Məhkəmə qərarları › İş №1(102)-451/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-451/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-451/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1437/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şi kayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1983-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatdadır. 2. 05 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 may 2021-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən ed ilmiş işin faktiki hallarına görə, Məhkum dayısı oğlu Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun faktiki olaraq satışı ilə məşğul olduğu istilik sistemləri olan kombi aparatları, radiatorlar və onların quraşdırılması üçün istifadə olunan aksesuarları nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özlərinə inam yaradaraq üzərilərinə götürdükləri öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan guya Şahid3 işlədiyi "xxxx" MTK-da təmir işlərini tamamlaması üçün 176.400 manat dəyərində kombi aparatları, radiatorlar və onların quraşdırılması üçün istifadə olunan aksesuarlar ın lazım olması və həmin dəyərdə malı Şahid3 təqdim etmiş olduğu halda 2019-cu ilin may ayının ilk on günlüyündə pulunun tam olaraq ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 24 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül şosesi “Çinar Plaza” ticarət mərkəzinin həyətində olan anbarından 176.400 manat dəyərində kombi aparatlarını, radiatorları və onların quraşdırılması üçün istifadə olunan aksesuarları Məhkum iştirakı ilə yük avtomobilinə yükləyib aparmaqla ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 176.400 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən dayısı oğlu Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuqlarını nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özlərini etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özlərinə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətləri olmadan 29 iyul 2019-cu il tarixdə qaynaq çubuqlarının pərakəndə satışını təşkil etdikləri Bərdə rayonunda olan tikinti materialları mağazasını həmin malla təmin etmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs2 satış məntəqəsi olan ünvan 2 ünvandan satıb qısa müddət ərzində pulunu verəcəyi adı ilə 13.600 manat dəyərində qaynaq çubuqlarını ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 13.600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu qaynaq çubuqlarını nisyə və ya bir qisminin pulunun ödənməsi şərti ilə mütəmadi alıb sataraq qısa müddət ərzində pulunu tam olaraq qaytarmaqla özünü etibarlı alğı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2019cu ilin sentyabr ayının sonlarında qaynaq çubuqlarının pərakəndə satışını təşkil etdiyi Bərdə rayonunda olan tikinti materialları mağazasını həmin malla təmin etmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs2 satış məntəqəsi olan ünvan 3 ünvandan 14.282 manat dəyərində qaynaq ç ubuqlarını ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14.282 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu tikinti materiallarının tenderdə qalib gəlmiş olduğu tikintilərdə təmir işlərində lazım olması, gələcəkdə də onunla tikintilərdə birlikdə işləyəcəyinə həvəsləndirməklə onu nisyə olaraq tikinti materialları ilə təmin etdiyi halda 1 ay müddətində pulunu tam olaraq qaytaracağına dair yalan vəd verib aldadaraq özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niy yəti olmadan 10 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 satış məntəqəsi olan ünvan 4 ünvanda olan satış mağazasından 5.850 manat dəyərində, 16 yanvar 2020-ci il tarixdə həmin ünvandan eyni adla 7.300 manat dəyərində tikinti materialları, 23 yanvar 2020-ci il tarixdə həmin ünvandan eyni adla 13.350 manat dəyərində tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 26.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onun faktiki olaraq satışı ilə məşğul olduğu sellofanların işlədiyi tikintilərin təmir işlərində lazım olması, gələcəkdə ondan mütə madi olaraq mal alacağına həvəsləndirməklə onu nisyə sellofanla təmin etdiyi halda tikintiyə satmaqla 7 gün müddətində pulunun tam olaraq köçürüləcəyinə dair yalan vəd verib aldadaraq özünü etibarlı alqı-satqı münasibətlərinin tərəfdaşı kimi göstərməklə özünə inam yaradıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 oğlu Fuad Tağıyevdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Sulutəpə yolunun 2-ci kilometrliyində olan “Şam Bağı” restoranın qarşısında 1,5 ton çəkidə olmaqla 3.500 manat dəyərində, 2020-ci ilin fevral ayının sonlarında eyni ünvanda eyni adla 1,7 ton çəkidə olmaqla 4.200 manat dəyərində sellofanı Fuad Tağıyevdən vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək Zərərçəkm iş şəxs3 ümumilikdə 7.700 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-994/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2017-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 6 (altı) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməkl ə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 7 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, ittiham aktında qeyd olunan 17600 manatın ona aid olmadığına görə bu hissədə ona bəraət verilməsini, hökmün dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1437/2021 nömrəli, 30 sentyabr 2021-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-994/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli hökmü də yişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Mahiyyət etibarilə kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyi, yəni həmin əməlin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi yox, həmin Məcəllənin 178.2-ci maddəsi ilə tövsif olunmalı olduğu iddia edilir və təyin edilmiş cəzanın həddi mübahisələndirilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikas ı CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21 -ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1437/2021 nömrəli, 30 sentyabr 2021-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hə rəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərini və mövcud məhkəmə təcrübəsini nəzərə alınmaqla ayrı-ayrılıqda v ə məcmu halında bir daha araşdırmış, Məhkum verdiyi ifadəsində elan olunmuş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə onun dəlillərini ətraflı araşdırmış və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin təsdiqini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Əəəskər oğlunun və şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, üzləşdirmə protokolları, qaimələr və toplanmış digər sübutlara tam təsdiq edildiyini müəyyən etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

24. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhl ükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivinin olmasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və cinayət hadisəsinin öz mənafeyini əks edən təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araş dırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1437/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1437/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar