Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-448/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqu st 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs Eyyub oğlu tərəfindən verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Elbrus Məmmədov) 1(001)-10/2023 nömrəli 11 may 2023-cü il tarixli hökmü ilə xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, "xxxx" MMC-də Baş direktorun köməkçisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi) məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəz ası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, cavabdeh kimi ondan 30.000 (otuz min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 30030 (otuz min otuz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(001)- 5656/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 3(001)-417/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olun masına və icra sənədindəki tələbi icra etməsi üçün ona 01 mart 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğində maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 1(103)-1572/2023 nömrəli 29 avqust 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(001)-10/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs Eyyub oğlu, məhkum edilmiş şəxs Məhku m müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Zərərçəkmiş şəxs Eyyub oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli 1(103)-1572/2023 nömrəli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarın ləğv olunmasını və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs Eyyub oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansi yası məhkəməsinin qərarı prosessual normaların və tətbiq edilməli olan hüquq normalarının kobud surətdə pozulması ilə qəbul edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanın 30.030 manat miqdarında olması və qanuni qüvvəyə minmiş qətnaməsini 2 ildən artıq müddət ərzində qərəzli olaraq icra etməməsi əməlinin ictimai təhlükəlilik dərəcəsini artıran hallardır. Buna baxmayaraq birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verməmiş, əsassız olaraq ona CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qa nunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, borcunu qismən, yəni 7000 manat ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halın nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində açıqlamamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin cinayət əməli az ağır cinayətlər təsnifatına aid olmaqla, qəsdin obyekti ədalət mühakiməsinin, eləcə də xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki şəxsin, habelə dövlətin mənafeləri olmuş, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmişdir. Eyni zamanda cinayət əməlinin ictimai təhlükəliliyinin xarakterizə edən hal qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməmədə ifadə olunmaqla, əməlin məhkəmə orqanlarını nüfuzdan salmaqdan, zərərçəkmişin pozulmuş hüququnun bərpasının qarşısını almaqdan, dəymiş ziyanın ödənilməsini qeyri-mümkün etməkdən ibarət olmuşdur. İşin hallarından görünür ki, Məhkum zərərçəkmiş şəxsə vurduğu ziyanın cəmi 30030 manat təşkil etməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(001)- 5656/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini 2 ildən artıq müddət ərzində qərəzli olaraq icra etməməsi əməlinin ictimai təhlükəlilik dərəcəsini artıran hallardır. Lakin məhkəmə Məhkum cəza təyin edərkən törədilmiş cinayətin qeyd olunan xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyə t verməmiş, əsassız olaraq CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, borcunu qismən, yəni 7000 manat ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halın nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamışdır. Bu isə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn əliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Göründüyü kimi, Məhkum təyin olunmuş islah işləri cəzası nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyi və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və di gər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Məhkəmə bütün bunları nəzərə almayaraq, Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs Süleyman Ələskərov və Dövlət ittihamçısı3 müvafiq olaraq verdikləri kassasiya şikayəti və kassasiya protestində işə baxan məhkəmələr tərəfindən məhkumun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən açıq-aydın yüngül cəza təyin edildiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının cəza hissəsində dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, zərərçəkmişin kassasiya şikayətinin və dövlət ittihamçısının kassasiya protestinin dəlilləri onların müvafiq olaraq verdikləri apellyasiya şikayəti və apellyasiya protestində dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində zərərçəkmiş şəxsin və dövlət ittihamçısının müvafiq olaraq verdikləri apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verərək onların əsassız olması qənaətinə gəlmişdir. Məhkuma yüngül cəza təyin edilməsi barədə kassatorların dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən məhkum tərəfindən cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, borcunu qismən, yəni 7000 manat ödəniş etməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədal ətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi) məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum təyin edilən cəzanı ədalətli və işin faktiki hallarına uyğun hesab edərək hökmü dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tə dbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci m addəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma istin ad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından da görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanı yüngül hesab etmək olmaz. Belə ki, məhkuma aylıq qazancından dövlət nəfinə 20% (iyirmi) məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ict imai işlər cəza növlərindən daha sərt cəzadır. Zərərçəkmişin məhkuma mütləq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə tələbi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət t örətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, istər yuxarıda göstərilən cinayət qanun normalarının tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının tövsiyyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların işığında ona təyin edilən aylıq qazancından dövl ət nəfinə 20% (iyirmi) məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən ed ilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılmasını mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya protestinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında da milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməli dirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən təcrid edilməməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs Eyyub oğlu tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiy a protestinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayət və protest təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Zərərçəkmiş şəxs Eyyub oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-448/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-448/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver