Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-451/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə, İmişli Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə x1 Azərbaycan Respublika sı CM-nin 221.2.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: İmişli Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim: X4) x1 - 1995-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ü1 qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmlə x2 da məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tanışı x2 ilə bir qrup şəxs halında xx xxxxxxxx 2017-ci il tarixdə saat 08 radələrində ü2-nin qarşısında əsaslı səbəb olmadan x3 yaxınlaşıb şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək nalayiq söyüşlər söyməklə yumruq və təpik zərb ələri ilə Nemət Şükürovun başından qarnından və bədəninin başqa nahiyələrindən vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmağa aid xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 10 dəqiqə müddət ərzində davam etdirib ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla xuliqanlıq etmişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və İ.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, İmişli rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdı r. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum x1 onunla əsaslandırmışdır ki, o zərərçəkmiş şəxs Nemət Şükürovu vurmamış, ictimai qaydanı pozmamış, xuliqanlıq etməmiş və göstərilən cinayət əməlini törətməmişdir. Məhəkəmə onun xeyrinə olan halları nəzərə almamış, məhkəmədə deyilənləri hökm və qərarda düzgün qeyd etməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək barəsinə cinayət işinə xitam verilməsin xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, k assasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və y a apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum x1 göstərmişdir ki, o zərərçəkmiş şəxs Nemət Şükürovu vurmamış, ictimai qaydanı pozmamış, xuliqanlıq etməmiş və göstərilən cinayət əməlini törətməmişdir, məhəkəmə onun xeyrinə olan halları nəzərə almamış, məhkəmədə deyilənləri hökm və qərarda düzgün qeyd etməmişdir. Yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Cinayət işinin faktiki halları birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılmalıdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, x1 eyni məzmunlu apellyasiya şikayətində də eyni dəlillərlə apellyasiya instansiya məhkəməsinə müraciət etmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə iclasında bu hallar tədqiq edilərək hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Kassasiya şikayətində göstərilən məhkəmədə deyilənlərin hökm və qərarda düzgün qeyd etməməsi barədə dəlillərə gəldikdə məhkəmə kollegiyası bu dəlilləri də əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş məhkum və müdafiəçisi məhkəmə iclas protokoluna qeyd verməmiş protokolun düzgün aparılmaması barədə məsələ qaldırmamışdır. Eləcə də apellyasiya instansiyası məhkəməsinin protokoluna da məhkum və müdafiəçi tərəfindən qeyd verilməmişdir. Cinayət işi üzrə İmişli rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qəra rı məhkəmə iclas protokollarına tam uyğun qəbul edilmişdir. Ona görə də məhkəmədə deyilənlərin hökm və qərarda düzgün qeyd edilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Cinayət işinin materialları üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb məhkəmə iclasında tədqiq edilmiş, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi və digər sübutların məcmusu ilə məhkumun cinayət əməli tam sübut olunduğundan kassasiya şikayətinin dəlilləri subyektiv mülahizə xarakterli olmaqla konkret dəlillərlə əsaslandırılmadığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 müdafiə və ədalətli məhkəmə ar aşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: x1 kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmə sinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-451/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-451/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver