Məhkəmə qərarları › İş №1(102)-457/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-457/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-457/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2019-cu il tarixli qərarından məhkum Quliyev Calal Nazim oğlunun müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən), Dadaş İmanov və Məhəmməd Bağırovdan ibarət tərkibdə) 1(100)-16/2019 nömrəli 07 mart 2019-cu il tarixli hökmü ilə 17 yanvar 1991-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, Samux rayonunun Qarayeri qəsəbəsində yaşayan; Quliyev Calal Nazim oğlu Azərbaycan Respublikasının CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2018-ci il tarixdən hesablanmışdır. İşin hal ları: Birinci instansiya məhkəməsinin hökmü ilə Quliyev Calal Nazim oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, həmkəndlisi 15.03.2001-ci ildə anadan olmuş X3 aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək 2013-cü ilin mart ayının ibtidai istintaqa məlum olmayan bir günündə Samux rayonu Qarayeri qəsəbəsində yerləşən “Çinar” şadlıq sarayının həyətindəki bağda, ona qarşı zor tətbiq edərək yerə yıxıb üzərinə uzanıb müqavimətini sındırıb köməksiz vəziyyətindən istifadə etməklə cinsiyyət üzvünü əvvəlcə onun bədəninin müxtəlif nahiyyələrinə sürtdükdən sonra cinsiyyət üzvünü onun anus dəliyinə yeritməklə onunla qeyri təbii yolla cinsi əlaqədə olub uşaqbazlıq etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətmişdir. Bundan başqa o, təkrarən 2017-ci ilin noyabr ayının ibtidai istintaqa məlum olmayan bir günündə qardaşı Rəşad Quliyevə məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən yeni inşa edilən evində 15.03.2001-ci ildə anadan olmuş X3 aşkar sürətdə yetkinlik yaşına çatmayan şəxs olduğunu bilərək ona qarşı zor tətbiq edib əli ilə kürək və sifət nahiyyəsinə vurduqdan sonra onu arxadan qucaqlayaraq üzünü divara çevirib müqavimətini sındırıb köməksiz vəziyyətindən istifadə etməklə cinsiyyət üzvünü onun anus dəliyinə yeritməklə onunla qeyri təbii yolla cinsi əlaqədə olub uşaqbazlıq etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 1(104)-158/2019 nömrəli 14 may 2019-cu il t arixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2019-ci il tarixli hökmü dəyişdirilməsi, təqsirləndirilən şəxs Quliyev Calal Nazim oğlunun əməli CM-in 150.2.3-cü maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Quliyev Calal Nazim oğlunun müdafiəçisi X2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Ramil Həsənov tərəfindən verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2019-cu il tarixli qərarı ləğv edilsin və ona bəraət verilməsi barədə qərar qəbul edilsin. Ka ssasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Calal Quliyevin müdafiəçisi X5 onunla əsaslandırır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı tam olaraq ədalətli, qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Calal Quliyevin təqsiri, hər hansı cinayət əməli törətməsi sübuta yetirilməmişdir. İttiham tərəfi Calal Quliyevin belə bir cinayət əməli törətməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə yalnız zərərçəkmiş şəxsin digər heç bir sübutla təsdiq edilməyən ifadələri əsasında ittiham hökmü çıxarmışdır. Gəncə Apellyasiya məhkəməsi təqsirləndirilən şəxsə istinad edilən 2013-cü ilin mart ayında törədilməsi ehtimal edilən cinayətin Calal Quliyev tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəlmiş və zərərçəkmi ş şəxsin həmin epizodla bağlı ifadələrini inandırıcı hesab etməmişdir. Çünki həmin epizodla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müdafiə tərəfi olaraq hesab edirik ki, elə 2017-ci ilin noyabr ayında törədilməsi iddia edilən ikinci epizodla bağlı da eyni vəziyyət mövcuddur və ittihamın həmin hissəsinə dair də məhkəməyə hər hansı mötəbər sübutlar, zərərçəkmiş şəxsin ifadəsinin inandırıcı qəbul edilməsinə əsas verə biləcək dəlillər təqdim edilməmişdir. Buna görə də kassator müdafiəçi Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə Calal Quliyev təqsirli olmadığı halda onun barə sində yanlış olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Quliyev Calal Nazim oğlunun əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum Quliyev Ca lal Nazim oğlunun kassasiya şikayətinin başlıca dəlili məhkumun təqsirsiz olması əsası ilə barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Quliyev Calal Nazim oğlu məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertizasının rəyi, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, apellyasiya instansiya məhkəməsi məhkəmə qismən məhkəmə istintaqı keçirməklə iş materiallarını nəzərdən keçirərək tədqiq etmiş və qeyd etmişdir ki, məhkum Calal Quliyev 2017-ci ilin noyabr ayında 17 yaşlı zərərçəkmiş şəxs Elçin Süleymanova qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bu cinayət zərərçəkmişin ifadəsindən başqa şahidlərin, o cümlədən zərərçəkmişin anası Lətafət Süleymanova, zərərçəkmişin həmyaşıd dostları Şükür Qasımov, Qədim Qasımov, Rüfət Əliyev, habelə təqirləndirilən şəxsin qardaşı arvadı Dürdanə Quliyevanın ifadələri ilə sübuta yetirilmişdir. Təqsirləndrilən şəxsin hadisə barədə məlumat aldıqdan sonra zər ərçəkmişin evinə getməsi, “bunu da ananamı dedin”söyləməsi, zərərçəkmişi şikayətdən imtinaya sövq etmək məqsədilə onu evdən çıxarıb danışmaq üçün aparmağa cəhd etməsi, habelə zərərçəkmişin dostlarının zərərçəkmişin şübhəli və həyəcanlı davranışı barədə verdiyi məlumatlar, xüsusən tibb ekspertizasının rəyi ilə zərərçəkmişin anus dəliyində müəyyən xəsarətlərin aşkar edilməsi iş üzrə mötəbər sayıla biləcək sübutlardandır. Bu sübutların ayrı-ayrılıqda və məcmu halında müqayisəli təhlili və qiymətləndirilməsi kollegiyaya belə nəticəyə gəlməyə əsas verir ki, həqiqətən qeyd olunan tarixdə baş vermiş cinayət hadisəsi Calal Quliyev tərəfindən törədilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş m ateriallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Quliyev Calal Nazim oğlunun əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkum Quliyev Calal Nazim oğ lunun əməllərinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin CM-in 150.2.3-ci maddəsi ilə tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, məhkəmələr məhkum Quliyev Calal Nazim oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddələrin orta həddində cəza təyin edilmi şdir. Belə cəzanı ağır hesab etmək qeyri-mümkündür. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin tutarlı bir faktlara söykənmədiklərinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2019-cu il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər han sı birini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum X8 Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi və göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Quliyev Calal N azim oğlu barəsindəki 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.ıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar