Məhkəmə qərarları › İş №1(102)-45/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-45/2020

12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-45/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X2 iştirakları ilə xx xxxxxx 1963-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvan ında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ş.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edil miş, CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmiş, habelə “xxxx” MTK-nın fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 845.195,50 manat məbləğində pul vəsaitinin Məhkum tutularaq dövlət büdcəsinə keçirilməsinə dair mülki iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.K.Səfərov və R.M.Abdulov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx xxx xxx 2018-ci il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmişdir. Hökmlə Məhkum tutulmalı olan mülki iddianın məbləği ödənilmiş vergi borcları nəzərə alınmaqla 757.410,05 manat müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4 Xətai rayonu, Babək prospekti 94 olan, "xxxx" Mənzil Tikinti Kooperativinin (MTK) (VÖEN: **********) təsisçisi vəzifəsində işləyərkən, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyek ti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 17.3, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 149.1, 149.2, 149.3, 218, 219, 220 və 221-ci maddələrinin tələblərini pozaraq bəyannamə təqdim etməməklə ümumilikdə külli miqdar təşkil edən 979.195,50 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum "xxxx" MTK adından bina tikintisi fəaliyyəti ilə məşğul olaraq, Bakı şəhəri İcra Hakimi yyəti Başçısının xx xxxxxx 2005-ci il tarixli, 220 saylı və Xətai rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2005-ci il tarixli, 267 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanda yerləşən 1,3 hektar torpaq sahəsində cəlb edilən vəsait hesabına kommersiya məqsədləri üçün podratçı cəlb etməklə tikdirdiyi binanın 2013-cü ilin 1-ci rübündə təməli qoyulmuş 6-cı girişi üçün ümumi sahəsinin 14187,2 kvadratmetr (o cümlədən qeyri yaşayış sahəsi 638,8 kv.m və yaşayış sahəsi 13548,40 kv.m) olduğunu, tikinti aparılan sahənin 8-ci zonaya aid olduğunu, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin məbləğinin 979195,50 manat olduğunu bəyan edərək, hesablanmış vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayara q öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, təqdim etdiyi cari bəyannamədə ümumi sahənin 11539,60 kvadratmetr, tikinti aparılan sahənin 9-cu zonaya aid olduğunu, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin məbləğini 207.712,00 manat olduğunu bəyan edərək, habelə bəyan etdiyi məbləği dövlət büdcəsinə ödəməyərək, 2013-cü ilin 1-ci - 2015-ci ilin 2-ci rübləri üzrə 979195,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini ödəməkdən yayındırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə xx.xx.2017-ci il tarixli, 2286 nömrəli ekspert rəyini nəzərə almaqla yeni ədalətli qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ”xxxx” MTK-nın fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış pul vəsaitinin məbləği hesablanarkən vergidən yayınma ilə bağlı aparılmış ekspertizanın rəyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, ekspertiza rəyində 706.060,27 manat məbləğində vergidən yayınma göstərilsə də, birinci instansiya məhkəməsinin hökmündə bu məbləğ 845.195,50 manat, apellyasiya məhkəməsinin qərarında isə 757.410,05 manat məbləğində qeyd edilmişdir. Müdafiəçi hesab edir ki, hər iki instansiya məhkəməsi tərəfindən ekspertiza rəyinin nəzərə alınmadan gəlinən nəticə qanuni, əsaslı və ədalətli deyil. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə ara şdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və mülki iddiaçının nümayəndəsi Q.Bədirxanovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsə lələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə mülki iddia məbləğini düzgün hesablamamış, ekspert rəyini əsassız olaraq sübut kimi qəbul etməmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı verilmiş Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 14848 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 2015-ci il 20 oktyabr tarixli, 1384- İVQD nömrəli qanuna əsasən həmin Məcəllənin 218.1.3, 219.3, 220.8 və 220.8.1-ci maddələrinin tələbləri əsas götürülməklə, “xxxx” MTK-da dövlət büdcəsinə ödənilməkdən yayındırılmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi 979.195,50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə istintaqı zamanı təyin olunmuş təkrar məhkəmə mühasibatlıq ekspertiza haqqında qərarına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017-ci il tarixli 2286 nömrəli ekspertiza rəyindən görünür ki, “xxxx” MTK tərəfindən tikilən binalara görə dövlət büdcəsinə çatası vergilərin cəmi 706.060.27 manatadək azaldılması müəyyən edilir, o cümlədən ƏDV üzrə...658.403.47 manat; mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə...47.656.80 manatdır. İş materiallarında olan məhkəmə istintaqı zamanı təyin olunmuş komisyon məhkəmə mühasibatlıq ekspertiza haqqında qərarına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 26313 nömrəli ekspertiza rəyindən görünür ki, “xxxx” MTK tərəfindən tikilən binalara görə dövlət büdcəsinə çatası vergilərin cəmi 706.060.27 manatadək azaldılması müəyyən edilir, o cümlədən ƏDV üzrə...658.403.47 manat; mənzil tikintisi ilə məşğul olan şəxsl ərin sadələşdirilmiş vergisi üzrə...47.656.80 manat. Həmçinin iş materiallarından görünür ki, hazırkı cinayət işi üzrə “xxxx” MTK-nın fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin hesablanmasına dair istintaq dövründə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 14848 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə məhkəmə istintaqı zamanı keçirilmiş xx xxxx 2017-ci il tarixli 2286 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının və xx xxxxxx 2018-ci il tarixli 26313 nömrəli komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri arasında uyğunsuzluq yaranmışdır. Belə ki, ekspertlər xx xxxxxx 2016-cı il tarixli 14848 nömrəli rəyi verərkən “xxxx” MTKnın fəaliyyəti üzrə 979.195,50 manat m əbləğində vergilərin dövlət büdcəsinə hesablanmasını müəyyən edildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2017ci il tarixli 2286 nömrəli təkrar və xx xxxxxx 2018-ci il tarixli 26313 nömrəli komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə “xxxx” MTK-nın fəaliyyəti üzrə cəmi 706.060.27 manat məbləğində vergilərin az hesablanması müəyyən etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri xx xxxx 2017-ci il tarixli 2286 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının və xx xxxxxx 2018-ci il tarixli 26313 nömrəli komission məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini deyil, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti zası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 14848 nömrəli ilkin məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirməklə haqlı olmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X6rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış o lmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplan mış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar