Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-45/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, yetkinlik yaşına çatmayan məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Əsədov Sənan Qulu oğlunun və onun qa nuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(104)-263/2021 nömrəli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxx 2004-cü il tarixdə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy rayonu, Şahdağ kənd orta məktəbinin 9-cu sinif şagirdi, işsiz, əvvəllər məhkum olmayan, Gədəbəy rayonunun Çobankənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 30 dekabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respu blikası CM”) 126.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs bacısı Məmmədova Mətanət Novruz qızının Gədəbəy rayonunun İnəkboğan kənd sakini Allahverdiyev Rövşən İlqar oğlu tərəfindən qaçırılması, bakirə olmadığı üçün isə bir gün sonra evlərinə qaytarılması barədə həmkəndlisi Zərərçəkmiş şəxs1 03 iyun 2020-ci il tarixdə, saat 12:30 radələrində ona və 04 iyun 2020-ci il tarixdə, saat 17 radələrində dayısı Şahid5, sonuncunun isə bu barədə ailə üzvlərinə həqiqətə uyğun olmayan məlumatlar verməsini eşidib əsəbiləşərək Zərərçəkmiş şəxs1 qisas almaq məqsədilə yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla silahlanaraq sonuncunun Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən «Yal beli» adlandırılan ərazidəki torpaq sahəsində olmasını öyrəndikdən sonra 04 iyun 2020-ci il tarixdə saat 18 radələrində həmin yerə getmiş, belində dərman aparatı ilə əkdiyi kartof bitkisini dərmanlayan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq yumruqla sonuncunu ağız nahiyəsindən vuraraq ona üst dodağın selikli qişasının əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, sonra təpiklə ayağına vurmaqla ona fiziki ağrı yetirmiş, daha sonra isə bıçaqla Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə vuraraq ona sağ tərəfli torako-obdominal (döş qarın boşluğu) deşilmiş-kəsilmiş yaralanma, diafraqmanın və qara ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma, hemmoragik şok 2-ci dərəcə, sağ tərəfli hemotoraksı ilə nəticələnən insan həyat ı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmuşdur.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(100)-134/2021 nömrəli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir.
5. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, şikayətdə hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apelyasiya şikayətini onunla əsaslandırm ışdır ki, baş vermiş cinayət hadisəsi zamanı iş üzrə şahid keçən Şahid5 barəsində cinayət işi başlanmasa da, birinci instansiya məhkəməsi Şahid5 təqsirləndirilən şəxsə köməklik etməsini, ona dəymiş ziyanı tam ödənilməməsini düzgün qiymətləndirməyib, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etmişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış şəxs olsa da, onun azadlıqda qalması islah olunması üçün yetərli deyildir. Ona dəymiş ziyanın bir qismi ödənilsə də, bu o, demək deyildir ki, təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmalı, azadlıqda gəzməlidir. Təqsirləndirilən şəxsə verdiyi barışıq ərizəsini ləğv etdirmiş, sonuncu ilə barışmamışdır, hal-hazırda ondan şikayətçidir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 20 21-ci il tarixli, 1(104)-263/2021 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(100)134/2021 nömrəli hökmü zərərçəkmiş şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli, 1(104)263/2021 nömrəli qərarını ləğv edilməs ini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Şikayətinin əsası olaraq Zərərçəkmiş şəxs1 ona qarşı cinayət əməlinin məhkum Təqsirləndirilən şəxs yox, cinayət işi üzrə şahid qismində tanınmış Şahid5 tərəfindən törədildiyini qeyd etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübu tlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlam anın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində cinayət işi üzrə şahid qismində tanınmış Şahid5 ona qarşı törədilmiş cinayətə görə məsuliyyət daşıdığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs1 kassasiya şikayətində irəli sürdüyü tələbin əsaslılığını yoxlayarkən, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, bu əsasları mübahisləndirilən qərarın ləğv edilməsini (dəyişdir ilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
16. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə məhkəmə kollegiyasının mövqeyi həm də məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin müddəalarına əsaslanır.
17. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
18. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 iş üzrə şahid qismində tanınmış Şahid5 tərəfindən ona qarşı cinayətin törədildiyi üzrə dəlillərini əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən yalnız Təqsir ləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Şahid5 qarşı irəli sürülməyən ittihama baxa bilməzlər.
19. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
20. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respubli kası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 26 may 2021-ci il tarixli, 1(104)-263/2021 nömrəli qərarı Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.