Məhkəmə qərarları › İş №1(102)-452/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-452/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-452/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası CM-nin 120.2.3, 120.2.4, 120.2.7, 120.2.9 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.M.Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) 20 dekabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci ildə Ağdam rayonunda Sancalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonunda yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4, 120.2. 7, 120.2.9 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.3, 120.2.4, 120.2.7, 120.2.9 maddələri ilə ömürlük azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Məhkum üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli h ökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum Bakı şəhəri, Xətai rayon məhkəməsinin 10.11.2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulduqdan sonra anasının himayəsinə verilmiş oğlu, 08.09.2010-cu il təvəllüdlü X1 arvadı Zərərçəkmiş şəxs1 qızma qaytarmaq məqsədi ilə 21.05.2018-ci il, saat 22 radələrində onun yaşadığı ünvan 1 ünvanına gəldikdə sonunçunun qeyri-rəsmi münasibətdə olduğu X9 ilə evdə öpüşdüklərini görüb qısqanclıq zəminində Zərərçəkmiş şəxs1m qəsdən öldürmək məqsədi ilə həyətə girərək 2015-ci ildə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi və yuxarıda qeyd olunan ünvanın həyətində olan odun sobasında saxladığı zavod üsulu ilə hazırlanmı ş soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağım götürüb şalvarının sağ arxa cibinə qoyaraq evə daxil olmuş, öpüşdüyü şəxsin kim olduğunu Zərərçəkmiş şəxs1 soruşarkən aralarında yaranmış mübahisə zamanı həmin otaqda yerdə oturub yun çırpan Zərərçəkmiş şəxs1nm anası Zərərçəkmiş şəxs2 gözü qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1m bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq bir neçə dəfə vurub köməksiz vəziyyətə salmış, bundan sonra onun bu hərəkətlərinin qarşısını alıb qızım xilas etməyə çalışmaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2m qızı Zərərçəkmiş şəxs1nm gözü qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi il ə bıçaqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq sol körpücüküstü nahiyənin, sol süd vəzinin üst səthinin, döş qəfəsinin sol aşağı bayır səthinin, sağda süd vəzinin bayır kənarının, sol kürək nahiyəsinin, sol kürəkaltı nahiyənin, sağ çənə şaxəsinin, sağ çənəaltı nahiyənin, sol yanağın, sol çənəaltı nahiyənin, sağ bazunun, sol əlin arxa səthinin deşilmiş-kəsilmiş, habelə sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən ağ ciyəri və ürəyi zədələyən, sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən, sağ körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən, döş qəfəsinin sağ yuxan iç səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən, döş qəfəsinin sol yuxan iç səthinin döş boşluğuna nüfuz edən, döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, döş qəfəsi nin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən, döş qəfəsinin sol aşağı bayır səthinin döş boşluğuna nüfuz edən, sağda mədəüstü nahiyənin qarın boşluğuna nüfuz edən, hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla kəskin qanitirmə, qanitirmə şoku ilə müşayiət olunan və zərərçəkmiş şəxsin ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Bundan sonra o, az əvvəl vurduğu bıçaq zərbələri nəticəsində yerdə oturmuş halda aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1nm öldürülməməsi üçün etdiyi yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq və rəhi msizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə bıçaqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq sağ kürək nahiyəsinin aşağı iç səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin, döş qəfəsinin sol yuxarı bayır səthinin, boynun aşağı 1/3-nin ön səthinin, döş qəfəsinin sağ yan səthində sağ körpücükaltı nahiyənin, döş qəfəsinin sağ aşağı iç səthinin, döş qəfəsinin sağ aşağı iç səthinin, sol bazu oynağı nahiyəsinin ön səthinin, sol körpücükaltı nahiyənin, döş qəfəsinin sol yuxan bayır səthinin, döş qəfəsinin sol aşağı bayır səthinin, sol qabırğaaltı nahiyənin, fəqərə sütunun döş şöbəsinin, sol kürək nahiyəsinin aşağı iç səthinin, sol budun yuxan 1/3-nin arxa-iç səthinin, sol qulaq seyvanın, sol qulaqönü gicgah nahiyəsinin, sol yanağın, sol çənəaltı nahiyənin, boyunun aşağı 1/3-nin ön-sol yan səthinin, boyunun aşağı 1/3-nin önsağ yan səthinin, sağ bazu oynağı nahiyəsinin arxa səthinin, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol saidin aşağı 1/3-nin arxa səthinin, sol saidin aşağı 1/3-nin ön-iç səthinin, sol mil-bilək oynağı nahiyəsinin arxa səthinin, sağ əlin ovuc səthinin deşilmiş- kəsilmiş yaralan, habelə döş qəfəsinin sol yuxan iç səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri və ürəyi zədələyən, döş qəfəsinin sol aşağı iç səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən, gövdənin sol yan səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən, sol kürək nahiyəsinin aşağı bayır səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən, döş qəfəsinin sağ yuxarı iç səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən, döş qəfəsinin sağ aşağı bayır səthinin döş boşluğuna nüfuz edən ağ ciyəri zədələyən və belin sol iç səthinin qarın boşluğuna nüfuz edən hər biri ayn-aynlıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla kəskin qanitirmə, qanitirmə şoku ilə müşayiət olunan xəsarətləri yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməklə iki şəxsi qəsdən öldürmüş, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək, məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edildiyini vurğulamışdır. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr qərar qəbul edərkən işin hallarını dərindən araşdırmamış, məhkumun barəsində olan yüngülləşdirici halları nəzərə almamışdırlar. Belə ki, məhkəmələr azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi qeyd etsələr də, cəza təyini zamanı həmin halı və məhkumun barəsində ağırlaşdırıcı halların olmamasına nəzərə almamışlar. Həmçinin, məhkəmələrin nəzərə almadığı məqamdan biri də, işin xarakteri, zərərçəkmiş şəxsin qeyri-əxlaqi hərəkətləri, məhz həmin hərəkətlərin nəticəsində məhkumun affekt vəziyyətdə olması olmuşdur. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum oğlu Səfər İsmayılov azyaşlıdır. Azyaşlının anası – Zərərçəkmiş şəxs1 vəfat etmiş, atası Məhkum isə ömürlük həbsdədir. Uşaq üzərində qəyyum olaraq Məhkum anası X2 təyin edilmişdir. X2 yaşlı qadındır. Azyaşlının anasız və atasız tərbiyə alması, atasına ömürlük cəza verilməklə, ömürlük ata məhəbbətindən də məhrum edilməsi özü-özlüyündə uşağa qarşı da tam ədalətsizlik olardı. Bildirirəm ki, uşağın qəyyumunun başına bir iş gəlsə, həmin uşaq tam olaraq kimsəsiz qalacaq, təbii ki, taleyi də şübhə altında olacaq. Müdafiəçi kassasiya şikayətində Məhkum cavan olmasını, əvvəllər məhkum olmamasını, ilk dəfə zərərçəkmiş şəxsin onu cinayətə sövq edən davranışı nəticəsində cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, hazırda həmin uşağın ana və ata himayəsindən məhrum olmasını, məhkumun əməlini səmimi etiraf etməsini vurğulayaraq, kassasiya şikayətinin təmin olunmasını, və məhkumun cəzasının yüngülləşdirilərək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum e dilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin dey il, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın ağır olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət tə qibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hal larına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cə zanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum himayəsində bir azyaşlı uşağının olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təs iri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun, əsaslı nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.7, 120.2.9 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar