Məhkəmə qərarları › İş №1(102)-456/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-456/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-456/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi Alışov Adil Məcid oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Namiq Bayram oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1986-cı ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyə n, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 21 noyabr 2020-ci il tarixdə saat 19.30 radələrində Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində və sürücülük hüququ olmadan idarə edib, Bərdə -Tərtər avtomobil yolunun Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən 2-ci kilometrliyi ilə Tərtər şəhər istiqamətində hər əkətdə olarkən, “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsininn 1-ci bəndinin tələblərini cinayətkarcasına özünəgüvənib ehtiyatsızlıq edib pozaraq,yəni nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilomoteridən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, saatda 140-150 kilometr saat sürətilə hərəkət etdirərək, avtomobilinin idarəetməsini itirdiyindən, həmin ərəfədə Zərərçəkmiş şəxs4 məxsus olan və X1 hüququ əsasında Tərtər rayon istiqamətindən Bərdə rayon istiqamətində idarə edib hərəkətdə olduğu VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxara raq, “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda və öz hərəkəti ilə digər hərəkət iştirakçısına onların nəqliyyat vasitəsinə və başqa əmlakına zərər vurmamalı, hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobilin hərəkət təhlükəsizliyini təmin edə biləcək sürətlə idarə etməli, həmin qanunun 69.7.1-ci maddəsinin tələbinə əsasən 1.1 üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır yol nişanının tələbini pozmamalı, avtomobili qarşı əks zolağa çıxarmamalı və hərəkət üçün təhlükəsiz şərait yaratmalı olduğu halda qanunun həmin tələblərini cinayətkarcasına özünəgüvənib ehtiyatsızlıq edib pozaraq, yəni bu tərzdə manevri ilə qarşıdan əks zolaqdan X1un idarə etdiyi VAZ- 21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmasına baxmayaraq,idarə etdiyi avtomobillə toqquşdurmayacağını X1un idarə etdiyi avtomobilin qarşısından təhlükəsiz ötüb keçib gedəcəyini özünəgüvənib ehtiyatsızlıq edərək, həmin tərzdə avtomobili idarə etdiyindən, avtomobilini həmin əsasda əks zolağa çıxarmaqla, sonuncu avtomobilin hərəkət istiqaməti əsas götürüldükdə yolun sağ hərəkət hissəsinin başlanğıcından yolun soluna doğru 4,3 metrlik məsafə həddində avtomobillərin toqqumalarına səbəbkarolmuş, nəticədə idarə etdiyi və vət. Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin əzilməsi səbəbindən avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 3384 ma nat və Vaz-21013 markalı 10- CV- 238 dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin əzilib və avtomobilin toqquşma təsirindən yanmaya məruz qalması səbəbindən avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 cəmi 4 min manat və avtomobili idarə etmiş X20 məxsus olub və sonuncu tərəfindən hadisə ərəfəsində avtomobilin qabaq sol oturacağının sağ tərəfdən alt hissəsinə qoyub saxladığı cəmi 14400 manat məbləğində Azərbaycan Respublikasının 100 manatlıq pul əskinasları yanaraq məhv olmaqla sonuncuya da maddi ziyan vurmuş, hadisə nəticəsində Vaz21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilidə sərnişin qismində olmuş avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 sağ bud sümüyü burmalarından keçən və aşağı 3\1-nin parçalı sınığı, sol əlin əl barmaqlarının arxa səthinin İİİ B-İV dərəcəli, bütün üz, boyun, hər iki qulaq nahiyələrinin yanıq yaraları isə yüksək hərarətin - alovun təsirindən əmələ gəlməklə dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuş və idarə etdiyi VAZ- 21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs2 İsrayıl oğluna sol dirsək sümüyünün çıxıntısının yerdəyişmiş sınığı, sol almacıq nahiyəsinin, sol baldırın aşağı 3\1 nin ön səthinin, sol dirsək oynağının və saidin yuxarı 3\1- nin arxa səthinin, sağ budun orta yuxarı 3\1-nin bayır səthinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmuş, Zərərçəkmiş şəxs3 sol xarici qulaq seyvanı və qulaqarxa sı nahiyənin əzilmiş- cırılmış yarası, qulaq qığırdağının sınması, Vİ boyun fəqərəsi cisminin V fəqərə cisminə olan nisbətdə arxaya doğru natamam çıxığı (sürüşməsi) ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər zərər vurmuş, avtomobilində qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş X21 başın ənsə nahiyəsinin qançırı, İ-İİ-İİİ boyun fəqərə arası bağların cırılması, İ-İİ-İİİ boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma, sol əng, çənə sümüklərinin sınıqları sol diz oynağı, sağ diz oynağı, sağ əl, sol əl nahiyələrinin sıyrıqları ilə müşayət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş, sonuncu İ-İİ-İİİ boyun fəqərarası bağın cırılması, İ-İİ-İİİ boyun fəqərələrinin sınığı, onurğa beyin qişasına və toxumasına qansızma ilə müşayət olunan boyunun küt travması səbəbindən hadisə yerində ölmüş və avtomobilinin toqquşduğu VAZ-21013 markalı avtomobilin sürücüsü X31 kəskin qanitirmə ilə müşayət olunan ağciyərlərin və qaraciyərin əzilmiş- cırılmış yaraları, qabırqaların çoxsaylı sınıqları, bağırsaq divarlarına və bağırsaq müsariqəsinə qansızma, sağ bud və sağ baldır sümüklərinin qəlpəli sınıqları ilə nəticələnən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş, sonuncu döş qəfəsinin küt travması nəticəsində qabırğaların sınıqları ilə ağciyərin və qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən hadisə yerində ölməklə, iki şəxsin hadisə yerində ölməsi ilə nəticələ nən ağır yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum və müdafiəçisi Həsənov Namiq Bayram oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 14 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi N.B.Həsənov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikay ətinin dəlilləri: İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, Məhkum cinayət təqibi zamanı verdiyi ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi N.B.Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-nin 263-1.4-cü maddəsi ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum həmin maddə ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəs ində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. İşin hallarını mübahisələndirən müdafiəçi bildirir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, 21/189R nömrəli Ekspert Rəyindən görünür ki, VAZ- 21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 06 (altı) ədəd tampon üzərində olan qanabənzər maddələr insan qanıdır. VAZ21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön şüşəsindən götürülmüş 01 ədəd tampon və sağ qabaq oturacağın altından götürülmüş 01 ədəd tampon üzərində olan qan nümünələri Məhkum məxsusdur. İşdən göründüyü kimi, qeyd edilən ekspert rəyləri biri-biri ilə üst-üstə düşmür, həmçinin də ziddiyətli ol maqla yanaşı anlaşılan da deyil. Hər iki ekspert rəyini müqaisəli şəkildə təhlil edərək müdafiə tərəfi hesab edir ki, VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili Məhkum idarə etməmişdir. Belə ki, sözügedən avtomobilin sağ ön şüşəsindən götürülmüş qan nümunəsinin ona məxsus olması sübut edir ki, o, hadisə zamanı avtomobilin sağ yan oturacağında əyləşə bilərdi. Belə ki, yol-nəqliyyat hadisələri ilə bağlı aparılmış tədqiqatlara və təcrübəyə əsasən toqquşma zamanı sükan arxasında olan şəxsin, yəni sürücünün başının avtomobilin ön şüşəsinə dəymə ehtimalı ümumiyyətlə olmur. Qabaq sağ yan orucaqda oturan şəxsin isə qəza anında başının avtomobilin ön şüşəsinə dəyməsi halları təhlükəsizlik kəmərindən istifadə edilmədikdə qaçılmaz olur. Bundan başqa, avtomobilin sağ qabaq oturaca ğın altından götürülmüş qan nümunələrinin Məhkum məxsus olması faktı ona əsas verir ki, Məhkum avtomobilin sükanı arxasında deyil, qabaq sağ oturacaqda sərnişin qismində olmuşdur. Müdafiəçinin fikrincə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən həmin qərar ləğv edilməli və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul olunmalıdır. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəx s2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxslərin hüquqi varisləri X34, X16, habelə müdafiəçi N.B.Həsənov naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə yuxarıda adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin ol maması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi N.B.Həsənovun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasi ya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm v ə ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin no rmalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konsti tusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumlikdə dövlətin və cəmiyyətin cnayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci m addəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllə nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutu lmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid b iri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab e dərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma və məhkəmə iclasında verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin apar ılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində və sürücülük hüququ olmadan idarə edib, iki şəxsin hadisə yerində ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmi şdir. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Əvvəla kassasiya şikayətində mübahisələndirilməsinə və Məhkum işə məhkəmə baxışı iclasında özünü təqsirli bilməyərək hadisə zamanı VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili o, deyil, X17 idarə etməsini göstərməsinə baxmayaraq, bu hal onun özünün müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi ifadələrlə təkzib olunur və həmin ifadələrində o, etiraf etmişdir ki, hadisə baş verməzdən əvvəl yuxarıda qeyd edilən avtomaşını özü idarə etmiş, X17 isə qabaq sağ oturcaqda əyləşmişdir. Yolda o, ida rəetməni itirmiş və idarə etdiyi avtomaşın yolun qarşı istiqamətdə hərəkət zolağına çıxaraq həmin istiaqmətdə gələn digər avtomaşınla toqquşmuş, nəticə də həmin avtomaşının sürücüsü və X17 hadisə yerində ölmüşlər. 21 noyabr 2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən Bərdə-Tərtər avtomobil yolunun 2-ci km- də baş verdiyi, hadisədən əvvəl VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 idarə etdiyi avtomobillə Tərtər istiqamətindən Bərdə şəhər istiqamətinə, VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum Bərdə şəhər istiqamətindən Tərtər istiqamətinə hərəkətdə olarkən, həmin yol-nəqliyyat hadisəsin in baş verdiyi, hadisə ərəfəsində sürücü Məhkum avtomobilin idarə etməsini itirib, öz yolundan qarşı əks zolağa, yəni X15 idarə etdiyi VAZ- 21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna heç bir tormoz vermədən çıxarmaqla hərəkətdə olması nəticəsində avtomobillər toqquşmuşlar. “VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında” 22 noyabr 2020-ci il tarixli protokoldan göründüyü kimi, həmin avtomobil qırmızı rəngdə olub, avtomobilin VAZ- 21013 markalı, 10-CV- 238 dövlət qeydiyyat nişanlı olmaqla, avtomobilin qabaq sol tərəfindən sağa doğru və ön hissəsinin əzilməyə məruz qaldığı, həmin əzilmənin qismən avtomobilin sağ tərəfinə doğru istiqamətlənməsi, sol tərəfə doğru isə əzilmənin daha çox olduğu və bu əsasda avtomobilin toqquşma ya məruz qaldığı müşahidə olunmuşdur. Avtomobil üzərində qeyd olunan həmin əzilmə əlamətlərinin avtomobillərin toqquşması nəticəsində meydana gəlməyə xarakterik olan əzilmə əlamətləri olması baxışda iştirak edən şəxslər tərəfindən də bildirilib protokolda qeyd olunması məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda avtomobilə baxış zamanı avtomobilin yanmaya məruz qaldığından bunu özündə əks etdirən yanıq əlamətlərinin, yəni yanma nəticəsində avtomobilin salonunda ön və arxa hissəsində, banı üzərində xarakterik yanıq izləri qaralmaqla, avtomobilin yanması nəticəsində qırmızı rəngi üzərində qaralamalar və həm də avtomobildə olan sintetik tərkibə məxsus olan hissələrin də yanaraq yanma nəticəsində əriməyə məruz qaldığı, avtomobilin qabaq və arxa alın şüşələrinin hadisə nəticəsində həm sınma ya və həm də yanma nəticəsində məhv oluduğu müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş “VAZ-21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında” 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, “VAZ- 21074” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin qara rəngdə olub, avtomobilin toqquşma nəticəsində ön hissəsinin əzilməyə məruz qaldığı və buna görə də içəriyə doğru batmış olduğu, eyni zamanda avtomobilin ön və arxa alın şüşəsinin sındığı müəyyən olunmuşdur.Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən olunmamışdır. Hazırki iş üzrə zərər çəkmiş şəxs qismində məhkəməyədək icraat zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Məhkum o, xx.xx.2020-ci il tarixdən, yəni yol-nəqliyyat ha disəsi baş verməzdən bir ay əvvəl tanımışdır. Mərhum X23 da hadisədən bir ay əvvəl onu Məhkumun yanında görüb tanımışdır. Zərərçəkmiş şəxs3 isə elə hadisə baş verən gündən tanııyır. VAZ- 21013 markalı avtomobilin sürücüsü olmuş mərhum X24 isə tanımamışdır. Ancaq X1un idarə etdiyi avtomobilin sahibi Zərərçəkmiş şəxs4 isə hardasa hadisədən 5-6 ay əvvəl olaraq tanıyır. Qeyd olunan şəxslərlə onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.Bildirir ki, xx.xx.2020- ci il tarixdə o, Tərtər rayonunun Sarıcalı kəndində uşaqlıqdan bir yerdə böyüdüyü məlum Qarabağ hadisələri ilə ələqədar şəhid olmuş X12 yas yerində olarkən, hadisədən təsirləndiyindən təxminən saat 15 radələrində öz evlərində spirtli içki qəbul etmişdir.Elə bundan sonra o, evdə olarkən, istəsə də yata bilməmişdir.O, elə təxminə n saat 17 radələrində evlərində olarkən, Məhkuma zəng vurub harada olmuş olduğunu soruşmuşdur. Məhkum də ona bildirmişdir ki, o, Tərtər şəhərində olan və bir qayda olaraq Tərtər kafesi deyilən yerdə olduğunu ona demişdir. O da həmin yerə getmişdir. Elə oraya çatanda Məhkumu kafedə görmüşdür.Onlar kafedə bir yerdə oturub çay içmişlər. Hardasa onlar 30-40 dəqiqə ərzində oturub çay içib söhbət etmişlər.O, elə Məhkumla öz şəxsi problemləri ilə bağlı söhbət etmişdir.Həmin vaxt təxminən saat 18 radələri olardı ki, X32 Məhkuma zəng vurub harada olduğunu və Bakı-Bərdə marşurutu ilə Bakıdan Tərtərə idarə etdiyi avtomobili ilə gəldiyini bildirmişdir. Elə həmin vaxt Məhkum ona demişdir ki, X17 də onların yanına gəlir özü də tut arağı gətirir. Bildirmişdir ki, elə yoldaşlı bir yerdə oturub çörək yeyib vaxt keçirərlər. Elə aradan bir az keçmişdir ki, X17la uzaqdan- uzağa tanıdığı Bərdə şəhərindən olan Zərərçəkmiş şəxs3 birlikdə gəlib kafeyə çıxmişlar.Onlar həmin Tərtər kafesində bir kupedə dördü də oturub çörək yeyib spirtli içki qəbul etmişlər.Bundan sonra uşaqlar hamısı bir qərara gəlmişlər ki, elə Məhkumun idarə etdiyi VAZ-21074 markalı qara rəngli avtomobillə Bərdə şəhərinə gəlsinlər. O, avtomobildə arxa oturacaqda Zərərçəkmiş şəxs2lə birlikdə oturmuşdur. O, həmin vaxt möhkəm içkili olduğundan kimin maşının hansı oturacağında oturduğunu və Məhkumun maşını necə idarə etdiyinə fikir verməmişdir. Ancaq hadisədən sonra bilmişdir ki, onlar Bərdə şəhərinə gəlib yenidən Tərtər rayonuna evlərinə qayıdarkən həmin yolun 2- ci km də onların maşını qarşıdan Tərtər istiqamətindən Bərdə şəhər ist iqamətinə hərəkətdə olmuş Zərərçəkmiş şəxs4ə məxsus və mərhum X1un idarə etdiyi VAZ-21013 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ- 21013 markalı avtomobilin yolunda olaraq toqquşmuşlar. Nəticədə o, Zərərçəkmiş şəxs3, Məhkum yol-nəqliyyat hadisəsi nəticəsində alımış olduğumuz xəsarətlərlə bağlı Bərdə MRX- na daxil olub müalicə olunmuşlar.Ancaq hadisə nəticəsində X32 elə hadisə yerindəcə ölmüşdür. Bununla bərabər onu da qeyd edir ki, avtomobillərin toqquşması nəticəsində VAZ-21013 markalı maşında yanğın baş vermiş və sürücü X1 yanaraq ölmüşdür. Maşının sahibi Zərərçəkmiş şəxs4 isə xəsarət aldığından o da onlarla bərabər Bərdə MRX- na daxil olmuşdur.Həmin hadisə bir yolnəqliyyat hadisəsidir ki, baş vermişdir. Analoji ifadələri həmçinin zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 da vermiş və göstərmişdir ki, hadisə baş verən gün VAZ- 21074 markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşını məhz sərxoş vəziyyətdə olan Məhkum idarə emişdir. İş materiallarında olan X8 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, hadisədən dərhal sonra avtomobilin sükanı arxasında Məhkum olmasını görmüş və onu avtomaşının sukanı arxasından dartıb sağ tərəfdən çıxartmışdır, çünki həmin vaxt qabaq sağ qapı toqquşma nəticəsində bərk əzildiyindən onu açmaq mümkün olmamışdır. Məkəmə kollegiyası hesab edir ki, X8un ərizəsində qeyd etdiyi hallar görə Məhkum məxsus qan ləkələrinin sərnişinin oturacağı tərəfdən aşkar edilməsi mümkünlüyünü inkar etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji A natomiya Elmi Təcrübi və Tədris Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli 87 nömrəli rəyindən görünür ki, mərhum X17 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın ənsə nahiyəsinin qançırı, I-II-III boyun fəqərəarası bağların cırılması, I-II-III boyun fəqərələrinin sınıqları, onurğa beyin qişasına və toxumasına qansızma, sol əng, çənə sümüklərinin sınıqları, sol diz oynağı, sağ diz oynağı, sağ əl, sol əl nahiyələrinin sıyrıqları vardır.Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən tarixə -yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlər avtomobilin salonunda olduğu vəziyyətdə avtomobillərin toqquşması nəticəsində b ədən nahiyəsində törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mərhum X17 ölümünə səbəb I-II-III boyun fəqərəarası bağın cırılması, I-II-III boyun fəqərələrinin sınığı, onurğa beyin qişasına və toxumasına qansızma ilə müşayət olunan boyunun küt travması olmuşdur. Mərhum X17 ölümü meyit əlamətlərinin inkişf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə- tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. Bu rəyin nəticələrindən göründüyü kimi, X17 məhz sərnişin üçün nəzərdə tutulmuş oturcaqda əyləşdiyi üçün, onda aşkar edilmiş xəsarətləri əsasən baş nahiyəsindən almış, iş materiallarına əsasən isə, avtomaşının qabaq alın şüşəsi də sınmışdır. Bu hal ona dəlalət edir ki, X17 məhz sərnişin üçün nəzərdə tutulmuş oturacaqda əyləşdiyinə və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə avtomaşınların toqquşması nəticəsində onun başı avtomaşının qabaq alın şüşəsinə və digər hissələrinə dəymiş və buna görə də o, xəsarətləri məhz baş hissəsindən almışdır, avtomaşını isə məhz Məhkum idarə etmişdir. Kassasiya kollegiyası məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşarq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə zərərçəkmiş şəxslərin, şahid ifadələrinə və məhkəmətibbi və məhkəmə-yol-nəqliyyat hadilsələri ekspertizalarının rəylərinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali M əhkəmənin tövsiyələrinə əsaslanmışdır. Kassasiya şikayətində əsasən yuxarıda təsvir edilən ekspertiza rəylərinin mötəbər sübut kimi dəyərləndirilməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin və ekspertlərin ifadələrinin şübhə altına alınması və onların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cava b verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə avtomobili orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində və sürücülük hüququ olmadan idarə edib, iki şəxsin hadisə yerində ölməsi ilə nəticələnən ağır yol- nəqliyyat hadisəsi törətməsi tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmiş dir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü i l tarixli, 5 nömrəli Qərarında təsbit edilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və məhkəmə-yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Həmin qərarda həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələr in yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Mə hkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi N.B.Həsənovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və müdafiəçi A.M.Alılşovun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təm in edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2 022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar