Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-455/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1 77.2.1, 177.2.3-2, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim Vüsal Qurbanov) Məhkum - CM-in 177.2.1, 177.2.3-2, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 və X5 təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkumlar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tanışı X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxxxx 2018-ci ildə saat 20:00 radələrində Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Bakı Yük-Keşlə mənzilinin 2657-ci kilometrliyinin 10-cu piketində yerləşən bir ədəd 154,6 (yüz əlli dörd manat altmış qəpik) manat dəyərində DT-0.2-500 markalı drossel transformatorunun qapağını açıb elektrik xəttini gizlicə kəsib drossel transforma torunu çıxararaq oğurlamış, həmin drossel transformatorun içindəki 8,5 kiloqram mis tərkibli naqilləri çıxarıb Bakı şəhəri, Xəta rayonu UPD qəsəbəsi Qafqaz küçəsi ev 14-də yerləşən metal qəbulu məntəqəsinə bir kilosunu 6,35 manat olmaqla 54 manata satmaqla, özgənin əmlakını gizli olaraq talamaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq edərək Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 154,6 (yüz əlli dörd manat altmış qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları X3 və X5 ilə xx xxxxxx 2019-cu ildə saat 20:15 radələrində Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Bakı Yük-Keşlə mənzilinin 2657-ci kilometrliyinin 10-cu piketinidə yerləşən hər biri 132,5 (yüz otuz i ki manat əlli qədik) manat dəyərində olan ümumilikdə 265 (iki yüz altmış beş) manat dəyərindəki 2 (iki) ədəd DT-0.2500 markalı drossel transformatoru, özgənin əmlakını gizli yolla talamaq istəyərkən, polis əməkdaşları tərəfindən saxlandığından cinayəti törədə bilmədiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək dəmir yolu xətlərinə münasibətdə təkrar oğurluğa cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və barəsində daha humanist və ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, ona qarşı irəli sürülmüş ittiham ibtidai istintaq və məhkəmə araşdırılması za manı tam sübuta yetirilməmiş, zərərçəkmiş şəxslərin və zəruri şahidlərin məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Məhkum həmçinin hesab edir ki, məhkəmə onun cəzasını yüngülləşdirən halları, o cümlədən himayəsində iki azyaşlı uşağı ilə birlikdə 6 nəfərdən ibarət ailəsinin olmasını, özünün xəstə olmasını cəza təyini zamanı nəzərə almamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.H üseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-455/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-455/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver