Məhkəmə qərarları › İş №1(102)-456/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-456/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-456/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun, Zərərçəkmiş şəxs2, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə İldir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Fəhmin Hümbətov, hakimlər Hafiz Əliyev və Aynur Rzayeva) 26 dekabr 2022-ci il tarixli, 1(124)-106/2022 nömrəli hökmü ilə xx xxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə c əlb etmə müddətləri keçdiyi üçün ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 may 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 2017-ci ildə Zərərçəkmiş şəxs2 yeni aldığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindəki evini təmir edərkən aralarında səmimi münasibətlər yarandığından söhbətlər əsnasında sonuncunun mərhum atasından ona miras qalan evi satmaqla 105.000 (yüz beş min) manat pul əldə etdiyindən məlumatlı olduqdan sonra tamah niyyəti və özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünün nümun əvi etik davranışları ilə Zərərçəkmiş şəxs2 qazandığı etibardan sui-istifadə edib, vahid qəsdlə sonuncudan 21 fevral 2018-ci il tarixdə, saat 17:34-də Sumqayıt şəhəri, H.Əliyev prospekti 58 ünvanında yerləşən Sumqayıt şəhər 4 saylı notariat binasında xx.xx.2018-ci il tarixdə geri qaytaracağı öhdəliyini üzərinə götürüb vəd verməklə borca 3.400 manat, Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri ərazisində satışda olan təmirsiz evləri alıb təmir etdikdən sonra satmaqla yüksək gəlir əldə edəcəklərinə inandıraraq, ondan alacağı pulu və gəliri qaytaracağına yalandan vəd verib, ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli təmirsiz mənzili alması üçün 14 noyabr 2018-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında 58.800 manat və 2018-ci ilin dekabr ayından 2019-cu ilin yanvar ayınadək 15 günlük intervalla həmin mənzilin təmirinə xərcləmək üçün birincisi 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 3.400 ABŞ dolları, ikincisi 3.500 manat, üçüncüsü 2.500 manat, dördüncüsü 500 manat olmaqla cəmi 12.280 manat 2019-cu ilin oktyabr ayında ünvan 5 ünvanında geri qaytaracağı öhdəliyini üzərinə götürüb vəd verməklə borca 1.000 manat, ipoteka ilə ev almaq istəyən bəzi hərbiçilərin zəruri ilkin ödənişləri banka köçürə bilmədiklərini və onların ilkin ödənişlərini Zərərçəkmiş şəxs2 ödəyəcəyi təqdirdə, hərbiçilərin ev alması üçün bankdan ayrılacaq pulu götürdükdən sonra onun ilkin olaraq verdiyi pulla birgə əlavə xeyir əldə edəcəyinə dair həqiqətə uyğun olmayan yalan vəd verib aldadaraq, sonuncudan ünvan 5 ünvanında birinci ev üçün xx.x x.2019-cu il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 9.000 ABŞ dolları və 4.700 manat, cəmi 20.000 manat, ikinci ev üçün xx.xx.2019-cu il tarixdə 7.500 manat, üçüncü ev üçün xx.xx.2020-ci il tarixdə 1 ABŞ dollarının satış məzənnəsi 1,7 manat olan 7.000 ABŞ dolları və 10.000 manat, cəmi 21.900 manat, dördüncü ev üçün xx.xx.2020-ci il tarixdə 14.620 manat, ucuz qiymətə satışa qoyulmuş avtomobili alıb baha qiymətə sataraq yüksək gəlir əldə edəcəyinə yalan vəd verməklə ünvan 5 ünvanında xx.xx.2021-ci il tarixdə saat 16 radələrində 10.500 manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 qarşısında götürdüyü öhdəlikləri real maliyyə imkanları ilə bağlı yerinə yetirmək iqtidarında olmadığını dərk etdiyindən cinayətkar əməlini gizlətmək məqsədi ilə borca götürdüyü pul məvacibini borc müqaviləsi ilə rəsmiləşdirmiş, ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli mənzilin hüquqi məsələlərinin tənzimlənməsi ilə bağlı Zərərçəkmiş şəxs2 1 illik adı ilə 1 aylıq etibarnamə vermiş, 17 yanvar 2020-ci il tarixdə sözügedən mənzili sonuncunu məlumatlandırmadan Şahid6 68.000 manat qarşılığında satmasına baxmayaraq, aralarındakı razılaşmanın şərtlərinə əməl etməməklə Zərərçəkmiş şəxs2 pul verməyərək, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, aldatmaqla ümumilikdə 150.000 manat pulunu ələ keçirərək külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, 2018-ci ilin sonlarında Şahid4 yeni aldığı Sumqayıt şəhəri 40-cı məhəllə ərazisindəki evini təmir edərkən aralarındakı söhbət zamanı sonun cunun tanışı Zərərçəkmiş şəxs1 özünə məxsus mənzili satmaqla 30.000 manat pul əldə etdiyindən məlumatlı olduqdan sonra tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncuyla onun cinayətkar niyyətindən məlumatsız olan Şahid4 vasitəsi ilə tanış olub özünün nümunəvi etik davranışları ilə Zərərçəkmiş şəxs1 qazandığı etibardan sui-istifadə edib, vahid qəsdlə ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli təmirsiz mənzilin Zərərçəkmiş şəxs2 məxsus vəsait ilə alınması kimi həqiqi məlumatı gizlədib həmin mənzilin öz vəsaiti hesabına alındığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verərək sözügedən mənzili təmir etdikdən sonra satmaqla yüksək gəlir əldə edəcəklərinə inandırıb həmin evin təmir xərcləri üçün Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Badəm” çay evində sonuncudan 2019-cu ilin fevral ayının sonlarında 5.000 (beş min) manat, 2019-cu ilin aprel ayının əvvələrindən 24 aprel 2019-cu il tarixədək 2.000 - 3.000 manat intervalla 13.000 manat, cəmi 18.000 manat, "xxxx" MTK-nın inşa etdiyi sosial evlərin təmiri üçün 26.000 manat pulu depozitə qoyacağı təqdirdə hər ay üçün ona ümumi məbləğin 10 %-nin, yəni 2.600 manatın ona gəlir kimi qayıdacağını və əsas vəsatini istənilən vaxt geri çəkə biləcəyi ilə bağlı həqiqətə uyğun məlumatlar verib inandırmaqla 18 avqust 2019-cu il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Ordubad” çay evində 26.000 manat, ödəmə imkanlarının məhdud olmasına baxmayaraq 01 fevral 2020-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon əraz isində 3.000 manat, 2020-ci ilin iyul ayında Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 1.900 manat, cəmi 4.900 manat pulu qaytaracağına yalandan vəd verərək borca alıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs1 qarşısında götürdüyü öhdəlikləri real maliyyə imkanları ilə bağlı yerinə yetirmək iqtidarında olmadığını dərk etdiyindən cinayətkar əməlini gizlətmək məqsədi ilə depozitə qoyulduğunu bildirdiyi 26.000 manat pulun gəliri kimi 2019-cu ilin sentyabr ayından 2019-cu ilin yanvar ayınadək hər ay 2.500 manat olmaqla ümumilikdə 12.500 manat pulu Zərərçəkmiş şəxs1 qaytarmış, 17 yanvar 2020-ci il tarixdə sözügedən mənzili sonuncunu məlumatlandırmadan Şahid6 68.000 manat qarşılığında satmasına baxmayaraq, aralarındakı razılaşmanın şərtlərinə əməl etməməklə Zərərçəkmiş şəxs1 pul verməmiş, "xxxx" M TK tərəfindən rəsmiləşdirilmiş 04002 saylı müqavilənin əslini 10 avqust 2020-ci il tarixdə istintaqa məlum olmayan kompyuterlə skan edib möhür yerinə qələmlə qeydlərapardıqdan sonra kserosurətini çıxartmaqla rəsmi sənədi saxtalaşdırıb,verdiyi bütün vədlərin qarşılığında ünvan 6 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki 40 nömrəli mənzilin pay kimi Zərərçəkmiş şəxs1 verilməsini təsdiq edən saxta sənəddən bilə-bilə istifadə edərək aldadıb, etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 48.900 manat pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Ruhiyyə Əsgərova) 18 aprel 2023-c ü il tarixli, 1(105)-190/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə İldir oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarını Məhkum cəza verilməsi hissədə ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə İldir oğlu kassasiya şikayətini onunla əsas landırmışdır ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 ələ keçirdiyi pulları qaytardığını, həmin pulları Şahid5, Zərərçəkmiş şəxs1, Şahid4, Şahid6 Sərvər oğlu və Şahid10 aldığını, həmin şəxslərin iştirakı və arvadı Şahid7 ilə anası Şahid8 iştirakları ilə Zərərçəkmiş şəxs2 verdiyi barədə ərizə vermiş, sonradan onun yalanı istintaq orqanı tərəfindən ifşa olunduğunu görərək bu xüsusatın yalan olduğunu, vəkili Xətai adlı şəxsin məsləhəti ilə belə bir ərizə yazdığını, Zərərçəkmiş şəxs2 borcunu qaytara bilmədiyini ifadəsində qeyd etmişdir. Məhkəmə istintaqı zamanı da isə təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmiş, şikayətin dəlilləri kimi Zərərçəkmiş şəxs2 pulu faizə götürməsi, faizlərin ödənilməsini qeyd edilmişdir. Göründ üyü kimi zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməməsinə təqsirləndirilən şəxs nəinki cəhd etmir, əvvəl yalançı şahidlər vasitəsi ilə ödədiyini, sonra ələ keçirdiyi pulları qaytarmadığını, məhkəmə zamanı isə pulları faizə götürdüyünü və qaytardığını deyərək özünü təqsirli bilməmişdir. Belə olan halda zərərçəkmiş şəxsin nümayəndəsi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngüldür, törətdiyi əmələ və vurduğu ziyana uyğun deyil. Kassatorun fikrincə vurulmuş ziyandan hər hansı bir məbləğ ödənilmədiyi halda əməlin ictimai təhlükəlilik dərəcəsinin azalmasından söhbət belə gedə bilməz və təyin edilmiş cəza əmələ adekvat deyil. Həmçinin kassator tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən digər hallar da şikayətində qeyd edilmişdir. Belə ki, t əqsirləndirilən şəxs Məhkum cinayət yoluna əl ataraq X2, Şahid6 və X1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 qalan əmlakını ələ keçirmək məqsədilə həmin şəxslərlə sövdələşmiş, qeyd edilən şəxslər özlərini Zərərçəkmiş şəxs2 Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 oğlunun avtomobilini ələ keçirmişlər, mənzilini ələ keçirməyə cəhd etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilmə-mişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayəti Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barə də verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi il ə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli dirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən c əza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş h ədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs1la barışmasını və himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyası (beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirm ək mümkün deyildir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın daha da yuxarı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin mat eriallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmə dən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar