Məhkəmə qərarları › İş №1(102)-450/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-450/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-450/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1388/2021 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı ndan Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonu Bədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, x2 qeydiyyatda olmaqla, x1 yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

3. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

5. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1388/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1388/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək qeyd etmişdir ki, kassasiya şikayətinin verilmə müddətinin 18 ay olduğunu zənn etmiş, eləc ə də bəzi sübutların əldə edilməsi ilə məşğul olmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1388/2021 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı ilə Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1388/2021 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, müddətin buraxılmasının üzrlü hesab edilməsi və kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi, kassasiya şikayətinə mahiyyəti üzrə baxılaraq mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 1(103)-1388/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

13. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələri nin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.

14. Cinayət işinin materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1388/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçisinin iştirakı ilə 03 sentyabr 2021-ci il tarixdə elan edilmiş, həmin tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş, 24 sentyabr 2021-ci il tarixdə o, şəxsən müvafiq qəbzə imza atmaqla həmin qərarın surətini əldə etmişdir.

15. Bununla belə, Məhkum apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarını qəbul etdiyi vaxtdan 1 il 8 ay 18 gün vaxt keçdikdən sonra, 12 iyun 2023-cü il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra kassasiya müraciətini təqdim etmişdir.

16. Kassasiya şikayətinin müəllifi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən ağır x əstəliyə tutulmasına, fövqəladə hadisənin baş verməsinə və ya iradəsindən asılı olmayan digər hala istinad etməmiş, müddətin buraxılmasını bəzi sübutların əldə edilməsi üçün ona vaxt tələb edildiyi ilə izah etmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyini, qanunla müəyyən edilmiş 12 ay müddəti üzrsüz səbəbdən ötürdüyünü haqlı olaraq əsas götürüb, onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.

18. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquql arı üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.

19. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin i ş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkə məyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

20. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

21. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsin in qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1388/2021 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar