Məhkəmə qərarları › İş №1(102)-450/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-450/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-450/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarından Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: T.M.Ələkbərov ) Məhkum - xx.xx.1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Vetenperverler.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkən d kəndində qeydiyyatda olan, Ünvan 2 də kirayədə yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəlinin 28 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum X5 işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaranmış pul borcu ilə bağlı müraciət etmiş tanışı, X5un atası Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona həmin Cəmiyyətin rəhbərliyi ilə yaxın şəxsi münasibətləri olmasına və məsələnin müsbət həll edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 26 yanvar 2018-ci il tarxdə saat 11 radələr ində ünvan 1 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaxınlığında 2.000 manat, eləcə də 03 fevral 2019-cu il tarixdə saat 23 radələrində Ünvan 3in qarşısında 2.000 manat olmaqla, ümumilikdə 4.000 manat məbləğində özgə əmlakı olan pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən sərhədkeçməsinə məhdudiyyətin qoyulması və ümumvətəndaş pasportu almaq istəməsi ilə bağlı müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib ona özünün yaxın şəxsi münasibətlərinin olmasına və məsələnin müsbət həll edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2018-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllədə yerləşən Azərbaycan Nəş riyyatının inzibati binasında 4.000 manat məbləğində özgə əmlakı olan pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən Abşeron rayon İcra və Probasiya şöbəsində keçmiş əri X3 olan 29246 manat məbləğində pul borcu ilə əlaqədar icra işinin olması ilə bağlı müraciət etmiş tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib ona Azər İsgəndərzadəyə 5000 manat verib məsələnin müsbət həll edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 14 iyun 2018-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Məhsul” kafesində həmin günün məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları və 1.600 manat olmaqla, ümumilikdə 5.000 manat məbləğində özgə əmlakı olan pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə Məhkum, təkrarən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri vəzifəsinə təyin olunmaq istəməsi ilə bağlı müraciət etmiş tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ona özünün yaxın şəxsi münasibətlərinin olmasına və məsələnin müsbət həll edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 26 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində metronun “Memar Əcəmi” stansiyasının yanında 6.000 manat, eləcə də 2018-ci ilin oktyabr ayının əvvəllərində Ünvan 4ndə bir sıra təşkilatlarda, bölgələrdə, polis orqanlarında Zərərçəkmiş şəxs4 adının qeyd olunan Komitənin sədri kimi yazdırılması ilə bağlı trafaretlər hazırlatdıracağı adı ilə 750 manat və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində borc adı ilə 1200 manat olmaqla, cəmi 7.950 manat məbləğində özgə əmlakı olan pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 4ya xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Hökmdən Məhkum və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) 29 noyabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətlərini təmin etmədən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarından Məhkum, zərərçəkmiş şəx slər Zərərçəkmiş şəxs1 və X2 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində barəsindəki cinayət işi üzrə əməlinin CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmasını sübut edəcək heç bir əsasın olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4dan borca 1950 manat pul aldığını, ondan hər hansı bir iş üçün pul almadığını tam səmimi olaraq etiraf etmişdir. Həmçinin iş materiallarında Zərərçəkmiş şəxs4nın ifadəsini təsdiq edəcək heç bir şahid və ya əsasın olmadığını bildirmişdir. Nərimanov Rayon Məhkəməsində işə baxılarkən Zərərçəkmiş şəxs4dan hər hansı məbləğdə pul almamağım tam sübuta yetirilsədə, CM-nin 178.2.4-cü maddəyə aid hissəyə xitam verilməmiş, bu səbəbdən də cəza təyin olunarkən digər şikayətçilərlə arasında olan məbl əğ müəyyənləşməmişdir. Dəymiş ziyandan müəyyən məbləğ ödədiyi halda məhkəmədə bu hal da nəzərə alınmamış və konkret məbləğ müəyyənləşməmişdir. Odur ki, konkret olaraq ödəməli olan məbləğin müəyyən olunmamasını, CM-nin 178.2.4-cü maddəsi ilə ittihamı tam sübuta yetirən şahidin və dəlilin olmamasını hüquq pozuntusu kimi əsas götürərək barəsində çıxarılan hökmü dəyişdirməklə ədalətli qərar çıxarılmasını, ibtidai istintaq dövründə zərərçəkmişə bir qisim ziyanı ödəməyini, ailəli olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, övladlarının ali təhsilli olmasını, oğlunun aprel döyüşləri vaxtı xidmətdə olmasını, özünün dəfələrlə dünya idman arenalarında Azərbaycanın bayrağını qaldırıdığını nəzərə alaraq barəsindəki cəza müddətinin azaldılmasını xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək Məhkum tərəfindən ona dəymiş ziyanın ödənmədiyini bildirmişdir. Özünün İİ qrup əlil olmasını, həyat yoldaşının İİ qrup əlil olmaqla sağ ayağının amputasiya olunmasını, maddi imkanı olmadığı üçün həyat yoldaşını müalicəyı apara bilmədiyini bildirmişdir. Məhkumun kassasiya şikayətinə etirazını bildirərək ona dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş şəxs X2 da kassasiya şikayəti verərək Məhkum heç bir borc adı ilə pul vermədiyini, sonuncuya işə düzəltmək adı ilə 6000 manat pul verdiyini, müxtəlif bəhanələrlə ondan yenə pul aldığını, bu müddət ərzində ona dəymiş ziyanı ödəmədiyini bildirmiş, kassasiya şikayətinə etiraz edərək düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiya sı işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, məhkumun kassasiya şikayətinin təmin edilməməsi, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs1, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassa siya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayəti verərək CM-nin 178.2.4-cü maddəsi ilə ittihamı tam sübuta yetirən şahidin və dəlilin ol mamasını hüquq pozuntusu kimi əsas götürərək barəsində çıxarılan hökmü dəyişdirməklə ədalətli qərar çıxarılmasını, Zərərçəkmiş şəxs4dan pulu borc məqsədi ilə almasını, ibtidai istintaq dövründə zərərçəkmişə bir qisim ziyanı ödəməyini, ailəli olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, övladlarının ali təhsilli olmasını, oğlunun aprel döyüşləri vaxtı xidmətdə olmasını, özünün dəfələrlə dünya idman arenalarında Azərbaycanın bayrağını qaldırıdığını nəzərə alaraq barəsindəki cəza müddətinin azaldılmasını xahiş etmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilmiş, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respubli kası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə f aktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadə lərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli qiymət verərək, Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Onun təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin işin faktiki hallarına uyğun ifadələri ilə, habelə məhkəmədə araşdırılmış digər mötəbər və mümkün sübutlarla tam təsdiq edilmişdir. Apelyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmış dır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları təhlil edərək hesab edir ki, cinayət işi üzrə yekun nəticəyə gəlməyə imkan verən, mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya məhkəməsinin qərarında ətraflı şərh edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsim Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəl miş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi başa düşülür. Məhkəmələr tərəfindən Məhkum törətdiyi əməli qism ən etiraf etməsi, yəni Zərərçəkmiş şəxs4dan 1950 manat borc alması barədə ifadəsinə tənqidi yanaşılmış və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlinmişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Odur ki, məhkumun kassasiya şikayətinin bu dəlili əsassız olduğundan təmin edilməməlidir. Məhkumun kassasiya şikayətinin cəzasının yüngülləşdirilməsi dəlilinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum cəza təyin edərkən, onun iş yeri üzrə müsbət xarakterizə olunması yüngülləşdirici hal, əməlində cinayə tlərin residivinin müəyyən edilməsini isə cəzanı ağırlaşdıran hal qismində nəzərə almışdır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum son məhkumluğu (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 oktyabr 2010-cu il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Yəni, CM-in 83.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 27 oktyabr 2015-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum CM-in 178.2.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini 26 yanvar 2018-ci il tarixindən başlayaraq törətmiş və həmin əməlləri törədərkən onun məhkumluğu ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son h əddinin yarısından az ola bilməz. Beləliklə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli hesab etmişdir. Zərərçəkmiş şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilməsə də, məhkum barəsində ədalətli cəza təyin edilməsi iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarını n şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı dır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, yuxarıda qeyd olunanlaraa əsasən Məhkəmə kollegiyası hesab edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiya məhkəməsi tərəfindən Məhkum ədalətli cəza təyin edilmişdir. Cəza təyin edilərkən yuxarıda göstərilən maddələrin tələblərinə əməl edildiyindən və cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar olmadığından kassasiya şikayətləri təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası C PMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar