Məhkəmə qərarları › İş №1(102)-450/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-450/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-450/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1041/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmi ş kassasiya protestinə, mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 21 avqust 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 01 oktyabr 2021-ci il tarixli ittiham aktı ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2021-ci ilin yanvar-fevral aylarında şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək d əyəri külli miqdar təşkil edən brilyant qaşları tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 1 fevral 2021-ci il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportundan Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə 2 fevral 2021-ci il tarixdə İstanbul-Dubay aviareysi ilə X1 Dubay şəhərinə gedərək orada cinayətkar qrupun istintaqla müəyyənedilməmiş üzvlərindən ölçüləri 0,001 - 4,34 karat intervalında olmaqla ümumilikdə 4463,03 karat olan, külli miqdarda 495075,50 manat dəyərində 16 ədəd şəffaf sellofan paketdə əvvəlcədən cinayətkar qrupun üzvləri tərəfindən qablaşdırılmış brilyant q aşları pulla almaqla əldə edərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmək məqəsdilə malların aşkar edilməsini çətinləşdirən üsullardan İstifadə etməklə 1 ədəd boks kisəsinin içərisində, parça kəsiklərinin arasında gizlədərək müşayiət etdiyi içərisində başqa əşyalar da olan karton qutunun içərisinə qoyaraq 6 fevral 2021-ci il tarixdə Dubay-İstanbul aviareysi ilə Türkiyə Respublikasına qayıtmış, 12 fevral 2021-ci il tarixdə, saat 16 radələrində TK 7756 saylı Ankara-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən həmin brilyant qaşları tamah niyyəti ilə Bakı şəhəri, Xəzər rayonu inzibati ərazisində yerləşən X5 X6 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-L” gömrük postunda Az ərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2022 nömrəli, 28 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən təyin edilən cəzanın 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellya siya protesti verib hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric olunması, Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.1-1-ci maddəsinə tövsif edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsi ilə ona cinayətin predmetinin yetmiş faizi miqdarında cərimə edilməklə üç il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1041/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-241/2022 nömrəli, 28 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və protestə əlavə vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protestinin və protestə əlavənin dəlilləri ilə apellyasiya protestinin dəliləri mahiyyətcə eynidir, dövlət ittihamçısı onları t əkrarlamaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edildiyini iddia edir. Kassasiya şikayəti müəllifinin digər arqumenti ondan ibarətdir ki, məhkəmələr Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaları məhkəmə təcrübəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin təyininə aid formalaşmış qaydaya uyğun olaraq analogiya üzrə tətbiq etməməklə, yəni azadlıqdan məhrumetmə cəzasını cərimə növündə əlavə cəza ilə birlikdə təyin etməməklə səhvə yol vermişlər. Məhkəmələrin qeyd edilən nöqsanlara yol vermələri məhkuma səhv cəza təyin edilməklə nəticələnmiş, bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1041/2022 nö mrəli, 09 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”)419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarı n qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məh kəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Dövlət ittihamçısı kassasiya protestin və protestə əlavəsini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 1(103)-1041/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

16. Kassasiya müraciətinin məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinin əsassız olduğu barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələri ndə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 1 12.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

17. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

18. Cəzanın təyin edilməsinin ümum i əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

19. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

21. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.

22. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin o lunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Öz növbəsində, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

24. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.

25. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin x arakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

26. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi).

27. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

28. Azərbaycan Respublikası CPM-nin 139.0.5-c i maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir.

29. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir.

30. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi möv qeyinə əsaslanmaqla kassasiya protestinin Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinin əsassız olduğu barədə dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur.

31. Belə ki, məhkəmələr Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səcuyyələndirən halları, təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf edib peşman olmasını, üzərində aşkar edilmiş mallara görə ƏDV və əməliyyat haqqı olaraq hesablanmış ümumi məbləq olmaqla 62987.33 (altmış iki min doqquz yüz səksən yeddi manat, otuz üç qəpik) manat pul vəsaitinin ondan dövlət nəfinə tutulmasına dair mülki iddianı ərizəsi ilə qəbul edib (cild. 2 səh. 241) tam miqdarda dövlət büdcəsinə ödədiyini (cild. 2 səh. 296-299), bununla da törətdiyi əməlin ictimaitəhlükəli nəticəsini faktiki olaraq aradan qaldırdığını nəzərə alaraq, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının real çəkilmədən islah olunmasını mümkün edən hallar kimi qiymətləndirmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə aldığı Məhkum şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir.

33. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi cinayət qanununda birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verdiyindən, apellyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanan halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz.

34. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin əsassız olması və belə cəzanın Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmənin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası əsaslı sayıl a bilməz.

35. Məhkəmə kollegiyası kassasiya müraciətində qaldırılan digər dəlili - Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yalnız cərimə növündə əlavə cəza ilə birlikdə təyin edilməsinin mümkün olduğunu da əsassız hesab edir.

36. Məhkəmə kollegiyası qeyd ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege pri nsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli Qərarı).

37. Məhkəmə kollegiyası həmçinin Avropa Məhkəməsinin müvafiq təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. O, həmçinin, daha ümumi şəkildə, yalnız qanunun cinayəti müəyyən edə və cəza təyin edə biləcəyi prinsipini təcəssüm etdirir (nullum criminaln, nulla poena sine lege). Cinayətin və cəzanın yalnız qanunla müəyyən edilməsi prinsipinin nəticəsi olaraq, cinayət qanununun müddəaları ciddi məhdudiyyətlə şərh edilməlidir. Bu isə 7-ci maddənin həm də lex stricta prinsipini ehtiva etdiyini əks edir ki, həmin prinsipə görə cinayət qanununun ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, genişləndirici şərh olunması yolverilməzdir (Pantalon Xorvatiyaya qarşı, № 2953/14, § 46, 19 noyabr 2020-ci il). Buradan belə nəticə çıxır ki, cinayətlər və müvafiq cəzalar qanunla aydın şəkildə müəyyən edilməlidir. “Qanun” anlayışı keyfiyyət tələblərini, o cümlədən əlçatanlıq və qabaqca dan görünə bilinmə imkanını nəzərdə tutur. Belə keyfiyyət üzrə tələblər həm cinayətin əlamətlərinin, həm də həmin cinayətə görə nəzərdə tutulan cəzanın təsvirində təmin edilməlidir. Fərd müvafiq maddənin mətnindən hansı hərəkət və/və ya hərəkətsizliyin onun cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verəcəyini və həmin əmələ görə hansı cəzanın tətbiq ediləcəyini aydınlıqla anlamaq imkanında olmalıdır (Melnikov Ukraynaya qarşı, № 66753/11, § 50, 22 oktyabr 2020-ci il).

38. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanva r 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən göründüyü kimi, kassasiya protestində irəli sürülən iddiadan fərqli olaraq, cinayət qanunvericiliyinin əsas prinsiplərinə görə cəzanın təsvirinin geniş təfsiri və analogiya üzrə tətbiqi yolverilməzdir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsinin sanksiyasının üç müstəqil hissədən ibarət olduğu, cərimə əlavə cəzasının yalnız azadlığın məhdudlaşması növündə əsas cəzaya aid edildiyi və azadlıqdan məhrum etmə cəzasının təyini zamanı cərimə cəzasının əlavə cəza kimi nəzərdə tutulmadığı barədə məhkəmələrin gəldiyi nəticə düzgün, kassasiya protestinin bu hussəyə aid dəlilləri isə əsassızdır.

40. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərarlar qəbul edilmişdir.

41. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisəl əndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

42. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, yuxarıda təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1041/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1041/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar