Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-455/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsin in 18 yanvar 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 saylı (hakimlər X8 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə,) hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tari xli hökmü ilə Məhkum təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəkməklə. cəzaçəkmə müddətinin əvvəli "09” iyul 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökm qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və hökmün icrası ilə bağlı göstəriş və icra vərəqəsi Məhkum saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 Bakı Ağır Cinayətlə r Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 saylı hökmündən 06 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət və apellyasiya şikayəti vermiş, vəsatət və apellyasiya şikayəti 06 iyul 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, hökmün surəti 27 yanvar 2022-ci il tarixdə Aslan Əlimardanova təqdim edilməsinə baxmayaraq onun uşaq olduğu və hüquqlarını bilmədiyindən hökmdən apellyasiya şikayəti verə bilməmişdir. Buna görə də apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Ə.Sadıxov) 19 iyul 2022-ci il tarixli, 1(101)-292/2022 saylı qərarı ilə Məhkum mü dafiəiçisi Müdafiəçi2 Bakı Ağır Cinayətlər Məhkəməsinin «18» yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X1 ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 saylı hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermək üçün buraxılmış müddətinin bərpa edilməsin ə dair vəsatətinin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 1(101)292/2022 saylı qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (103)-1749/2022 saylı, xx.xx.2022-ci il tarixl qərarı qanunsuz və əsassız olmaqla, hüquqlarını müdafiə etdiyi, yetkinlik yaşına çatmayan X3 Azərbaycan Respublikasının Konstitusiyası və uşaq hüquqlarına dair Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquq normalarında tanına və qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkum uşaq olduğundan və buna görə də hüquqların bilmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin, 18 yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 saylı hökmündən apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, o, körpə yaşlarından valideynlərini itirmiş uşaqdır və onun qanuni nümayəndəsi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsi qanuni nümayəndə qismində Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsini məhkəmə iclaslarına dəvət etmiş, həmçinin müdafiəçi qismində dövlət büdcəsi hesabına təyin edilmiş vəkili onun hüquqlarının müdafiəsinə cəlb etmişdir. Lakin həm qanuni nümayəndənin, həm də müdafiəçinin məhkəmədə iştirakı formal xarakter almış, onlar yetkinlik yaşına çatmayan Məhkum ilə konfidensial ünsiyyət qurmamış, onunla məhkəmə prosesindən kənar söhbət aparmamışlar, onun müdafiəsi ilə bağlı hər hansı bir məsləhətləşmə aparmamışlar. Məhkəmə tərəfi ndən dəvət edilmiş qanuni nümayəndə və vəkil, Məhkum barəsində çıxarılmış məhkəmə hökmündən apellyasiya şikayəti vermək barədə onunla danışmamışlar, onu dinləməmişlər, ona hüquqi yardım göstərməmişlər. Beləliklə yetkinlik yaşına çatmayan Məhkum hüquqları müdafiə olunmamış, ona dövlət büdcəsi hesabına göstərilən hüquqi yardım effektsiz olmuşdur. Tərbiyə Müəssisəsində cəza çəkən yetkinlik yaşına çatmayan Məhkum ilə sosialpsixoloji müsahibə apararkən və hüquqi yardım göstərilərkən məlum olmuşdur ki, o, barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermək hüququndan məlumatsız olmuşdur. Onun bu mühüm prosessual hüququnu qanunu nümayəndə və müdafiəçisi təmin etməmişlər. Kassasiya şikyətində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (103)1749/2022 saylı, xx.xx.2022-ci il tarixl qərar ını ləğv edilməsini, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin, 18 yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 saylı hökmündən apellyasiya şikayəti verməsi ilə bağlı prosessual müddətin ötürülməsini üzürlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şik ayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırma q hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbi kimi Məhkum yetkinlik yaşına çatmayan uşaq olduğunu, valideyn himayəsindən məhrum olduğunu və onun qanuni nümayəndəsi olmadığını, onun qanuni nümayəndəsi təyin edilmiş Nəsimi rayon İcra Hakimiyyəti yanında Qəyumluq və Himayəçilik Komissiyasının nüma yəndəsinin və dövlət hesabına təyin edilmiş müdafiəçinin yetkinlik yaşına çatmayan şəxsin məhkəməyə müraciət hüququnu müdafiə etmədiklərini və onun barəsində çıxarılan hökmdən apellyasiya şikayəti vermək vəzifələri yerinə yetirmədiklərini qeyd edərək, hökmdən apellyasiya şikayəti vermə müddətini üzürlü səbəbdən ötürdüyünü göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət təqibi üzrə istintaq və məhkəmə araşdırılması zamanı qanuni nümayəndə və vəkillə təmin edilmişdir, həmçinin hökmün surəti onlara vaxtında verilmişdir. Eyni zamanda, həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində işə baxılarkən onun Cinayət Prosessual Məcəlləsinin 91ci maddəsində nəzərdə tutulan hüquqları müdafiəçisinin iştirakı ilə izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 saylı hökmü elan olunarkən Məhkum, onun qanuni nümayəndəsi və vəkili məhkəmə zalında olaraq elanı dinləmiş, məhkəmdə ona hökmün elan olunmasından sonra 20 gün ərzində apellyasiya şikayəti verməli olduğu qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakları ilə izah edilmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(101)-292/2022 saylı hökmünün surəti Məhkum 27 yanvar 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə rəsmi qaydada təqdim olunmuş, lakin onun müdafiəçisinin hökmün verildiyi tarixdən apellyasiya şikayətini verdiyi 06 iyul 2022-ci il tarixə kimi keçən 05 (beş) aydan artıq müddət ərzində Məhkum və onun müdafiəçisi tərəfindən həmin hökmdən apellyasiya şikay əti verilməmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməkdə haqlı olduğunu qeyd etmiş və hesab etmişdir ki, apellyasiya şikayətini vermə müddətinin üzürlü olması barədə apellyasiya şikayətinin dəlilləri, həmçinin Məhkum və onun müdafiəçisinin Apellyasiya məhkəməsində göstərdiyi dəlilləri, apellyasiya şikayəti verilməsi üçün buraxılmış 05 (beş) aydan artıq müddətin üzürlü sayılması üçün əsas deyildir. Belə ki, keçən müddət ərzində Məhkum müdafiəçisinin iş üzrə məhkəmə hökmündən apellyasiya şikayəti verməməsi üzürlü səbəb kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə müla hizələri əsaslı və inandırıcı deyil. Məhkum müdafiəçisi buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Məhkum apellyasiya şikayəti tərtib edə bilmədiyi halda onun hüquqlarını müdafiə edən müdafiəçinin hüquqi yardımından istifadə edə bilərdi. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Müdafiəçinin kassasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikay ət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhk əmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məh kəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət mə hdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X9rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah o lunmaması, hökmün və ya məhkəmənin qərarının surətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. Lakin məhkəmə kollegiyası nə iş materiallarında nə də məhkumun müdafiəçisinin vəsatətində qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən etmədi. Bakı Apellyasiya Məhkəməsi haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin Məhkum hökmün surətini aldığı tarixdən müdafiəçisinin vəsatətlə müraciət olunan vaxta kimi keçmiş 05 (beş) aydan artıq müddət ərzində apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü səbəb kimi qəbul etməmiş və müddətin bərpa edilm əsi barədə vəsatəti təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmündən apellyasiya şikayətini n verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-455/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-455/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver