Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-451/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Mehrəliyev Murad Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 1(006)349/2022 nömrəli (hakim: Tağıyev Azər Heydər oğlunun sədrliyi) hökmü ilə xx xxxxxx 1971-ci il tarixdə Cəbrayıl Şəhəri, x kəndində anadal olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmayan, xxx kəndində qeydiyyatda olan və xxx, məcburi köçkünlərin məskunlaşdığı məhəllədə yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirlimədiyi üçün bəraət verilmişdir. Hökmdən dövlət ittihamının müdafiəsi üzrə idarənin Ba kı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Günay Həsənova tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli 1(103)1952/2022 nömrəli (hakimlər: Qasımov Faiq Adil oğlu (sədrliyi və məruzəsi ilə), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli 1(102)-633/2023 nömrəli (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Hüseyn Cavid Vaqif oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət məhkəmə tərkibində) 1 sentyabr 2023-cü il tarixli 1(103)-1229/2023 nömrəli hökmü ilə apellyasiya protesti təmin ed ilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddənin sanksiyası həddində qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanması və hökmün icrasının Məhkum yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Mehrəliyev Murad Əli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sadələşdirilmiş icraat materiallarına əsasən Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində xxx-də yerləşən Zərərçəkmiş şəxs işlətdiyi vətəndaşların azad girib-çıxa biləcəyi “Podyum Park” qadın geyimləri mağazasına müştəri kimi daxil olub oradakı şəxslərin onun hərəkətlərini görməməsindən əmin olduqdan sonra satış üçün qoyulmuş bir ədəd 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti və bir ədəd 269 manat dəyərində “ROMAN” markalı qara rəngli donu gizli olaraq talamaqla mağazadan çıxıb gedərkən həmin halı mağazanın müşahidə kameraları vasitəsi ilə müəyyən edən iaşə obyektinin müdiri Zərərçəkmiş şəxs ona yaxınlaşıb mağazaya dəvət edərək icazəsi ilə əl çantasına baxması nəticəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edil ən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs ümumilikdə 547 (beş yüz qırx yeddi) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən hökmdə ittihamın əsasına qoyulmuş sübutlar mötəbər sübut hesab edilə bilməz. Təqsirləndirilən şəxs Məhkum özünü Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə təqsirli bilməmişdir. Bu maddə ilə irəli sürülmüş ittham üzrə təqsirliliyi heç bir iş üzrə toplanılmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında isə Zərərçəkmiş şəxs iştirakı ilə dindirilmiş Şahid əvvəlki ifadəsinə zidd olaraq bildirmişdir ki, Məhkum çantasına baxış keçirilərkən mağazada olsa da onlardan xeyli kənarda olmuş və buna görə də çantadan nə çıxmasını dəqiq görə bilməmişdir. Həmçinin bildirmişdir ki, kamera görüntüləri bir aydan artıq müddətə yaddaşda qalmadığı üçün onu təqdim edə bilmir. Bundan başqa birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş, zərərçəkən Zərərçəkmiş şəxs mağazasında satıcı işləyən, Şahid da yuxarıda göstərilən hadisə vaxtı orada olduğunu, lakin mağazada Məhkum çantasına baxış keçirilən zaman kənarda olduğu üçün çantadan nəyin çıxmasını görə bilmədiyini demişdir. Göründüyü kimi ittiham tərəfindən şahid kimi iştirak edən Şahid də təqsirləndirlən şəxsin çantasından hər hansı bir malın çıxarılıb-çıxarılmadığını dəqiq bilmədiyini qeyd etmişdir. Eyni zamanda Şahid məhkəmədə əvvəlki verdiyi ifadələrində Məhkum çantasında yalnız bir ədəd yalnız 278 (iki yüz yetmiş səkkiz) manat dəyərində “Ladyform” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəstinin çıxdığının şahidi olduğunu bildirir, sonradan isə göstərilən ifadəsinin də əksinə olaraq ifadəsini dəyişmişdir. Həmçinin, əvvəlki ifadəsində Məhkum istinad olunan digər oğurluq predmeti 269 (iki yüz altmış doqquz) manat dəyərində olan “Roman” markalı qara rəngli qadın donunun isə həmin hadisədən üç dörd gün əvvəl oğurlandığını bildirmişdir. Hətta, şahidin ilkin ifadəsini həqiqət kimi qəbul etsək belə yenə də təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsindən söhbət gedə bilməzdi. Çünki, bu zaman oğurluq cinayətində ittiham olunmaq üçün müvafiq məbləğ olan 500 (beş yüz) manat həddinin keçilmədiyi məlum olur, belə olduqda yalnız inzibati məsuliyyətə səbəb olan xırda talama barədə düşünmək olardı, lakin heç həmin hadisə də baş verməmişdir. Yuxarıda sadalananlar Məhkum istinad olunan əməllərə aidiyyətinin olmadığını göstərir, təqsirləndirilən şəxsin əleyhinə olan sübutlar ziddiyyətli və şübhəlidir, belə olduqda iş üzrə yaranmış şübhələr təqsirləndirələn şəxsin xeyrinə həll olunmalı, baş vermiş cinayət hadisəsinə aidiyyəti sübut olunmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-c i maddəsi tətbiq edilməklə barəsində bəraət hökmü çıxarılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hö kmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPMin 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət q anunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq norm asının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum oğurluğa, yəni özgənin əmlakını gizli olaraq ta lamaya cəhd ilə bağlı ittiham apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi izahat və ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixd ə saat 11:30 radələrində “Podyum Park” qadın geyimləri mağazasına daxil olmuş, mağazada geyimlərin bir neçəsini götürüb əynində yoxlayaraq baxmış və geyimlərin bir neçəsini bəyənsə də, qiymətlərinin baha olduğunu görmüş, həmin geyimlərdən birinin qiyməti 278 manat, digərinin isə 269 manat olmuş, o, oğurluq etmək qərarına gəlmiş, bu məqsəd ilə ətrafa nəzər yetirmiş və heç kimin onu görmədiyinə əmin olduqdan sonra bir ədəd qara rəngli donu və bir dəst şalvar və köynəkdən ibarət geyimi oğurlayaraq, əl çantasına qoymuş, həmçinin, mağazanın qapısından keçəndə siqnal verməmək üçün geyimlərin üzərində olan əşyanı çıxartmışdır. O, mağazadan çıxıb bir qədər hərəkət etmiş, və arxadan bir nəfər ona yaxınlaşaraq mağazaya dəvət etmiş, həmin şəxs ondan əl çantasına birlikdə baxmağı xahiş etmiş, o, məcbu r olub əl çantasını açmış və oğurladığı əşyaları masanın üstünə qoyaraq, oğurluq etdiyini etiraf etmişdir. Lakin sonrada Məhkum ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində heç bir oğurluq hadisəsi baş vermədiyini mübahisələndirmiş, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə getdikdən sonra orada ona təqdim edilmiş sənədləri qorxudan imzaladığını və sonradan həmin mağazadan bir neçə gün öncə oğurluq olmasının, oğurluq edən şəxsi tapa bilməmələrinin və əsassız olaraq ondan şübhələndiklərinin ona məlum olduğunu bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, evində aşkar edilmiş yaşıl rəngli paltarı həqiqətəndə iki gü n əvvəl “Podyum Park” qadın geyimləri mağazasından pulunu ödəmədən götürmüşdür. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadəni verməsini, daha sonradan isə məhkəmə baxışları zamanı ifadəsini tamamilə dəyişdirərək həmin vaxtı qorxduğundan təhqiqatçı tərəfindən ona təqdim edilmiş sənədləri oxuyub mahiyyətini anlamadan imzaladığı barədə çıxışını apellyasiya məhkəmə kollegiyası düzgün olaraq Məhkum cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq cəhdi kimi qiymətləndirmişdir. Müdafiəçinin kassasiya şikayətində sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi dair prosessual qanunvericilinin tələbləri pozulduğundan məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə əhatə olunan cinayət əməlinin törətm əsi sübuta yetrilmədiyi və apellyasiya məhkəməsinin hökmünün həmin hissədə ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) Azərbaycan Respublikası CM-in 29,177.1-ci maddəsi ilə əhatə olunan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış süb utların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmamışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Bundan əlavə kassasiya məhkəmə araşdırması zamanı müəyyən olunur ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etm əklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qan unu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəl i gəlir ki, bu şikayətin dəlilləri ilə əlaqədar apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə hallarının müəyyən edilməsi məsələlərində əsaslı olaraq pozuntu aşkar etmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosess ual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. S adələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 14 iyul 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Mehrəliyev Murad Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-451/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-451/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver