Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-449/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəf indən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Bəxtiyar Məmmədov) 1(011)310/2019 nömrəli 17 sentyabr 2019-cu il tarixli hökmü ilə xx xxxxx 1995-ci il tarixdə Lənkəran rayonunun Cil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, Lənkəran şəhəri, Sahil küçəsi, ev 41-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Rüstəmov küçəsi, ev 58, mənzil 19-da yaşamış; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş və bu günədək ödənilməyən 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək qəti olaraq ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası və 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 28 may 2019-cu il tarixdən hesablanmışdır. X1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Yardımlı Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə və 1500 manat miqdarda cərimə cəzasına məhkum edilib Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiqi ilə əlaqədar cəzası azaldılaraq 05 il müddətinə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzası saxlanıldıqdan sonra 19.01.2019-cu il tarixdə cazasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi halda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 26 may 2019-cu il tarixdə saat 06 radələrində ünvan 1 ünvanda yerləşən “Topaz” mərc oyunları məntəqəsinin qarşısına gələrək, cinayətkar niyyətlərini həyata keçirməl əri üçün aralarında olan razılaşmaya əsasən Tural Şükürov məntəqənin qarşısında kənar şəxslərin gələcəyi zaman məlumat verməsindən ötrü gözləmiş, o, isə məntəqənin giriş qapısının kilidini özündə olan dəmir alətlə açıb binaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 625 manat nağd pul və 1000 manat dəyərində 282 ədəd uduş lotoreyalarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Elmar Rəhimovdan ibarət tərkibdə) 1(103)1636/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxl anılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kasasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin və məhkuma təyin edilmiş cəza müddətinin təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində müəyyən olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlilərini onunla əsaslandırır ki, birinci instansiya və apelyasiya məhkəmələrinin müvafiq hökm və qərarı qeyri-obyektiv və əsassızdır. Belə ki, o, əvvəl törətdiyi cinayət əməlinə görə hökmlə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilsə də, Milli Məclisin 22 may 2016-cı il tarixli amnistiya aktı məhkumun barəsindəki cəzanı da əhatə etdiyindən, müvafiq cərimə cəzası qüvvəsini itirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hökm çıxararkən Yardımlı Rayon Məhkəməsinin müəyyən etdiyi 1500 manatlıq cərimə məbləğinin müstəqil qaydada ödənilməsini qeyd etmişdir. Bundan başqa kassator atasının müharibədə şəhid olmasını, bu səbəbdən evdar qadın olan anasının maddi vəziyyətinin ağır olması, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. H üquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin ilkin dəlili birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən, hazır ki hökmdən əvvəl təqsirli bilinib məhkum olunmuş hökmlə təyin edilmiş cərimə cəzasının Milli Məclisin 22 may 2016-cı il tarixli amnistiya aktı əsasında cərimə cəzasının qüvvəsini itirməsini nəzərə alınmadan hökmlərin məcmusu üzrə toplanmasının əsassız və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Yardımlı Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə və 1.500 manat miqdarda cərimə cəzasına məhkum edilımiş və sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018- ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-yə dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiqi ilə əlaqədar cəzası azaldılaraq 05 il müddətinə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası saxlanıldıqdan sonra 19.01.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” № 258- VQR 22.05.2016-cı il tarixi Qərarın 1.8-ci bəndinə əsasən əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslərə şamil edilir. Yardımlı Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1500 manat miqdarında cərimə cəzası əsas cəza kimi deyil əlavə cəza kimi təyin edilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşıs ını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalar ının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən səmimi etirafını, əməlindən peşman olmasını, ziyandan qismən ödənilməsini yüngülləşdirən hallar kimi olmasını nəzərə almış və cinayətin resedivini ağırlaşdıran hal kimi nəzərə alaraq ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Birinci instansiya məhkəməsi də maddənin sanksiyasının aşağı həddinə yaxın cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, məhk əmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş dən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013- cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-449/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-449/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver