Məhkəmə qərarları › İş №1(102)-457/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-457/2019

24.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-457/2019 24.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 457/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "24" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəsəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Rəşid Ağamirzə oğlunu n iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirl i bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, 19 oktyabr 2015-ci ildə dostluq etdiyi X3 Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan atası Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhərinin ünvan 2 ünvanında mənzilində külli miqdarda ABŞ dollarlarını saxladığını bilib həmin puldan gizli olaraq talama məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olan bir qr up şəxs təşkil edərək Zərərçəkmiş şəxs2 yaşadığı həmin yaşayış sahəsinin giriş qapısının kilidinin ştat açarını gizli yolla əldə edib surətini çıxararaq özündə saxlamış və 04 noyabr 2i 15-ci ildən 19 dekabr 2015-ei ilə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 yaşadığı qeyd olunan yaşayış sahəsinin giriş qapısının kilidini həmin açarla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq girişdən sol tərəfdə yerləşən yataq otağındakı çarpayının altında saxlanılan iki ədəd sellofan torbanın içərisindəki 270.000 ABŞ dolları və 15.000 manat puldan yalnız milli məzənnə ilə cəmi 63.066 (altmış üç min altmış altı) manat təşkil edən 60.000 (altmış min) ABŞ dollar pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 külü miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yol la talama məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 11 fevral 2016-cı ildə saat 2308-dən saat 2324 radələrinə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhərinin ünvan 2 ünvanında mənzilinin giriş qapısının kilidinin ştat açarım əvvəlcədən əldə edib surətini çıxararaq özündə saxladığı açarla açıb qeyd olunan yaşayış sahəsinə qanunsuz daxil olaraq girişdən sol tərəfdə yerləşən yataq otağındakı çarpayının altında saxlanılan iki ədəd sellofan torbanın içərisindəki həmin vaxta qalan cəmi 220.000 ABŞ dolları puldan milli məzənnə ilə 109.613 (yüz doqquz min altı yüz on üç) manat təşkil edən 70.000 (yetmiş min) ABŞ dollarını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayət lərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim R.K.Səfərov, hakimlər Q.F.Məmmədov və A.K.Abdinbəyovdan ibarət tərkibdə) 13 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 il həddində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 senty abr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Məhərrəmli Rəşid Ağamirzə oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ədalət mühakiməsini həyata keçirərək ədalətli qərar qəbul etmədən işin halları ilə uzlaşmayan, apelyasiya şikayətində göstərilən dəlilləri araşdırmamış və nəticədə apelyasiya şikayətini təmin etməmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmışdır. Halbuki, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işinin materialları nı tam araşdırmamış və toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bununla da məhkəmələr ittiham mövqeyi tutaraq əsassız və ədalətsiz yekun qərar qəbul etmişlər. Məhkəmə qərarları isə sübutlarla əsaslandırılmalı, qanuni və əsaslı olmalıdır, ittihamedici hökmdə təqsirləndirilən şəxsin əməli sübuta yetirilməlidir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsində təqsirləndirilən şəxs Məhkum işin halları ilə bağlı göstərdiyi xüsusatlar araşdırılmamışdır. Məhkum istintaq və məhkəmə zamanı eyni məzmunda ifadə vermiş, lakin, onun ifadəsində göstərilənlərə əhəmiyyət verilməmişdir. Həmin ifadədən məlum olur ki, hələ Məhkum məlum olan hallarda zərərçəkmişin ailə üzvləri müxtəlif vaxtlarda zərərçəkmiş Zərərçəkmiş şəxs2 gizli olaraq onun evdə saxladığı pullardan borcların bağlanması və ya digər məqsədlər üçün götürülərək istifadə olunmuşdur. Lakin, istintaq orqanı və məhkəmələr bu məsələyə aydınlıq gətirməmiş, adları çəkilən şəxslər dindirilməmiş, üzləşdirilməmişdir. Şikayədə həm də qeyd edilmişdir ki, ibtidai istintaq zamanı yalnız təqsirləndirilənin ittiham edilməsinə yönəlmiş ifadə verən şəxslər dindirilmiş, təqsirləndirilənin ittihamına bəraət qazandıra biləcək ifadə verən şəxlər dindirilməmişdir. Bununla da cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin, verilən ittihama görə Məhkum zərərçəkmişin cəmi 172.679 manat təşkil edən 130.000 ABŞ dollarını oğurlamışdır. Lakin, nə ibtidai istintaq zamanı, nə də məhkəmə araşdırmalarında Məhkum oğurlanmış pulların bir hissəsinin olmasını belə müəyyən etməmişlər. Təqsirləndirilən şəxs oğurluq etmiş olsaydı, q ısa müddət ərzində bu böyük məbləğdə pulundan bir hissəsini saxlamış, həmçinin, həmin pulları nəyəsə sərf etmiş olardı. Halbuki, bunların heç biri olmamışdır. Ona görə də müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv edərək Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şi kayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışl ar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, özlərinin apellyasiya şikayətlərini müdafiə etməklə hər birinə münasibətdə qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmaması barədə məhkumun, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, hökmün dəyişdirilmədən və apellyasiya şikayətlərinin təmin olunmadan saxlanılması barədə dövlət ittihamçısı X1 çıxışını dinləyərək hesab edir ki, hökm məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, məhkum ittiham olunduğu cinayət əməllərində özünü təqsirli bilməsə də.onun cinayət əməlləri zərər çəkmiş şəxsin və şahidlərin ifadələrilə, işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət ver mişdir, çıxarılmış hökm cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Məhkumun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.3.2 maddəsilə düzgün olaraq, tövsüf edilmişdir. Məhkum cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, işdə olan cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla ona məhkum olunduğu maddə ilə ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar olmadığı qənaətinə gəlir və buna görə də zərər çəkmiş şəxsin apellyasiya şikayətini təmin etmir. Məhkəmə kollegiyası, eyni zamanda, Məhkum ittiham olunduğu maddə ilə bəraət verilməsi barədə onun müdafiəçisinin apellyasiya şikayətində gətirilən dəlilləri əsassız hesa b edərək qeyd edir ki, bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslardan heç biri mövcud olmadığından Məhkum hazırkı iş üzrə bəraət verilə bilməz, bu səbəbdən müdafiəçinin də apellyasiya şikayəti təmin olunmamalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna, əməllərinin tövsifinə və təyin edilmiş cəzaya dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əs as vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələ nin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcu d deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.3.2-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərarı (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarı nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar