Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-45/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apelyasiya M əhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarından Məhkum qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən), Siyavuş Hacıyev və Rahib Salmanov) 1(101)-286/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli hökmü ilə 7 iyul 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, xxxx şəhəri xxxx rayonu, xxxx küçəsi, ev xxxx, mənzil xxxx -də qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yeni sahədə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum e dilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum qızı təqsirli bilinmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə külli miqdarda siqaretin gümüşü rəngli kağızına bükülmüş 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,183 qram, 0,228 qram, 0,184 qram və 5,308 qram, ümumi təmiz çəkisi 5,903 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 26 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri xxxx rayonu, xxxx qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evində qeyri-rəsmi yaşadığı X5 3 bükü mdə, ümumi təmiz çəkisi 0,595 qram olan narkotik vasitə heroini şəxsi istifadə etməsi üçün satmış, 1 ədəd bükümdə təmiz çəkisi 5,308 qram olan narkotik vasitə heroini satış məqsədi ilə üzərində daşıyarkən qonşuların kollektiv şikayəti əsasında 26 iyun 2021-ci il tarixdə, saat 21:00-da yaşadığı xxxx şəhəri xxxx rayonu, xxxx qəsəbəsi, xxxx uşaq evinin yaxınlığında yerləşən küçədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 3-cü PB-nə gətirilmiş və orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 5,308 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsi nin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 01 fevral 2023-cü il tarixli 1(103)-57/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 1(101)-286/2022 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il endirilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından məhkumun Məhkum kassasiya şikayəti verərək hökmün dəyişdirilməsini, əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, narkotik vas itələrin satışı ilə məşğul olmamışdır. Nə qədər utancverici də olsa səmimi etiraf edir ki, o narkomaniya aludəçisi olmuş, lakin həbs edilən zaman nə üzərində, nə də yaşadığı evdə narkotik vasitə aşkar edilməmiş, buna baxmayaraq o, təmiz çəkisi 5,308 qram heroin ilə ittiham olunmuşdur. Guya o X6 3 (üç) ədəd bükümdə narkotik vasitə olan heroini satmışdır. Halbuki, sözügedən şəxslə o birlikdə yaşamışdır və həmin şəxslə qeyri-resmi ailə münasibətdə olmuş və bir yerdə narkotik vasitədən istifadə etmişlər. Belə olan təqdirdə həmin şəxsə o necə narkotik vasitə sata bilər. Bundan əlavə olaraq bildirir ki, o və xxxx qonşuların onlara yaxdığı qarayaxma nəticəsində həbs olunmuşlar. O özü 4 dəfə evindən 102 xidmətinə qonşuların evini daşlaması, pəncərə şüşələrini sındırması və ailəsinə hucum çəkmələri səbəbindən şikayət etmişdir. Burdan da aydın görünür ki, cinayət işi ona qarşı qərəzli aparılmışdır. O özünü təqsirli bilindiyi maddə üzrə özünü təqsirli bilmir, narkomaniya aludəçisi olduğunu etiraf edir bu səbəbdən də hesab edir ki, onun əməli CMin 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. O, tək anadır. Himayəsində 5 övladı var. Övladlarının üçü azyaşlı, ikisi yetkinlik yaşına çatmayıb, bir övladı serbial iflic xəstəsidir, o köməyə ehtiyac duyur, övladları ağır gipertonik xəstəliyindən əziyyətçəkən, maddi və mənəvi durumu ağır, yaşlı, tənha anasının himayəsində sosial vəziyyətləri ağır halda yaşayırlar, anası övladlarının ehtiyaclarını qarşılamaqda, təlim-tərbiyələri, təhsilləri ilə məşğul olmaqda çətinlik çəkir. Onun beş il müddətinə azadlıqdan məhrum edilməs i, eyni zamanda uşaqlarının kor-koranə böyüməsinə, təhsildən kənar qalmasına, qayğıdan, köməkdən məhrum qalaraq yaşamasına səbəb olub. Odur ki, barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edərək uşaqlarının on dörd yaşına çatanadək cəzasının çəkilməsinin təxirə salınmasında və ya şəxsiyyətinə, ailə vəziyyətinə, daha uyğun olan bir cəza növünün təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun Məhkum kassasiya şikayətinin başlıca dəli li onun əməlinin düzgün tövsif edilməməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxu d da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya ps ixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İbtidai istintaq orqanı, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işində olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişlər ki, Məhkum istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə külli miqdarda siqaretin gümüşü rəngli kağızına bükülmüş 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,183 qram, 0,228 qram, 0,184 qram və 5,308 qram, ümumi təmiz çəkisi 5,903 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. O, həmin narkotik vasitələrdən 3 bükümünü, yəni 0,183 qram, 0,228 qram, 0,184 qram (cəmi 0,595 qram) faktiki nikah münasibətlərində olduğu X1. İstintaq orqanı, habelə birinci və apelyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən A.Həşimliyə istifadə üçün 0,595 qram mioqdarında heroinin verilməsi satma kimi qiymətləndirmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası istintaqın və məhkəmələrin gəldiyi bu nəticə ilə aşağıda göstərilənlərə görə razılaşmır. Azərbaycan Respublikası Ali Məhbkəməsi Plenumunun “Narkotik v asitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci madəəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələri n və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyq edilən qərarında izah edilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət işinin materiallarından görünür ki, istintaqın və məhkəmələrin Məhkum A.N.Həşimliyə 0,595 qram heroini satması barədə gəldikləri gənaət onların ibtidai araşdırma zamanı verdikləri ifadələrinə əsaslanır. Məhkum ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o 5-6 ay A. N.Həşimli ilə qeyri rəsmi ər-arvad kimi birgə yaşayır, hər ikisi narkotin vasitələrin aludəçisidirlər və bir yerdə narkotik vasitələri istifadə edirlər. Tutulmamışdan əvvəl o, A.H.Həşimliyə istifadə üçün 3 büküm narkotik vasitə heroin istifadə üçün vermişdir. O, narkotik satışı ilə məşğul olmur, A.H.Həşimliyə narkotik vasitəni təmənnasız istifadə etmək üçün vermişdir. İbtidai istintaq zamanı dindirilərkən A.N.Həşimli ifadəsində Məhkum ifadəsində göstərilən halları təsdiq edərək Məhkum ona narkotik vasitənin pay verdiyini göstərmişdir. Beləliklə, məhkumların ifadələri ilə Məhkum A.H.Həşimliyə narkotik vasitələrin satması, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə ona verməsi onların ifadələri ilə təsdiq olunmur. Məhkum A.H.Həşimliyə narkotik vasitəni satmasını t əsdiq etmək üçün istintaq orqanı məhkəməyə hər hansı digər sübutlar təqdim etməmişdir. Nə ibtidai araşdırma orqanı, nə də birinci və apelyasiya instansiyası məhkəmələri Məhkum aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin onları satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) t əsdiq olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş məhkumların qonşuları Şahid8, Şahid4, Şahid5 və Şahid6 məhkumların narkotik satışı ilə məşğul olmasını ehtimal etsə də, bunu təsdiq edən hər hansı fakt göstərməmişlər. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqları zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir mötəbər sübut əldə edilməmişdir. Digər tərəfdən Məhkum Aydınovn həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadərdə ardıcıl olaraq üzərində narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, həmin vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını göstərmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,183 qram, 0,228 qram, 0,184 qram və 5,308 qram, ümumi təmiz çəkisi 5,903 qram olan narkotik vasitə heroini əldə et məsi öz-özlüyündə onun həmin narkotik vasitənin satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Belə ki, 25 iyun 2021-ci il tarixdə 102 xidməti vasitəsilə Məhkum və X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında o, polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-də üzərində şəxs axtarış keçirilmiş, təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkomaniya xəstəliyindən əziyyət çəkməsini göstərmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 6 oktyabr 2021-ci il tarixli, 3794 nömrəli rəyindən görünür ki, Məhkum opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarını n aparılması müəyyən edilməmiş, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitə heroinin miqdarı da (5,903 qram ) onun həmin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Məhkəmə zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum narkotik vasitə olan heroini A.N.Həşimliyə satması, onun üzərində aşkar edilmiş heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham yalnız ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü m addəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş ümumi çəkisi 5,308 qram narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlaması, daşıması iş materialları ilə müəyyən edilmir, hətta cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsi nə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə olan halda məhkəmə kollegiyası cinayət-prosessual qanunun yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum əməlinin CM-in Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Bu s əbəbdən təqsirləndirilən şəxs Məhkum əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsini n hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli, 1(103)-57/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli, 1(103)-57/2023 nömrəli qərarı
Məhkəmə qərarları › İş №1(102)-45/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-45/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver