Məhkəmə qərarları › İş №1(102)-449/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-449/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-449/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilm iş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Hüseyn Hüseynli) 1(003)-3/2023 nömrəli, 31 mart 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, H.Z.Tağıyev adına mədəndə maşinist işləyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi ev 19-da qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 14 sentyabr 2021-ci il tarixdə saat 19:10 radələrində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Buzovna-Zaqulba yolunun körpüsünün üzərindəki hərəkət hissəsində 4-cü zolaqda Buzovna qəsəbəsi istiqamətində 100 km/saat hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub yolu iti addımlarla sağdan sola doğru keçən 20 mart 1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs e htiyyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub ona sol bud, bud-çanaq oynağı və sol qalça sümüyünün yerdəyişən sınıqları, ağır kəllə-beyin travması, kəllə sümüklərinin qəlpəli sınıqları, geniş əzil-cırılmış yarası, baş beynin evakuasiyası, İ-İİ boyun fəqərələrinin qapalı yerdəyişən sınıqları xəsarətləri ilə nəticələnən ölümə səbəb olan həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxs Nuranə Nağıyevə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Fərid Əyyubov, hakimlər Emin Mehdiyev və Elmar Rəhimovdan ibarət tərkibdə) 1(103)1216/2023 nömrəli 13 iyun 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2023-cü il ta rixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmış, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən, Zərərçəkmiş şəxs hüquqi varisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hadisənin ehtiyatsızlıqdan baş verməsi, hadisə törədilən zaman sürət həddinin aşılmaması, qəza nəticəsində dünyasını dəyişmiş piyadanın küçəni piyada keçidi olmayan bir yerdən keçməyə çalışması (piyada keçidi hadisə baş verən yerdən təxminən 150 metr məsafədə yerləşir), zərərçəkmişin məhkumun ona yetirdiyi xəsarətlər nəticəsində deyil, digər avtomobillə sürüdülərək dünyasını dəyişməsi, bununla da, məhkumun zərərçəkmiş şəxsə tibbi yardım göstərmək imkanlarının, demək olar ki, qalmaması kimi v acib xüsusatları nəzərə almamışdır. Məhkum həmçinin qeyd etmişdir ki, hadisə avtomobillərin hərəkətinin intensiv olduğu Buzovna-Zaqulba yolunda baş vermiş, ərazidə quraşdırılmış 34 saniyəlik kamera görüntüləri də hadisələrin ardıcıllığının məhkumun yuxarıda qeyd etdiyi kimi baş verdiyini təsdiq edir. Zərərçəkmiş şəxsin digər avtomobil tərəfindən sürüdülərək aparılması səbəbindən məhkumun yaralı vəziyyətdə zərərçəkmiş şəxsə kömək etmək imkanı sıfıra enmişdir. Hadisənin baş vermə ardıcıllığı obyektiv şəkildə araşdırılsa, məhkumun hadisənin törədilməsində məhkəmə heyətinin zənn etdiyi qədər təqsirli olmadığı üzə çıxar. Təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsində apellyasiya protestinə baxılarkən obyektivlik prinsipinə, demək olar ki, əməl olunmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının tövsiyələrinə əməl edildiyindən və işin faktiki halları hərtərəfli şəkildə araşdırılaraq ədalətli və tərəfləri qane edən bir hökm çıxarıldığından, onun təftişinə və yeni bir qərarın, yəni apellyasiya protestinin təmin edilməsinə heç bir hüquqi zərurət olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respub likası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili hökmlə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən artırılmasının əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarak terli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərba ycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspe rt rəyləri və digər iş materialları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən haqlı olaraq Məhkum hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, Məhkum himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməli qismən etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılığını, ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddə sinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum edilmiş şəxsin əməlini qismən etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış, lakin səmimi peşmançılığın nədən ibarət olmasını və məhkəmə prosesində onun hansı səmimi davranışlarının qeyd olunan halı təsdiq etməsini əsaslandırmamışdır. Belə ki, cinayət işi materialları ilə müəyyən edilir ki, məhkum edilmiş şəxs nəinki əməlindən səmimi peşmandır, əksinə, həm birinci instansiya məhkəməsi zamanı ifadəsində, eyni zamanda apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, baş vermiş hadisədə heç bir günahı yoxdur. Eyni zamanda, cinayət işi materiallarında öz əksini tapan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən bildirilmiş iradə ifadəsindən müəyyən edilir ki, Şahid2 tərəfindən ona dəymiş ziyan ödənilməmiş və onun hərəkətlərindən şikayətçidir. Bununla da, məhkum edilmiş şəxs Şahid2 əməlində səmimi peşmançılığı kimi əlamətlərin olması da istisna edilir. Bu səbəbdən də, məhkəmə təqsirləndirilən şəxs barəsində “əməlindən peşman olmasını” yalnız onun formal ifadəsi əsasında cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqsız olmuşdur. Əlavə olaraq, apellyasiya protestinin dəlillərində mübahisələndirilən, birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulan “ailəsinin yeganə qazanc gətirəni olması” mülahizəsi ilə əlaqədar qeyd edir ki, sözügedən halı təsdiq edən hər hansıs a sübut müdafiə tərəfindən təqdim edilməmiş, həmçinin, mövcudluğunu iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, cinayət işi üzrə müəyyən edilmiş bu hallar birinci instansiya məhkəməsinin məhkumun törətdiyi cinayət əməlindən peşman olmasına dair gəldiyi nəticə ilə və onun barəsində təyin edilmiş cəza növünün tətbiq edilməsinin kifayət etməsinə dair gəldiyi nəticə ilə uzlaşmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hökmlə cəza hissəsində razılaşmayıb, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, bununla da cinayətin ictimai təhlükəliliyinin azalması istiqamətində müvafiq addımların sonuncu tərəfindən atılmamasını nəzərə alaraq hökmün cəza hissəsini dəyişdirmiş, hökmlə təyin olunmuş əsas cəzanın müddətini 5 (beş) il 3 (üç) aya artı rmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən səbəblərə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 ildən 5 il 3 ayadək artırılması əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza növü və müddəti müəyyən edərkən məhkumun zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı ödəməməsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamasına heç bir qiymət verməmiş və həmin halları cəza təyin edərkən nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi məhz işin bu hallarını nəzərə alıb, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın müddətinin 5 il 3 ayadək artırılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, iş üzrə müəyyən edilmiş işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmaq olmur. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən işin halları və məhkumun təqsiri araşdırılmadan məhkumun cəzasının artırılması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, işin halları və məhkumun elan edilmiş ittiham üzrə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş, sübutlar məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-in 143-144-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırılmış, sübutların mötəbərliyinə və mümkünlüyünə qiymət verilmişdir. Apellyasiya məhkəməsi isə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə birinci instansiya məhkəməsinin hökmünün cəza təyini hissəsinə baxaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının və məhkumun təqsirinin müəyyən edilməsini əsaslı və qanuna uyğun hesab etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını m əhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almış və məhkuma işin hallarına və Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun gələn ədalətli cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun a rdınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar