Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-455/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 iyul tarixli, 1(105)-430/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 2 may tarixli, 1(124)-31/2024 nömrəli hökmü ilə (X3 (sədrlik edən və məruzəçi), Aynur Rzayeva və Hafiz Əliyevdən ibarət tərkibdə), 25 avqust 1991 -ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazı rda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tam toplanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin müddəaları nəzərə alınıb tam çıxılaraq üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 2022-ci il 24 mart tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Döv lət ittihamçısı2 apellyasiya protesti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Rəşadət Ağayevdən ibarət tərkibdə) 2024-cü il 30 iyul tarixli, 1(105)-430/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkərək 24 mart 2022-ci il tarixdə saat 18 radələrində telefon vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin bank hesabına 70 (yetmiş) ma nat məbləğində pul ödəməklə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün sifariş etdikdən sonra, həmin naməlum şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi, H.Arif küçəsində qoyduğu, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxil edilmiş 01 ədəd sellofan bükümdə 4,373 qram çəkidə şəxsi istehlak miqdarından artıq - külli miqdarda narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə 4,706 qram çəkidə şəxsi istehlak miqdarından artıq - külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və həmin gün saat 22:10 radələrində Abşeron rayon polis idarəsini n Cinayət-axtarış şöbəsinin əməkdaşlarının həmin ərazidə xidmət aparmaları zamanı oğurluqla bağlı özünü şübhəli aparan Məhkum təsadüfən həmin ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı 4,373 qram çəkidə narkotik vasitə heroin və 4,706 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 24 mart 2022-ci il tarixli protokolda n görünür ki, şübhəli şəxs Müdafiəçi2 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı ağ rəngli sellofan bükümün içərisindəki bir ədəd ağ-narıncı rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd şəffaf rəngli sellofana bükümdə narkotik vasitə heroinə bənzər kütlə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan başqa, iş materiallarında Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş və imzası ilə təsdiq edilmiş 24 mart 2022-ci il tarixli raport və “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar vardır. Həmin raport və qərara əsasən Məhkum narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları mövcud o lmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2022-ci il tarixli, 6/1641 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №56 dairəvi möhür əksi olan, “Məhkum üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,373 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,706 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum üzərində aşkar edilmiş psixiatrop maddə olan metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi barədə hüquq mühafizə orqanlarında-Abşeron rayon Polis İdarəsinin əməliyyat aparatında əvvəlcədən əməliyyat məlumatı olmuş və realizə edilən əməliyyat tədbiri zamanı məlumat öz təsdiqini tapmaqla təqsirləndirilən şəxs Məhkum ifşa edilərək tutulmuşdur. Məhkum üzərində aşkar edilmiş və daşıdığı psixiatrop maddə olan metamfetaminin və narkotik vasitə heroinin alqı-satqısı ilə məşğul olması yuxarıda təsvir edilən sübutlarla yanaşı aşağıdakı qaydada da sübuta yetirilmişdir. Belə ki, işin hallarından görünür ki, Məhkum üzərindən 1 ədəd sellofan bükümdə 4,373 qram çəkidə şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş həddən 20 dəfə çox, külli miqdar üçün müəyyən edilmiş edilmiş hədddən isə 2 dəfədən çox külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə 4,706 qram çəkid ə şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş hədddən 40 dəfə çox, külli miqdar üçün müəyyən edilmiş həddən isə 2 dəfədən çox külli miqdar psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Məhkum üzərindən realizə edilməsi üçün nəzərdə tutulan təxminən eyni çəkilərdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilmişdir. Qeyd edilən hallar Məhkum üzərindən aşkar edilmiş psixatrop maddə olan memamfetaminin və narkotik vasitə heroinin şəxsi istehlak məqsədi ilə deyil, şəxsi məqsədi üçün yaymaqda ifadə olunan satış məqsədi ilə həyata keçirməsinə dəlalət edir. Həmçinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum heç bir yerdə işləməmiş, müstəqil qazancı və ailəni dolandırmaq üçün kifayət qədər gəliri ol mamışdır. Məhkəmə bu xüsusatlara da tənqidi yanaşmamış, sübutlar bir-biri ilə müqayisə etməyərək təhlil etməmiş, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, narkotik vasitələri yaymaqla əhalinin sağlamlığının təhlükəsizliyinin təmin edən ictimai münasibətlərə xələl gətirən Müdafiəçi2 əməlini narkotik vasitəni satış məqsədi olmadan əldə etməklə daşıması və saxlaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 30 iyul tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını Müdafiəçi2 CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 30 iyul tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Müdafiəçi2 kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya k assasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.5-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərin i də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bu nunla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə ko llegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkumun əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsi nə tövsif edərkən məhkəmə tərkibi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkumun üzərində aşkar edilən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən ittiham tərəfinin heç bir mötəbər sübutu mövcud deyil. Həqiqətin də, cinayət işinin materiallarında məhkum Müdafiəçi2 narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini, daşımasını inandırıcı şəkildə təsdiq edə biləcək mötəbər sübut mövcud deyil. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyin ə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair mat eriallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həll i üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; s übutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 35 2 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq q anunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir. Məh kəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən hal kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini kassasiya protestinin dəlilləri əsasında şübhə altına almaq üçün əsas müəyyən edilmir. Bununla barəbər məhkəmə kollegiyası qeyd edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya instansiyası məhkəmə CM-in 66.5 və 69.3-cü maddələrini tətbiq edərkən məhkumun ziyanına yanlışlığa yol vermişlər. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cui il tarixli hökmündən görünür ki, həmin hökmlə Müdafiəçi2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni xx.xx.2022-ci ildən hesablanmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Müdafiəçi2 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tam toplanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin müddəaları nəzərə alınıb tam çıxılaraq üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 2022-ci il 24 mart tarixdən hesablanması hökm edilmişdir. Göründüyü kimi, sonuncu hökmdə məhkuma iki hökmlə təyin edilmiş cəzalar düzgün olaraq, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndinin 2-ci abzasının tələblərinə uyğun təyin edilsə də, lakin hökmdə CM-in 69.3cü maddəsinə istinad edilməsinə baxmayaraq, həmin maddənin tələblərinə əməl edilməmiş, məhkumun 1-ci hökm üzrə 2 gün həbsdə saxlandığı müddət qəti cəzadan çıxılmamışdır. Halbuki, şəxsə CM-in 66.5-ci maddəsi ilə cəza təyin edilərkən, CM-in 66.2 və 66.3-cü maddələri ilə cəza təyin edilmə prinsip və qaydaları əsas götürülməli, hər bir maddə ilə təyin edilmiş cəzalar əhatə olund uqdan, qismən və tam toplandıqdan sonra, son qəti cəzadan CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq şəxsin istintaq zamanı həbsdə saxlandığı müddət çıxılmalı, bu qaydada çıxılma həyata keçirilərkən eyni müddətin təkrar nəzərə alınmasından çəkinmək lazımdır. Məhkəmə kollegiyası qeyd edilən məsələni araşdırarkən CPM-in 419.1-ci maddasinin kassasiya instansiyası məhkəməsinə verdiyi səlahiyyətlərdən istifadə edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçının kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tu tub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 2 may tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 iyul tarixli, 1(105)-430/2024 nömrəli qərarı Məhkum təyin edilmiş cəzanın hesaba alınması hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə qəti cəzadan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 24 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-455/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-455/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver