Məhkəmə qərarları › İş №1(102)-456/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-456/2019

05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-456/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)456/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxsin nümayəndəsi Babaşov Fuad Bəhruz oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs Tağıyeva Səhərgül Əli qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) xx xxxxxxx 1962-ci ildə Qazax rayonu, Oraq-Çəkic kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyatda olan və yaşayanTəqsirləndirilən şəxs, Azərbaycan Re spublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 25 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs Tağıyeva Səhərgül Əli qızı kassasiya şikayəti verərək məhkuma ağır cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2017-ci il tarixdə, saat 20:00 radələrində ünvan 1 ünvanda yerləşən kirayə yaşadığı evdə X1 olan 1.950 manat pul borcunu qaytarmaması səbəbindən onunla aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı X1 baş və kürək nahiyələrindən yumruqla, sağ baldırla sol ayağının topuq nahiyələrindən isə təpiklə bir neçə dəfə qəsdən vuraraq, ona başın ənsə nahiyəsinin qançırı, sağ kürək nahiyəsinin qançırı, sağ baldırın ön səthinin qançırı, sol aşıq-topuq oynağının hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsa slandırmışdır ki, təqsirləndirilən şəxsə təyin edilən cəza yüngüldür, cəzanın məqsədinin təmin edilməsinə və şəxsin islah edilməsi üçün yetərli deyil. Buna görə də, təqsirləndirilən şəxsə CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ağır cəzanın son həddi tətbiq edilməklə həmin şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, ümumiyyətlə isə ibtidai araşdırma orqanı tərəfindən işin halları məqsədli şəkildə təhrif olunmuş, onun döyülməsində Təqsirləndirilən şəxs həyat yoldaşı və övladı da iştirak etməsinə baxmayaraq, onlar məsuliyyətə cəlb olunmamışlar. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, məhkumun törətdiyi əməlin əlavə olaraq CM-in 134, 178.2.1 və 221.2.1-ci maddələri ilə də tövs if edilərək cinayətlərin məcmusu qaydasında həmin şəxsə yekun cəza təyin edilməsi, onu nalayiq sözlərlə təhqir edərək xəsarət yetirmiş və qərəzli xuliqanlıq hərəkətləri törətmiş, ibtidai istintaq və məhkəmədə şahid qismində dindirilməklə yalan ifadələr vermiş təqsirləndirilən şəxsin arvadı X1 CM-in 128, 221.2.1 və 297.1, qızı Bənövşənin törətdikləri əməllərin CM-in 128, 221.2.1, təqsirləndirilən şəxsin oğlu Amil Süleymanovun əməlinin isə CM-nin 178.2.1-ci maddəsi ilə tövsif edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilərək barələrində ibtidai istintaq aparılmaları üçün hazırki cinayət işinin yenidən ibtidai istintaq orqanına qaytarılması, cinayət işinin ibtidai istintaqını və məhkəmə istintaqını, habelə apellyasiya qaydasında məhkəmə baxışını apararkən kobud qanun pozuntularına yol v ermiş Binəqədi RPİ-nin müstəntiqi Pünhan Əbilov, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfin dən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəyini, istintaqda toplanmış sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli h üquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilmişdir. Kassasiya şikayətinin dəlillərindən biri məhkumun törətdiyi əməlin əlavə olaraq CMin 134, 178.2.1 və 221.2.1-ci maddələri ilə də tövsif edilərək cinayətlərin məcmusu qaydasında həmin şəxsə yekun cəza təyin edilməli olması barədədir. Bu dəlillərin əsassızlığı və qanunun tələbinə uyğun olmaması aşağıdakılarla təsdiq edilir. Cinayət işinin materiallarından görünür ki, 14 sentyabr 2017-ci il tarixdə müstəntiqin qərarı əsasında X7 və X1 barəsində CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həyat yoldaşı və qızına qarşı məhkəmədə ittiham irəli sürülməmiş, iş üzrə onların cinayət törətməsi halı öz təsdiqini tapmadığına görə barələrində cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Belə olan halda, onlara qarşı məhkəməyə ittiham verilmədiyindən həmin şəxslərin cinayət təqibinin həyata keçirilməsi məsələsi hazırki iş üzrə məhkəmə baxışının predmeti deyil. Bundan başqa, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən 14 sentyabr 2017-ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq cinayət əməlinin və ya öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayət əməlinin olması öz təsdiqini tapmadığından, onun barəsində CM-nin 221.1 və 134-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət pr osesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Həmin prosessual hüquq normasının tələbinə əsasən müstəntiqin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarının məhkəmə üçün preyudisial əhəmiyyəti vardır. Digər tərəfdən, zərər çəkmiş şəxsin Azərbaycan Respublikası CPM-nin 212.3 və 449.3-cü maddələrinə əsasən cinayət təqibini həyata keçirən orqanın “X7 və X1 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar”ından, eləcə də “Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 221.1 və 134-cü maddələri ilə cinayət işin, başlanmasının rədd edilməsi haqqında qərar”ından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət vermək hüququ olmuşdur. Lakin, zərərçəkmiş şəxsin bu hüququndan istifadə etməsi iş materiallarından görünmür. Cinayət işinin materiallarında olan protokoldan (i.v. 127) görünür ki, zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Tağıyeva Səhərgül Əli qızı cinayət işi üzrə Təqsirləndirilən şəxs ondan borc olaraq aldığı pulu qaytarmayacağı təqdirdə heç bir sənədi imzalamayacaq, və istintaqın qurtarması ilə bağlı vəsatət və ya şikayət verməyəcəkdir. Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi vəsatətin təmin edilmədən rədd edilməsi haqqında 25 sentyabr 2017-ci il tarixli qərarın dan görünür ki, zərərçəkmiş Səhərgül Tağıyevanın Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə istintaqın qurtarmasının ona elan edilməsinə baxmayaraq bu barədə tərtib olunmuş protokolu imza etməməsi vəsatət kimi qəbul edilərək hüquqi qiymət verilmiş, Təqsirləndirilən şəxs və onun oğlu X14 Səhərgül Əli qızı, X9, X11, X3 aldıqları pulları onlara həmi pulun müqabilində hər hansı bir xidmət göstərməyi vəd etmədən borc olaraq aldıqları üçün və hamin borcla bağlı mübahisənin hazırda istintaqı yekunlaşdırılmış ********* saylı cinayət işinin tam hər tərəfli və obyektiv olaraq araşdırılıb istintaqının qurtarmasına heç bir maneçilik törətmədiyi üçün Səhərgül Tağıyevanın istintaqın qurtarması barədə sənədləri imza etməyərək təqsiləndirilən şəxs Tə qsirləndirilən şəxs ona olan pul borcunu ödəməsini bildirməsi vəsatət kimi qəbul edilib əsassız olduğundan rədd edilmişdir. Bundan başqa Binəqədi rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli protokolundan görünür ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət təmin edilməmişdir. CPM-nin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıx artmaq hüququna malikdir. Bu qanunun mənasına görə məhkəmə müstəqil olaraq təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifini CM-nin daha ağır maddəsinə dəyişə bilməz, lakin daha yüngül maddəyə dəyişə bilər və ya irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbər liyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli sürülərsə, məhkəmə baxışı məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göstərilən qanunun mənasına görə cinayət işinə birinci instansiyası məhkəməsində baxılan mərhələdə təqsirləndirilən şəxsin cinayət əməlinin CM-nin daha ağır maddəsinə tövs if edilməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə zərər çəkmiş şəxsin vəsatət qaldırmaq hüququ vardır. Lakin cinayət işinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılarkən zərərçəkmiş şəxs belə bir vəsatət qaldırmamışdır. Cinayət işinə apellyasiya baxışı mərhələsində baxılarkən isə qanunla zərər çəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı vəsatət vermək hüququ müəyyən edilməmişdir. Yəni, CPM-nin 391.8-1-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Re spublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Bu qanunun məzmunundan müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifinin CM-nin daha ağır maddəsinə dəyişdirilməsi barədə zərər çəkmiş şəxsə vəsatət vermək hüququ müəyyən edilməmişdir. Təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı kassasiya şikayətinin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmi ş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasınıonun cəzasını yün gülləşdirən hallar kimi nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona qanunda nəzərdə tutulmuş hədlər daxilində islah işləri cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təy in edilmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində cinayət işinin ibtidai istintaqını və məhkəmə istintaqını, habelə apellyasiya qaydasında məhkəmə baxışını apararkən kobud qanun pozuntularına yol vermiş Binəqədi RPİ-nin müstəntiqi Pünhan Əbilov, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 419.14.-cü maddəsinə əsasən kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya ap ellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Məhkəmə Kollegiyası qeyd olunan şəxslərin barələrində xüsusi qərar çıxarılmasına əsas verən qanunda nəzərdə tutulmuş hallar müəyyən etmədiyindən xüsusi qərar çıxarmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslarardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 qızının kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxs1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar