Məhkəmə qərarları › İş №1(102)-450/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-450/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-450/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1989-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan qeydiyyatda olan və həmin ünvanda yaşa mış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 134 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi, Şirvan şəhər 01 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Sulduz Ləzimov) Məhkum - CM-in 134 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 134-cü maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci m addəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum oğluna cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən edilərək ona təyin olunan 2 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), R.M.Cəfərov və F.K.Soltanov) apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum təyin edilmiş 2 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il 6 ay sınaq müddəti müəyyən edilərək ona şərti tətbiq edilməsinə dair müddəalar xaric edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum edilmişdir ona görə ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 10 radələrində Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi bazarın yanında, atası X4 məxsus qızıl mağazasının içərisində və qarşısında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan çoxsaylı şəxslərin gözü qarşısında Ağcabədi şəhər sakini X3 ilə münaqişə edib, ona zor tətbiq edərək əli ilə onu vurub boynun sağ yan səthinə və döş qəfəsinin sağ ön səthinə qançır xəsarətləri yetirmiş, bununla kifayətlənməyərək hərəkətlərini davam etdirib yüksək səslə Xun ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra səkinin üzərində olan mişar daşını götürüb, silah qismində istifadə edərək mağazanın qarşısında saxlanılmış Xa məxsus ağ rəngli «VAZ-2107» markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsini qəsdən vurub qıraraq, ona 141 manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə ətrafda olan şəxslərin dincliyini və istirahətlərini 10-15 dəqiqə ərzində pozmaqla xuliqanlıq etmişdir. Bundan başqa Məhkum xx xxxxxxxx 2018-ci il tarixdə saat təxminən 09:00 radələrində Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi bazarda X1ə məxsus çayxananın həyətinə gedib, həmin vaxt çayxananın həyətində əyləşən Ağcabədi rayonunun Avşar kənd sakini Zərərçəkmiş şəxs yaxınlaşaraq aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək, sonuncu öz d ostu X6 öyrədib ondan şikayət etdiyi üçün Ağcabədi rayon məhkəməsi tərəfindən ona 2.000 manat cərimə cəzası verildiyini bildirib həmin ziyanı onun ödəməsini tələb etmiş, əks halda əlindəki bıçaqla onu öldürəcəyini demiş, bu zaman Zərərçəkmiş şəxs həmın pulu ödəməyəcəyini bildirdikdə o, əlindəki bıçaqla Zərərçəkmiş şəxs doğru istiqamətdə hərəkət edərək onu öldürəcəyini əsəbi formada sözlə ifadə etmiş. Zərərçəkmiş şəxs isə onun hərəkətlərindən qorxaraq oradan uzaqlaşmışdır. Beləliklə də o, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilərək ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yüngülləşdirici halları nəzərə almamış və ağır cəza təyin etmişdir. Belə ki, təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, təqsirini etiraf etmiş, zərərçəkmiş şəxslərdən üzr istəməklə barışmışdır. Eyni zamanda təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlində ağırlaşdırıcı hallar yoxdur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının zəruriliyini əsaslandırmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, CM-nin 70-ci maddəsinə əsasən sına q müddəti müəyyən edilərək Məhkum təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla bel ə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın sərt olması qeyd edilir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkə n maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini, digər zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edi lməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və aza dlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəl ləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məh kəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını g östərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəs ində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar