Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-454/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi X16 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 202 1-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X16 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X9 və X5 ibarət tərkibdə) 3 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil olmaqla himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünv an 2nda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 -ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hök m qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə) 27 may 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 1(100)11/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (hakimlər X7 (sədrlik edən və məruzəçi), X11 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 3 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(1 04)-157/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamaəsasən o, 07 fevral 2018-ci il tarixdə saat 21:50 radələrində ünvan 3 ünvanı ilə yanaşı yerləşən Şahid1 məxsus, lakin, özü və arvadı Zərərçəkmiş şəxs5 icarəyə işlətdiyi “Qızıl ev” çay evində istirahət edən Zərərçəkmiş şəxs2 çay evinin birinci mərtəbəsində olan, qapısı küçəyə açılan tualetə gedib təbii ehtiyacını ödəyərkən qapını açıq qoyması ilə əlaqədar həmin küçədə yaşayan Şahid6, Şahid5 və Şahid2 Şahid1 dedikləri məlumat əsasında Şahid1 çay evinə gələrək Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, həmin vaxt sonuncun un yanında olan tanışı Zərərçəkmiş şəxs1 kobud danışıqlarına görə Şahid1 iradını bildirdikdə Zərərçəkmiş şəxs1 ünvanına onların ətrafına yığışmış, həmçinin, çay evində istirahət etmək üçün gəlmiş digər şəxslərin yanında ucadan nalayiq söyüş söyməsi səbəbindən Zərərçəkmiş şəxs1 Şahid1 bir dəfə yumruqla vuraraq zor tətbiq etmiş, bunu bəhanə edən o, Şahid1, Şahid2, Şahid5, Şahid6, Şahid4 və Şahid3 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai ünsiyyət qaydaları ilə bir araya sığmayan, istirahət etmək üçün toplaşmış şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər edərək çay evində olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək onları döyməyə başlamışlar, həmin vaxt Zərərçəkmiş şəxs4 hadisədən yaxa qurtararaq qaçmaq istəyərkən Şahid6 Zərərçəkmiş şəxs4 arxadan tutub saxlamış, Şahid4 və Şahid3 isə yumuruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs4 vurmuşlar, Zərərçəkmiş şəxs4 onların əlindən çıxaraq çay evinin çıxışına doğru, pilləkənlərə tərəf qaçsa da, Şahid4, Şahid3, Şahid6 və Şahid5 yenə də Zərərçəkmiş şəxs4 üzərinə hücum edərək təpik və yumuruq zərbələri ilə sonuncunu vurub zor tətbiq etmişlər, eyni zamanda Şahid2 silah qismində istifadə etdiyi və çay evində olan stulu götürərək çay evinin digər tərəfində Şahid1 tərəfindən döyülərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, daha sonra Şahid3 da silah qismində istifadə etdiyi və çay evində olan stulu götürərək yerə sərilmiş Zərərçəkmiş şəxs1 stulla vurmuş, həmin vaxt o, bıçaq nümayiş etdirərək ucadan nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs1 və digərlərinin üzərinə hücum etmiş, daha sonra o, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə onun əlindən bıçağı almaq istəyən Zərərçəkmiş şəxs3 başı ilə vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs3 geri çəkildiyindən zərbə ona dəyməmiş, daha sonra o, yenə də Zərərçəkmiş şəxs1 üzərinə hücum etməyə çalışmış, baş vermiş hadisə səbəbindən çay evinə istirahət etmək üçün gəlmiş şəxslər çay evini tərk etmişlər, ümumilikdə isə bir qrup şəxs tərəfindən çay evini işlədən Zərərçəkmiş şəxs5 məxsus əmlakı zədələməklə 2000 manat məbləğində maddi ziyan' vurmaqla şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, habelə ictimai qaydanın pozulmasının qa rşısını alan şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 15 iyun 2019-cu il tarixdə saat 23 radələrində arvadı ilə müştərək qaydada icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Uğur” çay evində olarkən, həmin çay evinin qarşısında yerləşən və eyni qaydada icarəyə götürüb işlətdiyi “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində X12 məxsus olan “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulması müqabilində ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün yaranmış anlaşmazlığa aydınlıq gətirməsi məqsədilə orada işləyən Şahid8 tərəfindən avtoyuma məntəqəsinin qarşısına dəvət olunmuş, həmin yerə gəldikdən sonra həmişə avtomobilini 5 manata yuduzdurduğunu bildi rən müştəri Elnur Alıyevin narazılığını təmkinlə sona qədər dinləmək əvəzinə qiymətin bahalığına etirazına məhəl qoymadan kobud formada pulu ödəməsini tələb etməklə, habelə bunu etməməyə cürətinin çatmayacağını bildirməklə məsələni sakit formada həll etmək əvəzində bu davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla üstünlüyünü nümayiş etdirib, öz şəxsiyyətini Elnur Alıyevin şəxsiyyətinin fövqündə qoyub Elnur Alıyevi qıcıqlandıraraq münaqişəyə çəkmiş, Elnur Alıyevin geri çəkilmədiyini, məğlub şəxs kimi səhvini boynuna alıb ondan üzr istəmək əvəzinə ona qarşı dayandığını, həmçinin üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hes ab edilən ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsinə 1 dəfə zərbə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarətini yetirərək onu qorxutmağa çalışmasından daha da hiddətlənib bu cüzi səbəbi bəhanə etməklə avtomobilin arxa hissəsinə çəkilərək xuliqanlıq niyyəti ilə Elnur Alıyevi qəsdən öldürmək məqsədi ilə qəfildən üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla Elnur Alıyevin üzərinə hücum edərək ürək nahiyəsinə 1 dəfə zərbə endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələyən kəsilmiş-deşilmiş xəsarəti yetirməklə X13 xuliq anlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, lakin yuxarı instansiya məhkəməsi də kobud pozuntuya yol vermişdir. Cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Belə ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilməli idi. İbtidai istintaq zamanı Məhkum əməli CM-in 120.1-ci maddəsindən həmin məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, X12 məxsus “VAZ-2107” nrarkah, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yuyulması müqabili ndə ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün aralarında yaranmış mübahisə zamanı müştəri mərhum Elnur Alıyev həmişə avtomobilini 5 manata yuduzdurduğunu bildirərkən Məhkum kobud formada 10 manat pulun ödənilməsini tələb etməklə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla üstünlüyünü nümayiş etdirib, öz şəxsiyyətini Elnur Alıyevin şəxsiyyətinin fövqündə qoyub onu münaqişəyə çəkmiş nəticədə xuliqanlıq niyyəti ilə onu qətlə yetirmişdir İşə baxan məhkəmələr hesab etmişlər ki, Məhkum əməli ibtidai istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan yanlış olaraq CM-in 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Hər iki qərarda qeyd ed ilmişdir ki, məhkəmə istintaqında araşdırılmış sübutlarla təsdiq edilmiş işin obyektiv hallarından görünür ki, məhz cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında olan şəxsi münasibətlər zəminində mübahisə olmuşdur. Məhkəmədə iştirak edən şahidlərin hamısı təqsirləndirilən şəxsin dostları və işçiləri olmuşdur. Onların heç biri hadisəni olduğu kimi göstərə bilməzdilər. Bu şahidlərin də ifadələrində ziddiyyətli məqamlar olmuşdur. Məhkəmədə ifadə verən Elnur Alıyevin dostları olan Mustafayev Nicat və Şahid13 qətl hadisəsi baş verəndən sonra hadisə yerinə gəlmişlər. Şahidlərdən çay evinin işçiləri olmuş Şahid7 və Şahid8 göstərmişlər ki, hadisə vaxtı Elnur Alıyev və Məhkum bir birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Bundan sonra guya Elnur Al ıyev avtomobilinə əyilərək avtomobilin qoltuq yerindən bıçaq götürərək qəfildən Emilin sol qolunun bilək nahiyəsinə bıçaqla zərbə endirib ona xəsarət yetirmişdir. Elnur 3 dəfə kikboksinq üzrə dünya çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. Elnur Emili vurmaq istəsəydi ona bıçaq lazım deyildi. O yalın əllə də Emilin cavabını verməyi bacarardı. Bundan başqa heç vaxt Elnur özündə və maşınında bıçaq gəzdirməmişdir. Buna Elnurun ehtiyacı olmamışdır, həm də o, avtomobilini sabahısı gün satmaq üçün yuduzdururdu, bıçaq ona ümumiyyətlə lazım deyildi. Məhkəmə hökmündə göstərilir ki, hadisə zamanı hüquq mühafizə orqanları tərəfindən aşkarlanmış bıçaq Elnur Alıyevə məxsus olmuşdur. Əslində isə hadisə yerindən tapılan bıçağın Elnura məxsus olduğu məhkəmədə sübuta yetirilməmişdir. Həmin bıçağın trasaloji ekspertizası keçirilməmişdir. Emil isə ifadəsində göstərmişdir ki, daim üstündə gəzdirdiyi bıçağı hadisə yerində atmışdır. Hələ ibtidai istintaq zamanı zərərçəkmişin varisinin vəkili vəsatət verərək göstərmişdir ki, qatilin sol qolundakı xəsarətlər hadisədən sonra onun özü tərəfindən yetirilmişdir. Bu hərəkətində məqsədi zəruri müdafiə vəziyyətində olması barədə uydurma yaratmaq, bu yolla ya məsuliyyətdən yaxa qurtarmaq, ya da məsuliyyətini azaltmaq olmuşdur. Həqiqətən də qatil öz istəyinə nail olmuşdur. Məhkəmə CM-in 120.1-ci maddəsinə keçərkən bu fakta əsaslanmışdır. Bundan başqa cinayət hadisəsi baş vermiş yerin müayinəsi zamanı müstəntiq Həsənov Əhməd hadisə yerinin yaxınlığında olan “Miraj” çay evinin qapısının bayır tərəfində və içəri tərəfində olan videokameranı götürmüşdü r. Məhkəmə baxışı zamanı həmin videokameranın üzə çıxarılması, müstəntiqin və digər əlavə şahidlərin məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatətləri təmin etməmişdir. Apellyasiya məhkəməsi də buna qiymət verməmişdir. Bundan başqa məhkəmə cəza təyin edərkən də CM-nin 58.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, cinayətin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi, təqsirkarın şəxsiyyəti həqiqi mənada nəzərə ahnmamışdır. Məhkum qəsdən adam öldürmə cinayətini törətməmişdən əvvəl, CM-nin 221.2.1 və 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Buna görə də onun barəsində qəsdən adam öldürmə cinayəti ilə yanaşı CMnin 221.2.1 və 221.2.2-ci maddələri ilə çıxarılmış hökm qüvvədə saxlanmışdır. Məhkum himayəsində isə azyaşlı uşaq olmamışdır. M əhkəmə isə səhvə yol verərək bu halı cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla da, məhkəmə Məhkum həddən artıq yüngül cəza təyin etmişdir. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)- 157/2022 saylı qərarını ləğv edərək Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinə tövsif edilməsi və ona daha ağır cəza verilməsi göstərişləri ilə cinayət işinin Apellyasiya Məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüqu qi varisinin və nümayəndəsinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər ha nsı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi və ona təyin edilən cəza mübahsələndirilməklə məhkumun əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən 120.1-ci maddəyə tövsif edilməsinın əsassız, cəzanın isə yüngül olması göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasını n 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu il ə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkumun CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin aralarında olan şəxsi münasibətlər zəminində mübahisə olmuşdur. Məhkum 15 iyun 2019-cu il tarixdə saat 23 radələrində “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsində X12 məxs us olan “VAZ 2107” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yuyulması müqabilində ödənilməli olan xidmət haqqının miqdarında razılaşa bilmədikləri üçün aralarında yaranmış mübahisə zamanı Elnur Alıyev ona üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan,soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə onun sol əl nahiyəsinə bir dəfəzərbə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sol əlin kəsilmiş deşilmiş yarası xəsarəti yetirdiyindən, təqsirləndirilən şəxs Məhkum bundan əsəbləşərək, üzərində gəzdirdiyi məlumolmayan bıçaqla Elnur Alıyevin üzərinə hücum edərək onun ürək nahiyəsinə bir dəfə zərbə endirib, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma ya aid edilən xəsarəti yetirməklə X13 qəsdən öldürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, Məhkum ilə zərərçəkmiş şəxs X17 arasında baş vermiş mübahisə və dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə, yəni avtomobilinin yuyulmasının haqqını ödəməməsi, ilk olaraq onun təqsirləndirilən şəxsi bıçaqla vurması səbəbindən baş verdiyindən Məhkum əməli birinci instansiya məhkəməsi tərəfindən AzərbaycanRespublikasının CM-nin 120.1.-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin xuliqanlıq niyyəti ilə həyatdan məhrum edilməsi çıxış edir. Kassa siya şikayətində Məhkum zərərçəkmiş şəxs X1, xuliqanlıq niyyətilə öldürməsi göstərilsə də, ittiham tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum edilmiş şəxsin əməlində xuliqanlıq niyyətinin olması ilə bağlı kassasiya şikayətində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işinin materiallarından, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum qəsdinin mərhum zərərçəkmiş şəxsi məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəldilməsi məhkəmələr tərəfindən müəyyən edilm əmişdir. Aşağı instansiya məhkəmələri tərəgindən məhkəmə istintaqında araşdırılmış sübutlarla təsdiq edilmiş işin obyektiv hallarından görünür ki, Məhkum ilə zərərçəkmiş şəxs X17 arasında baş vermiş mübahisə və dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə, yəni avtomobilinin yuyulmasının haqqını ödəməməsi, ilk olaraq sonuncunun onu bıçaqla vurması səbəbindən baş vermişdir. Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönələn hərəkətlərində xuliqanlıq niyyətinin əlamətləri - mübahisə zamanı, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, birgəyaşayış qaydalarını kobud sürətdə pozaraq özünün şəxsiyyətini X8 şəxsiyyətinin fövqündə qoyması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum zərərçəkmiş şəxsi qəsdən öl dürməsini təsdiq edən-hadisə zamanı hərəkətlərinin xarakteri, xüsusən dalaşmanın zərərçəkmiş şəxsin təşəbbüsü ilə, yəni avtomobilinin yuyulmasının haqqını ödəməməsi, ilk olaraq onun bıçaqla Məhkum vurması kimi mötəbər məlumatlara düzgün hüquqi qiymət verilmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirka rın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldür mə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən Məhkum qəsdinin mərhum X13 məhz xuliqanlıq niyyətilə qəsdən öldürməyə yönəldilməsi öz təsdiqini tapmamış, onun belə bir niyyətinin olması ilə bağlı istintaq orqanı tərəfindən mötəbər sübutlarla müəyyən edilməmişdir. Belə ki, Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönələn hərəkətlərində xuliqanlıq niyyətinin əlamətləri - özünü şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə q oymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hallar müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası cinayətin törədilmə üsulu və şəraiti, hadisənin baş vermə mexanizmini nəzərə alaraq hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum əməlini sadə qəsdən adam öldürmə əməlinə tövsif edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək Məhkum əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə, yəni xuliqanlıq niyyətilə qəsdən adam öldürmə kimi qiymətləndirmək üçün əsaslar olmadığı barədə düzgün yekun nəticəyə gəlmişlə r. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nətic ələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühak imə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsa sən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad ed ilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tari xli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təy in edərkən cəzasını yüngülləşdirən hallar kimi himayəsində üç azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almış və ağırlaşdıran halın olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 66.3-cü maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının həddində ədalətli, qanuni və əsaslı cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq eyni zamanda Məhkum əməlini ağırlaşdıran və ya yüngülləşdirilən əlavə hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin artırılmasının islah təsiri baxımından mütənasib hesab etmir və qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-n in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə t əsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkumun əməlinin tövsifi və cəza təyini ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməs i üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətinində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X16 və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqs irli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-454/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-454/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver