Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-452/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X4 iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Əliyev Elşad İbiş oğlu, hakimlər Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) 27 aprel 2017-ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay, CM-in 234.4.3-cü maddəsi ilə 7 (y eddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən məhkumtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 05 iyul 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində Azərbaycan Res publikası CMnin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir İşin halları: Məhkəmənin hökmü ilə məhkum 1 CM-nin 206.2, 234.4.3-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 29 dekabr 2016-cı ildə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 93,411 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 ədəd polietilen bükülülərdə qablaşdırıb düz bağırsağında yerləşdirməklə daşımış və həmin gün saat 20 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya şikayə tinin dəlilləri: Məhkum məhkum 1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilən cəza müddəti sərt və ədalətsizdir, belə ki, cəza təyin edilərkən cəzasını yüngülləşdirən hallar lazımınca nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiə tərəfinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Ka ssasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanunun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyasında məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessua l normalara, yəni cinayət qanunun və CPM-nin normalarına əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətin dəliləri işin obyektiv halları ilə təkzib olunur. Məhkəmələrin tədqiq etdiyi hallarla müəyyən olunur ki, məhkumun istinad edilmiş cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri ilə, sənədlərlə və işin digər obyektiv halları ilə sübuta yetirilmişdir. Məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmişdir. Apellyasiya instansiya məhkəməsi müdafiə tərəfinin kassasiya şikayətində irəli sürdüyü dəlillərlə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə müfəssəl cavab verərək məhkumun törətdiyi əməlin Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədənin boşluqlarında gizlədil məklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınır. Məhkumun əldə etdiyi, saxladığı, daşıdığı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyi narkotik vasitə heroinin çəkisi 93,411qram olmaqla külli miqdar təşkil edir. “Narkot ik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahısı” əsasında tənzimlənir. Qanuna görə narkotik vasitəsinin birdəfəlik istifadə üçün istehlak miqdarından artıq həcmi təmiz halda qramlarla 0,15 qram nəzərdə tutulmuşdur. Aşkar edilmiş heroinin çəkisi isə istehlak miqdarından dəfələrlə çox o lmaqla külli miqdar təşkil edir. Kollegiya işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla qanuni və ədalətlidir. Məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verən hallar mövcud deyil. Kollegiya işin hallarına əsasən hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur və kassasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, işə baxılarkən cinayət və cinayət-prosessual qanunvericiliyin, həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən 6-cı maddəsinin tələbləri pozulmamışdır. İşin şərh olunan hallarına əsasən kollegiya hesab edir ki, məh kəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1 –ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-452/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-452/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver