Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-454/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Mirzəyev Şaiq Səyyad oğlu, Tərcüməçi Adilova Nigar Vidadi qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.A.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) xx xxxxx 1990-cı ildə Qazaxıstan Respublikasında anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, evli, işləməyən, natamam-orta təhsilli, məhkumluğu olmayan, Qazaxıstan Respublikasının Qərbi Qazaxıstan vilayəti, U ral şəhəri, Asan mikrorayonu, ev 26/2-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Mə hkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə barəsində olan cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində “28 May” metrostansiyasının yaxınlığında gəzərkən əvvəllər də bir-iki dəfə həmin ərazidə gördüyü Zərərçəkmiş şəxs həmin stansiyadan çıxıb “Xəqani” küçəsi istiqamətində hərəkət etdiyini görüb yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində cinsi ehtirasını ödəmək üçün zorla cinsi əlaqədə olmaq məqsədi ilə sonuncuya yaxınlaşıb guya ona dönər ala biləcəyini təklif etmiş, Zərərçəkmiş şəxs onun təklifini rədd edib yoluna davam etdikdə o, öz cinayətkar niyyətinə çatmaq üçün sonuncunu təqib etmiş, Zərərçəkmiş şəxs metroya gedən yolu tapa bilməyib ondan metronun hansı istiqamətdə yerləşdiyini soruşduqda, bu anı öz məqsədini həyata keçirmək üçün məqam bilib metroya gedən yolu göstərəcəyi adı ilə aldadaraq onu xx xxxxxx 2019-cu il tarixdə gecə saat 1 radələrində insanların daha az hərəkət etdiyi ünvan 2 ünvanda yerləşən avtoyuma məntəqəsinin arxasına keçirmiş, Zərərçəkmiş şəxs onun məqsədini başa düşüb qaçmaq istədikdə onu tutub saxlamış, sonuncu isə onun üzünü cırmaqlayaraq müqavimət göstərmək məqsədilə sağ üz nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, o isə bundan istifadə edərək Zərərçəkmiş şəxs qarşı rəhmsizlik göstərib onun müqavimətini qırmaq məqsədil ə şillə və yumruq zərbələri ilə ona sol gözətrafı nahiyəsinin yumşaq toxumasının əziyi və qançırı, sol göz almasının ağlı qişasının qansızması, alt dodaq nahiyəsinin əzilmiş yaraları və selikli qişasının qansızması, sağ və sol yanaq nahiyələrinin selikli qişalarının qansızmaları, alt çənə nahiyəsinin orta hissəsinin qançırı, alt çənə sümüyünün sol bucaq nahiyəsinin sınığı və sağ bazu nahiyəsinin qançırları ilə nəticələnməklə sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri yetirib özünü müdafiə etmək imkanından məhrum edərək köməksiz vəziyyətə salıb yerə yıxmış və üstünə uzanıb şalvarını, finkasını və alt paltarını aşağı çəkərək zor tətbiq etməklə ona aldığı xəsarətlər nəticəsində fiziki ağrılar yetirib onunla iradəsinə zidd olaraq cinsi əlaqədə olmaqla zor tətbiq edərək Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə və xüsusi amansızlıqla zorlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona ittiham olunan cinayət əməlini törətmədiyi halda birinci instansiya və apelyasiya məhkəməsi tərəfindən əsassız olaraq məhkum edilmiş, beləliklə də, hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını ləğv etməklə barəsində yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək özünü Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə təqsirli bilmədiyini, həmin maddə ilə ona bəraət verilməsini, törətdiyi əməli isə xüliqanlıq cin ayəti kimi tövsif edilməsini və həmin maddə ilə ən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkumun müdafiəçisi Mirzəyev Şaiq Səyyad oğlu eyni məzmunlu çıxış edərək göstərilən əsaslarla apellyasiya məhkəməsinin qərarını ləğv edib, məhkuma Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə bəraət verib, məhkumun əməlinin xuliqanlığa tövsif edilərək ona həmin maddə ilə aşağı həddə və yüngül cəza növü təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu Məhkum kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, onun əməlinin Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 149.2.4-cü maddəsi ilə məhkəmə tərəfindən düzgün tövsif olunduğunu, ona cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin Məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alındığını, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və məhkumun kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müra ciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında l əğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə istinad edilmiş, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilərək, yeni qərar qəbul edilməsi xahiş edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndir ən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. Ali Məhkəmənin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiə tərəfin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apel lyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Belə ki, işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş zərərçəkmiş şəxsə zor tətbiq edərək onun köməksiz vəziyyətindən istifadə etməklə və xüsusi amansızlıqla zorlama ilə bağlı ittihamın məhkəmə baxışında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında məhkumun cinayəti törətməməsi barədə verdiyi ifadəsində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Həmin h ökmdən məhkumun verdiyi apellyasiya şikayətində əməlində təqsirli bilindiyi maddənin tərkib əlamətlərinin mövcud olmaması, əməlinin xuliqanlıq cinayətinə tövsif edilməli olduğu, iş üzrə olan sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edərək, birinci instansiya məhkəməsinin hökmünü ləğv etməklə işə yenidən obyektiv baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki,....“birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində və hazırda apellyasiya baxışı zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin ibtidai istintaq, birinci instansiya məhkəməsi zamanı və hazırda verdiyi ifadələri, üzləşmə və şahidlərin ifadələri, istintaq hərəkətlərinin, məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkum verdiyi apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, o, zərərçəkmiş şəxs Aytən Hacıyevə ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamış, zərərçəkmiş şəxsin bakirəliyi pozulmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, iş üzrə zərərçəkmiş şəxs i btidai istintaq zamanı verdiyi ifadəsində və məhkumla üzləşməsində, birinci instansiya və hazırda apellyasiya baxışı zamanı verdiyi ifadələri, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və XXX Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 57/2019-MTBŞ saylı rəyi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması Məhkum tərəfindən inkar edilsə də, sonuncuya məxsus olması ekspertiza rəyi ilə inkar edilməyən sperma Zərərçəkmiş şəxs məxsus alt paltarların üzərində aşkar edilmişdir. Şərh olunanlara əsasən apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab etmişdir ki, iş mate rialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, elan olunmuş ittiham üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə bəraət verilə bilməz....” Kassasiya məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli surətdə yoxlayıb araşdırmanın nəticəsi olaraq aşağıdakı xüsusatları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmünə və apellyasiya məhkəməsinin qərarına əsasən müəyyən olunur ki, məhkum birinci instansiya, həm də apellyasiya məhkəmə baxışlarında oxşar məzmunlu ifadələr verərək Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 149.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. Həmin ifadələrdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını, bunun üçün ona pul təklif etmədiyini, Aytən onu təhqir etdiyi üçün buna dözməyərək onun sifət nahiyyəsinə şillə ilə vurduğunu, əməlinin Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə deyil xuliqanlıq əməli ilə tövsif edilməli olduğunu göstərmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadi səsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquq i qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsinin dispozisiyası xüsusi amansızlıqla zorlama – yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma kimi müəyyən edilmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən maddənin tərkib əlamətlərinə diqqəti çəkərək nəzərə çatdırır ki, zorlama cinayətin obyektiv çəhətinin əsas element kimi zərərçəkmiş şəxslə bilavasitə cinsi əlaqədə olma əməli çıxış edir. Daha dəqiq desək cinayətin zəruri əlaməti kişinin qadınla cinsi əlaqədə olması faktını nəzərdə tutmasıdır. “Cinsi əlaqə” fizioloji akt olub, qadın la kişi arasında təbii yolla cinsi əlaqə deməkdir. Yəni təbii cinsi əlaqə kişi cinsiyyət üzvünün qadının uşaqlıq yoluna daxil edilməsi ilə həyata keçirilir. Zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan (yəni kişi cinsiyyət üzvünün qadının uşaqlıq yoluna daxil edilməsi anından) başa çatmış sayılır. Uşaqlıq yolunun girəcəyi, cinsi dodaqlar xarici cinsiyyət orqanları sayılır və ona görə də cinsi əlaqə aktını təlqin edən hərəkətlər (kişi cinsiyyət orqanının qadının uşaqlıq yolunun girəcəyinə qoyulması və ya yuxarıda qeyd edilən xarici cinsiyyət orqanlarına toxundurma və s. bu kimi seksual xarakterli hərəkətlər) zorlama kimi qiymətləndirilə bilməz. Qüvvədə olan cinayət qanunvericiliyi əvvəlki illərdən fərqli olaraq məhkəmə təcrübəsində olan belə xarakterli mübahisələrə son qoymuş və həmin əməllərin əlamətlərini nəzərdə tutan seksual xarakterli zorakılıq hərəkətlərini müstəqil cinayət kimi CM-nin 150-ci maddəsinə daxil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq əlamətlər olduqda belə əməllər ya seksual xarakterli zorakılıq hərəkətləri, ya da zorlamaya cəhd kimi qiymətləndirilməlidir. Belə olduğu halda belə zorlama cinayətini törətməkdən könüllü imtina etmə məsələsi dəqiq araşdırmalı, təqsirkarın əməlində başqa cinayətin tərkibi olmadıqda və cinayəti başa çatdırmaq üçün onun bütün imkanlara malik olmasına baxmayaraq, ictimai təhlükəli əməllərinə könüllü olaraq son qoyduqda cinayət məsuliyyətini istisna etməsi nəzərə alınmalıdır. Aydın məsələdir ki, nadir hallarda qızın bəkarətinin pozulması baş vermədən zorlama cinayətinin baş verməsi mümkündür. Lakin belə olduğu halda həmin hal təkzib olunmaz mötəbər sübutlarla təsdiq olunmalıdır (xüsusilə ekspert rəyi ilə, hansı ki, bəkarətin pozulmadan cinsi əlaqəya girmə ehtimalını müəyyən etsin. Belə ki, qeyd etdiyimiz kimi cinayətin zəruri əlaməti olan “cinsi əlaqə” cinayət-hüquqi anlayış deyil, fizioloji aktdır.). Məhkəmə kollegiyası qeyd edilən xüsusatların anlayışlarının izahını verməklə baxılan iş üzrə məhz həmin halların iş üzrə müəyyən olunmuş sübutlar əsasında araşdırılmasına diqqəti cəlb edir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin işin faktiki halları və məhkumun əməli barədə gəldiyi nəticələr – CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Biri nci instansiya məhkəməsi və apelyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə təqsirli olması barədə nəticəyə gələrkən zərərçəkmiş şəxsin ifadəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X18 Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 57/2019MTBŞ saylı rəyinə əsaslanmışdır (həmin rəydə Loktionova məxsus olması ekspertiza rəyi ilə inkar edilməyən spermanın ona və Zərərçəkmiş şəxs məxsus trusiklər üzərində aşkar edildiyi qeyd olunmuşdur). İş üzrə müəyyən olunmuş digər sübutlardan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və XXX Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 26 saylı rəyindən görünür ki, Zərərçəkmişin göz ətrafı nahiyəsinin yumşaq toxumasının əziyi və qançırı, sol göz almasının ağlı qişasının qansızması, alt dodaq nahiyəsinin əzilmiş yaraları və selikli qişasının qansızması, sağ və sol yanaq nahiyələrinin selikli qişalarının qansızmaları, alt çənə nahiyəsinin orta hissəsinin qançırı, alt çənə sümüyünün sol bucaq nahiyəsinin sınığı və sağ bazu nahiyəsinin qançırları müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt (küt kənarlı) əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu ildə əmələ gəlməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlərin xarakterini, xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, bu xəsarətlər kənar şəxs tərəfindən fiziki qüvvə tətbiq etməklə cinsi əlaqəyə girməyə cəhd edən zaman əmələ gəlməsi mümkündür. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Zərərçəkmişin qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Uşaqlıq yolunun dəhlizində və qızlıq pərdəsinin üzərində müəyyən edilmiş qansızmalar bərk küt əşyanın təsirindən əmələ gəlmiş, o cümlədən gərginlənmiş kişi cinsiyyət orqanının təsiri nəticəsindən əmələ gəlməsi istisna olunmamışdır. Əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxxxxx 2019-cu il tarixinə uyğun gələ bilər. Zərərçəkmişdə onunla qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Tək-tək hall arda qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olduqdan sonra hər hansı xəsarət izi qalmırsa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və XXX Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 57/2019-MTBŞ saylı rəyindən görünür ki,.......Təqdim olunan Zərərçəkmiş şəxs və Məhkum məxsus trusiklər üzərində sperma aşkar olunmuşdur. Sperma ləkələrinin /ob№1,10/ qrup mənsubiyyəti də ABO sistemi tədqiq olunduqda yalnız “H” antigeni alınmışdır. Bu spermanın O alfabeta /İ/ qruplu şəxsə, o cümlədən təqsirləndirilən şəxs Məhkum məxsus olması inkar olunmamışdır. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus lifçik, kalqotka, kofta, alt mayka üzərində qan a və spermaya bənzər şübhəli, trusik üzərində qana bənzər şübhəli ləkələr, şalvar və gödəkçə üzərində isə spermaya bənzər şübhəli ləkələr aşkar olunmamışdır. Tədqiqata təqdim olunan Məhkum məxsus mayka və şalvar üzərində spermaya bənzər şübhəli ləkələr, trusik üzərində qana bənzər şübhəli ləkələr aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığı üçün sperma əlamətlərinə görə cinsi əlaqədə olma vaxtını müəyyən etmək mümkün deyil. Şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki,..... sonra da həmin ərazidə gündəlik xidmət edən PPX əməkdaşı X2dən gecə saatlarında bir nəfərin avtoyuma məntəqəsinin arxasında bir qadını döyərək zorladığını eşitmişdir. Şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki,..... səhərisi isə Ruslanın bir qızı zorladığından N əsimi RPİ-nin 22-ci PŞ-nə aparıldığını eşitmişdir. Ruslan telofonda konkret olaraq nə etdiyini deməmiş, ancaq kiminləsə evlənmək istədiyini bildirmişdir. Şahid qismində dindirilmiş X4 şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edib, onunla eyni məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş polis əməkdaşları X2 və X5 eyni məzmunlu ifadələrindən müəyyən olunur ki, onlar hadisə yerinə gələrkən səki üzərində bir nəfər cavan qadın və yanında bir nəfər cavan oğlanın oturduqlarını görmüşlər.... Məhkum ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr məzmunca fərqli olsa belə heç bir ifadəsində o, zərərçəkmiş şəxslə cinsi əlaqədə olmasını təsdiq etməmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum verilmiş ittiham üzrə təqsirliliyini təs diq edən sübutlar kimi məhkəmələr tərəfindən istinad olunan yuxarıda göstərilən sübutları təkrar sadalamaqla yanaşı hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Məhkəmə qərarların heç birində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və XXXTədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 26 saylı rəyi ümumiyyətlə tə dqiq olunmamış və qiymətləndirilməmişdir. Belə olduğu halda həmin cinayət əməlinin Məhkum tərəfindən törədilməsi – yəni zərərçəkmiş şəxslə cinsi əlaqə aktının icra olunmasının mötəbər və əsaslı sübutlarla öz təsdiqini tapması, yalnız zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadədə göstərilənlərə əsaslanaraq şəxsin təqsirliliyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıdakılara əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin şəxsin ittiham olunmuş cinayət əməli üzrə təqsirliliyi ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz və bu cür çatışmazlıqlarla çıxarılmış qər ar qanuni hesab oluna bilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilməməsini hökm bə ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir (CPM-i 416.1.2-ci mad.). Bundan əlavə Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun q ərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi və əməlin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin tö rədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayətprosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiy a müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı iş üzrə müəyyən olunmuş bütün sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı (sübutları tətqiq etməmə) yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilən lərə əsasən məhkumun kassasiya şikayəti qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla təkrar keçirilməli, lazım gəldiyi təqdirdə iş üzrə xx xxxxxx 2019-cu il tarixli 26 saylı ekspertiza rəyinə tam aydınlıq gətirilməsi üçün ekspert dəvət edilərək məhkəmə baxışında dindirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-454/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-454/2020
18.08.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver