəməsinin qərarının adı çəkilən məhkuma münasibətdə ləğv edilməklə işin yeni apellyasiya baxışına təyin olunmasını mümkün bilmir. Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya protestində və zərərçəkmiş şəxslərin və iki zərərçəkmişin nümayəndələrinin kassasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmu ş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instans iyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə, məhkumlar Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün də əsaslar görmür. Bu nəticə ilə ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəz a məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ai ləsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun o lmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirl ər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında öz mövqeyini belə ifadə etmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə v ə təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlar Məhkum1 və Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmələr düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumlarn şəxsiyyətlərini, Məhkum1 ailəli olmasını, yaşını, İİ qrup əlil olmasını, barəsində verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, Məhkum2 ailəli olmaqla himayəsində dörd azyaşlı uşaqlarını n olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, iş materiallarına əlavə edilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkumlar barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişlər. Məhkəmə kollegiyası da sadalanan halları Məhkum1 və Məhkum2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməsini məqsədə müvafiq hesab edərək və həm bu hallardan, həm qanunvericiliyin tələblərindən, həm də Ali Məhkəmənin tövsiyələrindən çıxış edərək məhkumların cəmiyyətdə n təcrid olunmadan, yəni onlara təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəklərini mümkün bilir və buna görə də onlara təyin edilmiş cəzaların şərti olaraq tətbiq edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələrini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərardakı tövsiyələrə əsaslanır. CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-nin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-nin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzaların təyin edilməsinə yol verilir. CM-nin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-nin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003 -cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin i ctimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Həmin Qərarın 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilm iş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxslərin onlara təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum1 CM-nin 186.2.1-ci və Məhkum2 CM-nin 186.2.1, 188.2 və 308.2-ci maddəsi ilə təyin olunmuş cəzaların şərti olaraq tətbiq edilməsini düzgün və ədalətli hesab edir. Kassasiya protestitndə və zərərçəkmişlərin (iki zərərçəkmişin nümayəndələrinin) kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Əvvəla, zərərçəkmişlərin və iki zərərçəkmişin nümayəndələrinin kassasiya şikay ətində istinad etdiyi halın - məhkumların onlara vurulmuş zərəri ödəməməsi cəzanı ağırlaşdıran hallara aid edilməsi mümkün deyil ona görə, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, bu hallar məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsininin azaldılmasına yönəlmiş və həm də məhkumların ailə vəziyyətinə və onla rn şəxsiyyətini səciyyələndirən hallara aiddir, həmin halların mövcudluğu isə iş üzrə araşdırılmış sübutlarla təsdiq edilir. Bu baxımdan məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin, zərərçəkmişlərin və iki zərərçəkmişin nümayəndələrinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası mülki cavabdeh “xxxx” MMC-nin nümayəndəsi F.İ.Həsənovun kassasiya şikayətinin dəlillərinə cavab olaraq ilk növbədə qeyd edir ki, CPM-nın 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CinayətProsessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə kollegiyası mülki cavabdeh “xxxx” MMC-nin nümayəndəsi F.İ.Həsənovun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının zərər çəkmiş şəxslərin hər birisinə sahəsi 51,8 kv.m olan bir otaqlı təmirsiz mənzilin verilməsinə dair hissəsinin icrasında çətinliklərin yaranlması və həmin sahədə mənzillərin nə layihədə olmaması, nə də ki başqa sahədə olan mənzillərinin sahələrinin bu sahəyə uyğunlaşdırılmasının mümkün olmaması haqda dəlilləri ilə bağlı qeyd edir ki, həmin tələblər məhkəmə aktının icrası ilə əlaqədar olduğundan, kassasiya şikayətinin dəlilləri qəbul edilən sayıla bilməz. Əvvəla, zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) iddia tələblərini həm onların ayrıayrılıqda verdikləri mülki iddia ərizələrinə, həm də iradə ifadəsinə uğun həll edən apellyasaya instansiyası məhkəməsi mülki cavabdeh tərəfindən müxtəlif vaxtlarda təqdim etdiyi tikintisi aparılan yaşayış evinin (o cümlədən zərərçəkmiş şəxslərin mülkiyyətində olmuş qəsdən məhv edilmiş evin yerləşdiriyi torpaq sahəsində tikilən) müxtəlif lahiyələrdən deyil, işin müəyyən olunmuş faktiki hallarından çıxış etmişdir. İşin müəyyən olunmuş faktiki halları isə ondan ibarətdir ki, “xxxx” MMC-i hələ xx xxxxx 2018-ci il tarixdə onunla Məhkum1 arasında bağlanmış həmin tarixli müqavilədə məhv edilmiş evdə mülkiyyət payı olan Məhkum1 inşa ediləcək binada 51,32 kv.m sahəsi olan təmirli mənzilin və əlavə olaraq hədiyyə kimi 0,48 kv metr sahənin verilməsini öhdəsinə götürmüşdür. Bu müqavilə sonradan ləğv edilsə də, hər bir halda görünən odur ki, tikinti şirkəti ümumilikdə cəmisi 51,8 kv.m yaşayış sahəsinin Məhkum1 verilməsi öhdəliyini götürməklə eyni zamanda onun icrasını təmin etməli olan tərəf kimi də çıxış etmiş və həmin ölçüdə yaşayış sahəsinin verilməsinin, yəni öhdəliyin icrasının mümkünsüzlüyü halında bu məsələnin ya yeni müqavilə bağlamaqla, yaxud da müqavilədə müvafiq dəyişikliklər etməklə (təbii ki, hər iki halda qarşı tərəfin də razılığı əsasında), müqavilənin icrasını təmin etməli idi. Bunun üsulu kimi, məhkəmə kollegiyası, məsələn faktiki verilə bilən mənzilin sahəsi az və və ya çox olduqda, tərəflərin qarşılıqlı razılığına əsasən fərqə görə MMC tərəfindən kompensasiyanın ödənilə biləcəyi və ya digər tərəfin tikinti şirkətinə əlavə ödənişin edilməsi mümkünlüyünü qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, əmlaklarının məhv edilməsinə görə sökülmüş yaşayış evinin yerində tikilən binada Məhkum1lə yanaşı “xxxx” MMC-dən yaşayış sahəsinin verilməsini tələb etmək hüququna malik olan həm də z ərərçəkmişlərin Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 tikintisi aparılan binada, onların hər birisinə 51,8 kv.m sahəsi olan bir otaqlı təmirsiz mənzillərin verilməsi öhdəliyinin mülki cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş üzrə toplanmış sübutlarla yanaşı həm də tikinti şirkətinin özünün də artıq bir dəfə ifadə etdiyi mövqeyə də uyğundur və yeni binanın layihəsinin sonradan bu və ya digər şəkildə dəyişdirilməsi heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası mülki iddiaların təmin edilməsi hissəsində də apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nət icəni əsaslı sayaraq qeyd etməyi zəruri bilir ki, qüvvəyə minmiş yekun məhkəmə qərarı onu çıxarmış məhkəmə tərəfindən dərhal icraya yönəldilir və CPM-nin 508.1-ci maddəsinin tələblərinə əsasən, müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. CPM-nin 508.3-cü maddəsinə əsasən, bu Məcəllənin 508.1 və 508.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran, yaxud onları lazımınca icra etməyən müvafiq orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyırlar. "xxxx" MMC-nin nümayənd əsinin kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətdə yuxarıda göstərilənlərdən fərqli olaraq zərərçəkmiş şəxslərə yeni tikilən binada mənzillərin verilməsi tələbinin yerinə yetirilməsinin tikinti şirkətinin üzərinə qoyulması, yəni mülki iddiaların təmin edilməsi ilə faktiki razılaşan mülki cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən etdiyi ölçüdə deyil, daha az ölçüdə mənzillərin verilməsini təklif edərək bunu 51,8 kv.m sahəsi olan mənzillərin tikilən binada olmaması ilə izah edir və bu da, mülki iddiaların təmin edilməsi ilə bağlı yox, qərarın icrası ilə bağlı tələbdir ki, məhkəmə kollegiyası hazırki mərhələdə, yəni apellyasiya instansiyası məhkəməsinin yekun qərarından verilmiş kassasiya müraciətlərinə əsasən işə baxarkən həmin tələbin təmin edilməsini mümkü n saymır. Belə nəticə ona görə hasil olur ki, əvvəla kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının icrası hissəsinin dəyişdirilməsini tələb edən “xxxx” MMC-nin nümayəndəsi əks tərəfin, yəni mülki iddiaçıların da hüquqlarının təmin edilməli olmasını əsaslı sayır, lakin ümumiyyətlə qərarın düzgün olmamasını deyil, qərarın icrasının mümkün olmamasını mübahisələndirir və zərərçəkmiş şəxslərin tələblərini nəzərə almayaraq və yalnız öz maraqlarından çıxış edərək onlara verilməsini nəzərdə tutduqları mənzillərin ölçülərinə görə qərarda göstərilən ölçü ilə fərqinə görə qarşı tərəfə hər hansı kompensasiyanın verilməsi və ya qərarın zərərçəkmişləri qane edəcək başqa cür icrasının təmin edilməsini təklif etmir. Halbuki, mülki iddiaların hansı qaydada və hansı həcmdə təmin ed ilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsində açıq-aydın və anlaşılan şəkildə göstərilmişdir və bu hissənin icra edilməsi öhdəliyi “xxxx” MMC-nin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsinin qərarının icrası mərhələsində isə bu və ya digər tərəf razılığa gəlmədikdə onlar icra sənədinin üsulunun və ya qaydasının bu və ya digər şəkildə dəyişdirilməsi barədə işə baxmış məhkəməyə müraciət edə bilərlər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müra ciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda göstərilənlər mülki cavabdeh “xxxx” MMC-nin nümayəndəsi F.İ.Həsənovun kassasiya şikayətində istinad etdiyi dəlillərin əsassız olmasına dəlalət edir və buna görə kollegiya həmin şikayətdə irəli sürülmüş tələbin təmin olunmasını mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və kassasiya protestini və kassasiya şikayətini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edib məhkəmə iclasında iştirak edən cinayət prosesi iştirakçılarının hər birisinin həmin kassasiya müraciətlərinə uyğun olaraq çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi F.İ.Həsənov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya protesti və zərər çəkmiş şəxslər və iki zərərçəkmiş şəxslərin nümayəndələri, habelə mülki cavabdeh “xxxx” MMC-nin nümayəndəsi F.İ.Həsənov tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum1 186.2.1-ci maddəsi ilə və Məhkum2 CM-nin 186.2.1, 188.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına, habelə Məhkum2 CM-nin 32.4,186.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə baxılmış kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 CM-nin 186.2.1-ci maddəsi ilə və Məhkum2 CM-nin 186.2.1, 188.2 və 308.2-ci maddələri maddələri ilə təqsirli bilinib məhkum olunmalarına, Məhkum2 isə həm də CMnin 32.4,186.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərar ı baxılmış kasassiya şikayətlərinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-448/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-448/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver