Məhkəmə qərarları › İş №1(102)-457/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-457/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-457/2022 04.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, ünvan 1də qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2-ci madd əsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə (hakimlər: N.M.Əliyev (sədrlik edən), N.T.Əliyev və M.Ə.Bağırov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 17 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum üzərində saxlanılmış 01 (bir) il 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 15 yanvar 2020-ci il tarixdən hazırki iş üzrə hökm çıxarı lan günə, yəni “24” may 2021-ci ilədək çəkdiyi cəza ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 03 (üç) il 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli “24 may 2021-ci il tarixdən hesablanması və cəza çəkdiyi müddət ərzində Məhkum Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və S.B.Hüseynov) apellyasiya protesti təmin edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edi lmişdir. Məhkum həbsdə və ev dustaqlığında saxlandığı 03 (üç) ay 07 (yeddi) gün və 18 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 06 (altı) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcının 15 yanvar 2020-ci il tarixdən hesablanması və ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.2ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, təqsirləndirilən Məhkum 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə tanışı Şahid8 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarında, yəni 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,668 qram narkotik vasitə qurudulmuş marixuananı və 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı həmin evdə tanışı Şahid7 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarından artıq, yəni 8 ədəd bükümdə ümumi t əmiz çəkisi 0,838 qram narkotik vasitə heroini şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlamış, 17.12.2019-cu il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdə saxlanılıb, evə baxış keçirilərkən otaqdakı şkafın üzərindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd ağ rəngli kağız bükümdə, 1 ədəd sarı rəngli kağız bükümdə, 1 ədəd gümüşü rəngli kağız bükümdə, 2 ədəd göy rəngli kağız bükümdə, 2 ədəd polietilen kəsikləri bükümlərində, 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram, 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, 0,169 qram ümumilikdə 8 ədəd bükümdə şəxsi i stehlak miqdarından artıq, ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroin, 1 ədəd “West” markalı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 ədəd gümüşü rəngli kağız bükümdə və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,253 qram, 0,285 qram, 0,234 qram, 0,229 qram ümumilikdə 5 ədəd bükümdə şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 1,668 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dəqiq məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 33,895 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində və yaşadığı ünvan 2 ünvanın da yerləşən evdə daşıyaraq saxlamış, 15.01.2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdə saxlanılaraq Kəpəz RPİ-nə gətirilib üzərinə baxış keçirilərkən əynindəki şalvarın sol arxa cibindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan torba kəsiyinə bükülmüş təmiz çəkisi 2,800 qram narkotik vasitə tiryək, daha sonra həmin gün saat 14 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evin qonaq otağına qoyulmuş paltar şkafındakı asılqandan asılmış gödəkçənin sağ iç cibindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd kağız bükümdə təmiz çəkisi 31,095 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 22 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum əməlinin CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməyə görə təqsirli bilərək məhkum edərkən cinayət prosessual qanunvericiliyin, İn san Hüquqları haqqında Avropa konvensiyasının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq etməklə haqlı olaraq Məhkum aşkar olunmuş narkotik vasitələrin sonuncu tərəfindən satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə etməsi nəticəsinə gəlmiş və onun hərəkətlərini CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən dövlət ittihamçısının verdiyi apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan ibtidai araşdırma orqanının gəldiyi nəticəyə əsaslanıb istintaq tərəfindən verilən ittihama uyğun hökm çıxarmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasi ya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiy mət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə məhkuma istinad edilən cinayət əməlinə düzgün hüquqi qiymət verilmədiyi mübahisə edilir, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qəra rı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə v ə ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.3. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.2. təkrar törədildikdə — beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəz ifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konsti tusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandı rılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qəra rın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökm ü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yun anıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata ke çirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edi lir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum barəsində olan cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətlər aradan qaldırılmadan yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməyi və Məhkum 17 dekabr 2019-cu il tarixdə tutularkən üzərində aşkar edilmiş narkotik vasitələrə və 15 yanvar 2020-ci il tarixdə tutulark ən üzərində aşkar edilmiş narkotik vasitələrə görə verilmiş ittihamlar üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə riayət olunub olunmamasını ayrı-ayrılıqda qiymətləndirməyi zəruri hesab edir. İş materiallarından görünür ki: -Məhkum Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 11.09.2019-cu il tarixdə tutulmuş və üzərindən narkotik vasitələr olan 7,391 qram marixuana və 1,065 qram heroin, evindən isə 1115 qram marixuana götürülmüşdür. Həmin iş üzrə Məhkum CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə məhkəməyə verilmişdir. 18.12.2019-cu ildə həmin iş üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hazırlıq iclasına gəlmədiyi üçün (həmin vaxt Məhkum DİN Narkotiklə rlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu) məhkəmənin həmin tarixli qərarı ilə Məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilmişdir. 17.12.2019-cu ildə DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları Məhkum evində əməliyyat keçirmiş və Məhkum, onunla birlikdə olan Şahid7 və Şahid8 narkotik vasitələri qanunsuz əldə edib saxlamağa görə tutmuşlar. Məhkum evinə baxış keçirilərkən otaqdakı şkafın üzərindən 1 ədəd ağ rəngli kağız bükümdə, 1 ədəd sarı rəngli kağız bükümdə, 1 ədəd gümüşü rəngli kağız bükümdə, 2 ədəd göy rəngli kağız bükümdə, 2 ədəd polietilen kəsikləri bükümlərində, 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram, 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, 0,169 qram, ümumilik də 8 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroin, 1 ədəd “West” markalı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 ədəd gümüşü rəngli kağız bükümdə və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,253 qram, 0,285 qram, 0,234 qram, 0,229 qram, ümumilikdə 5 ədəd bükümdə, ümumi təmiz çəkisi 1,668 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.(cild 1,vərəqə 38-41) İlkin izahat və ifadələrində Şahid7 və Şahid8 göstərmişlər ki, Məhkum evində aşkar edilmiş narkotik vasitələr onlara məxsus olmuş və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün Məhkum onlar vermişlər.(cild 1,vərəqə 50-57,63-65,82-85) Məhkum da Şahid7 və Şahid8la eyni məzmunlu izahat və ifadəl ər vermişdir.(cild 1,vərəqə 45-49,75-78) Gəncə şəhər BPİ-inin İstintaq və Təhqiqat idarəsinin müstəntiqinin 19 dekabr 2019-cu il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, həmin maddə ilə ona ittiham elan edildikdən sonra barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi, məhkəmənin barəsində həbs qətimkan tədbiri seçdiyi və axtarışını elan etdiyi Məhkum müstəntiqin qərarı ilə azadlığa buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istintaqın sonrakı mərhələsində həmin epizod üzrə ibtidai araşdırma orqanı tərəfində əlavə sübutlar əldə edilməmişdir. İbtidai araşdırma orqanı Məhkum evində aşkar edilmiş 1 ə dəd ağ rəngli kağız bükümdə, 1 ədəd sarı rəngli kağız bükümdə, 1 ədəd gümüşü rəngli kağız bükümdə, 2 ədəd göy rəngli kağız bükümdə, 2 ədəd polietilen kəsikləri bükümlərində, 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram, 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, 0,169 qram, ümumilikdə 8 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroinin, 1 ədəd “West” markalı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 ədəd gümüşü rəngli kağız bükümdə və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,253 qram, 0,285 qram, 0,234 qram, 0,229 qram, ümumilikdə 5 ədəd bükümdə, ümumi təmiz çəkisi 1,668 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ona Şahid7 və Şahid8 tərəfindən şəxs istifadəsi üçün verildiyi nəticəsinə gəlmiş, eyni zamanda hesab etmişdir ki, Məhkum həmin şəxslərin ona verdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün deyil, satış məqsədi əldə etmişdir. İşin məhkəmə baxışı zamanı da Məhkum evində aşkar edilən həmin narkotik vasitələrin əldə edilməsi ilə bağlı əlavə sübutlar müəyyən edilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin epizod üzrə sübutların qiymətləndirilməsi zamanı cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuş və məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin hökmündən görünür k i, məhkəmə sübutları qiymətləndirərkən həmin epizod üzrə sübutları təhlil etməmiş, polis işçiləri tərəfindən 17 dekabr 2019-cu ildə və 15 yanvar 2020-ci ildə keçirilən epizodlar zamanı Məhkum üzərində və evində aşkar edilmiş narkotik vasitələrlə əlaqədar sübutları vahid niyyətlə törədilmiş cinayət əməli kimi qiymətləndirmişdir. Halbuki, ibtidai araşdırma orqanı hər bir epizodu ayrılıqda törədilmiş cinayət hesab etmiş və hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum 17 dekabr 2019-cu il tarixdə aşkar edilmiş narkotik vasitələrə dair ittihamına müstəqil törədilmiş cinayət əməli kimi təhlil edib hüquqi qiymət verilməli olduğu halda, apelyasiya instansiya məhkəməsi bunu etməmiş, 15 yanvar 2020-ci il tarixdə Məhkum təkrar tutulması zamanı aşkar edilən narkotik vasitələrə gör ə verilən ittihamı 17 dekabr 2019-cu ildə törədilən cinayətlə vahid cinayət əməli kimi qiymətləndirməklə səhvə yol vermişdir. Kəpəz rayon Pİ-nin əməliyyat müvəkkili Şahid9 15 yanvar 2020-ci il tarixli raportundan görünür ki, həmin gün saat 12 radələrində, Kəpəz Rayon Məhkəməsinin 18 dekabr 2019cu il tarixli tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə axtarişda olan və mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və yaşadığı ünvan 1də saxlamaqda şübhəli olan Məhkum yaşadığı binanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmişdir.(cild 1,vərəqə 139). Kəpəz rayon Pİ-nin əməliyyat müvəkkili Şahid9 15.01.2020-ci il tarixli raportundan və həmin tarixdə Kəpəz rayon Pİ-nin rəisi tərəfindən təsdiq olunmuş qərarından görünür ki, Məhkum mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi və yaşadığı ünvan 1də saxlamasına dair məlumatlar daxil olduğu üçün onun olduğu yerin müəyyən edilməsi, üzərinə və evinə baxış keçirilməsi qərara alınmışdır.(cild 1,vərəqə 140141) 15 yanvar 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, eləcə də DVD diskdən görünür ki, Məhkum üzərinə keçirilən baxış zamanı onun əynində olan şalvarın sol arxa cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə sellofanla birlikdə 3 qram çəkidə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür.(cild 1,vərəqə 164-168). 15 yanvar 2020-ci il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, eləcə də DVD diskdən görünür ki, Məhkum y aşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman Məhkum 1 ədəd şəffaf sellofana və kağıza bükülmüş halda 32.7 qram çəkidə narkotik vasitə olan tiryəki təqdim etmiş və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür.(cild 1,vərəqə 170-175). İlkin sənədləşmədə əks etdirilən məlumatların əksinə olaraq ibtidai istintaq zamanı dindirilmiş Kəpəz rayon Pİ-nin əməliyyat müvəkkili Şahid9 və həmin idarənin kiçik əməliyyat müvəkkilləri Şahid10 göstərmişlər ki, Məhkum yaşadığı binanın qarşısından deyil, ünvan 3 də yerləşən evində tutaraq polis idarəsinə gətirmişlər. Şahid9 və Şahid10 cinayət işinin məhkəmə baxışında da eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs Məhkum da göstərmişdir ki, 15 yanvar 2020-ci il tarixdə saat 12 radələrində onu yaşadığı evdən tutub polis idarəsinə aparmışlar. İ ş üzrə mühüm əhəmiyyət kəsb edən həmin xüsusat nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticəyə görə polis əməkdaşları Məhkum yaşadığı evdə 15.01.2020-ci il tarixdə saat 12 radələrində müəyyən etdikləri halda, Kəpəz rayon Pİ-nin rəisi tərəfindən təsdiq olunmuş, Məhkum olduğu yerin müəyyən edilməsi, üzərinə və evinə baxış keçirilməsinə dair qərarı icra etməyərək onu polis idarəsinə gətirib orada 2 saat saxlamış və yenidən həmin evə axtarış aparmaq üçün qaytarmışlar. İbtidai araşdırma orqanı və məhkəmələr polis əməkdaşlarının tərtib etdikləri ilkin sənədlərlə (raport, qərar, baxış və götürmə protokolları və sair) onların verdikləri ifadələr arasında ziddiyyətləri araşdırmamışdır. Ona görə də m əhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ziddiyyətlər araşdırılmadan apelyasiya instansiya məhkəməsinin həmin epizod üzrə gəldiyi nəticəni mötəbər sübutlara əsaslanmış nəticə hesab etmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ziddiyyətlərin araşdırılması həm də on görə zəruridir ki, təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırma orqanı tərəfindən ona CM-nin 234.4.2-ci maddəsi ilə ittiham elan edildikdən sonra ümumiyyətlə ifadə verməkdən imtina etmiş, işin məhkəmə baxışı zamanı isə göstərmişdir ki, 15 yanvar 2020-ci il tarixdə onun üzərində aşkar edilmiş kimi rəsmiləşdirilmiş 3 qram tiryək və mənzilindən aşkar edilmiş kimi rəsmiləşdirilmiş 32,7 qram tiryək ona məxsus olmamış, polis işçiləri tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrıayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmə lər üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdi q olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsə lələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyası nı böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilməli və iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar