Məhkəmə qərarları › İş №1(102)-456/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-456/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-456/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli 1(105)-538/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nurəddin Hüseynli (sədrlik edən və məruzəçi) Elçin Məmmədov və Nahid Mirzəyev) 12 iyun 2024-cü il tarixli 1(124)158/2024 nömrəli hökmü ilə xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ompozit zavodunun binasında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 3 (ü ç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi 03 ədəd bükümlərdə ümumi təmiz çəkisi 890,564 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış öz aralarında tərkib komponentlərinə görə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 09 ədəd bükümlərdə ümumi təmiz çəkisi 122,643 qram qəhvəyi rəngli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar ü sulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 08 ədəd bükümlərdə ümumi təmiz çəkisi 122,158 qram ağ rəngli, kristal şəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamini və səthində narkotik vasitə olan heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzini daşıyaraq üzərində və yaşadığı evdə gizlətməklə saxlamış, 31 oktyabr 2022-ci il tarixdə saat 17:13-də Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısında saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqare t kağızı bükümündə təmiz çəkisi 0,162 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, daha sonra həmin tarixdə saat 18:33-də Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, Azkompozit zavodunun binasında yaşadığı mənzilə baxış keçirilərkən mənzilin mətbəx otağında olan masanın altında gizlətdiyi 1 ədəd ağ rəngli sellofan paketin içərisində ümumi təmiz çəkisi 890 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin masanın altındakı göy rəngli sellofan paketdə olan qara rəngli çantanın içərisindən ümumilikdə 7 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 11,982 qram, 19,738 qram, 53,673 qram, 14,285 q ram, 9,142 qram, 12,731 qram, ümumi təmiz çəkisi 121,996 qram ağ rəngli, kristal şəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin, ümumilikdə 9 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,277 qram, 0,161 qram, 3,863 qram, 0,391 qram, 28,724 qram, 0,683 qram, 88,291 qram, 0,138 qram, ümumi təmiz çəkisi 122,643 qram qəhvəyi rəngli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,308 qram, 0,256 qram, ümumilikdə 0,564 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış öz ara larında tərkib komponentlərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 25 sentyabr 2024-cü il tarixli 1(105)-538/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(124)-158/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 25 sentyabr 2024-cü il tarixli 1(105)-538/2024 nömrəli qərarının ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkibi yoxdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını tamamilə qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, qərəzli olaraq mühüm əhəmiyyətə malik olan halları hərtərəfli araşdırmamış, toplanmış sübutlar isə təhlil olunmamış və bir-biri ilə müqayisə edilməmişdir. Bundan savayı əld ə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməmişdir. Kassator şikayətində əsasən birinci instansiya məhkəmə istintaqı zamanı vəsatətlərinə baxılmamasını hətta bəzilərinə münasibət belə bildirilməməsini qeyd edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında göstərmişdir ki, onun evinə polis əməkdaşları iki dəfə getmişlər, birinci dəfə ancaq polislər, ikinci dəfə isə polislər onunla və dövlət hesabına təyin edilmiş vəkil ilə birlikdə evə getmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 da təqsirləndirilən şəxsin ifadəsi təsdiq edərək göstərmişdir ki, onlar bir evdə qalırlar. 31 oktyabr 2022-ci il tarixdə təxminən saat 18-19 radələrində onun yaşadığı evə 3-4 nəfər polislər gəlmişlər, onlardan ikisi evə daxil olmuşlar, onlar Orxanı yaşadığı yeri s oruşmuşlar, o isə Orxanın və ailəsini yaşadığı otağı göstərmişdir. Polis əməkdaşlarından birinin əlində ağ rəngli yekə paket var idi və o mətbəxə keçdi, digər əməkdaş isə digər otağa keçdi. Təxmini 10 dəqiqədən sonra getdilər və bildirdilər ki, heç bir şeyə əl vurma, Orxan yoldaşı ilə tutulub idarədədilər, bir müddət sonra gəlib evdən əl izlərini götürəcəklər, ağ paket isə əllərində yoxdur. O isə qorxmuş, Orxanın atasına və öz anasına zəng edib Orxanın və bacısı Şahid4 tutulduğunu bildirmişdir. Təxminən iki saat sonra yenə evin qapısı döyülmüş, o kim olduğunu soruşduqda, Orxan ona “Tünüş qapını aç” deyərək səslədi. Qapını açandan sonra, Orxanın yanında həmin vaxt 8-9 nəfər şəxsdə var idi, onların içində ondan qabaq evə gələn şəxslər də var idi. Onlar birlikdə Orxanın otağına keçdilər. O is ə çıxdı çölə bacısını axtarmağa, lakin orada olmadığını görüb otağa qayıtmışdır. Ona bildirdilər ki, otur otaqdan çıxma. O isə digər otaqdan səslər eşitmişdir ki, “Kənan sən orda dur, biz belə girərik və s.” Təxminən 20-25 dəqiqə sonra onlar çıxanda Orxan demişdir ki, “Elşən qaqa, siz dediyiniz hər şey ilə razılaşdım, bəs ailə uşağımı buraxın”. Ondan sonra hamısı getdilər. Gecə saatlarında bacısı uşağı ilə gəlmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum və Şahid3 polis əməkdaşlarının evə iki dəfə daxil olması barədə ifadələri üst-üstə düşür. Şahid4 anasının “102” xidmətinə zəng etdiyi məlumatları almaq üçün DİN-in Növbətçi Hissələri idarəetmə xidmətində sorğu ilə müraciət edilmişdir, cavab məktubda bildirmişlər ki, 2022-ci ilin oktyabr ayı üzrə müraciətlər haqqında məlumatların ara şdılırması mümkün deyildir. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 Zelabdin oğlu, X5, X4 və Şahid6 Vidadı oğlu öz ifadələrində istintaqda evə iki dəfə getməklərini inkar etmişlər. Azərbaycan Respublikası CPM-in 92.9.6, 125.7, 297.1 və 321.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, müdafiəçi ifadələrin həqiqiliyini və göstərilən mühüm sübutların araşdırılması üçün məhkəmədən Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının: X2 məxsus ***-***-**-**, X1 məxsus ***-***-**-** və Şahid6 Vidadı oğluna məxsus ***-***-**-**, Şahid1 Zelabdin oğlu (cinayət işi materiallarında şahidin dindirilməsi protokolunda qeyd edilmədiyindən və mənə təqdim edilmiş ittiham aktının arayışında istifadə edilən nömrələri qeyd olunmadığından, məhkəmənin öz təşəbbüsü ilə əsas bizim üçün vacib Şahid1 istifa də etdiyi nömrələrisini) mobil telefon nömrələrin 31 avqust 2022-ci il tarixdə saat 12:00 dan saat 24:00-dək radələrində anten əhatə dairəsi haqqında məlumatlar məlumatları əks etdirən sənədləri əldə edərək, məni həmin sübutlarla tanış edilməsini xahiş etmişdir. Lakin, heç bir əsas olmadan məhkəmə vəsatətini təmin etməmişdir. O, məhkəmə tərkibinə bildirdi ki, şahid ilə təqsirləndirilən şəxsin ifadələri üst-üstə düşür, habelə şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə ifadələrində Şahid3 evdə olduğunu göstərmişlər. Şahid evdə aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşları gətirməsini bildirmiş və hakimlərin sualına paketi hərtərəfli təsnif edir. Şahidin bu ifadəsinə ancaq həmin faktı anten əhatə dairəsi məlumatları sayəsində aydınlıq gətirmək olar ki, amma məhkəmə vəsatəti təmin etmədən işi yekunlaşdırmışdır. Bundan əlavə, kassasiya şikayətində müdafiə tərəfinin mövqeyi kimi o da qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi müdafiəçinin sübutların mötəbərliyinin və mümkünlüyünün qiymətləndirilməsi məqsədilə müdafiə tərəfinin təqdim etdiyi bir sıra vəsatətləri təmin etməmiş, bəzi hallarda isə bu vəsatətlərə ümumiyyətlə baxmamışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum məxsus mobil telefonun götürülməsi və həmin telefona baxış keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması, habelə telefonda olan məlumatlara şübhə doğuran halların araşdırılması ilə bağlı müdafiə tərəfinin təqdim etdiyi vəsatətlər məhkəmə tərəfindən rədd edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat-axtarış tə dbirlərinin qanuniliyi barədə müdafiə tərəfindən irəli sürülmüş şübhələr, habelə istintaq orqanı tərəfindən cinayət işində olan bəzi prosessual sənədlərin dəyişdirilməsi barədə təqdim olunmuş məlumatlar üzrə məhkəmə tərəfindən zəruri araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs Məhkum həyat yoldaşı Şahid4 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə, təxminən saat 16-17 radələrində Karvan ticarət mərkəzinin qarşısında o, həyat yoldaşı və üç yaşlı övladı ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Onun bildirdiyinə görə, orada polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalmış, əri Məhkum əleyhinə yalan ifadə vermədiyi və bir sıra sənədləri imzalamadığı təqdirdə onu da narkotik vasitələrin qanunsuz dövriyyə sində ittiham etməklə hədələyəcəklərini, azyaşlı övladlarını isə uşaq evinə yerləşdirəcəklərini bildirmişlər. Şahid4 ifadəsinə əsasən, o və azyaşlı övladı yalnız Məhkum yaşadığı evə baxış keçirildikdən sonra azad edilmişdir. Müdafiə tərəfi hesab edir ki, istintaq orqanı tərəfindən Şahid4 və azyaşlı uşağın məhkəmə və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvafiq qərarı olmadan polis idarəsinə aparılması və orada saxlanılması qanunazidd olmuş, bu hərəkətlər təqsirləndirilən şəxsə qarşı süni sübutların formalaşdırılması məqsədilə həyata keçirilmişdir. Müdafiəçinin fikrincə, bu hərəkətlər Məhkum hüquqlarının pozulmasına, eyni zamanda onun təqsirsiz olduğu bir əməldə “etirafa” məcbur edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli 1(105)-538/2024 nömrəli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu ins tansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, məhkəmələr tərəfindən cinayət işi üzrə araşdırma düzgün və obyektiv aparılmamış, məhkumun elan edilmiş ittihamda təqsiri mötəbər sübutlarla təsdiq olunmamış və məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətl əri əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş və onun həmin ittiham üzrə təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəni “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış keçirilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli protokolları, şəxsi axtarışda və baxışda iştirak etmiş polis əməkdaşlarının ifadələrini, məhkəmə ekspertizalarının rəylərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gə lmişdir ki, həmin sübutlarla Məhkum tərəfindən külli miqdarda - 122,643 qram narkotik vasitə heroini, 122,158 qram psixotrop maddə metamfetaminin və 890,564 qram qurudulmuş marixuananın əldə edilməsi və saxlanması, həmçinin onun bu əməli satış məqsədi ilə törətməsi təsdiq olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsi onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkumun müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxıb birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyinin sübut olunması və əməlin tövsifi barədə mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətini təmin etmədən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cina yət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinin icra edilməsini yoxlayarkən aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ittihamın sübutlarına nəzər salaraq qeyd edir ki, həmin sübutlarla Məhkum hər hansı şəxsdən və ya konkret mənbədən narkotik vasitəni və psixotrop maddəni əldə edilməsi müəyyən olunmamışdır. Ona qarşı is tintaq orqanı tərəfindən ittihamın irəli sürülməsi və birinci instansiya məhkəməsi tərəfindən ittihamın hökmünün çıxarılması məhz təhqiqat orqanın onun üzərində və yaşadığı mənzildə narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi üzərində qurulmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş şəxsi axtarış keçirilməsi barədə 31 oktyabr 2022ci il tarixli protokoldan və məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Məhkum üzərində 0,162 qram miqdarında psixotrop maddə metamfetamin aşkar edilmişdir. İşdə olan baxış keçirilməsi və götürülməsi haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan və məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəylərindən görünür ki, Məhkum yaşadığı evdən 890,564 qram qurudulmuş marixuana, 122,643 qram heroin və 122,1 58 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhz bu sübutlar ittihamın və birinci instansiya məhkəməsinin ittiham hökmünün əsasını təşkil edir. Qeyd edilməlidir ki, narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi faktı yuxarıda qeyd edilən protokollarla müəyyən olunur, ekspert rəyləri isə yalnız narkotik vasitənin və psixotrop maddəni miqdarını və növünü müəyyən edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib et mək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polislər tərəfindən Karvan ticarət mərkəzinin yanında ailəsi ilə birlikdə, yəni həyat yoldaşı və üç yaşlı uşağı ilə birlikdə saxlanılmış və Sumqayıt Şəhər Polis İdarəsinə aparılmışdır. Polis bölməsində onun üzərinə baxış keçirmiş və bir bükümdə metamfetamin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsində saxlanılan ailə üzvləri ilə hədələyərək evə baxış keçirmək istədiklərini bildirmişlər. Birinci dəfə polis əməkdaşları özləri saat 19-20 radələrində onun yaşadığı evə gedi b narkotik vasitələri orada yerləşdirmişlər. İkinci dəfə onun və müdafiəçinin iştirakı ilə gedib video çəkilişlə həmin narkotik vasitəni götürmüşlər. Onun ailəsi polis bölməsində olduğundan o polislərin dediklərini icra edərək evdə olan narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı 04 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs Məhkum oxşar ifadə vermişdir. Göründüyü kimi məhkum və onun müdafiəçisi Müdafiəçi Məhkum üzərində 0,162 qram miqdarında psixotrop maddə metamfetamin aşkar edilməsi faktını mübahisələndirmirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən şəxsi axtarış keçirilməsi barədə 31 oktyabr 2022-ci il tarixli protokoluna və Məhkum 0,162 qram miqdarında psixotrop maddə metamfetaminin qanunsuz əldə edilməsində və sa xlanmasında təqsirini təsdiq edən digər sübutlara şübhə gətirən heç bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs Məhkum verdiyi ifadədə və onun müdafiəçisinin kassasiya instansiyasına təqdim etdiyi şikayətdə göstərilmişdir ki, cinayət işinin sübut predmeti olan və Məhkum yaşadığı evdə aşkar edildiyi bildirilən 890,564 qram qurudulmuş marixuana, 122,643 qram heroin və 122,158 qram psixotrop maddə metamfetaminin ona məxsus olması faktı əsassızdır və bu hallar mübahisələndirilir. Məhkumun ifadəsində və müdafiə tərəfinin kassasiya şikayətində qeyd edilir ki, göstərilən narkotik vasitələr və psixotrop maddə Məhkum yaşadığı evə polis əməkdaşları tərəfindən qəsdən yerləşdirilmişdir. Müdafiə tərəfi bu iddiasını əsaslandırmaq məqsədilə baxışa qədər polis əməkdaşla rının həmin əraziyə öncədən daxil olmasını ehtimal etdirən halların araşdırılmamasını, habelə həmin şəxslərin mobil telefonlarının dislokasiyası barədə vəsatətin təmin edilməməsini önə çəkmişdir. Bu iddialar həm sübutların mötəbərliyinə şübhə yaratmaqda, istintaq hərəkətlərinin qanuniliyini mübahisələndirməkdə müdafiə tərəfinin əsas arqumentlərindən biri kimi çıxış edir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) ilə tövsif edilmiş və bu tövsifin hüquqi əsası kimi onun faktiki yaşadığı ünvanda müxtəlif növdə və külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi göstərilmişdir. İbtidai istintaq zamanı və məh kəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Məhkum onun doğma bacısı Gülnarın əridir. Onlar birlikdə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, Azkompozit zavodunun inzibati binasının ərazisində yerləşən fərdi evdə yaşayırlar. Onların evə girişi eyni dəmir qapıdandır, lakin hərənin ayrıca otaqları var. 30 oktyabr 2022-ci il tarixdə, təxminən saat 18-19 radələrində o, yaşadığı evdə olarkən qapı döyülmüşdür. O, qapını açmış, çöldə təxminən 3-4 nəfər mülki geyimdə şəxslər var imiş, onlar özlərinin polis olduqlarını demişlər və həmin şəxslərdən ikisi içəri daxil olub ondan Orxanın yaşadığı yeri soruşmuşlar. O, həmin şəxslərə Orxangilin otağını göstərmişdir. Həmin şəxslərdən birinin əlində ağ rəngli paket olmuş və həmin əlində paket olan şəxs içəri otağa daxil oldu qdan sonra mətbəxə keçmiş, digər şəxs isə o biri otağa keçmişdir. Onlar təxminən 10 dəqiqə sonra içəridən çıxmışlar və əlində paket olan şəxsin əlində heçnə olmamışdır. Onlar otaqdan çıxandan sonra ona demişlər ki, onlar çıxan otaqlara keçməsin, gəlib otaqdan əl izləri götürüləcək. O, da öz otağına keçmişdir. Əlində ağ paket olan şəxsin girdiyi mətbəx onların bacısı ilə birgə istifadə etdikləri mətbəxdir. Onlar getdikdən sonra o, çöl qapını bağlayıb öz otağına keçmişdir. Təxminən 2 saat keçdikdən sonra yenə evin qapısı döyülmüş, o, kim olduğunu soruşduqda Orxan qapını açmağı demiş, o, qapını açmış, həmin vaxt Orxanın yanında 8-9 nəfər adam mülki geyimdə olan şəxslər olmuş, onlardan bir nəfər polis formasında olmuş, birinci dəfə gələn 4 nəfər polis əməkdaşları da həmin şəxslərin arasında olmuş, onlar Orxanla birlikdə Orxangilin otağına keçmişlər və orta qapını bağlamışlar. O, isə bacısı Gülnarı axtarmaq üçün çölə çıxmış və bacısının çöldə olmadığını görüb içəri qayıtmış. O, qayıdandan sonra onlar orta qapını açmışlar və ona demişlər ki, o, içəri öz otağına keçib qapını da bağlasın. O, da içəri keçib qapını bağlamış. Təxminən 20-25 dəqiqədən sonra onlar otaqdan çıxanda Orxan demiş ki, Elşən qaqa, siz dediyiniz hər şeylə razılaşdım, bəs ailə uşağımı buraxarsız. İbtidai istintaq zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə o, üç yaşlı uşaqla və əri Məhkumla birlikdə Karvan Ticarət Mərkəzinin yanında polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə aparılmışdır. Məhkum bir otağında, onu uşaql a bir otağa salmışlar. Ondan Orxanın narkotik vasitələrdən istifadə etdiyini deməsi istənmişdir. O isə bunu etmək istəməmiş, qarşılığında isə ona uşağı ilə hədə-qorxu gəlinmiş, onu da narkotiklə qeydiyyatda alacaqlarını bildirərək qorxutmuşlar. Daha sonra rəis deyilən şəxsin yanına onu aparmış, rəis də eyni şeyləri təkrar etmiş və hətta idmançı görünüşlü bir nəfəri ona təqdim edərək ərini döymək üçün Bakı şəhərindən dəvət etdiklərini bildirmişlər. O, bütün bu hədə-qorxulara dözməyərək onların dedikləri ilə razılaşmış və evdə narkotik vasitələrin olması barədə bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan göründüyü kimi, 15 may 2023-cü il tarixdə müdafiəçi X6 tərəfindən məhkəməyə vəsatət təqdim edilmişdir. Vəsatətdə təqsirləndirilən şəxs Məhkum və Şahid4 ifadələr ində əksini tapan, məhkumun yaşadığı ünvanda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsinin şəraitinə dair şübhə doğuran halların araşdırılması xahiş olunmuşdur. Vəsatətdə qeyd edilmişdir ki, Məhkum yaşadığı mənzilə baxış aparılmamışdan əvvəl, polis əməkdaşları X5, X4, Şahid6 və Şahid1 Zeyllabdin oğlunun həmin ünvana daxil olubolmamalarının müəyyənləşdirilməsi üçün 31 oktyabr 2022-ci il tarixində onların istifadə etdikləri mobil telefon nömrələrinin dislokasiya (yerləşmə) məlumatlarının müvafiq mobil rabitə operatorlarından alınması zəruri hesab edilmişdir. Vəsatətə həmin polis əməkdaşlarının mobil nömrələri də əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi, polis əməkdaşlarının üzərilərində hansı mobil telefonların olması barədə dəqiq məlumatın mövcud olmamasına və onların Məhkum yaşadığı əraziyə xidməti zərurətlə əlaqədar bir neçə dəfə getmə ehtimalına istinad edərək, vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il № 15 qərarının 13-cü bəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəmə baxışında qaldırdıqları əlavə sübutların tədqiq edilməsi haqqında vəsatətlərə baxılması məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi barədə CPM-in 121-ci maddəsinə əsasən cinayətprosessual qanununda başqa qayda nəzərdə tutulmayıbsa və vəsatətin həlli vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli halların müəyyən edilməsindən asılı deyilsə, vəsatətə onun verilməsindən bilavasitə sonra baxılmalı və baxılmanın nəticələri üzrə müvafiq qərar qəbul edilməlidir. Qərarın 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cin ayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin 6 dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Lakin birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsinə dair qərarının əsaslandırılması ilə bağlı qeyd edilməlidir ki, müdafiəçi vəsatətində konkret olaraq polis əməkdaşlarının mobil telefon nömrələrini göstərmişdir. Həmin əməkdaşlar isə istintaq və məhkəmə prosesində məhkumun yaşadığı əraziyə evə baxış keçirilənədək getdiklərini bildirməmiş, bu məsələ məhkəmə tərəfindən araşdırılmamış və polis əməkdaşlarına bu barədə heç bir sual verilməmişdir. Göründüyü kimi məhkəmə müdafiəçinin vəsatətinin təmin edilməməsi üçün hər hansı bir əsaslı dəlil göstərməmişdir. Bu onu göstərir ki, birinci instansiya məhkəməsi əsassız olaraq müdafiə tərəfinin sübutlarının tədqiqindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən qaldırılmış vəsatət cinayət işinin bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmişdir. Məhkəmə heç bir əsas göstərmədən vəsatət təmin etməyərək məhkuma qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsasız imtina etmişdir. Bununla da məhkumun ədalətli məhkəmə araşdırması hüququ, habelə qanunçuluq, cinayət pr osesində tərəflərin çəkişməsi prinsipləri və vəsatətlərə baxmaq vəzifəsini müəyyən edən Azərbaycan Respublikası CPM-in 10.1, 32 və 121-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, apellyasiya şikayətinin bu barədə dəlillərini araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəmə si işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi pr insipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Rad çikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi m araqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Müdafiəçi kassasiya şikayətinin işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və sübutların tədqiqindən əsasız imtina edilməsi barədə dəlili əsaslı olduğundan, kassasiya şikayəti həmin hissədə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli 1(105)-538/2024 nömrəli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və hökmündə görünür ki, mə hkəmə iclasında məhkəmə tərəfindən məhkuma məxsus mobil telefona baxış keçirilmiş və istintaq orqanının istinad etdiyi məlumatları telefonda aşkar etməmişdir. Bununla əlaqədar məhkəmə öz hökmündə həmin sübuta istinad etməmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, hazırkı cinayət işi üzrə əməliyyataxtarış tədbirləri vətəndaşların sorğusundan ibarət olmuş, həmin tədbirlərin nəticəsində Məhkum olduğu yeri müəyyən edilmiş, o saxlanılaraq polis idarəsinə gətirilmişdir. Bundan sonra araşdırma təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-in 207-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri çərçivəsində aparılmış, cinayət işinin başlanmasından sonra isə araşdırma ibtidai istintaq şəklində müstəntiq tərəfindən aparılmış və cinayət işi üzrə bütün sübutlar təhqiqatçı və müstəntiq tərəfindən toplanmışdır. Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərinə əsasasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri habelə ittihamın sübuta yetirilib-yetirilməməsini; bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; bir sübutun digər sübutlardan üstünlüyünü qabaqcadan həll edə bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarı kassasiya şikayətində göstərilən digər əsaslarla ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi barədə nəticəyə gələrək, kassasiya şikayətində məhkumun mobil telefonu və əməliyyat-axtarış tədbirləri ilə bağlı sənədlərə dair irəli sürülmüş dəlillərə ayrıca münasibət bildirilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün ittiham tərəfinin sübutları və onlarla bağlı apellyasiya şıkayətinin dəlilləri əlaqəli şəkildə araşdırılmalı, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlar da araşdırılmalı, onlara mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli 1(105)-538/2024 nömrəli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar