Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-457/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X4, məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarından M əhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), hakimlər R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) 12 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1998-ci ildə Ucar rayonunun Boyat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ucar rayonunun Boyat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, cinsi ehtirasın ı təmin etmək məqsədi ilə 2019-cu ilin dekabr ayı ərzində iki dəfə, təkrarən 2020-ci ilin yanvar ayının ortalarında bir dəfə yaşayış olmayan Ucar rayonu Boyat kəndində X3 məxsus fərdi yaşayış evinin otağında onun üçün aşkar surətdə on dörd yaşına çatmayan xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döyməklə zor tətbiq edib həmin evin otağında olan çarpayıya uzadaraq əynindəki şalvarını aşağı çəkmiş, öz əynindəki şalvarını aşağı çəkib gərginləşmiş (ereksiya vəziyyətində olan) cinsiyyət orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə sürtdükdən sonra düz bağırsağına yeridərək sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Elçin Hüseynov) 1(107)-136/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)-28/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 1(107)136/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qərarını ləğv edərək ona CM-in 150.3.3-cü maddəsi ilə bəraət verilməsini haqqında qərar qəbul edilməsini və onun azadlığa buraxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müstəntiq Süphan Zeynalov iş üzrə məhkəmə tibbi ekspertiza keçirmiş və apellyasiya məhkəməsində həm Ucar rayonu məhkəmə tibbi eksperti, həm Göyçay rayonu tibbi ekspertləri dindirilmiş və onlar bilə-bilə məhkəmədə yalan ifadələr vermişlər. Lakin məhkəmə iş üçün əhəmiyyətli olan faktları, o cümlədən Məhkum barəsində 16 saylı ekspertiza rəyinin olmasına baxmayaraq həmin ekspertin rəyini Ucar rayon ekspertindən tələb etsələr də, həmin rəy məhkəməyə gətirilməmiş və araşdırılmamışdır. Müstəntiq Süphan Zeynalov iş üzrə məhkəmə tibbi ekspertiza keçirmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsi 49 saylı ekspert rəyin 2-ci vərəqindən görünür ki, Niftəliyev X1 Elmin İqbal oğlu tərəfindən döyülərək, ona zor tətbiq edilərək, ona qarşı cinsi zorakılıq tətbiq etməmişdir. Qanuni nümayəndə tərəfindən a pellyasiya məhkəməsində verilən ifadələrdə bildirilmişdir ki, oğlu Zərərçəkmiş şəxs ilkin olaraq ekspertizadan Göyçay rayonunun məhkəmə tibbi ekspertizadan keçirilib və Göyçay rayonunun tibbi eksperti oğlu Məmmədhəsən də heç nə aşkar etməmişdir. Qanuni nümayəndə məhkəmədə verdiyi ifadəsi əsasında məhkəmə tərkibi Göyçay rayon tibb ekspertini məhkəməyə çağırıb dindirmişdir. Lakin Göyçay rayon tibb eksperti məhkəmədə bilə-bilə yalan ifadə verərək Zərərçəkmiş şəxs Göyçay rayon tibbi ekspertizadan keçirilməsini danmışdır. Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı verilən izahatlarında yalandan göstərmişdir ki, guya qonşuluqda yaşayan Həsənov Emingilin yaşayış evində 2019-cu ilin noyabr ayının ortalarından etibarən qeyri təbii yolla cinsi əlaqədə olmuş və həmin vaxt Eminin ailə üzvləri ni Rusiya Federasiyasında olduğunu göstərmişdir və bununlada saxtakarlığa yol vermişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərindən 2020-ci ilin yanvar ayının 26-a kimi Həsənov Eminin ailə üzvləri Həsənova İlahə, Həsənova Ayna, Həsənov Elsun, Həsənov Əli Azərbaycanda olmaqla ünvan 2 ünvanında olmuşlar. Bu cinayət işinə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Lakin məhkəmə Həsənov Eminin ailə üzvlərini məhkəməyə çağırıb dindirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məh kum elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilmə sində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndiri lməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübut və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməməsi, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair ifa dəsində göstərdiklərini məhkəmə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibb, məhkəmə-bioloji ekspertizasının rəyləri və iş materiallarında olan digər sübutlar əsas verir. Belə ki, cinayət işi üzrə toplanmış, yuxarıda sadalanan sübutların məcmusu məhkumun ifadələri təkzib edir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Məhkum edilmiş şəxsin törətmiş olduğu cinayət əməlləri cinayət işi materialları (ifadələr, ekspertiza rəyi və digər mötəbər sübutlarla) ilə kifayət qədər sübuta yetirilmiş, həm birinci həm də apellyasiya instansiyası məhkəmələri cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edərək əsaslı və qanuni ittiham hökmü və qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük verməl ərini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Məhkəm ə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məh kəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Həmçinin məhkəmələr hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət edilməklə təyin edilmiş, törədildiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun gəlir, ədalətli və cəza məqsədlərinə cavab verən cəzadır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola b iləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-457/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-457/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver