Məhkəmə qərarları › İş №1(102)-450/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-450/2019

11.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-450/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxslər X10, X17, X18,X19, X29, X3, X8, X9, X4, zərərçəkmişlərin nümayəndəsi X20, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayəti işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 avqust 2018-cı il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Ə.N.Hacıyev, hakimlər R.Ə.Sadıxov, F.A.Qəribov) 09 sentyabr 2016-cı il tarixli hökmü ilə, xx xxxx 1956-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxx” MTK-nın sədri vəzifəsində işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, ************************** də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 178.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq ona 2 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPMnin 44.2.1-ci maddəsinə əsasən CM-nin 313-cü m addəsi ilə cəza təyin edilməmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Ş6, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nə ticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, o, 2004-cü ildən “xxxx” MTK-nın sədri vəzifəsində işlərkən qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2004-ci ildən «xxxx» MTK tərəfindən ünvan 1 ünvanında və Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi İİ yaşayış massivində tikintisinə başlanılmış 2 (iki), hər biri 1 girişli 16 mərtəbəli binalarda müvafiq alqısatqı müqavilələri əsasında satılmış mənzilləri, tamah niyyətilə rəsmi sənədlərə, yəni cəmiyyətlə bağlanmış müqavilələrə və digər sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə yenidən ayrı-ayrı şəxslərə, o cümlədən ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.metr olan 39 №-li mənzili 27 may 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında В 6 100.000 manata satmasına baxmayaraq, həmin mənzili yenidən 119.500 manata В6 сатmış, тəkrаrən həmin mənzili Е6 180.000 manata razılaşıb 80.000 manatını E6 аlаrаq оnа сатmış, bundan əlavə Şirvan şəhər sakini Е7 qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək yenidən qeyd olunan mənzili 148.000 ABŞ dollarına Y6 qanunsuz satmış; “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binada ümumi sahəsi 49 kv.m metr olan 87 №-li mənzili 2013cu ildə Т8 42.000 manata satmasına baxmayaraq, həmin mənzili yenidən 26950 manata İ6 satmasına razılaşıb, həmin pul vəsaitinin 5000 (beş min) manatını аlmış; “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 112 kv.m metr olan 85 №-li mənzili 29 avqust 2005-ci il tarixli müqavilə ilə M6 27000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 25034 manata) satmasına baxmayaraq, həmin mənzili yenidən Ş.Nifтəliyevayа 55.000 manata qanunsuz satmış; “xxxx” MTK tərəfindən inşa edilən ünvan 3 ünvandakı yaşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 81 №-li mənzili 12 mart 2008-ci il tarixli müqavilə ilə N6 121.000 manata satdığı halda, həmin mənzili yenidən Т8 102.000manata qanunsuz satmış; “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa edilən binada ümumi sahəsi 108 kv.m metr olan 116 №-li mənzili 2008-ci ildə N6 60.000 ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili yenidən 58.800 manata С.Musayevayа qanunsuz satmış; “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasam al İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 46,8 kv.m metr olan 19 №-li mənzili 26 iyul 2013-cu il tarixli müqavilə ilə Е6 40.000 manata satıldığını bildiyi halda, həmin mənzili yenidən 32.000 manata N6 qanunsuz satmiş; “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m metr olan 60 №-li mənzili 07 aprel 2006-cı il tarixli müqavilə ilə H6 32432 manata satmasına baxmayaraq, Həmin mənzili yenidən 70.000 manata İ6 qanunsuz satmış, həmin mənzili yenidən 74480 manata В6 qanunsuz satmış; “xxxx” MTK tərəfindən inşa edilən ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 58 №-li mənzili 28 aprel 2007-ci il tarixli müqavilə ilə Ş8 100.000 manata satdığı halda, göstərilən mənzil i yenidən 120.000 manata İ6 qanunsuz olaraq satmış; “xxxx” MTK tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, İİ yaşayış massivində inşa edilən binada ümumi sahəsi 116 kv.m metr olan 53 №-li mənzili 03 aprel 2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə А.Abbasovа 65500 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 52583 manat) sataraq mənzili sonuncunun həyat yoldaşı M8 adına rəsmiləşdirdiyi halda, həmin mənzili yenidən İ.Əliyevə 73.000 manata qanunsuz satmüş; “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 47 kv.m metr olan 123 №-li mənzili 29 yanvar 2008-ci il tarixli müqavilə ilə Z8 25185 manata satmasına baxmayaraq, həmin mənzili yenidən 30.000 manata B6 qanunsuz satmış, özünün qeyd olunan qanunsuz əməllərini ört-basdır etmək məqsədilə B6 özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 56640 manata İ6 satmasına şərait yaraтmış; “xxxx” MTK tərəfindən tikintisi aparılan ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 5 №-li mənzilin 14 sentyabr 2007-ci il tarixli müqavilə ilə С8 56.000 manata satmasına baxmayaraq, həmin mənzili yenidən 87.000 manata F6 qanunsuz satmış, həmin mənzili 90.000 manata Е6 satmış, həmin mənzili yenidən 88.000 manata С6 qanunsuz satmış, Həmin mənzili yenidən 94.000 manata Ə6 qanunsuz satmış, həmin mənzili yenidən 70.000 manata А.О.Əsədovа qanunsuz satmış; “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasındakı dəyəri 50077,80 manat, ümumi sahəsi 116 kv.metr olan 108 №-li mənzi lin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.03.2011-ci il tarixli sərəncamı ilə Z.8 verildiyini bildiyi halda, qeyd olunan mənzili yenidən А6 60.000 manata qanunsuz olaraq satmış; “xxxx” MTK tərəfindən ünvan 1 ünvanında tikintisi aparılan yaşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 3 otaqlı 70 №-li mənzili 15 oktyabr 2007-ci il tarixli müqavilə ilə X1 100655 manata satmasına baxmayaraq, Həmin mənzili yenidən Ə6 ilə 128.000 manata сатmасı bаrədə razılaşıb, həmin məbləğin 75.000 mаnатını almış; “xxxx” MTK tərəfindən tikintisi aparılan ünvan 3 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 2 otaqlı 32 №-li mənzili 23 iyul 2009-cu il tarixli müqavilə ilə M6 88.000 manata satmasına baxmayaraq, bаşqасı ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək həmin mənzili yenidən 90.000 manata С6 satmış, həmin mənzili yenidən İ6 88.000 manata satmasına razılaşıb, həmin pul vəsaitinin 50.000 manatını аlmış, yenidən qeyd olunan mənzili 100.000 manata İ6 qanunsuz satmış, Həmin mənzili yenidən 114.000 manata С6 qanunsuz satmış, mənzili yenidən 100.000 manata G8 qanunsuz satmış; “xxxx” MTK tərəfindən inşa edilən ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.m metr olan 2 otaqlı 74 №-li mənzili 14 iyun 2012ci il tarixli müqavilə ilə Z8 94.300 manata satdığı halda, həmin mənzili yenidən 80.000 ABŞ dollarına (həmin dövrün məzənnəsi isə 58400 manata) İ6 qanunsuz satmış, həmin yaşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 46 №-li mənzili С.N.Mahmudovayа 98.550 manata satmasına baxmayaraq, həmin mənzili yenidən 100.000 (yüz min) A BŞ dollarına (həmin dövrün məzənnəsi isə 78300 manata) İ6 qanunsuz satmış, ümumilikdə İ6 136.700 manat pulunu ələ kеçirmiş; «xxxx» MTK tərəfindən tikintisi aparılan ünvan 3 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 2 otaqlı 77 №-li mənzili 15 sentyabr 2010cu il tarixli müqavilə ilə R6 64.000 manata satmasına baxmayaraq, yenidən həmin mənzili Ə6 88.000 manata razılaşıb sonuncudan həmin pulun dəyərində bir ədəd 2010-cu il buraxılışlı “Lexus” və bir ədəd 2008-ci il buraxılışlı Wolkswagen Tuareg” markalı avtomobilləri almış, həmin mənzili yenidən 100.000 manata R6 qanunsuz satmış; “xxxx” MTK tərəfindən inşa olunan ünvan 1 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121,1 kv.metr olan 3 otaqlı 46 №-li mənzili 14 yanvar 2010cu il tarixli müqavilə ilə С8 98550 mana ta satdığı halda, həmin mənzili yenidən 200.000 manata Е6 qanunsuz satmış, mənzili yenidən 160.000 manata F6 qanunsuz satmış, bуnуnlа dа özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Е6 “xxxx” MTK-nın sədri vəzifəsində işləyən Məhkumlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədilə, Məhkum sədri olduğu MTK-nın inşa etdiyi ünvan 1-də yerləşən yaşayış binasından В6 22 may 2007-ci il tarixdə satılmış ümumi sahəsi 121.1 kv.metr olan 39 №-li mənzili pul vəsaiti əldə etmələri üçün, Bakı şəhər sakini X11 qeyd olunan mənzilə apararaq göstərdikdən sonr a, 21.06.2014cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən alqı-satqı ofisində həmin mənzili 148.000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 116076 manat) sataraq qeyd olunan məbləğdə pulu ondan alıb Məhkumlə aralarında bölməklə, Y6 külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarı ilə (sədrlik edən məruzəçi hakim M6, hakimlər H6, V6 ibarət tərkibdə) hökm dəyişdirilərək Hökmün Binəqədi rayon məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə X5 adına rəsmiləşdirilmiş ünvan 4 ünvanında inşa edilmiş16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qоyуlmуş h əbs вə Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X21 adına оlаn Bakı şəhəri,************* küçəsində yerləşən 13 №-li evin 16-17, 19 №-li mənzillərin üzərinə qоyуlmуş həbсin ləğv еdilməсi hissəсi ləğv еdilmiş, zərərçəkmiş вə mülki iddiаçılаrа mülki iddiа məbləğlərinin ödənilməсini təmin еtmək üçün ünvan 4 ünvanında inşa edilmiş16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qеyri-yаşаyış саhəсi вə Bakı şəhəri,************* küçəsində yerləşən 13 №-li evin 16-17, 19 №-li mənzillərinin üzərinə Binəqədi rаyоn Məhkəməсinin müваfiq оlаrаq 27 fеvrаl 2015-ci il вə 19 Fеvrаl 2015-Ci il tаriхli qərаrlаrı ilə qоyуlmuş həbs bərpа еdilmiş, ziyаnın ödənilməсi həmin əmlаklаrа yönəldilmiş; Hökmün Ş6 5.000 mаnаt аlınаrаq zərərçəkmiş İ6, 30.000 mаn аt аlınаrаq zərərçəkmiş B6, 58.800 mаnаt аlınаrаq zərərçəkmiş С6, 55.000 mаnаt аlınаrаq zərərçəkmiş С6, 40.000 mаnаt аlınаrаq zərərçəkmiş Е6, 56.440 mаnаt аlınаrаq zərərçəkmiş С6 ödənilməсi hissəсi həmin şəхсlərin Ş6 qаrşı mülki iddiаlаrı оlmаdığındаn ləğv еdilmiş; Zərərçəkmişlər İ6, B6, С.6, С.6, Е6, С6 mülki mühаkimə qаydасındа məhkəməyə mürаciət еtmək hüquqlаrının оlmасı izаh еdilmiş; Hökmün Х6 Ş6 qаrşı vеrdiyi 337.760 mаnаt mülki iddiasını tаm, Ş8 ümumilikdə Ş.Əliyеvə qаrşı vеrdiyi 135.000 mаnаt mülki iddiasını qiсmən 100000 mаnаt həcmində təmin еdilməсinə dаir hssəсi ləğv еdilmiş; Х6 mülki iddiаsı 119.500 mаnаt həcmində təmin еdilmiş, qаlаn hissədə mülki iddiа bахılmаmış saxlanılmış; X6 və Ş8 mülki iddianın qalan hissəsi ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüq uqlarının olması izah edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ş8 mülki iddiası 55000 manat həcmində təmin edilmiş, qalan hissədə mülki iddia baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəmənin sədri Ali Məhkəmənin Cinayət Kollegiyasına təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını 25 noyabr 2016-cı il tarixli qərarının X5 adına olan ünvan 5 ünvanında yerləşən 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə dair hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarından həmçin in, Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, hakimlər Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) təqdimat təmin edilmiş və kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı Məhkum aid hissədəziyanın ödənilməsinin X5 adına olan ünvan 6 ünvanında yerləşən 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsinə və X37 adına olan Bakı şəhəri************* küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərə yönəldilməsinə dair hissədə ləğv edil miş və iş yenidən baxılması üçün apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik və məruzəçi hakim Mirpaşa Hüseynov hakimlər Həsən Əhmədov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Mərkəzinin 09 sentyabr 2016-ci il tarixli hökmü X5 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binan 1-ci və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin və X21 adına olan Bakı şəhəri,************* küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə həbsin götürülməsinə da ir hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Əli Seyfəliyev,hakimlər Tahir Kazımov və Fərhad Əliyev) dövlət ittihamçsı tərəfindən verilən kassasiya protesti və zərər çəkmiş şəxslər tərəfindən verilən kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentiyabr 2017-ci tarixli qərarı X21 adına olan Bakı şəhəri,********* küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə qoylulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilmiş,iş həmin hissədə yeni apellyasiya baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik və məruzəçi hakim Əmir Bayramov, hakimlər Namiq Məmmədov və Əflatun Qasımovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Mərkəzinin 09 sentyabr 2016-ci il tarixli hökmü X21 adına olan Bakı şəhəri,************* küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə həbsin götrülməasinə dair hissədə ləğv edilmiş, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan üzrə onların mülki iddialarını təmin etmək məqsədi ilə X21 adına olan Bakı şəhəri,*********** küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinəBinəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs bərpa edilmiş və ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentiyabr 2017-ci tarixli qərarından zərərçəkmiş şəxslər X26, X49, Ə6, X15, A6, X22, X12, X13, X2 və X27 birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İnqlab Nəsirov, hakimlər İlqar Qılıcov və Rahib Nəbizadədən ibarət tərkibdə) zərərçəkmiş şəxslərin kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 sentyabr 2017-ci il tarixli qərarı hissəvi olaraq- X5 adına rəsmiləşdirilmiş ünvan 7 ünvanında inşa edilmiş 16 mərtəbəli binan 1-ci və 2-ci mərtəbələrində ye rləşən, ümumi sahəsi 890 kv.m olan qeyri- yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə, zərərçəkmiş şəxslərin kassasiya şikayətinə qoyulmuş həbsin götürülməsinə dair hissədə, zərərçəkmiş şəxslərin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, həmin hissədə yeni apellyasiya baxışına təyin edilmiş, qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 1(103)982/2018 saylı 21 avqust 2018-ci il tarixli qərarının tamamiylə ləğv edilməsin, Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X21 adına olan Bakı şəhəri, Ulyançev küçəsində yerləşən 13 saylı evin 16,17,19 saylı mənzillərinin üzərinə qoyulmuş həbsin götrülməsi hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası CPM-nin 183.2, 248.2248.3-cü maddələrinə və CM-nin 7.1-7.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,************* küçəsində yerləşən 13 saylı evin 16,17,19 saylı mənzillərini 09 avqust 1997-ci ildə X50 pulunu özü verməklə həmin dövrdə onun Bakı şəhərində daimi qeydiyyatı olmadığına görə mənzili baldızı Bella Əliyevanın adına sənədləşdirmiş, mənzillərin yerləşdiyi Bayıl qəsəbəsindəki həmin ərazi söküntü zonasında olduğundan tezliklə mənzillərin söküləcəyi səbəbindən bu mənzilləri sonradan öz adına sənədləşdirmişd ir. Mənzillərin əsl mülkiyyətçisi X38r. Bella Əliyeva və Məhkum bu mənzillərin heç yerini də bilmirlər. B.Əliyevanın heç vaxt bu mənzillərə qeydiyyatı da olmamış, bu mənzillərdə həmişə onun bacısı X30 ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamış və hazırda yaşayırlar. Cinayət işi üzrə toplanmış sübutlardan görünür ki, qeyd olunan mənzillərin nə Məhkum nə də X28 heç bir aidiyyəti yoxdur. Eyni zamanda həmin mənzillər üzərində Məhkum payı da müəyyən edilməmişdir. Lakin cinayət işinin materiallarında qeyd olunan mənzillərin X39 məxsus olmasını təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi bu mübahisə üzrə mülki iddianın təmin edilməsi üçün CPM-nin 85.2.11, 346.1.18-ci və MM-nin 139.1-ci maddələrini tətbiq edərək əsassız və qanunsuz olaraq, Bakı Ağ ır Cinayətlər Məhkəzinin 09 sentyabr 2016-ci il tarixli hökmü ilə Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X21 adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 1617 və 19 saylı mənzillərinin üzərinə qoyulmuş həbsin ləğv edilməsini, zərərçəkmişlərə vurulmuş maddi ziyan üzrə onların mülki iddialarının ödənilməsini təmin etmək məqsədi ilə həmin əmlakların üzərinə Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin bərpa edilməsini, zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsinin Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 №-li evin 16-17 və 19 №-li mənzillərinə yönəldilməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırı b kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin və nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi barədə, Məhkum Fikrət oğlunun və müdafiyəçisinin Mahmudovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qəbul etdiyi 21 avqust 2018-ci il tarixli qərarını Azərbaycan Respublikası CPM-nin 85.2, 346.1.18-ci maddələrinə və MM-nin 139.1-ci maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, Bakı şəhəri,************* küçəsində yerləşən 13 saylı evin 16, 17 və 19 saylı mənzillərin məhkum Məhkum arvadı Ə8 adına olması və yaxud həmin mənzilin üzərində mülkiyyət hüquqları qanunvericiliklə tələb olunan qaydada qeydiyyata alınmadan və rəsmiləşdirilmədən X21 bacısının və sonuncunun ailəsinin, o cümlədən hazırda apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X31 yaşayıb-yaşamaması, zərərçəkmiş şəxslərin ( mülki iddiaçıların) konstitusion hüquqlarının bərpası naminə olaraq vurulmuş ziyanın ödənil məsinin Məhkum və X21 birgə nigah dövründə əldə etdikləri həmin mənzillərə yönəldilməsini istisna etmir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxs və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin məcəllənin 248.2-ci maddəsinə görə həbs əmlakın nədən ibarət və kimdən olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlkı ü zərinə qoyulur. Həmin məcəllənin 248.3-cü maddəsinə görə həbs təqsirləndirilən şəxsin ərarvadın birgə mülkiyyəti və ya onun digər şəxslərə mülkiyyətindəki payı üzərinə qoyulyr. Həmin Məcəllənin 346.1.18-ci maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı məsələsi məhkəmə tərəfindən müzakirə edilməlidir. Qeyd olunan Məcəllənin 179.2-ci maddəsinə görə işə Mülki Prosessual qanunvericiliyin cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət işinin materiallarından görünür ki, məhkum Ə6 arv adı X21 adına Bakı şəhəri,************* küçəsində yerləşən 13 saylı evin 16, 17 və 19 saylı mənzilləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cinayət işinin 15-ci cildinin 41-42-ci vərələrində olan Bakı şəhəri,************* küçəsində yerləşən 13 saylı evin 16, 17 və 19 saylı mənzillərinin sənədlərindən görünür ki, bu mənzillər 1997-ci ildə X21 adına xüsusi mülkiyyət kimi qeydiyyatdaç keçmişdir. Həmin dövrdə Məhkum təqsirli bilindiyi cinayət əməlini hələ törətməmişdi. O, 2004-cü ildən “xxxx” MTK-nın sədri vəzifəsində işləmiş və binada olan mənzilləri müxtəlif illərdə satsa da o, ilk dələduzluq cinayət əməlini 2008-ci ilin yanvar ayında Zemfira Əliyevaya qarşı törətmiş, digər epizodlar üzrə əməlləri isə bundan sonrakı dövrlərə təsadüf etmişdir. Deməli Məhkum bu mənzilləri cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə etməmişdir. Digər tərəfdən cinayət işinin 25-ci cildinin 32-40-cı vərəqlərində olan ərizə, sənədlər və 2 formalı arayışla müəyyən olunur ki, 19 №-li mənzil B8 adına rəsmiləşdirilsə də həmin mənzildə sonuncunun bacısı X30, sonuncunun həyat yoldaşı X51, onların A8 və A10 adlı uşaqları qeydiyyatda olmaqla birgə yaşayırlar. Bakı Apellyasiya Məhkəməsində icaat vaxtı şahid X51 izahat verərək bildirmişdir ki, onun həmin dövrdə Bakı şəhərinə daimi qeydiyyatı olmadığından mənzili baldızının adına sənədləşdirmişdir. Həmin mənzillərin uzun müddət Bella Əliyevanın adında qalması və bu mənzillərin öz adına sonradan rəsmiləşdirməməsini onunla izah etmişdir ki, Bayıl qəsəbəsində həmin ərazi söküntü zonasında olduğundan tezliklə mənzillərin söküləcəyi səb əbindən bu mənzilləri öz adına keçirməmişdir. O, həmin izahatında həmçinin göstərmişdir ki, Bakı şəhəri,************* küçəsində yerləşən 13 №-li evin 16, 17 və 19 №-li mənzilləri alanda, onun ünvan 8 ünvanında və Gəncə şəhəri, ***************, X6(keçmiş ************ küçəsi) ev 4, mənzil 16 ünvanında yerləşən mənzilləri sataraq mübahisə olunan mənzilləri əldə etmişdir. Bununla bağlı müdafiəçi tərəfindən DƏDRX-nin 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə sorğu verilmiş, və bu idarə bununla bağlı rəsmi arayış verərək, həmin dövrdə adı şəkilən mənzillərin həqiqətən satılmasını bildirən arayış vermiş, bu arayış da məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ,ipoteka,servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə və Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən ər-arvadın nigah dövründə qazandıları əmlak əgər nigah kontaktında və ya onların aralarındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların birgə mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.5-ci maddəsinə və Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə isə ərin (arvadın) öhdəlikləri üzrə tutma (ödəmə) yalnız onun şəxsi əmlakına, habelə onun ərlə arvadın ümumi əmlaklarındakı payına yönəldilə bilər (nigah kontraktında ayrı qayda nəzərdə tutulmayıbsa). Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada işin qeyd olunan hallarını araşdırmadan yuxarıda göstərilən qərarı qəbul etmiş,nəticədə məhkəmə qərarını kassasiya qaydasında ləğv edilməsini şərtləndirən həmin məcəllənin 416.0.2-ci maddəsində müəyyən edilmiş pozuntuya yol vermişdir. Azərbaycan Respublikası CPM-nin 10.1,10.5-ci maddələrinin tələblərinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hə rəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar tam və hərtərəfli araşdırılmalı, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da tədqiq edilməli və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərar a alır: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bu iş üzrə 21 avqust 2018-cı il tarixli qərarı ləğv edilsin və iş həmin qərarla bağlı hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar