Məhkəmə qərarları › İş №1(102)-452/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-452/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-452/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqvaerdi oğlunun iştirakı ilə xx xxxxxx 1973-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra CM-in) 120.1ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.N.Mirzəyev (sədrlik edən), R.İ.Hüseynov və B.M.Məmmədov) Məhkum CM-nın 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-cil tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayət ləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən), V.İ.Məlikov və A.A.Mahmudov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, Türkiyə Respublikasında olan zaman qohum və həmkəndliləri ilə telefon danışığı zamanı arvadı X4 digər şəxslərlə intim münasibətdə olmasını eşidib, bunu aydınlaşdırmaq məqsədi ilə heç kimə xəbər vermədən xx xxxx 2018-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndinə gələrək gecələr arvadı ilə birgə yaşadığı evin həyətində müxtəlif yerlə rdə gizlənib evə kimlərin gəlib-getməsini izləmiş, növbəti gün eyni qaydada müşahidələr aparmaqla, arvadının yatmasına əmin olduqdan sonra evə daxil olub mərhum atası X2a məxsus olan 1930-cu ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-5” modelli, “11235” nömrəli xarici çaxmaqlı, təklüləli, yivsiz odlu ov silahını gizlətdiyi yerdən götürüb, istintaqa məlum olmayan ovçuluq mağazasından aldığı bir ədəd patronu silahın patronluğuna yerləşdirməklə, həyətyanı sahədə böyürtkən kolunun altında gizlətmiş, xx xxxx 2018-ci il tarixə kimi izləmə nəticəsində həmkəndlisi Şahid8 gecə saatlarında bir neçə dəfə yaşadığı evə gələrək X ilə cinsi əlaqədə olmaqla bağlı söhbət etdiyini müşahidə etdikdən sonra bu barədə qardaşı Şahid1 və qohumu Şahid2 məlumat verməkl ə, onlardan arvadı Ceyhunə Səfərovanın əxlaqsız əməllərini sübuta yetirmək məqsədi ilə Şahid8 tutub polis şöbəsinə təhvil verməkdə ona köməklik etmələrini xahiş etmiş, x xxxx 2018-ci il tarixdə özü ilə əvvəlcədən istintaqa məlum olmayan mənbədən əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş göz yaşardıcı, bihuşedici, özünü müdafiə təyinatlı, istifadəyə yararsız aerozol qurğu qaz silahı hesab edilən qaz balonu, üz nahiyəsini bağlamaq üçün dəsmal və kəndir ip götürməklə Şahid1 və Şahid2la birgə hadisə yerinə gələrək, onun göstərişi əsasında özləri ilə dəmir parçaları götürmüş Şahid1 evin sağ, Şahid2 evin sol tərəfində, özü isə evin ön tərəfində gizlənmiş, x xxxx 2018-ci il tarixdə saat 01 radələrində Şahid8 həmin yerə gəlib evə daxil olduqdan sonra o, böyürtkən kolunun altında gizlətdiyi ov t üfəngini də götürüb giriş qapısının sağ tərəfində yerləşən pəncərədən qulaq asanda Şahid8 ilə Ceyhunə Səfərovanın cinsi əlaqədə olmasını anlayaraq ov tüfəngini pilləkənin birinci pilləsinə qoyub əlində olan dəmir parçası ilə pəncərənin şüşəsini sındırıb telefonunun işığını içəri saldıqda X3 Həsənovla cinsi əlaqədə olduqlarını görüb, pəncərədən içəri daxil olmağa çalışsa da, Xvə Şahid8 evin giriş qapısına tərəf keçdiklərindən, qapının qarşısında Şahid8la qarşılaşdıqda qaz balonunu sonuncunun üzünə püskürtmüş, daha sonra əlində olan dəmir parçası ilə Şahid8 zərbə endirməklə, polis şöbəsinə aparmaq məqsədi ilə qollarını kəndirlə bağlamaq üçün zərərsizləşdirmək istəmiş, qarşılıqlı mübarizə zamanı Şahid2 və Şahid1 səsləyib köməyə çağırmış, sonuncular da gələrək ona kömək etdikləri anda Xküt əşy a ilə onun, Şahid2 və Şahid1 müxtəlif bədən nahiyələrinə zərbələr endirmiş, bundan istifadə edən Şahid8 əllərindən çıxıb həyətin giriş qapısına doğru qaçdığından Şahid1 və Şahid2 onu təqib etmiş, həmin vaxt hadisə yerindən uzaqlaşmağa cəhd edən X2nın ona xəyanət etməsini şəxsi nüfuzuna xələl gətirən əməl kimi qəbul edib qısqanclıq zəminində qisas almaq üçün qəsdən öldürmək məqsədi ilə ov tüfəngini pilləkənin üstündən götürüb xarici çaxmağını çəkərək atəş vəziyyətinə gətirmiş və məqsədyönlü şəkildə yaxın məsafədən X2ya sol qolu bədənə bitişik vəziyyətdə, öndən arxaya, soldan sağa, nisbətən aşağıdan yuxarıya istiqamətində bir dəfə atəş açaraq ona sol bazunu dəlib keçən, döş qəfəsinin sol yarısının yan səthindən daxilə keçən, sol ağciyərin yaralanmaları, İV-V-Vİ qabırğaların açıq çoxqəlpəli y erdəyişən sınıqları, İİİ-İV döş fəqərələrinin zədələnməsi ilə müşayiət olunmaqla kəskin qan itirmə nəticəsində ölümə səbəb olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək, qısqanclıq zəminində X2nı qəsdən öldürmüşdür. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin tam məhkəmə istintaqı aparılmaqla yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum haqqında birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisinin fikrincə onun qızı X6 Məhkum tək deyil, qardaşı Şahid1 və qonşuları Şahid3 iştir akı ilə qətlə yetirmişdir. Lakin cinayət işinin ibtidai istintaqı İsmayıllı rayon prokurorluğunda qeyri-obyektiv aparıldığından həmin şəxslər məsuliyyətdən kənarda qalmışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərar ın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin, şah idlərin ifadələrinin alınması, hadisə yerinin müayinə edilməsi, maddi sübutların götürülməsi, ekspertiza rəyləri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində X4 Məhkum tək deyil, qardaşı Şahid1 və qonşuları Şahid3 iştirakı ilə qətlə yetirilməsi, lakin cinayət işinin ibtidai istintaqının qeyri-obyektiv aparılması səbəbindən həmin şəxslərin məsuliyyətdən kənarda qalması mübahisələndirilir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən mübahisələndirilən dəlilləri əsassız hesab edir və öz mövq eyini əsaslandırmaq üçün cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyyələrinə müraciət etməyi zəruri hesab edir. CM-nin 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. CM-nin 120.2.1-ci maddəsində “bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənədd ə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X8rşı” xx xxxxxx 1994-cü il və “Ha cianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli müha kimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum arvadı X6 digər şəxslərlə cinayət əlaqəsinə girməklə deyil, şəxsi münasibətlər zəminində təkbaşına qəsdən öldürməsi nəticəsinə gəlinmiş və ona CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan qəsdən adam öldürmə cinayətini törətməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələ sinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-in 120.1-ci maddəsinə tövsif edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsi plərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəm əsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar