Məhkəmə qərarları › İş №1(102)-45/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-45/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-45/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxxx 1982-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şirvan şəhərində yerləşən “Qara su” neft şirkətində elektrik işləmiş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qərarından məhkumun müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən: N.F.Quliyev, hakimlər: O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməll ərini törətməkdə təqsirli bilinib, CMin 32.5, 206.3.1, 32.5, 206.3.2-ci maddələri ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, əvvəli xx xxxxxx 2018-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin iş üzrə həmçinin X8, X13 və X24 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum özü, m əhkumlar və Məhkum müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), K.S.Bəşirov və E.İ.Əliyev) apellyasiya şikayətləri qismən təmin edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmişdir. Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) ilə endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə CM-nin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cə zasına qismən toplanılmaqla, Məhkum qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2018-ci ilin mart ayının əvvəllərində istintaqa z adı ilə məlum olan İran İslam Respublikası ərazisində yaşayan şəxs, Azərbaycan Respublikasının vətəndaşı X8 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub ümumi niyyətlərinə uyğun olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələrin İran ərazisində qanunsuz olaraq əldə edilərək Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməklə saxlanması və daşınması barədə razılığa gəlmişlər. Sövdələşməyə əsasən istintaqa z adı ilə məlum olan şəxs İran İslam Respublikas ından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcək külli miqdarda narkotik vasitələr sayılan heroin və tiryəkin Azərbaycan Respublikasının ərazisində satış məqsədilə qanunsuz olaraq əldə edilib saxlanılması, sonradan daşınaraq müvafiq şəxsə çatdırmasına görə hər kiloqramı üçün Məhkum 2.000 manat, qrupun digər üzvü X4 isə ümumilikdə 4.000 manat məbləğində “zəhmət haqqı” verəcəyini vəd etmişdir. Bundan sonra z adlı şəxs 2018-ci ilin mart ayının əvvəllərində satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxladığı külli miqdarda narkotik vasitələr sayılan təmiz halda çəkisi 9957,97 qram heroinin və 998,96 qram tiryəkin, həmin ölkənin ərazisindən qrupun istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə qaçaqmalçılı q yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qabaqcadan əlbir olan bir qrup şəxs halında keçirilərək qanunsuz daşınıb Azərbaycan Respublikasının Cəlilabad rayonu x və y kəndlərinin arasındakı torpaq sahəsində gizlədilməsini təşkil edərək bu barədə qrupun üzvü H xx xxxx 2018-ci il tarixdə məlumat vermişdir. xx xxxx 2018-ci il tarixdə z adlı şəxs mobil telefonla Məhkum həmin külli miqdarda narkotik vasitələrin X12 rayon ərazisində yerləşən keçmiş Yol Patrul Xidməti postunun inzibati binasının yanında gizlədəcəyini bildirərək, ona xx xxxx 2018-ci il tarixdə gecə saatlarında həmin narkotik vasitələri götürməsini və narkotik vasitələrdən təmiz halda çəkisi 9957,97 qram heroini digər müvafiq yerdə gizlətməsini tapşırmış, 998,96 qram tiryəki isə əlavə o laraq özünün zəhmət haqqı kimi qəbul edilməsinə razılıq vermişdir. xx xxxx 2018-ci il tarixdə saat 23 radələrində, əvvəlcədən aralarında əldə edilmiş ümumi sövdələşməyə uyğun olaraq, z adlı şəxsin verdiyi tapşırıqlar əsasında cinayətkar qrupun üzvü H idarə etdiyi “VAZ 21074” markalı kkkk dövlət qeydiyyat nişanlı avtomobili ilə göstərilən əraziyə gedərək 2 (iki) ədəd polietilen kisədə olan külli miqdarda narkotik vasitələr sayılan heroin və tiryəki gizlədildiyi yerdən qanunsuz götürərək satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib, idarə etdiyi avtomobilinin salonunda gizlətmiş və Cəlilabad rayonundan Salyan rayonuna daşıyarkən, xx xxxx 2018ci il tarixdə saat 02:30-da Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində cinayət başında yaxalanmış, onun idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonundan qrupa məxsus 9957,97 qram heroin və 998,96 qram tiryək aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də Məhkum xx xxxx 2018-ci il tarixdə gecə saatlarında qeyd edilən narkotik vasitələri Salyan rayon ərazisində yerləşən keçmiş Yol Patrul Xidmətinin postunun inzibati binasının yanına gedib müəyyən edə bilməmişdir. 2018-ci ilin mart ayının sonlarında cinayət hərəkətlərini davam etdirən Məhkum, eyni niyyətlə, istintaqa z adı ilə məlum olan İran İslam Respublikası ərazisində yaşayan şəxs, Azərbaycan Respublikasının vətəndaşları X13, X24 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub ümumi niyyətlərinə uyğun olaraq təkrarən satış məqsədilə külli miqdarda narkotik v asitənin İran ərazisində qanunsuz olaraq əldə edilərək Azərbaycan Respublikası ərazisinə təkrarən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməklə saxlanması və daşınması barədə razılığa gəlmişlər. Sövdələşməyə əsasən z adı şəxs İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcək külli miqdarda narkotik vasitə sayılan heroinin Azərbaycan Respublikasının ərazisində satış məqsədilə qanunsuz olaraq əldə edilib saxlanılması, sonradan daşınaraq müvafiq şəxsə çatdırmasına görə hər kiloqramı üçün Məhkum 2.000 manat və ya uyğun məbləğdə “zəhmət haqqı” verəcəyini vəd etmişdir. Bundan sonra, z adlı şəxs 2018-ci ilin mart ayının sonlarında satış məqsədilə qanunsuz olaraq əldə edib özündə s axladığı külli miqdarda narkotik vasitə sayılan təmiz halda çəkisi 8858,69 qram heroinin istintaqa məlum olmayan şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə olunan N saylı hərbi hissənin 3-cü sərhəd dəstəsinin 3-cü sərhəd zastavasının ərazisindən qrupun digər üzvləri şəxsiyyətləri istintaqa məlum olmayan üç nəfər İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsini təşkil etmiş və bu barədə qrupun digər üzvləri l və ll məlumat verərək keçirilmiş narkotik vasitələri Cəlilabad rayonunun kəndinin ərazisində həmin şəxslərdən qəbul etməyi tapşırmışdır. Bundan sonra, qrupun üzvləri l və ll xx xxxx 2018-ci il tarixdə saat 23 radələrind ə həmin külli miqdarda narkotik vasitəni qrupun digər üzvləri olan şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşlarından Cəlilabad rayonunun kəndinin ərazisində satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz əldə edib, z adlı şəxsin digər tapşırığına əsasən qrupun digər üzvü Məhkum tərəfindən əldə edilməklə saxlanılması və digər gizli yerə qanunsuz daşınaraq aparılması üçün Cəlilabad rayonunun kəndinin ərazisindəki “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolun kənarında yerləşən ağacın altında gizlədilhnəsi üçün ll idarə etdiyi “VAZ 2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qanunsuz daşıyaraq deyilən yerdə gizlətmişlər. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən xx x xxxx 2018-ci il tarixdə saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı l və X21 rayonunun ərazisində saxlanılmış, hadisə yerinə keçirilmiş baxış zamanı qrupa məxsus iki ədəd kisədə təmiz halda çəkisi 8858,69 qram külli miqdarda narkotik vasitə sayılan heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də Məhkum xx xxxxx 2018-ci il tarixdə gecə saatlarında qeyd edilən narkotik vasitəni Cəlilabad rayonunun kəndinin ərazisində fəaliyyət göstərən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gedib müəyyən edə bilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmadığına gö rə barəsində bəraət hökmünün çıxarılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin qərarı qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamaqla yanaşı, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla kifayətlənmiş və apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Məhkəmə həmçinin Məhkum ətrafında heç bir qərar olmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsini qanun pozuntusu kimi dəyərləndirməmiş, qanun pozuntusu yolu ilə əldə edilmiş sübutların yolverilməz olmasına baxmayaraq həmin sübutlardan Məhkum təqsirləndirilməsində istifadə olunduğunu nəzərə almamışdır. Müdafiəçi həmçinin hesab edir ki, məhkəməl ər Məhkum cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə almayaraq ağır cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi S.Xudaquluyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şi kayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum müdafiəçisi tərəfindən verilmiş k assasiya şikayətində Məhkum ittiham olduğu maddələr üzrə bəraət verilməsi xahiş olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxx xx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirmə lidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhku m əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqların ın Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məh kəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, iş üzrə digər təqsirləndirilən şəxslər X8, X13, X17 məhkəmə istintaqında verdikləri qismən, Məhkum isə ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, şahidlər X19, X20, X5, X9 ifadələri, axtarış və götürməyə dair ibtidai istintaq orqanının qərarı və aktları, üzərində “1168-2018” sözləri yazılmış CD d iskdəki audiodanışıqlara xx xxxxx 2018-ci il tarixdə keçirilmiş baxış protokolu, üzərində “14612018” sözləri yazılmış CD diskdəki audiodanışıqlara xx xxx 2018-ci il tarixdə keçirilmiş baxış protokolu, üzərində “1581- 2018” sözləri yazılmış CD diskdəki audiodanışıqlara xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş baxış protokolu, Məhkum məxsus «Nokia 105» markalı mobil telefona keçirilmiş xx xxxxxx 2018-ci il tarixli baxış protokolu, təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan z adlı şəxsin istifadəsində olmuş **********76, **********80 və **********18 saylı telefon nömrələri ilə apardıqları danışıqları özündə əks etdirən «xxxx» MMC tərəfindən xx x xxxxxxx 2018-ci il tarixli 7-2630 saylı məktubla DTX İstintaq baş idarəsinə daxil olmuş kompüter açıqlamalarına dair xx xxxxxxx 2018-ci il tarixli baxış protokolu, kompleks məhkəmə (bioloji, fiziki-kimyəvi) ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 7770 saylı rəyi, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 8793 saylı rəyi, məhkəməfonoskopik ekspertizasının xx xxxx 2018-ci il tarixli, 12523/24 saylı rəyi, məhkəməfonoskopik ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 24308 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlama rəyləri, habelə toplanmış digər sübutlarla onun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələr i şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılara əsasən beynəlxalq “heroin” olan maddə narkotik vasitədir, onun 0.15 qramdan artıq hissəsi (təmiz halda qramlarla) şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikas ı CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-nin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəz a, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və s ilah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində n əzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar