Məhkəmə qərarları › İş №1(102)-451/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-451/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-451/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İlqar Səyyad oğlu Qılıcov, (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum olunması na dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə(hakimlər: İ.A.Mahmudovun sədrliyi ilə, M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə), X4, xx xxxxxx 1987-ci il tarixdə ci il tarixdə Ağdam rayonu Nəmirli kəndində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu Güllücə kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləmiş, Ağdam rayonu Nəmirli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Həzi Aslanov küçəsi 82 nömrəli evdə yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən X4, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişlər. Belə ki, Məhkum tamah niyyəti ilə Ağdam rayonu Cabbar Qaryağdı oğlu, adına 1 nömrəli Uşaq Musiqi Məktəbində tar müəllimi işləmiş qrup yoldaşı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxx 2019-cu il tarixdə saat 14 radələrində həmin məktəbin direktoru Zərərçəkmiş şəxs özlərində olan sonuncuya məxsus səs yazılarını yayıb müxtəlif instansiyalara, o cümlədən hüquq-mühafizə orqanlarına göndərib rüsvay edəcəkləri ilə hədələyib Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda pulunu Yasamal rayonu Moskva prospekti 67 ünvanında «xxxx» ASC-nin inzibati binasının qarşısında hədə-qorxu ilə tələb etmişlər. X3 tamah niyyəti ilə Ağdam rayonu Güllücə kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləyən qrup yoldaş Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxx 2019-cu il tarixdə saat 14 radələrində Ağdam rayonu Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Zərərçəkmiş şəxs özlərində olan sonuncuya məxsus səs yazılarını yayıb müxtəlif instansiyalara, o cümlədən hüquq-mühafizə orqanlarına göndərib rüsvay edəcəkləri ilə hədələyib Zərərçəkmiş şəxs 25 000 manat xeyli miqdarda pulunu Yasamal ray onu, Moskva prospekti 67 ünvanında «xxxx» ASC-nin inzibati binasının qarşısında hədə-qorxu ilə tələb etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər V.Ə.Mursaqulov və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü, məhkum N.Baxşəliyev barəsində cəza hissəsi dəyişdirilmiş və ona təyin olunmuş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020- ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkumun mü dafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edib və məhkum X2 bəraət verilməsini, bəraət hökmü çıxarılmadığı təqdirdə isə məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti cəza təyin edilməsini və ya 62-ci maddəsini tətbiq edilməklə maddənin sanksiyasında nəzərdə tutulan minimum həddən də aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə məhkum X1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının məhkumun ərizəsinin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum N.Ş.Baxşəliyevin müdafiəçisi N.ASadıqov tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyini n tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar