Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-457/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan dan ibarət tərkibdə; Sevin Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda sonra CM-in) 206.2 və 234.4.3 -cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Cəlil Nəbiyev, hakimlər İlkin Abdullayev və Müşfiq Məmmədovdan ibarət tərkibdə) 1(099)-352/2019 nömrəli 07 avqust 2019-cu il tarixli hökmü ilə, Məhkum, 20 avqust 1967-ci ildə Hacıqabul (əvvəlki QazıMəmməd) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Hacıqabul şəhəri, ******************* qeydiyyatda olmaqla orada yaşamış; Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi ilə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla o, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2019-cu ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, 19 aprel 2019-cu ildə İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən qanunsuz yollaqazanc əldə etmək üçün məlum olmayan mənbədən s atış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 31,710 qram və 28,406 qram olmaqla 2 (iki) bükümdə, ümumi təmiz çəkisi 60,116 qram olan metafetamin psixotrop maddəsini qanunsuz olaraq əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı düz bağırsağında yerləşdirib saxlamaqla daşımış və həmin gün saat 22 radələrində Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-525/2019 nömrəli 29 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İsmayıl Əhmədo v, hakimlər Rafiq Cəfərov və Fuad Soltanovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, CM-in 234.1-ci maddəsi ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən hökmlə Məhkum təqsirli bilindiyi CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (alıt) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla onun üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından iş üzrə Dö vlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini onunla əsaslandılrmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, məhkəmələr Məhkum aşkar olunmuş 60.116 qram çəkidə psixotrop maddə metafetaminin külli miqdarda olmasını qəbul etmiş, lakin təqsirləndirilən şəxsin narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübutun olmaması nəticəsinə gəlmişdir. Bundan başqa, məhkəmə belə nəticəyə gəlmişdir ki, Məhkum aşkar edilmiş psixotrop maddə çəkilib xırda bağlamalara bü külməmiş, iki bükümdə olmuş, psixotrop maddənin satışı ilə bağlı təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. Bununla da, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən qəbul etdiyi sübutların və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmamışdır. CPM-nin 353.2.2-ci maddəsinə əsasən, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotro p maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 saylı Plenum qərarının 9-cu bəndində əks olunmuş tövsiyələrə istinad etsə də, həmin bənddə “təqsirkar şəxsin narkotik vasitənin satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarının” da nəzərə alınması barədə məhkəmələrə edilmiş tövsiyələrə əməl etməmiş, həmin halı qərarda müzakirə etməmiş və hər hansı bir münasibət bildirməmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə psixotrop ma ddə metafetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramı isə külli miqdar hesab edilmişdir. Göründüyü kimi, Məhkum aşkar edilmiş 60.116 qram miqdarda psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 400 dəfə, külli miqdarından isə 30 dəfə çox olmuşdur. Lakin, məhkəmə iş üzrə cinayət əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən mühüm əhəmiyyət kəsb edən bu faktiki hallara qiymət verməmiş, onları araşdırmamış və nəticədə CPM-in 143-146-cı maddələrinin tələbərini kobud surətdə pozmuşdur. Beləliklə, apellyasiya məhkəməsi cinayət işi toplanmış sübutları məcmu qaydada qiymətləndirməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamaq la daşıması hissəsinin tövsifındə səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Kassator göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunmasını və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan məhkəmələr əsassız olaraq təqsirli bilindiyi əməlinin CM-in 206.2-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif etməmiş və əsassız qərar qəbul etmişlər. Bundan başqa, kassator qeyd etmişdir ki, işə baxan məhkəmələr onun ailə vəziyyətinin ağır olmasını, şəxsiyyətini, İİ qrup əlil olmasını və islah olunmasını nəzərə almamış onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrini əsassız olaraq tətbiq etməmişlər. Məhkum ailə vəziyyətinin ağır olmasını, şəxsiyyətini, əməlindən peşman olmasını, İİ qrup əlil olmasını və islah olunmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci ma ddəsini tətbiq edərək cəzasının şərti hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum cinayət əməlinin apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini vurğulayaraq, Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarını ləğv edərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etmədikdə), 416.1.15-cü maddələrinin (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) pozulması ilə əlaqələndirmişdir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ailə vəziyyətinin ağır olmasını, şəxsiyyətini, İİ qrup əlil olmasını və islah olunmasını nəzərə alınmayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrini əsassız olaraq tətbiq etməmələrini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərək cəzasının şərti hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinin (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.0.21-ci maddələri apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinə uyğun olaraq sü butlar tədqiq edilmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verildikdə və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı kollegiyası ağağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə Məhkum 19 aprel 2019-cu ildə İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən qanunsuz yollaqazanc əldə etm ək üçün məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 31,710 qram və 28,406 qram olmaqla 2 (iki) bükümdə, ümumi təmiz çəkisi 60,116 qram olan metafetamin psixotrop maddəsini qanunsuz olaraq əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı düz bağırsağında yerləşdirib saxlamaqla daşımış və həmin gün saat 22 radələrində Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, «Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmişşəxslərin (təqsirləndirilən şəxsin qismənetirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Məhkum qanunsuz yollaqazanc əldə etmək üçün əldə etdiyi psixotrop maddənin aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək daxili orqanı olan düz bağırsağında yerləşdirməklə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi məhkəməyə həmin psixotrop maddənin bilavasitə satış məqsədi ilə gətirilməsi nəticəsinə gəlməyə əsas verir.Beləliklə, məhkəmə tədqiq ed ilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş ümumi miqdarı 60,116 qram olan psixotrop maddə metafetamini satış məqsədi ilə gətirilməsi qənaətinə gəlir». Hökmdən də göründüyü kimi məhkəmə Məhkum qanunsuz yollaqazanc əldə etmək üçün əldə etdiyi psixotrop maddənin aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək daxili orqanı olan düz bağırsağında yerləşdirməklə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsini məhkumun həmin psixotrop maddəni bilavasitə satış məqsədi ilə gətirməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlara bu cür qaydada qiymət verilməsi CPM-in 143146-cı maddələrinin tələblərinin kobud surətdə pozulmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istintaq və məhkəmə araşdırmaları zamanı verdiyi bütün ifadələrində ardıcıl olmuş və göstərmişdir ki, 4-5 il olar ki, belində və qolunda olan ağrılarla bağlı psixotrop maddə metafetamindən istifadə etməyə başlamış, metafetamini tanımadığı şəxslərdən almışdır. 19 aprel 2019-cu ildə bədənində olan ağrılarla bağlı həkim müayinəsindən keçmək üçün İran İslam Respublikasının Ərdəbil şəhərinə getmiş, xəstəxanadan çıxdıqdan sonra bazara getmiş, bazarda tanış olduğu Q6 adlı şəxsə bədənində ağrılar olduğunu, ona ağrılarını azaltmaq məqsədi ilə öz istifadəsi üçün psixotrop maddə metafetamin təşkil etməsini xahiş etmiş, sonuncunun ona 50 qram metafetamini 380 manata təklif etdiyini eşidib psixotrop maddənin qiymətinin ucuz olduğuna görə razılaşıb deyilən məbləği verib ondan bir bükümdə olan psixotrop maddəni alaraq onu 2 büküm formasına salaraq bükü mləri daxili orqanı – düz bağırsağında yerləşdirərək gömrüyə gəlmiş, yoxlama xəttində gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq üstündə, əl yükündə, və ya daxili orqanlarında gömrük nəzarətindən gizlədilmiş mallarnarkotik vasitələr, psixotrop maddələr, silah-sursat, dərman preparatları və əşyalar olub-olmadığını soruşarkən üzərində və əl yükündə sadalanan malların olmadığını bildirmiş, şəxsi yoxlama otağında iki nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üstündə qadağan olunmuş heç bir əşya aşkar edilməmiş, sonra gömrük əməkdaşı onu hal şahidlərinin iştirakı ilə Astara rayon mərkəzi xəstəxanasına aparmış, orada daxili orqanları müayinə edilərkən gömrükdən keçirmək üçün düz bağırsağında gizlətdiyi 2 ədəd büküm aşkar edilərək elektron tərəzidə çəkilib q ablaşdırılaraq götürülmüş, yoxlamadan sonra gömrük əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, sonra onlar həmin protokolla tanış olub onu imzalamışlar. Hazırda əməlindən peşmançılıq keçirməsini, İİ qrup əlil olmasını və metafetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün gətirməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə əməlin qeyd olunan maddə ilə tövsif edilməsi üçün, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda satma hərəkətləri edilməlidir. Maddənin dispozis iyasından da göründüyü kimi, qeyd olunan əməl yalnız o halda həmin maddə ilə tövsif edilə bilər ki, cinayətin subyekti cinayətin obyektini satış məqsədi ilə daşısın, əldə etsin və s. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə qənaətə gəlmişdir ki, «Bu hərəkətlər belə məqsəd olmadan da edilə bilər. Narkotik vasitənin küllü miqdarda olması məsələsinə gəldikdə isə bir daha qeyd edilməlidir ki, bu hal da Məhkum narkotik vasitənin aludəçisi olduğu, metafetamini ağrıları ilə mübarizə üçün istifadə etdiyi və buna görə də metafetaminə böyük tələbatının olduğu, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və bu xəstəliyin məhz metan fetmindən sui-istifadə edilməsi ilə əlaqədar olması barədə 08 iyul 2019-cu il tarixli ekspert rəyinin ortada olduğu vəziyyətdə narkotik vasitənin miqdarının küllü miqdardan çox olması narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz və bu hal narkotik vasitənin satış üçün nəzərdə tutulmuş olmasını təstiq edə biləcək digər sübutlar olacağı halda həmin sübutlardan biri kimi qiymətləndirilə bilərdi. Məhkəmə kollegiyası yuxarıdakıları nəzərə alaraq hesab edir ki, məhkumun narkotik vasitə əldə etməsi, saxlaması və daşıması hərəkətlərinin istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün olmamışdır. Başqa sözlə işdəki sübutlar məhkum edilmiş şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinin əsaslandırılması üçün kifayət etmir. Cinayətin tövsifi törədilmiş konkret ictimai təhlükəli əməlin əlamətlərinin Cinayət Məcəlləsində abstrakt şəkildə təsvir edilmiş oxşar əməllərin əlamətləri ilə müqayisə edilib şəxsin Məcəllədə göstərilmiş əməllərdən hansını törətmiş olmasının müəyyən edilməsindən ibarətdir. Yalnız o tövsif düzgün olacaq ki, törədilmiş əməlin bütün əlamətləri Məcəllədən ona uyğun olduğu hesab edilərək seçilmiş maddədə göstərilmiş əlamətlərlə tam üst-üstə düşmüş olsun». Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə qanuni və əsaslı olduğu üçün razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop ma ddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah olunur ki, “ təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum heç kimlə narkotik vasitəni satacağı barədə razılaşmamış, narkotik vasitə çəkilib xırda bağlamalara bükülməmiş və narkotik maddənin hazırlanması üçün onda heç bir avadanlıq aşkar edilməmişdir. Narkotik vasitənin yalnız kütləsi narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi nəticəsinə gəlməyə əsas vermir. Bu xüsusat iş üzrə digər sübutların məcmusu ilə təsdiq edilməlidir. Məsələn, şəxsin əvvəlcədən narkotik maddəni alacaq şəxslərlə razılıq əldə etməsi, narkotik vasitəni hər hansı bir məqsədlə hədiyyə etməsi, bəxşiş verməsi, borc əvəzinə verməsi və s. hallar. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2019-cu il tarixli 396 nömrəli rəyindən görünür ki,Məhkum psixotrop maddələrə aid olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza rə yindən də görünür ki, Məhkum psixotrop maddələrə aid olan məhz metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Əməliyyat-axtarış tədbiri zamanı məhkumun üzərindən də 60,116 qram olan psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilməlidir ki, cinayət işinin materiallarında Məhkum narkotik maddəni qanunsuz yollaqazanc əldə etmək üçün məlum olmayan mənbədən satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut yoxdur. Beləliklə, məhkəmə kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və apellyasiya instansiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdiyi dəlillərlə müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir sübuta söykənməd iyindən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi sübutları CPM-in 143-146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə düzgün qiymət vermiş, qanuni və əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş və bu zaman qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif edilməməsinə dair dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsinə əsasən, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi b aşqa düşülür. Həmçinin həmin Məcəllənin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının göm rük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi başa düşülür. Məhkumun öz ifadələrindən, 20.04.2019-cu il tarixli “Şəxsi yoxlama aparılması haqqında” protokoldan, şahid ifadələrindən və işin təsdiqedici sübutlar əsasında müəyyən olunan hallarından görünür ki, Məhkum ona isnad olunan ümumi təmiz çəkisi 60,116 qram olan metafetamin psixotrop maddəsini İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən qanunsuz olaraq əldə etmiş və malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı düz bağırsağında yerləşdirib saxlamaqla daşımış və Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük s ərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 nömrəli 02 iyun 2016-cı il tarixli Qərarının 1-ci bəndində əsasən qeyd edilib: Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. İstər məhkuma isnad olunan CM-in 206.2-ci maddəsinin tələbləri, istərsə də «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 02 iyun 2016-cı il tarixli Qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum əməli işə baxan məhkəmələr tərəfindən qanuni və əsaslı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məkhəmə kollegiyası kassasiya şikayətinin bu barədə olan dəlilini əsassız hesab edir. Bel əliklə, kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası kassatorun işə baxan məhkəmələr tərəfindən onun barəsində əsassız olaraq CM-in 62-ci maddəsinin tətbiq edilməməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəm iyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Kollegiya qeyd edir ki, məhkum cinayətin törədilməsi zamanı və bundan sonra elə bir müstəsna davranış nümayiş etdirməmişdir ki, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan elə bir hal müəyyən edilməmişdir ki, bu hal məhkumun barəsində CM-in 62-ci maddəsinin tətbiqinə əsas vermiş olsun. Odur ki, məhkumun bu dəlili əsassız bir mülahizədir. Məhkəmə kollegiyası ka ssatorun kassasiya şikayətindəki digər dəlili – onun ailə vəziyyətinin ağır olmasını, şəxsiyyətini, İİ qrup əlil olmasını və islah olunmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti mə hkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, maddənin tələbindən də göründüyü kimi cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, şərti məhkum etmə tətbiq edilərkən bunlarla yanaşı, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin, təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gö zlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digə r halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kollegiya qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndi rilib nəzərə alınmalıdır Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Həm birinci instansiyası məhkəməsinin hökmündən və həm də apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, İİ qrup əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasın cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış, CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın - 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində - 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd edilməlidir ki, məhkuma isnad olunan hər iki cinayət (206.2 və 234.1) xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə kollegi yasının qənaətinə görə Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi fövqündə onun barəsində şərti məhkum etmə institutunun tətbiq edilməsi nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nədə ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Yuxarıda şərh olunanların, göstərilən Qanun müddəalarının tələbləri və Ali Məhkəmənin göstərilən P lenum qərarının tövsiyələri baxımından yanaşdıqda belə qənaətə gəlmək olar ki, Məhkum cinayətlərin məcmusu üzrə təyin olunan 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi fövqündə qətiyyən ədalətsiz cəza hesab etmək olmaz. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri üzrə məhkumun barəsində Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi haqqında kassatorun dəlilləri tutarlı bir sübuta söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsassızdır və işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəza qanuni, əsaslı və kifayət qədər ədalətlidir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi törətdiyi ciayətlərin xarakterini və ictimai təhlükəlilk dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın məhkumun islah edilməsinə, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasın ı çəkmədən islah olunmasını mümkün hesab etmir, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, protestin və şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-457/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-457/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver