Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-453/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs50 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,178.3.2, 193.1, 308.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən və məruzəçi), M.A.Bayramov və R.V.Salmanovdan ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1970-ci il tarixdə Qusar rayonunun Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, «xxxx» MMC-nin direktoru işləmiş, Qusar rayonunun Çiləgir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərb aycan Respublikası CM-nin 29,178.3.2, 193.1, 308.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 193.1-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və madd i məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 31 avqust 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə X16, X11 və X22 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməyə cəhd etmiş, əmlak mənf əəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaradaraq xeyli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıqla məşğul olmuş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq qeyrilərinin köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə hərəkətin, o cümlədən qanunsuz hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə ayrı-ayrı şəxsləri təkrarən təhrik etmiş, təqsirləndi rilən şəxslər X16, X11 və X22 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmiş, vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması cinayətinin törədilməsində köməkçi kimi iştirak etmişlər. Belə ki, Məhkum əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs - “xxxx” MMC-ni təsis edib 02.12.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata aldırıb (VÖEN **********) həmin Cəmiyyətin direktoru olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edib onun idarə olunmasını həyata keçirmək, cəmiyyətin adından çıxış edilməsi, onun təmsil edilməsi, işçilərin işə qəbulu, onların alacağı əmək haqqının müəyyən edilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərinə malik vəzifəli şəxs kimi yaxın münasibətdə olduğu X11, X16 və X9 məsləhətləri və məlumatları ilə, həmçinin maneələri aradan qaldırmaqla köməkçi qismində etdikləri yardımla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə aldatma və etiba rdan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə edərək X11, X12 və X9la qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib vahid niyyətlə özgə əmlakını ələ keçirmək məqsədi ilə Xaçmaz rayonunun Xudat şəhərindən Qusar rayonunda yerləşən “Şahdağ” turizm mərkəzinə və Qəbələ rayonunda yerləşən “Tufandağ” turizm mərkəzinə yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin icrasının guya rəhbəri olduğu, əslində isə heç bir sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan təsis etdiyi “xxxx” MMC-yə həvalə edilməsi barədə ayrı-ayrı tanışlarına həqiqətə uyğun olmayan məlumat verərək bununla əlaqədar çoxlu sayda təcrübəli kadrlara və müxtəlif təyinatlı texnikalara ehtiyacı olduğunu yalandan bildirib 2017-ci ilin yanvar ayının əvvəllərində işə qəbul elanı vermiş, bunun la əlaqədar 2018-ci ilin iyul ayınadək ünvan1ında, daha sonra isə 31.08.2018-ci il tarixədək ünvan2ında icarəyə götürdüyü ofislərinə müraciət edən ayrı-ayrı şəxslərlə X16 və X11 ilə birlikdə, həmçinin Qəbələ rayon sakini X9a müraciət edən həmin rayon sakinləri ilə sonuncu vasitəsi ilə köməkçi qismində etdikləri yardımla fərdi söhbətlər aparıb onları işə qəbul edəcəyini, icra ediləcək layihədə müvafiq işlərin icrasını onlara həvalə edəcəyini, habelə yüksək məbləğdə əmək haqqı ilə təmin edəcəyini yalandan vəd verib onlarda işə qəbulla bağlı inam yaradaraq işə qəbul olunmaları müqabilində isə yeni yaradılan MMC-nin maddi-texniki bazasının formalaşdırılmasına maddi dəstək və digər adlar altında ayrı-ayrı şəxslərdən 2018-ci ilin yanvar ayından həmin ilin avqust ayınadək olan müddətdə müxtəlif məbləğlərdə, o cümlədən Zərərçəkmiş şəxs21 5.000 manat, Zərərçəkmiş şəxs6 4.000 manat, Zərərçəkmiş şəxs7 1.000 manat, X10 800 manat, Zərərçəkmiş şəxs26 500 manat, Zərərçəkmiş şəxs24 200 manat, Zərərçəkmiş şəxs13 500 manat, Zərərçəkmiş şəxs27 500 manat, Zərərçəkmiş şəxs5 500 manat, Zərərçəkmiş şəxs29 500 manat, Zərərçəkmiş şəxs16 500 manat, Zərərçəkmiş şəxs20 500 manat, Zərərçəkmiş şəxs11 500 manat, Zərərçəkmiş şəxs15 500 manat, Zərərçəkmiş şəxs4 500 manat, Zərərçəkmiş şəxs25 500 manat, Zərərçəkmiş şəxs14 500 manat, X2 500 manat, X5 500 manat, Zərərçəkmiş şəxs9 500 manat, Zərərçəkmiş şəxs12 500 manat, Zərərçəkmiş şəxs3 500 manat, Zərərçəkmiş şəxs22 500 manat, Zərərçəkmiş şəxs8 300 manat, Zərərçəkmiş şəxs19 300 manat, Zərərçəkmiş şəxs28 200 manat, Zərərçəkmiş şəxs18 100 manat, Zərərçəkmiş ş əxs10 100 manat, Zərərçəkmiş şəxs17 100 manat, Zərərçəkmiş şəxs34 1.500 manat, Zərərçəkmiş şəxs38 1.000 manat, Zərərçəkmiş şəxs35 1000 manat, X6 800 manat, Zərərçəkmiş şəxs39 600 manat, X3 500 manat, Zərərçəkmiş şəxs41 500 manat, Zərərçəkmiş şəxs42 500 manat, Zərərçəkmiş şəxs47 500 manat, Zərərçəkmiş şəxs33 500 manat, Zərərçəkmiş şəxs36 500 manat, Zərərçəkmiş şəxs45 400 manat, Zərərçəkmiş şəxs48 300 manat, Zərərçəkmiş şəxs31 200 manat, Zərərçəkmiş şəxs49 190 manat, Zərərçəkmiş şəxs30 100 manat, X4 100 manat, Zərərçəkmiş şəxs43 100 manat, Zərərçəkmiş şəxs32 80 manat, Zərərçəkmiş şəxs46 80 manat, Zərərçəkmiş şəxs40 80 manat olmaqla, ümumilikdə, ünvan4 ünvanlarında icarəyə götürdüyü ofislərində, habelə, Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməmiş digər ünvanlarda qabaqcadan əlbir oldu ğu X16 və X11 vasitəsilə 29 nəfərdən 21.100 (iyirmi bir min yüz) manat məbləğində, Qəbələ şəhərində isə “Bazar” adlanan ərazidə yerləşən X9a məxsus çayxanada sonuncu vasitəsilə 21 nəfərdən 9.130 (doqquz min yüz otuz) manat olmaqla, cəmi 30.230 (otuz min iki yüz otuz) manat məbləğində pulu vahid niyyətlə alıb ələ keçirərək, qabaqcadan əlbir olduğu həmin şəxslərlə öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə 51 nəfər zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaradaraq xeyli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıqla məş ğul olmuş, həmin əməlləri ilə kütləvi şəkildə fiziki şəxslərin əmək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vururaq qeyrilərinin köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Məhkum təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Kəlbəcər rayonundan məcburi köçkün olan tanışı Şahid3 2017-ci ilin iyun ayının əvvəllərində ona Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə mənzil almaq niyyətini bildirməsi ilə əlaqədar, Şahid3 özünün həmin Komitədə rəhbər vəzifədə işləyən tanışları olduğunu, həmin tanışları vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində tikilən çoxmərtəbəli yaşayış binasından mənzil almasını təmin edəcəyini yalandan bildirib, qeyd edilən məsələni həmin komitənin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 6.200 (altı min iki yüz) manat pul verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edərək, həmin adla Şahid3 ona olan inam və etimadından sui-istifadə etməklə 2017-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Akademik Milli Dram teatrının yanında ondan 6.200 (altı min iki yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə hərəkətlərin edilməsi müqabilində onun vasitəsi ilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid3 təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Ağdam rayon sakini olan tanışı Şahid2 2017-ci ilin oktyabr ayında ona Ağdam rayon polis şöbəsinin Yol patrul xidmətinə polis nəfəri kimi işə qəbul olunmaq niyyətini bildirməsi ilə əlaqədar, Şahid2 özünün Daxili İşlər Nazirliyinin Kadrlar Baş İdarəsində rəhbər vəzifədə işləyən tanışlarının olduğunu, həmin tanışları vasitəsilə sonuncunu qeyd edilən işə qəbul etdirə biləcəyini yalandan deyib, qeyd edilən məsələni həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15.000 (on beş mi n) manat pul verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edərək, həmin adla Şahid2 ona olan inam və etimadından istifadə etməklə 2017-ci ilin oktyabr ayında Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyası yaxınlığında ondan 15.000 (on beş min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə hərəkətlərin edilməsi müqabilində onun vasitəsi ilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid2 təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə İsmayıllı rayon sakini olan qohumu Zərərçəkmiş şəxs50 2018-ci ilin yanvar ayında ona dö vlət qulluğunda işə qəbul olunmaq üçün imtahan vermək istəməsi barədə bildirməsi ilə əlaqədar, Zərərçəkmiş şəxs50 özünün Azərbaycan Respublikası Nazirlər Kabinetində və Dövlət İmtahan Mərkəzində rəhbər vəzifələrdə işləyən tanışlarının olduğunu, həmin tanışları vasitəsilə sonuncunu imtahanlardan hər hansı müvəffəqiyyət balı toplamadan keçirib dövlət qulluğuna qəbul etdirə biləcəyini yalandan deyib, qeyd edilən məsələni Dövlət İmtahan Mərkəzinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 300 (üç yüz) manat pul verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edərək, həmin adla Zərərçəkmiş şəxs50 ona olan inam və etimadından sui-istifadə etməklə 2018-ci ilin yanva r ayında Bakı Metropoliteninin “Nizami” stansiyası yaxınlığında ondan 300 manat pulu alıb şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə bilə-bilə qanunsuz hərəkətlərin edilməsi müqabilində onun vasitəsi ilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs50 təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Ağdam rayon sakini olan tanışı Şahid1 2018-ci ilin fevral ayında ona Ağdam rayon polis şöbəsinə polis nəfəri kimi işə qəbul olunmaq niyyətinin olmasını bildirməsi ilə əlaqədar, Şahid1 özünün Daxili İşlər Nazirliyinin Kadrlar Baş İdarəsində rəhbər vəzifədə işləyən tanışlarının olduğunu həmin tanışları vasitəsilə sonunc unu qeyd edilən işə qəbul etdirə biləcəyini yalandan deyib, bu məsələni həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə görə onun vasitəsilə birbaşa yolla maddi nemət olan 15.900 (on beş min doqquz yüz) manat pul verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edərək, həmin adla Şahid1 ona olan inam və etimadından suiistifadə etməklə 2018-ci ilin fevral ayında Bakı Metropoliteninin “Nizami” stansiyası yaxınlığında ondan 15.900 (on beş min doqquz yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə hərəkətlərin edilməsi müqabilində onun vasitəsi ilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qohumu Zərərçəkmiş şəxs50 2018-ci ilin mart ayının əvvəllərində ona Bakı şəhərindən mənzil almaq istəməsi və bu məqsədlə 25.000 manat pulunun olması barədə bildirməsindən sonra Zərərçəkmiş şəxs50 özünün müxtəlif qurumlarda rəhbər vəzifələrdə işləyən tanışları olduğunu və həmin tanışları vasitəsilə sonuncuya ucuz qiymətə şəhər mərkəzindən ev almasında köməklik edə biləcəyini yalandan bildirərək inandırıb, 19.03.2018-ci il tarixdə Zərərçəkmiş şəxs50 zəng edərək ünvan6 ünvanında yerləşən 2 otaqlı mənzilin dəyərindən ucuz qiymətə - 71.000 manata təcili olar aq satıldığını, belə bir fürsətin bir də ələ düşməyəcəyini, yarım saat ərzində evin pulu verilməyəcəyi təqdirdə evin əldən çıxacağını yalandan bildirib həmin evi almaq üçün 25.000 manat pulu təcili olaraq poçt vasitəsilə ona göndərməsini deyib, mənzilin dəyərindən qalan 46.000 manat məbləği isə Zərərçəkmiş şəxs50in əvəzindən ödəyib mənzili öz adına alıb, mənzilin dəyərini tam ödədikdən sonra evi Zərərçəkmiş şəxs50 adına rəsmiləşdirəcəyini yalandan vəd edib, gördüyü işin həqiqiliyinə inam yaratmaq məqsədilə qeyd olunan ünvanda yerləşən, əslində isə özünün kirayədə yaşadığı mənzilin görüntülərini mobil telefonu vasitəsi ilə videolentə alıb “Whatsapp” tətbiqetməsi vasitəsilə Zərərçəkmiş şəxs50 göndərməklə şəhər mərkəzində yerləşən bir mənzilin dəyərindən ucuz qiymətə almasına köməklik etməsin ə dair sonuncuda inam yaradıb ona olan inam və etimadından sui-istifadə etməklə 19.03.2018-ci il tarixdə Zərərçəkmiş şəxs50 İsmayıllı rayon mərkəzi poçt şöbəsindən onun adına 24.900 (iyirmi dörd min doqquz yüz) manat məbləğində pulu göndərməsinə nail olub, 20.03.2018-ci il tarixdə ünvan4 yerləşən Mərkəzi Poçt Şöbəsindən həmin məbləğdə pulu götürüb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs50 bir müddət sonra aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyinə görə ondan mənzilin qalan dəyəri olan 46.000 (qırx altı min) manat məbləğində pulu ala bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmay an səbəbdən başa çatdıra bilməyib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməyə cəhd etmişdir. Hökmdən Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs21 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İ.M.Murquzov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 25 oktyabr 2019-cu il tarixli qərarı ilə Məhkum apellyasiya şikayətini təmin etməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs21 apellyasiya şikayətini qismən təmin edərək hökmü dəyişdirmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını 7 (yeddi) ilə artırmış, digər maddələrlə ona t əyin edilmiş cəzaları dəyişdirilmədən saxlamaqla, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini, digər alternativ cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxslərə vurduğu madi və mənəvi ziyanı ödədiyini, dövlət büdcəsinə ödənilməli olan məbləği his səhissə (1 il 6 ay müddətinə) ödəyə biləcəyini nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini və azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiy ası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gə lmişdir. Məhkum kassasiya şikayətində xahiş etmişdir ki, zərərçəkmiş şəxslərə vurduğu madi və mənəvi ziyanı ödədiyini, dövlət büdcəsinə ödənilməli olan məbləği hissə-hissə (1 il 6 ay müddətinə) ödəyə biləcəyini nəzərə alaraq kassasiya şikayətinin təmin edilərək ona azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilsin. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası on u da nəzərə alır ki, apellyasiya instansiya məhkəməsi məhkumun cəzasını zərərçəkmiş Zərərçəkmiş şəxs21 apellyasiya şikayətinə əsasən ağırlaşdırmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs50 Ali Məhkəməyə teleqram göndərərək Məhkum cinayət əməli nəticəsində ona vurulmuş 16030 manatın ödənmədiyi üçün onun kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı zamanı kassasiya instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs50 hər ikisi onlara cinayət nəticəsində vurulmuş maddi ziyanın tam aradan qaldırılmadığından məhkumun kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Ona görə də zərərçəkmiş şəxslərə vurulmuş maddi və mənəvi ziyanın tamamilə ödənməsi barədə kassasiya şikayətinin də lilləri əsassız hesab edilir. Məhkumun cəzasının yüngülləşdirilməsi üçün cinayət işinin materiallarından hər hansı başqa qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkumun cinayət nəticəsində vurulmuş maddi ziyanı hissə-hissə (1 il 6 ay müddətinə) ödəyə biləcəyini nəzərə alaraq kass asiya şikayətinin təmin edilərək ona azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilməsi barədə dəlili yuxarıda göstərilən qanunun mənasına ziddir. Yəni qanunun məntiqinə görə cinayət törətmiş və cinayət nəticəsində maddi ziyan vurmuş Məhkum əvvəl maddi ziyanı ödəməli, həmin ödəməni təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli və sonra onun hüquqi vəziyyətinin yaxşılaşdırılması barədə müraciət etməlidir. Göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 193.1, 308.2 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 201 9-cu il tarixli qərarı Məhkum Əlibala oğlunun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-453/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-453/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver