Məhkəmə qərarları › İş №1(102)-454/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-454/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-454/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1993-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(105)-600/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 1(060)-198/2023 nömrəli hökmü ilə (sədrlik edən Rövşən Xəlilov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müd dətinin başlanğıcı 15 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə, həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(105)600/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum və onun müdafiəçisi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 1(060)-198/2023 nömrəli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə 4 (dörd) il 10(on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) a y müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, onun xx.xx.2022-ci il tarixdə tutulduğu 1 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına əvvəlcədən sonuncu tərəfindən ona müvəqqəti olaraq verilmiş və sonradan geri alınmış mənzilin açarının surətini çıxarıb özündə saxlamaqla istifadə edib 2022-ci ilin iyun ayının əvvəllərində həmin mənzilə qanunsuz daxil olaraq yataq otağında yerləşən şkafın üzərində olan qabdan həmin günün məzənnəsinə uyğun olaraq 5100 manat ekvivalentində 3000 ABŞ dollar məbləğində nağd pulu, həmin otaqda olan seyfin açarını qonaq otağından tapıb açaraq oradan həmin günün məzənnəsinə uyğun olaraq 8500 manat ekvivalentində 5000 ABŞ dolları məbləğində nağd pulu, həmin günün məzənnəsinə uyğun olaraq 1235 manat ekvivalentində 650 avro məbləğində nağd pulu, həmin günün məzənnəsinə uyğun olaraq 40 manat ekvivalentində 20 Paund məbləğində nağd pulu, 01 ədəd 3906 manat dəyərində ümumi çəkisi 60 qram 22 karat ərəb qızılı olan komplekt boyunbağı və qolbağı, 01 ədəd 3906 manat dəyərində ümumi çəkisi 60 qram 22 karat hind qızılı olan komplekt boyunbağı və qolbağı, 01 ədəd 1236 manat dəyərində ümumi çəkisi 23 qram 750 əyyar olan qızıldan üzərində brilyant qaşları olan komplekt üzüm formalı sırğa və üzüyü, 01 ədəd 1302 manat dəyərində ümumi çəkisi 20 qram 22 karat ərəb qızılı olan klonu ilə birlikdə boyunbağını, 01 ədəd 504 manat dəyərində ümumi çəkisi 12 qram 1 karat olan brilyant üzüyü, 01 ədəd 1302 manat dəyərində 20 qram çəkidə ağ rəngli ərəb qızılı olan üzərində brilyant olan boyunbağını, 01 ədəd 420 manat dəyərində brilyant qaşları olan 585 əyarlı, ümumi 10 qram çəkidə qolbağı, 01 ədəd 806 manat dəyərində ümumi çəkisi 15 qram 750 əyarlı italiyan qızılı olan sırğanı, 01 ədəd 976 manat dəyərində ümumi çəkisi 15 qram 22 karat ərəb qızılı olan ürək klonu, 01 ədəd 520 manat dəyərində ümumi çəkisi 8 qram 22 karat olan hind qızılı "R" hərfli klonu, 01 ədəd 1953 manat dəyərində ümumi çəkisi 30 qram 22 karat əl işləməsi ərəb qızılı olan hörmə sırğanı, 01 ədəd 1757 manat dəyərind ə ümumi çəkisi 27 qram 22 karat (12 qram) hind qızılı olan boyunbağını və (15 qram) əl işləməsi ərəb qızılı olan klonu, bir ədəd 3300 manat dəyərində ümumi çəkisi 30 qram olan 750 əyarlı italiyan qızılı olan komplekt boyunbağını və qolbağı, 01 ədəd 3850 manat dəyərində ümumi çəkisi 35 qram çəkidə 750 əyarlı olan gürzə boyunbağını, 01 ədəd 2200 manat dəyərində ümumi çəkisi 20 qram 750 əyarlı italyan qızılı olan “Versage” markalı sırğanı, 01 ədəd 1650 manat dəyərində ümumi çəkisi 15 qram çəkidə 750 əyarlı italiyan qızılı olan boyunbağını, 01 ədəd 880 manat dəyərində ümumi çəkisi 8 qram 750 əyarlı italiyan qızılı olan sırğanı,01 ədəd 2860 manat dəyərində ümumi çəkisi 15 qram 750 əyarlı italyan qızılı olan sırğanı, 01 ədəd 100 manat dəyərində mirvari boyunbağını götürüb aparmaqla gizli olara q talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 48.303 (qırx səkkiz min üç yüz üç) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə informasiya texnologiyalarından istifadə etməklə, "Bakcell” müştəri xidmətlərinin ofisində Zərərçəkmiş şəxs istifadəsində olan, lakin Məhkum adına qeydiyyatdan keçmiş +(994)55297-96-20 saylı mobil nömrənin dublikatını çıxardaraq ora göndərilən dörd rəqəmli gizli "3D securute” şifrəni istifadə edib Zərərçəkmiş şəxs 5315 9921 4573 4130 saylı kart hesabına aid "Dost Bank" proqram tətbiqi vasitəsi ilə daxil olduqdan sonra oradan xx.xx.2022-ci il tarixdə saat 17:44 radələrində hissə-hissə olmaqla 517,15 (beş yüz on yeddi manat on beş qəpik), 258,57 (iki yüz əlli səkkiz manat ə lli yeddi qəpik), 31,04 (otuz bir manat dörd qəpik), 51,71 (əlli bir manat yetmiş bir qəpik), 7,23 (yeddi manat iyirmi üç qəpik) və 103,44 (yüz üç manat qırx dörd qəpik) manat məbləğində pulları **********75 saylı "online game" hesabına köçürərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 969,14 (doqquz yüz altmış doqquz manat on dörd qəpik) məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 2022-ci ilin iyun ayının ortalarından iyul ayının sonlarına kimi olan mü ddətdə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanının açarının surəti Məhkum olduğundan mənzilə birlikdə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 03 ədəd hər biri 100 ml ölçüdə və birinin qiyməti 140 manat olmaqla ümumi 420 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry” markalı ətiri, 03 ədəd hər biri 90 ml ölçüdə və birinin qiyməti 80 manat olmaqla ümumi 240 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Gucci Geulty” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 85 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Bottega Venetta” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 245 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş kişi üçün “Dior Savvage” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 330 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmi ş işlənmiş “Hermes” markalı kişi ətiri, 01 ədəd 100 ml ölçüdə 190 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Armani” markalı kişi ətiri, 03 ədəd hər biri 100 ml ölçüdə birinin qiyməti 90 manat olmaqla, ümumilikdə 270 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Narcico Rodrigos” markalı kişi ətiri, 01 ədəd 100 ml ölçüdə 130 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Burberry Her” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 150 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Gucci Bloom” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 120 manat dəyərində 2021- ci il tarixdə istehsal edilmiş və işlənmiş “Bloom Metari” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 155 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Gucci o ud“ markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 90 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Tiffany” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 80 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş və işlənmiş “Dolce Gabbana The one” markalı ətiri, özəl kolleksiyaya aid 01 ədəd 50 ml ölçüdə 90 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Desert Oud” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 140 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Velvet Wood” markalı ətiri, 01 ədəd 75 ml ölçüdə 90 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Chloe Love story” markalı işlənmiş ətiri, 01 ədəd 100 ml ölçüdə 250 manat dəyərində 2021-ci il tarixdə istehsal edilmiş “Gi venchy" markalı ətiri, 02 ədəd hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində olan işlənmiş ərəb ətirlərini, 01 ədəd 75 ml ölçüdə 120 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Juicy Couture” markalı ətiri, 01 ədəd 100 ml ölçüdə 190 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Elle Saab” markalı ətiri, 01 ədəd 50 ml ölçüdə 80 manat dəyərində 2020-ci il tarixdə istehsal edilmiş “Jeen Paul Coutere” markalı ətiri, evin qonaq otağında yerləşən rəfdən hər birinin qiyməti 85 manat olmaqla 04 ədəd, cəmi 340 manat dəyərində 01 litr həcmində "Jack Daniels” içkilərini, 02 ədəd cəmi 171 manat dəyərində assorti içki dəsti və həmin dəstin yanında 15 ədəd cəmi 408 manat dəyərində mini parfeum assorti ətirlərini, yataq otağında yerləşən rəfdən ümumi 30 qram çəkidə 100 manat dəyərində hindistan istehsalı olan 12 komplekt gümüş məmulatlarını, 02 ədəd hər biri 200 manat olmaqla ümum ilikdə 400 manat dəyərində istifadə edilmiş “Tommy Hilfiger” markalı qadın qol saatlarını, 01 ədəd 850 manat dəyərində istifadə edilmiş "Tissot” markalı qadın qol saatını, 01 ədəd 250 manat dəyərində işlənmiş “Calvin Klein” markalı qadın qol saatını, 01 ədəd 300 manat dəyərində olan işlənmiş "Pierre Cardin”markalı qadın qol saatını, 01 ədəd 50 manat dəyərində “Gucci” markalı qadın əl güzgüsünü, 01 ədəd 50 manat dəyərində “Roberto Gavalli” markalı qadın əl güzgüsünü, 01 ədəd 595 manat dəyərində qızıl suyuna çəkilmiş sepi və içərisində göy rəngli "göz" işarəsi olan qızılı rəngli klonu, 01 ədəd 150 manat dəyərində bağlanma yeri qızıldan olan üzərində ağ rəngli nöqtələr olan qırmızı rəngli qadın pulqabısını, 01 bir ədəd 30 manat dəyərində pul qabının içərisində qırmızı lenti olan dəmir qəpiyi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Debenhous La senza" adlı dükandan alınmış "Debenhaus" şirkətinə məxsus 850 manat dəyərində müxtəlif çeşidli 10 ədəd alt paltarını, "Debenhous" şirkətinə məxsus 02 ədəd ümumi 460 manat dəyərində qara və yaşıl rəngli üstü qaşlı kupalnikləri, “Gucci”, “Dolce Gabanna” və “Burberry” şirkətlərinə məxsus 10 ədəd işlənmiş, ümumilikdə 100 manat dəyərində olan dodaq üçün pamadaları, 200 manat dəyərində olan 04 ədəd ten və 04 ədəd göz və dodaq karandaşları, 01 ədəd 140 manat dəyərində "Pul and Bear” şirkətinə məxsus qadın geyimi, 01 ədəd 150 manat dəyərində "River İreland” şirkətinə məxsus qadın geyimini 01 ədəd 100 manat dəyərində UK-nın "Next” şirkətinə məxsus qadın koftasını, 03 ədəd hər biri 10 manat dəyərində olmaqla cəmi 30 manat dəyərind ə yumşaq oyuncaqları, 01 ədəd 100 manat dəyərində "Tefal” markalı ütünü, 04 ədəd hər biri 100 manat dəyərində olan cəmi 400 manat dəyərində "Braun” markalı saç fenini, hər biri 20 manat olmaqla 10 cüt cəmi 200 manat dəyərində "Nike” firmasına aid qadın corabları götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10089 (on min səksən doqquz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə informasiya texnologiyalarından istifadə etməklə, tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə öncədən dublikatını çıxartdığı öz adına qeydiyyatdan keçmiş, lakin Zərərçəkmiş şəxs istifadəsində olmuş +(994)55-297-96-20 saylı mobil nömrəyə göndərilən dörd rəqəmli "3D securute" məxfi şifrəni istifadə edərək, sonuncunun 5315 9921 4573 4130 saylı kart hesabına aid "Dost Bank” proqram tətbiqi vasitəsi ilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs məxsus **********02484 saylı "Əmanət” hesabından 23.000 (iyirmi üç min) manat məbləğində pulu, həmçinin həmin əmanət üçün üzərinə müddətə görə hesablanmış 383,33 (üç yüz səksən üç manat otuz üç qəpik) məbləğində faiz gəlirlərini 5315 9921 4573 4130 saylı kart hesabına köçürmüş, daha sonra həmin hesabı blokdan açmaq məqsədi ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində "Bank of Baku” ASC-nin "145” nömrəli cağrı xidmətinə +(994)55- 297-96-20 saylı mobil nömrədən zəng edərək özünü bank əməkdaşına Zərərçəkmiş şəxs kimi təqdim edib "Bank of Baku” ASC-nə aid "5315 9921 4573 4130” saylı kart hesabını xx.xx.2022-ci il tarixdə blokdan açdıraraq həmin hesabda qalıq qalmış 8,5 (səkkiz manat əlli qəpik) məbləğində pulları və ora "Əmanət” hesabından köçürülmüş pulları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin hesablarına vahid niyyətlə əhatə olunan qəsdlə köçürərək nağdlaşdırmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 23391,83 (iyirmi üç min üç yüz doxsan bir manat səksən üç qəpik) məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqa yıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya i nstansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olması, məhkəmələr tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsin ə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin ed ilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməs i məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cina yət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilm iş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərd ə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar