Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-45/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkumun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, tərcüməçi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-842/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində mexanik vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamışdır. 2. 03 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 150.2.3-cü maddəsi ilə təqsirlənd irilmələrinə dair ittiham elan edilmişdir. 3. 16 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum cinsi ehtirasını təmin etmək məqsədi ilə 22 avqust 2021-ci il tarixdə, saat 13 radələrində ünvan 3 ünvanında onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan 28 avqust 2004-cü il təvəllüdlü ögey qızı Zərərçəkmiş şəxs qolundan tutaraq zorla yataq otağına aparmış, orada cinsiyyət orqanını məcburi olaraq sonuncunun cinsiyyət orqanına, əllərinə, ağzına sürtmüş və başından bərk tutub zor tətbiq etməklə cinsiyyət orqanını ağzına salmış, Zərərçəkmiş şəxs üzü üstə yatağa uzadıb qollarından tutmaqla zor tətbiq edərək sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-357/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət i ttihamçısı apellyasiya protesti verib, hökmdən Məhkum münasibətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini, ona təqsirli bilindiyi maddənin sanksiyasi həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməklə hökmün dəyişdirilməsini xahiş etmişdir.
7. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəli xarakteri, yəni qəsdin obyekti - şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilməsi, təqsirin forması - cinayətlərin qəsdən törədilməsi, cinayətin - ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliyi isə - yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığıdır. Məhkəmə cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı müstəsna hallar olmad an, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olmadan Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etmiş, beləliklə də cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.
8. Həmin hökmdən Məhkum müdafiəçisi apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin cinayət işi üzrə toplanmış sübutların araşdırılması zamanı səhvə yol verdiyini, nəticədə məhkum edilmiş şəxs Məhkum barəsində ittiham hökmü çıxartdığını bildirərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-842/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(1 01)-357/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə cinayət işi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamış, məhkum və şahidlərin ifadələrində bildirdiklərinə səthi və formal yanaşmışdır. Həmçinin, istintaq düzgün aparılmamış, istintaqın gəldiyi qənaət yanlışdır və bir çox prosessual pozuntulara yol verilmişdir. Belə ki, hadisə zamanı və izahat verdiyi zaman Zərərçəkmiş şəxs 16 yaşı tamam olmamışdır. Onun qanuni nümayəndəsi heç bir istintaq hərəkətlərində iştirak etməmişdir. Qanunun tələbləri kobud surətdə pozulmuş və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə nəinki qanuni nümayəndə qismində tanınmış, hətta, polis idarəsinə belə buraxılmamışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamasını nəzərə alaraq müdafiəçi ilə təmin olunması mütləq idi. Lakin cinayət işi materiallarından və Qanuni nümayəndə və Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadələrdən də açıq-aşkar görünür ki, Zərərçəkmiş şəxs polis bölməsində dindirilərkən, izahat yazarkən və Məhkum ilə üzləşərkən tək olmuş, yəni, nə qanuni nümayəndəsi yanında olmuş, nə də ki, müdafiəçi ilə təmin edilmişdir. Zərərçəkmiş şəxs rus dillində təhsil aldığından azərbaycan dilini qətiyyən bilmir. Ona tərcüməçi ayrılsa da, istintaq zamanı verdiyi ifadəni tam dərk etmədiyini məhkəmədə dindirilərkən bu xüsusatları bir daha bildirmişdir. Belə olan halda zərərçəkmiş şəxs və qanuni nümayəndəsi tərəfindən, istintaq vaxtı ilkin dindirilmədə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin tutulduğu andan iştirak edən vəkillərin məhkəmədə tanınması vacib idi. Həmçinin, 22 avqust 2021-ci il tarixdə Məhkum tutulduğu və polis idarəsinə gətirildiyi andan müdafiəçi ilə təmin edilməmiş, əksinə içkili vəziyyətdə olmuş və müstəntiq tərəfindən fiziki və psixi təsirə məruz qalaraq özünə ziyan edəcək ifadələri verməyə məcbur edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 1(103)-842/2022 saylı qərarının dəyişdiril məsi, Məhkum Yuriyeviçin Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, protestin müəllifi onları təkrarlayaraq qeyd etmişdir ki, Məhkum Yuriyeviçin əməlində CM-nin 62-ci maddəsində təsbit edilmiş müstəsna hallar mövcud olmamış, onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı digər hallar müəyyən edilməsə də, lakin məhkəmələr əsassız və qanunsuz olaraq məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşa ğı həddindən də az cəza təyin etməklə səhvə yol vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.16 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edilmişdir.
13. Kassasiya şikayətinə və protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində mə hkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallar (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını və əməli sübuta yetirilmədiyini qeyd etməklə məhkuma bəraət verilməsini xahiş edərək, faktiki olaraq xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.6-ci maddəsində təsbit o lunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
19. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum Yuriyeviçin cəzasını yüngülləşdirən hallarının düzgün müəyyən edilmədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinin əsassız olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.16 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası verilən kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi gör ür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.
21. Kassasiya şikayətində məhkumun müdafiəçisi ibtidai istintaq zamanı bir çox prosessual pozuntulara yol verildiyi, zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan şəxs olduğu, lakin onun qanuni nümayəndəsinin heç bir istintaq hərəkətlərində iştirak etmədiyi, sonuncu və Məhkum Yuriyeviç azərbaycan dilində sərbəst bilmədiklərindən onlara tərcüməçi təyin edilməli olduğu barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıda göstərilənləri qeyd edir.
22. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs 22 avqust 2021-ci il tarix də ərizə ilə polis idarəsinə müraciət etdiyi tarixdən həmin tarixli qərarlarla Zərərçəkmiş şəxs, eyni zamanda Məhkum azərbaycan dilində sərbəst danışa bilmədiklərindən X5 tərcüməçi qismində dəvət edilmiş, onlar C.Bədəlovun tərcüməçi qismində iştirakına etiraz etməmişlər və bu barədə tərtib edilmiş protokollar iş materiallarına əlavə edilmişdir. Daha sonra 23 avqust 2021-ci il tarixli qərarla cinayət işi başlanıldıqdan sonra sonuncu cinayət işi üzrə tərcüməçi qismində dəvət edilmiş və eyni qaydada onun tərcüməçi qismində iştirakına etirazlar olmamışdır.
23. Zərərçəkmiş şəxs və Məhkum ilkin izahat verən zaman, daha sonra Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilərkən, həmçinin Məhkum şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onların ifadələrinin alınması tərcüməçi C.Bəd əlovun iştirakı ilə aparılmış, tərcüməçi digər istintaq hərəkətlərində də iştirak edərək, bu barədə tərtib edilmiş protokolları imzalamışdır.
24. Həmçinin, 28 avqust 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 23 avqust 2021-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixli qərarla anası Qanuni nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və bütün istintaq hərəkətləri zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin iştirakı ilə aparılmışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs ilkin izahatı belə anası Qanuni nümayəndə iştirakı ilə alınmışdır.
25. Göründüyü kimi, bütün istintaq hərəkətləri tərcüməçinin iştirakı ilə aparılmış, bu barədə tərtib edilmiş protokolların doğruluğu tərcüməçinin imzası ilə təsdiq e dilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs qismində tanındığı vaxtdan ona qanuni nümayəndə təyin edilmiş, o, qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsin hüquqlarını onun əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirmişdir.
26. İbtidai istintaq dövründə Məhkum Yuriyeviçin müdafiə hüququnun pozulması ilə bağlı kassasiya şikayətində göstərilənlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq dövründə Məhkum müdafiə hüququ pozulmamış, ona ilk növbədə dövlət hesabına müdafiəçi təyin edilmiş, daha sonra təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün onun özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmasına şərait yaradılmışdır.
27. Belə ki, ibtidai istintaq d övründə Məhkum şübhəli şəxs qismində tutulmalı olduğundan onunla istintaq hərəkətlərinin həyata keçirilməsi üçün hüquqlarının müdafiə edilməsi məqsədilə 23 avqust 2021-ci il tarixli qərarla dövlət hesabına müdafiəçi dəvət olunmuş və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 müdafiəçi qismində şübhəli şəxsə təqdim olunmuş və o, hüquqlarının T.Qurbanov tərəfindən müdafiə olunmasına etiraz etməmişdir.
28. Məhkum təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirildikdən sonra dövlət hesabına təyin edilmiş müdafiəçi T.Qurbanov tərəfindən müdafiə olunmasından imtina edərək, müqavilə bağladığı Müdafiəçi2 tərəfindən müdafiə edilməsi barədə ərizə ilə 22 sentyabr 2021-ci il tarixdə müraciət etmiş və onun ərizəsi əsasında həmin tarixli qərarla Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qis mində cinayət prosesinə buraxılmış, bundan sonra aparılan bütün istintaq hərəkətlərində, o cümlədən Məhkum Yuriyeviçlə Zərərçəkmiş şəxs arasında 22 sentyabr 2021-ci il tarixdə aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı müdafiəçi qismində Müdafiəçi2 iştirak etmiş və bu barədə tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir.
29. Həmçinin, məhkumun müdafiəçisinin kassasiya şikayətində ibtidai istintaq dövründə bir sıra prosessual pozuntulara yol verildiyi barədə göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası onu da qeyd edir ki, ibtidai istintaqın yekununda məhkum (həmin dövrdə təqsirləndirilən şəxs) Məhkum, onun müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlə müraciət etməmişlər, əksinə məhkum 29 oktyabr 2021-ci il tarixdə cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra həmin tarixdə tərtib edilmiş cinayət işi materialları ilə tanış etmə haqqında protokola müvafiq qeydlər apararaq cinayət işinin nömrələnmiş, səhifələnmiş və cildlənmiş materialları ilə və maddi sübutlarla heç bir vaxt məhdudiyyəti qoyulmadan müdafiəçinin və tərcüməçinin iştirakı ilə tanış olduğunu, iş üzrə vəsatəti və etirazı olmadığını bildirmişdir. Eyni zamanda, məhkumun müdafiəçisi də həmin protokola müvafiq qeyd apararaq heç bir vəsatəti olmadığını qeyd etmişdir.
30. Məhkum təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, M əhkum Yuriyeviçə hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
31. Kassasiya şikayətində Məhkum 22 avqust 2021-ci il tarixdə ilkin izahatı alınan zaman içkili vəziyyətdə olması, fiziki və psixi təsirə məruz qalaraq öz əleyhinə ifadələri verməyə məcbur edilməsi göstərilsə də, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq dövründə Məhkum müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində, daha sonra özünün müqavilə bağladığı Müdafiəçi2 iştirakı ilə təqsirləndi rilən şəxs qismində əlavə dindirilərkən müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq 22 avqust 2021-ci il tarixdə, saat 13 radələrində zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətlər edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu hər hansı kənar təsir altında olmadan etiraf etmişdir.
32. Məhkum Yuriyeviçin yuxarıda təsvir edilən əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) apellyasiya müraciətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə məhkumun məhkəmə istintaq ı zamanı verdiyi ziddiyyətli ifadəsini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarması, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum Yuriyeviçin Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və müqayisəli şəkildə tədqiq edilmiş digər ifadələr ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin ifadələri, e kspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum Yuriyeviçin hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsinin dispozisiyasıyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, b u maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Yuriyeviçin əməlinin Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
36. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı göstərdiyi əsaslarla gəldiyi nəticə arasında uyğunsuzluq olmuş, Məhkum Yuriyeviç barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair birinci instansiya məhkəməsin in gəldiyi nəticənin təsdiqləməsində mövqeyi əsaslı olmamışdır.
37. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi də ondan ibarətdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarı, № 4, § 1, 25 iyul 2003-cü il).
39. Həmçinin, Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cav ab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
40. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüng ül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
41. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən ) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.
42. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təm in edə bilsin.
43. Qeyd olunan cinayət-hüquqi normaların tələbləri nəzərə alınmaqla kassasiya protestinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisəli şəkildə yoxlanıldıqda, kassasiya protestinin əsaslı olduğu müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumun şəxsiyyətini, törədilən cinayətin ağırlığını, ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edib, ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər.
44. Belə ki, hazırki halda məhkəmələr Məhkum tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barış masını, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin Məhkum qarşı şikayət və tələblərinin olmamasını, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna halları, habelə təyin olunmuş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirini, yəni, himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də ailəsinin onun qayğısına ehtiyacının olmasını nəzərə alaraq hesab etmişlər ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək, həmin Məcəllənin 150.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiq hesab etmişdir.
45. Məhkəmələr tərəfindən qeyd edilən xüsusatları Məhkum cəzasını yüngülləşdirən müstəsna hallar kimi qiym ətləndirilməsi və ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən az cəza təyin edilməsi nə Azərbaycan Respublikası CM-nin 62-ci, nə də ki həmin Məcəllənin 58.3-cü maddələri ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz.
46. Cinayət işinin hallarından göründüyü kimi, zərərçəkmiş şəxs məhkum edilmiş şəxsin ögey qızı olmaqla yetkinlik yaşına çatmamış şəxsdir. O, anasının himayəsində yaşamaqla, faktiki olaraq anası ilə rəsmi nikahda olan ögey atasının, yəni məhkum edilmiş şəxsin də himayəsində yaşamışdır. Məhkum edilmiş şəxs ögey qızına qarşı qəsdən onun cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətmiş, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hal lar mövcud olmamışdır.
47. Belə olan halda, birinci instansiya məhkəməsinin Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin maddənin tətbiqi ilə təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin ədalət prinsipinə (maddə 8) cavab verən və cəzanın məqsədlərini (maddə 41.2) lazımınca təmin edən nəticə kimi qiymətləndirilə bilməz.
48. Qeyd olunan cinayət-hüquqi normaların pozulması ilə cəzanın təyin edilməsi məhkəmələrin məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiklərini göstərir.
49. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)842/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısının kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-842/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni mə