Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-449/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 1(103)-1756/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Leyla Əsgərova-Məmmədova (sədrlik edən), Rasim Sadıxov və Novruz Kərimov) 1(101)-1178/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli hökmü ilə xx xxxxx 1995-ci ildə tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Sadıqcan küçəsi, ev 31-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Hərbi şəhərcik ev 37, mənzil 23-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 və 317-1.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 3 11.3.2-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 317-1.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkl ə, cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2024-cü il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar tərəfindən ediləcək qanunsuz hərəkətlərə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində təkrarən almış, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə vermişdir. Belə ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisinin 24 may 2022-ci il tarixli 436/K nömrəli əmri ilə Penitensiar Xidmətdə kiçik rəis heyətinə qulluğa qəbul olunaraq Z ərərçəkmiş şəxs rejim nəzarət şöbəsinin nəzarətçisi vəzifəsinə təyin edilib 25 may 2022-ci il tarixdən həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2022-ci il tarixli 19-T nömrəli əmri ilə təsdiq edilərək 18 iyul 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında” Təlimata əsasən məhkumlardan onlar üçün müəyyən olunmuş vəzifələrin və davranış qaydalarının yerinə yetirilməsini tələb etmək, rejim pozuntularına yol vermiş, cinayət etməyə cəhd edən və ya cinayət törətmiş şəxsləri saxlamaq və onları müəssisə rəisinin növbətçi köməkçisinin yaxud müdiriyyətin obyektdə olan nümayəndəsinin yanına gətirmək, məhkumlar üzərində axtarış aparmaq, onların yerləşdiyi və işlədiyi yerlərə baxış keçirmək, şəxsi əşyalarını yoxlamaq və cəzaçəkmə müəssisəsində istifadəsi qadağan olunmuş əşyaları götürmək, eləcə də öz vəzifələrini dəqiq bilmək və onları yerinə yetirərkən yüksək dərəcədə sayıqlıq, cəsarət və çeviklik göstərmək, xidmət üzrə tabe olduğu şəxslərdən aldığı əmr və göstərişləri sözsüz və dəqiq yerinə yetirmək, qanunçuluğa ciddi əməl etmək, məhkumların ləyaqətini alçaldan hallara yol verməmək, məhkumların törətdikləri rejim pozuntularının, cinayət hərəkətlərinin qarşısını qətiyyətlə almaq, növbədə olan nəzarətçilərə öz postunu tərk etməmək, xidmətdən yayınmamaq, məhkumlarla, onların qohumları ilə, digər şəxslərlə xidmətdən kənar əlaqəyə girməmək, habelə onların xidmətlərindən istifadə etməmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funk siyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni əlavə qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 2023-cü ilin fevral ayının əvvəllərində növbəli şəkildə nəzarəti həyata keçirdiyi Zərərçəkmiş şəxs 08 saylı rejim korpusunun 67 saylı kamerasında saxlanılan, Abşeron Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid1 və Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 10 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikas ı CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid2 xeyrinə edəcəyi qanunsuz hərəkətlərə görə, yəni “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları”na əsasən istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyanın, yəni mobil telefon və mobil operatorlarda qeydiyyatdan keçmiş sim kartların yoxlamadan gizlətməklə özlərinə vermək, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni onlar üçün müəyyən olunmuş vəzifələrin və davranış qaydalarının yerinə yetirilməsini tələb etmək əvəzinə istifadəsi qadağan olunmuş həmin mobil telefonlardan fasiləsiz olaraq istifadə etmələrinə şərait yaratmaq müqabilində sonuncuların ona rüşvət qismində müəyyən məbləğdə pul verəcəklərinə dair vədlərini qəbu l edib, həmin niyyətlə 2023-cü ilin fevral ayının əvvəllərində Şahid1 tanışı olub ona telefon nömrəsini verdiyi cinayətdən xəbərsiz "Nicat” adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Şəki dairəsi” adlandırılan ünvanda xidmətdən kənar vaxtda görüşərək cinayətdən xəbərsiz X1 adına "xxxx" MMC-də qeydiyyata alınmış +**********94 nömrəli sim kart quraşdırılmış “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********89518, **********89516” “imei” kodlu mobil telefon cihazını və “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli “**********11668, **********1666” “imei” kodlu smartfon tipli mobil telefon cihazını ondan götürdükdən sonra öz adına "xxxx" MMC-də qeydiyyata alınmış +**********46 nömrəli sim kartı da qeyd edilən “Nokia" markalı mobil telefona quraşdırıb, xx.xx.2023-cü il tarixdə işə gələrək öz qulluq mövqeyindən istifadə edib “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları” ilə həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaları, yəni +**********46 nömrəli və +**********94 nömrəli sim kartların quraşdırıldığı “Nokia" markalı mobil telefonu aşkar edilməməsindən ötrü öz üstündə saxlayaraq Zərərçəkmiş şəxs xidməti nəzarət buraxılış məntəqəsində olan yoxlamadan gizlədib həbsdə saxlanılan Şahid2 və Şahid1 vermiş, habelə öz qanunsuz hərəkətlərini inadla davam etdirərək təkrarən Şahid1 cinayətdən xəbərsiz anası X2 ilə Sumqayıt şəhəri ərazisində 2023-cü ilin mart ayının ortalarında görüşərək sonuncunun adına "xxxx" MMC-də qeydiyyata alınmış +**********99 nömrəli sim kartı ondan götürərək özündə saxladığı “Samsung Galaxy A31” markalı mobil telefona quraşdırıb 20 mart 2023-cü il tarixdə təkrarən öz qulluq mövqeyindən istifadə edib “İstintaq Təcridxanalarının daxili intizam Qaydaları" ilə həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaları, yəni +**********99 sim kartın quraşdırıldığı “Samsung Galaxy A3T” markalı mobil telefonu aşkar edilməməsindən ötrü öz üstündə saxlayaraq Zərərçəkmiş şəxs xidməti nəzarət buraxılış məntəqəsində olan yoxlamadan gizlədib həbsdə saxlanılan Şahid2 və Şahid1 verməklə 06 iyun 2023-cü il tarixdə saat 11:15-də həmin kamerada keçirilmiş axtarış-baxış tədbirləri zamanı aşkar edilənədək həmin mobil telefonlardan istifadə etmələri üçün şərait yaratmış, cinayətkar vədini icra etdikdən sonra rüvşət almağa yönəlmiş niyyətini davam etdirərək öz istifadəsində olan «52 61-6333-3359-9950» nömrəli "xxxx" ASC-yə məxsus plastik bank kartının nömrəsini Şahid2 və Şahid1 təqdim etməklə həmin kart hesabına pul vəsaitələrinin köçürülməsini təşkil etmələrini tapşıraraq Şahid2 cinayətdən xəbərsiz atası X4 və Şahid1 cinayətdən xəbərsiz anası X2 tərəfindən “Million” və “Emanat" ödəniş terminalları vasitəsi ilə həmin plastik bank kartına 27 mart 2023-cü il tarixdə 20 manat, təkrarən 27 mart 2023-cü il tarixdə 50 manat, təkrarən 03 aprel 2023-cü il tarixdə 20 manat, təkrarən 07 aprel 2023-cü il tarixdə 55 manat, təkrarən 10 aprel 2023-cü il tarixdə 21 manat, təkrarən 01 may 2023-cü il tarixdə 30 manat, təkrarən 15 may 2023-cü il tarixdə 20 manat, təkrarən 15 may 2023-cü il tarixdə 30 manat, təkrarən 16 may 2023-cü il tarixdə 40 manat, təkrarən 17 may 2023-cü il tarixdə 10 manat, təkrarən 22 may 2023-cü il tarixdə 30 manat, 25 may 2023-cü il tarixdə 50 manat, təkrarən 25 may 2023-cü il tarixdə 20 manat, təkrarən 26 may 2023-cü il tarixdə 20 manat cəmi 416 manat vəsaitinin köçürməsinə nail olmaqla maddi nemət olan pul vəsaitini birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 11 sentyabr 2024-cü il tarixli 1(103)-1756/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(101)-1178/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi Müd afiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(103)-1756/2024 saylı qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mötəbər sübut və faktları nəzərə almadan və düzgün qiymətləndirmədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Məhkum əməlində CM-in 311.3.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. İstintaq orqanı tərəfindən sübutlar saxtalaşdırılmış və Məhkum daha ağır ittihamın verilməsinə nail olunmağa xidmət edilmişdir. Məhkum “Nokia” və smartfon tipli “Samsung” mobil telefonları istintaq təcridxanasına rüşvət qarşılığında deyil, Əsər Əliyev və Şahid1 yazığı gəlməsi, təcrübəsizlik və sadəlövhlük etməsi səbəbindən keçirərək sonunculara vermişdir. Əgər Məhkum mobil telefonları rüşvət qarşılığında təcridxanaya keçirib Şahid1 və Şahid2a vermişdirsə, vahid niyyətlə əhatə olunan qəsddə təkrarçılıqdan söhbət gedə bilməz. Məhkum CM-in 311.3.2-ci maddəsi ilə ehtimallara və fərziyyələrə əsaslanan ittiham elan edilmiş və birinci instansiya məhkəməsi həmin ittihamı əsas götürərək Məhkum qeyd edilən maddələrlə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilərək barəsində CM-in 311.3.2 və 317-1.2-ci maddələri ilə ittiham hökmü çıxarmış, apellyasiya instansiya məhkəməsi isə həmin hökmü dəyişdirmə dən qüvvədə saxlamışdır. Həmçinin, məhkəmələr tərəfindən Məhkum təyin edilən cəza onun şəxsiyyətinə və ailə vəziyyətinə uyğun deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum tərəfindən rüşvət alınmamış, istintaq orqanı və məhkəmələr tərəfindən bu barədə gəlinən nəticə əsassızdır. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, istintaq orqanı və məhkəmələr mə hkumun rüşvət alması barədə nəticəni əsaslı hesab etsələr belə, məhkuma elan olunmuş ittihamda təsvir edilən əməl vahid qəsdlə əhatə olunduğundan bu əməl təkrar rüşvət alma kimi tövsif edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfində cinayət işi üzrə toplanmış sübutları – şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və işin digər materiallarını tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, həmin sübutların məcmusu ilə təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Birinci instansi ya məhkəməsi ittihamın mövqeyi ilə razılaşıb Məhkum əməlini Azərbaycan Respublikası CM-in 311.3.2 və 317-1.2ci maddələri ilə tövsif edərək onun barəsində həmin maddələrlə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya müraciətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı hesab edərək dəyişdirmədən qüvvədə saxlamışdır. Kassasiya müraciətindən görünür ki, müdafiə tərəfi məhkum tərəfindən istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların – mobil telefonların verilməsi faktını və onun bu əməlinin CM-in 317-1.2-ci maddəsi ilə tövsif edilməsini mübahisələndirmir, Məhkum buna görə pul, yəni rüşvətin alması faktı və məhkumun əməlinin CM-in 311.3.2-ci maddəsi ilə tövsif edilməsini mübahisələndirir. A zərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr Məhkum tərəfindən rüşvət alınması faktı yuxarıda sadalanan sübutlar əsasında müəyyən etmişlər. Həmin sübutlar məhkəmə iclasında tədqiq edilmiş, sübutlara məhkəmələr tərəfindən qiymətləndirilmiş və məhkəmə aktlarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası ittiham üzrə sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum Azə rbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Zərərçəkmiş şəxsnda nəzarətçi vəzifəsində işləyən dövrdə öz xidməti vəzifələrinə zidd olaraq törədilmiş qanunsuz hərəkətlərə - istintaq təcridxanasında saxlanılan dustaqlar Şahid2 və Şahid1 mobil telefonların verilməsinə görə onların qohumlarından hissə-hissə 416 manat miqdarında pul alması təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası məhkəmələrin Məhkum tərəfindən rüşvət alınması barədə gəldiyi nəticənin əsassız olmasına dair kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları qəbul etmir. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum rüşvət alınması ilə əlaqədar əməllərinin əsassız olaraq təkrar törədilmiş kimi tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmələr məhkumun əməlini C M-in 311.3.2-ci maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə rüşvət alma təkrar törədildiyi halda tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyə n etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsi f edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materiallarından və Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxsnda eyni kamerada saxlanılan Şahid2 v ə Şahid1 pul müqabilində mobil telefonların gətirilməsi barədə razılığa gəlmiş, 16 fevral 2023-cü il və 20 mart 2023cü il tarixdə onlara mobil telefonları vermişdir. Həmin telefonların verilməsi müqabilində ona məxsus bank kartına Şahid2 və Şahid1 qohumları tərəfindən 27 mart 2023-cü il tarixdə 20 manat, 27 mart 2023-cü il tarixdə 50 manat, 03 aprel 2023-cü il tarixdə 20 manat, 07 aprel 2023-cü il tarixdə 55 manat, 10 aprel 2023-cü il tarixdə 21 manat, 01 may 2023-cü il tarixdə 30 manat, 15 may 2023-cü il tarixdə 20 manat, 15 may 2023-cü il tarixdə 30 manat, 16 may 2023-cü il tarixdə 40 manat, 17 may 2023-cü il tarixdə 10 manat, 22 may 2023-cü il tarixdə 30 manat, 25 may 2023-cü il tarixdə 50 manat, 25 may 2023-cü il tarixdə 20 manat, 26 may 2023-cü il tarixdə 20 manat cəmi 416 manat köç ürmüşlər. İstintaq orqanı və məhkəmələr Məhkum bank kartına Şahid2 və Şahid1 qohumları tərəfindən 27 mart 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək yuxarıda qeyd edilən pul məbləğlərinin köçürülməsi ayrı-ayrılıqda müstəqil rüşvət alma epizod kimi qiymətləndirərək onun əməli CM-in 311.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən məhkəmələrin məhkumun əməlinin tövsifi ilə əlaqədar mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi cinayətin təkrar törədilməsi hesab olunur. Həmin maddənin məzmunundan belə nəticə çıxır ki, eyni maddə ilə nəzərdə tutulmuş və bütün tərkib əlamətlərini özündə ehtiv a edən iki və ya daha çox müstəqil cinayət əməli törədildikdə cinayətlərin təkrarlığı yaranır. Əgər cinayətin obyektiv tərəfi vahid qəsdlə əhatə olunan, ayrı-ayrı vaxtlarda törədilmiş eyni xarakterli bir neçə əməldən ibarətdirsə, həmin əməllərin hər biri müstəqil cinayət əməli kimi deyil, davam edən vahid cinayətin epizodu kimi qiymətləndirilir və bu halda cinayətlərin təkrarlığı yaranmır. Yuxarıda qeyd edildiyi kimi, işin faktiki hallarından aydın olur ki, Məhkum rüşvət alma cinayətini əvvəlcədən razılaşdırılmış məbləğin hissə-hissə onun kartına köçürülməsi yolu ilə törətmiş və onun bu hərəkətləri vahid qəsdlə əhatə olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən Şahid2 və Şahid1 qohumlarından 27 mart 2023-cü il tarixdən 26 may 2023-cü il tarixinədək bank kart ına köçürülən pul məbləğlərinin alınması ayrı-ayrılıqda müstəqil rüşvət alma əməlləri kimi deyil, eyni qəsdlə əhatə olunan davam edən vahid cinayət kimi qiymətləndirilməlidir. Məhkəmələr isə hər bir pul köçürməsi ilə əlaqədar Məhkum əməlini təkrar rüşvət alma kimi qiymətləndirərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə tövsif etmiş və nəticədə hüquqi səhvə yol vermişlər. Cinayət işinin materiallarından görünür ki, Məhkum rüşvət qismində 416 manat məbləğində pul Zərərçəkmiş şəxsnda saxlanılan Şahid2 və Şahid1 qadağan olunmuş mobil telefonların verilməsinə, yəni qanunsuz hərəkətlərə görə almışdır. Belə olan halda Məhkum əməli Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin h ökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum oğlunun əməli Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin, o cümlədən CM-in 66.3-cü maddəsinə əsasən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(103)-1756/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllən in 311.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 311.2-ci və 317-1.2-ci maddələri ilə təyin edilmiş cəzaları qismət toplamaqla ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(103)-1756/2024 nö
Məhkəmə qərarları › İş №1(102)-449/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-449/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver