Məhkəmə qərarları › İş №1(102)-455/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-455/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-455/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Ələkbərov Əyyub Əsgər oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-47 2/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 15 iyun 1964-cü il tarixdə Türkiyə Respublikasının Antakya şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, x1 ünvanında qeydiyyatda olan və müvəqqəti olaraq ünvan 1 ünvanında yerləşən “Nur Əsma” oteldə qeydiyyatda olmaqla yaşayır. 2. 20 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 oktyabr 2022-ci il tarixdə Gəncə Ağır Ci nayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xeyli miqdarda müxtəlif metal tərkibli malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə ümumilikdə 15 ədəd polietilen bağlamada qablaşdırılmış xeyli miqdarda – 176990 manat dəyərində müxtəlif metal tərkibli malları, yəni 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumi dəyəri 4000 manat, çəkisi 15,23 qram təşkil edən 4 ədəd qızıl sikkəni, 1 ədədinin qiyməti 200 manat olmaqla ümumi dəyəri 4000 manat təşkil edən 20 ədəd gümüş sikkəni, 1 ədədi nin qiyməti 30 manat olmaqla ümumi dəyəri 540 manat təşkil edən, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 18 ədəd şamdan simvollu klonu, 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 22 ədəd xaç klonu, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən mis, qurğuşun, sink əsaslı ərintilərdən hazırlanmış 5 ədəd cap şrift predmetini, 1 ədədinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 60 manat təşkil edən, mis, qurğuşun, sink, alüminium əsaslı ərintilərdən hazırlanmış 4 ədəd çoxbucaqlı cap predmetini, qiyməti 30 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd səkkizbucaqlı cap predmetini, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 5600 manat təşkil edən mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 280 ədəd yastı dördbucaqlı cap predmetini, 1 ədədinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 162000 manat təşkil edən 10800 ədəd müxtəlif metallardan – mis, qurğuşun, qalay, sink əsaslı ərintilərdən hazırlanmış sikkələri Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Food City” adlanan bazara aparıb orada satmaq üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qeyd edilən bağlamalardan 05 ədədini idarə etdiyi “Mercedes-Benz” markalı,...... dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının ön alın hissəsində şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulmuş orta sandıqçanın içərisində, 2 ədədini sürücü oturacağının alt hissəsində, 4 ədədini qoşqusunun sağ yan tərəfindəki ərza q saxlanılması üçün nəzərdə tutulmuş sandıqçanın içərisində, qalan 4 ədədini isə qoşqusunun sol yan tərəfindəki ehtiyat hissələrinin saxlanılması üçün nəzərdə tutulmuş sandıqçanın içərisində yerləşdirirək gizlətmiş, 26 may 2022-ci il tarixdə, saat 12:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə gömrük nəzarəti zamanı qeyd edilən 176990 manat dəyərində xeyli miqdarda mallar aşkar edilərək götürülmüşdür.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-99/2023 nömrəli, 31 avqust 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubli kası CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra onun Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılması, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və aşkar edilərək götürülmüş 176990 manat dəyərində malların dövlət nəfinə alınması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəaların hökmdən xaric edilməsini və təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-472/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-99/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, Məhkum tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və məhkumun şəxsiy yətini nəzərə almadan cəza təyin etməklə məhkəmələr Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuşlar. Bu səbəbdən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-472/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının pr edmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hü quqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əla qələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlər əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-472/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müdd əaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini bilavasitə tənzimləyən Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində isə təsbit olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

21. Həmin Məcəllənin 62.2-ci maddəsi ilə müəyyən edilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

22. Kassasiya protestindən aydın olur ki, kassasiya protestinin müəllifi Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az miqdarda cərimə cəzasına məhkum edilməsinin əsassızlığını, cəzanın təqsirkarın törətdiyi cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmamasında, eləcə də cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasında görür.

23. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində cinayət törətmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqini yalnız törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı etməmişdir.

24. Məhkəmə kollegiyasının fikrincə cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara cəzanın məhz ittiham edildiyi cinayət-hüquqi normaların san ksiyaları daxilində təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilməsi ədalət prinsipinə (Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi), cəzanın təyin edilməsinin ümumi əsaslarına (Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsi) zidd yanaşma olardı.

25. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqələndirilən dəlillərlə razılaşmır.

26. Cəzanı yüngülləşdirən halların düzgün olmayaraq nəzərə alınması və müstəsna hallar kimi qiymətləndirilməsi barədə kassasiya protestinin dəlillərinə gəldikdə, kollegiya bu dəlillərlə də razılaşmaq üçün əsas görmür ona görə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi məhkəmənin mülahiz əsinə görə Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir.

27. Baxılan işdə məhkəmələr Məhkum ilk dəfə cinayət törətməsini və əməlindən səmimi peşman olmasını, yaşını, şəxsiyyətini səciyyələndirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu, cinayətin predmeti olmuş müxtəlif metal tərkibli malların dövlət nəfinə alınmasını, xüsusilə də ailəsinin vəziyyətini, yəni Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində Hatay şəhərində yerləşən yaşadığı evin zəlzələdən dağılmasını, nəticədə qohumlarının həyatını itirməsini, ailə üzvlərinin çadır qəsəbəsində yaşamasını, qeyd edilənlər lə yanaşı cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, sadalanan cəzasını yüngülləşdirən halların məcmusunun Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas verməsi barədə nəticəyə gəlmişlər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin müəllifi məhkum “Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq edərkən Türkiyə Respublikasının Hatay şəhərində baş vermiş zəlzələ nəticəsində ailəsinin zərər görməsini, evinin zəlzələdən dağılmasını, ailəsinin hal-hazırda çadır kəndində yaşamasını, zəlzələ nəticəsində qohumlarının həyatını itirməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə” almasını səhv nəticə kimi qiymətləndirib kassasiya instansiyasına müraciət edilməsi üçün əsas kimi göstərsə də, başda ölkə Prezidenti olmaqla bütün Azərbaycan xalqının yardım etdiyi, dəhşətli zəlzələ nəticəsində minlərlə insan həyatı və milyardlarla maddi itki verən Türkiyə Respublikasının vətəndaşı olan, cinayət törətsə də, qohumlarının vəfat etdiyi, ailəsinin isə evsiz qaldığı şəxs barəsində məhkum edildiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin edən məhkəmələrin bu halı nəzərə alarkən hansı nöqsana yol verdiyini açıqlamamışdır.

29. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, məhkəmələr Məhkum cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı, həmçinin onun Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirərkən idarə etdiyi avtomobildə aşkar edilərək götürülmüş 176990 manat dəyərində malların dövlət nəfinə alınmasını qərara almışlar.

30. Yuxarıda təsvir edilənlər, cəzanın növünü və miqdarını müəyyən edərkən nəzərə alınan halların ayrı-ayrı və məcmu formada mövcud olmasına dair məhkəmələrin gəldiyi nəticələrin məzmun etibarı ilə həmin nəticələrlə uzlaşan, yolverilənliyi nə birinci, nə də ki apellyasiya instansiyası məhkəmələrində təkzib edilməyən sübutlara əsaslanmasını təsdiq etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 139.0.5, eləcə də həmin Məcəllənin 143146-cı maddələrinin tələblərinin pozuntularına yol verilməmişdir.

31. Qeyd olunanlar onu deməyə əsas verir ki, Məhkum Аzərbаycаn Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını n aşağı həddindən də az miqdarda cərimə cəzası vasitəsi ilə islah oluna biləcəyinə dair qənaətə gəlməsi mümkün olduğundan, həmin maddə ilə məhkəmələrin ona təyin etdiyi 2000 (iki min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CMnin 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (Azərbaycan Respublikası CM-nin 41-ci maddəsi), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutuna dair Аzərbаycаn Respublikası CM-nin 62-ci maddəsinin müddəalarına, Cinayət Məcəlləsinin ümumi prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (Azərbaycan Respublikası CM-nin 7-ci maddə), ədalət (Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi) və humanizm (Azərbaycan Respublikası CM-nin 9cu maddəsi) məqsədlər inə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz.

32. Bu səbəblərdən kollegiya baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən halı müəyyən etmir və kassasiya protestinin təmin edilməməsi barədə nəticəyə gəlir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-472/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təm in edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-472/2023 nömrəli, 30 avqust 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar